Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-71/2021 09.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı X1 Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X1 Təşkilatı ASC-nin Cavabdeh qarşı – borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X1 Təşkilatı ASC-nin Cavabdeh qarşı – iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018/0260-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi; 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 6785.84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2558.17 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3315 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12659.01 ABŞ dolları məbləğində borc, 2-ci tranş üzrə kreditin əsas borcu üzrə 6542.78 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2373.63 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3738 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12654.41 ABŞ dolları, ümumilikdə 25313.42 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması; tələbin cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin hesabına qeyd edilən kredit borcunun və ödənilmiş dövlət rüsumunun iddiaşıya ödənilməsi; ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində həmin əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018/00260-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 1-ci tranş olaraq 8000 ABŞ dolları, 2-ci tranş olaraq 7000 ABŞ dolları, ümumilikdə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı sonradan iddia tələbinin həcmini artıraraq, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018/0260-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi; 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 6785.84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2558.17 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3315 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12659.01 ABŞ dolları məbləğində borc, 2-ci tranş üzrə kreditin əsas borcu üzrə 6542.78 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2373.63 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3738 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12654.41 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pulun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması; tələbin cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin hesabına qeyd edilən kredit borcunun, ekspertiza tədqiqatının dəyəri olan məbləğin və ödənilmiş dövlət rüsumunun iddiaşıya ödənilməsi; ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində həmin əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı X1 Təşkilatı ASC ilə Cavabdeh arasında 2018/00260-01 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 1-ci tranş olaraq 8000 ABŞ dolları, 2-ci tranş olaraq 7000 ABŞ dolları, ümumilikdə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı X1 Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 2018/00260-01İP saylı, xx.xx.2018-ci il tarixli (xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş) ipoteka müqaviləsinə əsasən, Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evi İddiaçı X1 Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə 6785,84 ABŞ dolları məbləğində əsas borc, 2558,17 ABŞ dolları məbləğində faiz borcu, 3315 ABŞ dolları məbləğində dəbbə pulu və cəmi 12659,01 ABŞ dolları məbləğində, 2-ci tranş üzrə 6542,78 ABŞ dolları məbləğində əsas borc, 2373,63 ABŞ dolları məbləğində faiz borcu, 3738 ABŞ dolları məbləğində dəbbə pulu və cəmi 12654,41 ABŞ dolları məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4447 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı X1 Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 2018/0260-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 6927,62 ABŞ dolları, faiz borcu üzrə 2331,76 ABŞ dolları; 2-ci tranş üzrə kreditin əsas borcu üzrə 6472,32 ABŞ dolları, faiz borcu üzrə 2338,67 ABŞ dolları məbləğində kredit borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və həmin MMC-nin fərdi yaşayış evinin dəyərinin müəyyən etmək üçün 253/FB/20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evinin likvid dəyərinin 68000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata əlavə edilən hesab fakturadan aydın olur ki, qiymətləndirmə haqqı 300 manat məbləğində təşkil etmişdir. İş materiallarına əlavə edilən 343 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləs(lər)i əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu və faizləri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/4447 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 2018/0260- 01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 6927,62 ABŞ dolları, faiz borcu üzrə 2331,76 ABŞ dolları; 2-ci tranş üzrə kreditin əsas borcu üzrə 6472,32 ABŞ dolları, faiz borcu üzrə 2338,67 ABŞ dolları məbləğində kredit borcunun olması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissələrdə qismən təmin edilərək, cavabdehdən qeyd edilən kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə 6785,84 ABŞ dolları məbləğində əsas borc, 2331,76 ABŞ dolları məbləğində faiz borcu; 2-ci tranş üzrə 6472,32 ABŞ dolları məbləğində əsas borc, 2338,67 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulunun əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə üzrə dəbbə pulunun 3315 ABŞ dolları məbləğində deyil, 330 ABŞ dolları məbləğində, 2-ci tranş üzrə dəbbə pulunun 3738 ABŞ dolları məbləğində deyil, 370 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin cavabeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmə iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 30 manat (halbuki, 30,40 manat tələb edilsə də, 0,40 manata dair iş materiallarında sübut yoxdur) dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı əsasında məhkəmə tərəfindən 68000 manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “əmlakdan istifadə hüquqları itirilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, cavabdehin istifadə hüququna itirilməsi (xitam verilməsi) üçün evə (mənzilə) tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, evdə (mənzildə) yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində evi (mənzili) könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakdan istifadə hüquqları itirilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. İpoteka qoyanın (və ailə üzvlərinin) istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin ev (mənzil) satıldıqdan sonra evin (mənzilin) mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı cavabdeh(lər)in istifadə hüququnun itirilməsini tələb etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “əmlakdan istifadə hüquqları itirilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddianın “daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, qiymətləndirmə hesabatına əlavə edilən hesab fakturadan aydın olur ki, qiymətləndirmə haqqı 300 manat məbləğində təşkil etmişdir. Belə olan halda, yəni, qiymətləndirmə haqqı 300 manat məbləğində təşkil etdiyi, halda, iddiaçının artıq ödəmiş olduğu pul vəsaitini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının 200 manat məbləğində artıq pul ödəməsi nəticəsində əsassız varlanan şəxs hazırki iş üzrə cavabdeh olan Cavabdeh olmadığından, iddia bu hissədə qismən təmin edilməklə, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı BOKT ASC-dən, 80 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2018/0260-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2018/0260-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə ayrılmış kredit vəsaiti üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 6785,84 ABŞ dolları məbləğində əsas borc, 2331,76 ABŞ dolları məbləğində faiz borcu, 330 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 9447,6 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2018/0260-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 2-ci tranş üzrə ayrılmış kredit vəsaiti üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 6472,32 ABŞ dolları məbləğində əsas borc, 2338,67 ABŞ dolları məbləğində faiz borcu, 370 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 9180,99 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evinə yönəldilsin. Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 68000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2018/0260-01 saylı xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə ayrılmış kredit vəsaiti üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə cəmi 9447,6 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 2-ci tranş üzrə ayrılmış kredit vəsaiti üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə cəmi 9180,99 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı BOKT ASC-yə ödənilsin. Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsində 0.0258 ha torpaq sahəsi və üzərində yerləşən 95,4 kv.m ümumi sahədən ibarət 23 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra Cavabdeh 1 ay ərzində həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı BOKT ASC-dən, 80 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-71/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-71/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver