Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-71/2020 20.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatının nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatının cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7” MMC-dən xx xxx 2011-ci il tarixli, 27 saylı və xx.xx.2012-ci il tarixli, 35 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə 70.030 manat məbləğində kredit üzrə 50.056,31 manat əsas borc, 7.460,51 manat məbləğində faiz borcu, 204,55 manat cərimə olmaqla, cəmi 57.721,36 manat borcun 14.407,30 manat hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatının xeyrinə tutulması, tutmanın “X7” MMC-nin “xxxx” MMC X10 Təşkilatının nizamnamə kapitalındakı 14.407,30 manat məbləğində olan payına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 X1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh “X7” MMC-dən xx xxx 2011-ci il tarixli, 27 saylı və xx.xx.2012-ci il tarixli, 35 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə 70.030 manat məbləğində kredit üzrə 50.056,31 manat əsas borc, 7.460,51 manat məbləğində faiz borcu, 204,55 manat cərimə olmaqla, cəmi 57.721,36 manat borcun 18.911,40 manat hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatının xeyrinə tutulması, tutmanın “X7” MMC-nin “xxxx” MMC X10 Təşkilatının nizamnamə kapitalındakı 18.911,40 manat məbləğində olan payına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət X10 Təşkilatı ilə “X7” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli,27saylı və xx.xx.2012-ci il tarixli, 35 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə 70.030 manat məbləğindəkredit verilmişdir. Cavabdehlə bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinə görə kredit xətti daxilində kredit vəsaitlərinin “Borcalana” verilməsi, onun faizlərlə birlikdə geri qaytarılması və müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrə uyğun həyata keçirilir. Həmin müqavilənin 4.2.2-ci bəndinə görə “Borcalan” öz üzvlərinə verilən kreditlərlə əlaqəli bütün hüquqlardan istifadə edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət X10 Təşkilatının maraqlarını qorumalı, aldığı kredit vəsaitinin ona hesablanmış faizlərlə birlikdə geriyə qaytarılması üçün bütün əmlakı ilə məsuliyyət daşımalı, bu müqavilənin şərtlərinə əməl edir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, borcalan öz üzvləri (sub-borcalanlar) tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq kredit verən qarşısında alınmış kredit və ona hesablanmış faiz borcunun vaxtında qaytarılmasına görə girov (ipoteka) və digər əmlakları ilə məsuliyyət daşıyır. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, müqavilənin şərtləri borcalan tərəfindən pozularsa, kredit verən müqavilənin vaxtından əvvəl xitam olunmasını, borcalanın istifadə etdiyi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını və həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Həmin müqavilənin 5.4-cü bəndinə görə, kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, “Kredit verən” vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablamaq hüququna malikdir. Kredit müqaviləsinə əsasən, cavabdeh tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və onun vurduğu zərər nəticəsində kreditoru müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişmir. Bununla da cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət X10 Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Cavabdehə göndərilmiş xx xxxxxxxx 2019-cu il tarixli pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatının nümayəndələri X5 və X6 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndələrini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 27 saylı kredit müqaviləsinə əsasən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilat tərəfindən “X7” MMC-yə illik 8 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 97.920 (doxsan yeddi min doqquz yüz iyirmi) manat məbləğində kredit xəttinin açılması öhdəliyi götürülmüşdür. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 35 saylı kredit müqaviləsinə əsasən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilat tərəfindən “X7” MMC-yə illik 10,25 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 43.000 (qırx üç min) manat məbləğində kredit xəttinin açılması öhdəliyi götürülmüşdür. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli, 3 saylı əlavə sazişə əsasən, kredit verən borcalanla bağlanmış xx xxx 2011-ci il tarixli, 27 saylı və xx xxx 2012-ci il tarixli, 35 saylı kredit müqavilələrinin 6.3-cü bəndinin şərtlərinə uyğun olaraq tərəflərin əlavə razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində xx xxxxxxxx 2013-cü il tarixdə illik 10 % həcmində hesablanmaqla 12 ay müddətinə 70.030 manat məbləğində kredit verir və həmin məbləğdən ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi üçün və bank xərci üçün xidmət haqqı tutur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 1991 saylı ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” MMC tərəfindən “X7” MMC-yə 70.030 manat kredit üzrə ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi və bank xərcləri üçün xidmət haqqı, o cümlədən 0,4% sığorta haqqı çıxılmaqla, 68.699,43 manat pul ödənilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd olunur ki, xx xxx 2011-ci il tarixli, 27 saylı və xx xxx 2012-ci il tarixli, 35 saylı kredit müqavilələri üzrə “X7” MMC-nin xx.xx.2020ci il tarixinə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatına 50.056,31 manat əsas borcu, 7.460,51 manat faizlər üzrə, 204,54 manat cərimə üzrə, cəmi borcu 57.721,36 manat təşkil edir. İş materialında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı tərəfindən “X7” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 751 saylı pretenziya məktubunun surətindən görünür ki, xx xxx 2011-ci il tarixli, 27 saylı və xx xxx 2012-ci il tarixli, 35 saylıkredit müqavilələrinə əsasən cavabdehə verilmiş kreditdən ödənilməmiş əsas və faiz borcunun xx.xx.2019-cu il tarixədək banka ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxx 2011-ci il tarixli, 27 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə illik 8 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 97.920 manat və məbləğində kredit xəttinin açılması, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. Həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxx 2012-ci il tarixli, 35 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə illik 10,25 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 43.000 manat və məbləğində kredit xəttinin açılması, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. Daha sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatı ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli, 3 saylı əlavə sazişə əsasən, kredit verən borcalanla bağlanmış xx xxx 2011-ci il tarixli, 27 saylı və xx xxx 2012-ci il tarixli, 35 saylı kredit müqavilələrinin 6.3-cü bəndinin şərtlərinə uyğun olaraq tərəflərin əlavə razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində xx xxxxxxxx 2013-cü il tarixdə illik 10 % həcmində hesablanmaqla 12 ay müddətinə 70.030 manat məbləğində kredit vermişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində tərəflər arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 27 saylı və xx xxx 2012-ci il tarixli, 35 saylı kredit müqavilələrinə və xx xxxxxxxx 2013-cü il tarixli, 3 saylı əlavə sazişə əsasən, cavabdehin 50.056,31 manat əsas borc, 7.460,51 manat məbləğində faiz borcu, 204,54 manat cərimə borcu, ümumilikdə 57.721,36 manat borcunun olduğu qeyd olunsa da, iddiaçı tərəfindən yuxarıda qeyd olunan borc bütövlükdə deyil, yalnız cavabdehin 50.056,31 manat əsas borcunun 18.911,40 manat hissəsi tələb edilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqavilələri üzrə cavabdehin 18.911,40 manat əsas borcunun olması iş materialları ilə sübut olunduğundan, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbinin ikinci hissəsi - cavabdehin 18.911,40 manat borcunun tutulmasının “X7” MMC-nin “xxxx” MMC X10 Təşkilatının nizamnamə kapitalındakı 18.911,40 manat məbləğində olan payına yönəldilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İş materiallarında öhdəliyin təminatı kimi hər-hansı müqavilənin bağlanıldığına dair sübut mövcud olmadığından, məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilə bilməz. Qeyd olunan məsələ icra mərhələsində həll edilə bilər. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 18.911,40 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə30 manat “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 18.911,40 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 18.941,40 manat pul cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X10 Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-71/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-71/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver