Məhkəmə qərarları › İş №e-2-2(121)-70/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-70/2022

15.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-70/2022 15.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “X12 X3” X13 Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 112189 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X12 X3” X14 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 112189 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineralxammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X3 tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində yerləşən “İmişli” yatağında 1 fevral 2019-cu il tarixli 01155 nömrəli “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə Cavabdeh MMC-yə ayrılmış yer təki sahəsindən kənarda 13602 m qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Əraziyə monitorinq zamanı mərz nişanlarının mövcud olmadığı müəyyən olunmuş, istismar işləri “Dağ-mədən ayırması aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsinin hüdudları daxilində sahəsi 0.48 ha orta istismar dərinliyi 8.25 metr olmaqla 39855 m , xaricində isə sahəsi 0.47 ha orta istismar dərinliyi 6.71 metr olmaqla 32054 m həcmində aparılmışdır. İstismar işləri hidromexaniki üsulla aparılır. 21 oktyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X9 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 7-ci bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X9 27 may 2021-ci il tarixli 66 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 32054 m * 5 manat * 0.7 = 112189 manat, olmaqla ümumilikdə 112189 manat məbləğdə ziyan müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1277/2021 saylı, 12.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə yerqurluşu, tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilərək, müvafiq ekspert rəyi məhkəməyə təqdim edilənə qədər iş üzrə icraat dayandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-70/2022 saylı, 02.03.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İşdə olan Azərbaycan Respublikası X8nin 21 fevral 2022-ci il tarixli, 586 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın 1-cu sualı üzrə İmişli Rayon İcra Hakimiyyətinin 18.11.2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyi DTXK-nın İmişli Rayon Şöbəsi tərəfindən tərtib edilən 1:10000 miqyaslı planı əsasında Mineral Xammal X3 tərəfindən hazırlanan Markşeyder planında qeyd olunan koordinatlar ilə uyğun gəlməsi müəyyənləşdirilmişdir. Cavabdeh MMC-nin istifadəsində olan 3 ha torpaq sahəsi ehtiyat torpaq fondundan qum-çınqıl materiallarının çıxarılması və istehsalı məqsədilə icarəyə ayrılmışdır. Naturada tədqiq olunan Cavabdeh MMC-nin icarəsində və istifadəsində olan 3.0 ha və digər torpaq sahəsinin koordinatları və döngə nöqtələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. İmişli rayonu, Xubyarlı Bələdiyyəsinin 15.07.2005-ci il tarixli, 16 saylı qərarı və bələdiyyə ilə X7 arasında bağlanılmış 16.07.2005-ci il tarixli icarə müqaviləsinə əsasən X6 ayrılmış 2 ha torpaq sahəsinin Xubyarlı bələdiyyəsi tərəfindən tərtib edilən sxematik planı aydın olmadığından, sxemdə oriyentirlərin (tərpənməz daşınmaz obyektərin şərti işarəsi) olmaması səbəbindən qeyd olunan 2.0 ha torpaq sahəsinin coğrafi yerləşməsi və koordinatları müəyyən edilməmişdir. İmişli Rayon İcra Hakimiyyətinin 18.11.2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3 ha torpaq sahəsi Cavabdeh MMC-nin faktiki istifadəsində olmuş torpaq sahəsi ilə tam həcmdə üstüstə düşür. Qərardadda koordinatları qeyd olunan torpaq sahəsi 0.92 ha təşkil edir. Bunun 0.45 ha hissəsi torpaq sahəsinin kateqoriyası, məqsədli təyinatı, statusu və hüquqi rejimi, İmişli Rayon İcra Hakimiyyətinin 18.11.2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3 ha torpaq sahəsi ilə üst-üstə düşür. Yerdə qalan 0.47 ha torpaq sahəsinin 0.1950 ha hissəsi Cavabdeh MMC tərəfindən 2019-cu ilə qədər, yəni 01155 nömrəli “Dağ- Mədən Ayırması” aktı bağlanana qədər artıq istismar olunmuş, qalan 0.2750 ha hissəsində əlavə olaraq Cavabdeh MMC tərəfindən qum-çınqıl hasilatı işləri aparılmışdır. Həmin torpaq sahəsinin də ehtiyat torpaq fonduna aid olması və hal-hazırda Cavabdeh MMC-nin faktiki istifadəsində olması müəyyənləşdirilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin 18.11.2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3.0 ha torpaq sahəsindən kənarda 0.47 ha torpaq sahəsində qum-çınqıl hasilatı işləri aparılmışdır. Lakin bunun 0.1950 ha hissəsi 2019-cu ilə qədəri artıq istismar olunması, qalan 0.2750 ha hissəsində əlavə hasilat işlərinin aparılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 tərtib etdiyi 02 iyun 2021-ci il tarixli, 19/659 saylı iddia ərizəsində qeyd olunan Cavabdeh MMC-yə ayrılmış yer təki sahəsindən kənarda 0.47 ha torpaq sahəsindən istismar dərinliyi 6.71 metr olduğunu nəzərə alaraq, 0.2750 ha torpaq sahəsindən çıxarılmış qum-çınqılın həcmi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının normativlərə uyğun olaraq qanunsuz işlənməsi nəticəsində dəymiş ziyanın həcminin hesablanması aşağıdakı kimidir: Qeyd: Aparılmış tədqiqat nəticəsində Cavabdeh MMC-nin ona ayrılmış 3.0 ha yer təki sahəsindən kənarda 0.47 ha deyil, 0.2750 ha torpaq sahəsində hasilat işlərinin apardığı müəyyən olunmuşdur. Qiymetləndirmə və qum-çınqıl hasilatının hesablanması 0.2750 ha torpaq sahəsi üzrə aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il 774 №-li Fərmanı ilə təsdiq edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ekspertiza tədqiqatı aparılmışdır. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları” qaydaları nəzərə alınmışdır. Aparılmış tədqiqatlar nəticəsində tərəfimizdən müəyyən edilmiş 0.2750 ha torpaq sahəsindən çıxarılan qum-çınqıl qarışığının həcmi aşağıdakı kimi müəyyən edilmişdir: Vqum-çınqıl = Sha x Hdərinlik = 0.2750ha (2750m2) x 6.71 m = 18,452.5m3 burada: Vqum-çınqıl - hasil edilmiş qum-çınqılın həcmi; Sha - Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsindən kənarda qanunsuz istifadə edilən torpaq sahəsi; Hdərinlik - X12 X3 tərəfindən müəyyən edilmiş istismar dərinliyi. Belə ki, qanunsuz şəkildə çıxarılmış 18,452.5m3 qum-çınqıla görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərə uyğun olaraq dəymiş ziyan 64,583.75 (18,452.5m3 x5m x 0.7əmsal) manat müəyyən edilir. Normativ qeydlər: 1.Xüsusi mühafizə olunan təbiət ərazilərində, turizm və rekreasiya zonalarında yer təkinin qanunsuz istismarı zamanı təbiətə dəymiş ziyanın məbləği 3 qat qiyməti ilə hesablanır. 2.Bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. Aparılmış tədqiqatın dəyəri 600 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 10/7094 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: “X8” MMC-nin mütəxəssiləri tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli, 586 saylı mütəxəssis rəyinə əsasən, İmişli Rayon İcra Hakimiyyətinin 18.11,2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyi DTXK-nın İmişli Rayon Şöbəsi tərəfindən tərtib edilən 1:10000 miqyaslı planı əsasında Mineral Xammal X3 tərəfindən hazırlanan Markşeyder planında qeyd olunan koordinatlar ilə uyğun gəlməsi müəyyənləşdirilmişdir. Cavabdeh MMC-nin istifadəsində olan 3.0 ha torpaq sahəsi ehtiyat torpaq fondundan qum-çınqıl materiallarının çıxarılması və istehsalı məqsədilə, icarəyə ayrılmışdır. Naturada tədqiq olunan “Mirislam" MMC-nin icarəsində və istifadəsində olan 3.0 ha və digər torpaq sahəsinin koordinatları və döngə nöqtələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. İmişli rayonu, Xubyarlı Bələdiyyəsinin 15.07.2005-ci il tarixli, 16 saylı qərarı və bələdiyyə ilə X7 arasında bağlanılmış 16.07.2005-ci il tarixli icarə müqaviləsinə əsasən X6 ayrılmış 2 ha torpaq sahəsinin Xubyarlı bələdiyyəsi tərəfindən tərtib edilən sxematik planı aydın olmadığından, sxemdə oriyentirlərin (tərpənməz daşınmaz obyektərin şərti işarəsi) olmaması səbəbindən qeyd olunan 2.0 ha torpaq sahəsinin coğrafi yerləşməsi və koordinatları müəyyən edilməmişdir. Mütəxəssis rəyinə əsasən, İmişli Rayon İcra Hakimiyyətinin 18.11.2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3 ha torpaq sahəsi Cavabdeh MMC-nin faktiki istifadəsində olmuş torpaq sahəsi ilə tam həcmdə üst-üstə düşür. Mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, qərardadda koordinatları qeyd olunan torpaq sahəsi 0.92 ha təşkil edir. Bunun 0.45 ha hissəsi torpaq sahəsinin kateqoriyası, məqsədli təyinatı, statusu və hüquqi rejimi, İmişli Rayon İcra Hakimiyyətinin 18.11.2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3 ha torpaq sahəsi ilə üst- üstə düşür. Yerdə qalan 0.47 ha torpaq sahəsinin 0.1950 ha hissəsi Cavabdeh MMC tərəfindən 2019-cu ilə qədər, yəni 01155 nömrəli “Dağ-Mədən Ayırması” aktı bağlanana qədər artıq istismar olunmuş, qalan 0.2750 ha hissəsində əlavə olaraq Cavabdeh MMC tərəfindən qum-çınqıl hasilatı işləri aparılmışdır. Həmin torpaq sahəsinin də ehtiyat t orpaq fonduna aid olması və hal-hazırda Cavabdeh MMC-nin faktiki istifadəsində olması müəyyənləşdirilmişdir. Mütəxəssis rəyinə əsasən, İmişli Rayon İcra Hakimiyyətinin 18.11.2005-ci il tarixli, 242 saylı Sərəncamı və İmişli RİH ilə X7 (Cavabdeh MMC-nin rəhbəri) arasında bağlanılmış 21.11.2005-ci il tarixli, 93 saylı icarə müqaviləsi ilə X6 ayrılmış 3.0 ha torpaq sahəsindən kənarda 0.47 ha torpaq sahəsində qum-çınqıl hasilatı işləri aparılmışdır. Lakin bunun 0.1950 ha hissəsi 2019-cu ilə qədəri artıq istismar olunması, qalan 0.2750 ha hissəsində əlavə hasilat işlərinin aparılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 tərtib etdiyi 02 iyun 2021-ci il tarixli, 19/659 saylı iddia ərizəsində qeyd olunan Cavabdeh MMC-yə ayrılmış yer təki sahəsindən kənarda 0.47 ha torpaq sahəsindən istismar dərinliyi 6.71 metr olduğunu nəzərə alaraq, 0.2750 ha torpaq sahəsindən çıxarılmış qum-çınqılın həcmi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının normativlərə uyğun olaraq qanunsuz işlənməsi nəticəsində dəymiş ziyanın həcminin hesablanması aşağıdakı kimidir: Qeyd: Aparılmış tədqiqat nəticəsində Cavabdeh MMC-nin ona ayrılmış 3.0 ha yer təki sahəsindən kənarda 0.47 ha deyil, 0.2750 ha torpaq sahəsində hasilat işlərinin aparıldığı müəyyən olunumuşdur. Qiymətləndirmə və qum-çınqıl hasilatının hesablanması 0.2750 ha torpaq sahəsi üzrə aparılmışdır. Azərbaycan Respublikasl Prezidentinin 28 sentyabr 1998-ci il tarixli, 774№-li Fərmanı ilə təsdiq edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ekspertiza tədqiqatı aparılmışdır" Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli. 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları” qaydaları nəzərə alınmışdır. Aparılmış tədqiqatlar nəticəsində tərəfimizdən müəyyən edilmiş 0.2750 ha torpaq sahəsindən çıxarılan qum-çınqıl qarışığının həcmi aşağıdakı kimi müəyyən edilmişdir: Vqum-çınqıl — Sha x Hdərinlik = 0.2750ha (2750m2) x 6.71 m — 18452,5 m3 burada: Vqum-çınqıl - hasil edilmiş qum-çınqılın həcmi; Sha - Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsindən kənarda qanunsuz istifadə edilən torpaq sahəsi; Hdərinlik - X12 X3 tərəfindən müəyyən edilmiş istismar dərinliyi. Belə ki, qanunsuz şəkildə çıxarılmış 18.452,5 m3 qum-çınqıla görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yatqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərə uyğun olaraq dəymiş ziyan 64583,75 (18,452.5 m3 x 5m x 0.7 əmsal) manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri iləolan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı publik hüquqi şəxs və iddianın predmeti zərərin əvəzinin ödənilməsindən ibarət olsa da, mübahisə iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Eyni zamanda iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X12 X2 Nizamnaməsinin müvafiq müddəalarına istinad etmişdir. Halbuki iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. Eyni zamanda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunverici yerin təkindən istifadə etmə ilə əlaqədar mübahisələrin inzibati qaydada və məhkəmə qaydasında həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, hazırki mübahisəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – mütəxəssis və ekspert tədqiqatının dəyəri olan 700 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq, müvafiq olaraq “X8” MMC və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X12 X3” X13 Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 112189 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti “X12 X3” X11 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu 3, X5, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Mütəxəssis rəyinin verilməsi üzrə tədqiqatının dəyəri olan 600 manat məbləğində pul vəsaiti “X12 X3” X11 alınaraq “X8” MMC-nin hesabına (keçiriləcək hesab: Kapital Bank ASC Sahil filialı, kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab: AZ64AİİB400900C**********208) köçürülsün. İddiaçıya izah olunsun ki, o, hazırki mübahisəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həll edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar