Məhkəmə qərarları › İş №e-2-2(121)-72/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-72/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-72/2024 16.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 MMC-nin və Cavabdeh4 MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, X5 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Fresh Food” MMC, Cavabdeh1 və Cavabdeh2 oğlnudan müştərək qaydada İddiaçıASCnin xeyrinə 16 noyabr 2021-ci il tarixli № 6-SME-1-1181-21 saylı Baş kredit müqaviləsinə bağlanmış 16 noyabr 2021-ci tarixli 6-SME-1-1181-21/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 10.7930,47 manat əsas borc, 9.678,36 manat faiz, 2.566,83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.0175,66 manat kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun , 30 manat xidmət haqqının və 410,18 manat dövlət rüsumunun (mediasiya xərcinin) ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi, və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi, sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi olunla əsaslandırılmışdır ki, Cavabdeh4 MMC-yə 16 noyabr 2021-ci il tarixli № 6-SME-1-1181-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC-dən illik 29 faizlə 120 ay müddətinə 500 000 AZN məbləğində kredit limiti ayrılmışdır. 16 noyabr 2021-ci tarixli 6-SME-1-1181-21/1 №li kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC İddiaçı ASC-nin “MXD” filialından illik 16%-lə 24 ay müddətinə 200000 ( iki yüz min) AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi, və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi, sahədən ibarət fərdi yaşayış evi 16 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 MMC ilə 16 noyabr 2021-ci tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il iyunun 09-dək borcalan olan Cavabdeh4 MMC -nin banka 16 noyabr 2021-ci il tarixli № 6- SME-1-1181-21 №li kredit müqaviləsi üzrə 107930.47 AZN əsas borc, 9678.36 AZN faiz, 2566.83 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 120175.66 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC cavabadehlər Cavabdeh4 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasənəsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Sonradan İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “iddia ərizəsinə əlavə” ərizə ilə müraciət edərək Cavabdehlər Cavabdeh4 MMC -dən, Fresh Food” MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx"ASC-nin xeyrinə 16 noyabr 2021-ci il tarixli № 6-SME-l-l 181-21 saylı Baş kredit müqaviləsinə bağlanmış 16 noyabr 2021-ci tarixli 6-SME-l-l 181-21/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 107930.47 AZN əsas borc, 15853.93 AZN faiz, 7844.42 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 131628.82 AZN kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun , 30 manat xidmət haqqının və 410.18 manat dövlət rüsumunun (mediasiya xərcinin) ödənilməs, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi, və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi, sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ‘‘Yeio Bank” ASC-nə ödənilinəsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlərə dair iddia ərizəsində qeyd olunan borc üzrə iddia tələbi 09 iyun 2023-cü il tarixədir. Cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən borca dair tələb üzrə 2023-cü il oktyabrın 18-dək Cavabdeh4 MMC -dən, Fresh Food” MMC X6 və Cavabdeh2 müştərək qaydada "xxxx"ASC-nin xeyrinə 16 noyabr 2021-ci il tarixli № 6-SME-1-! 181-21 saylı Baş kredit müqaviləsinə bağlanmış 16 noyabr 2021-ci tarixli 6-SME-l-l 181-21/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 107930.47 AZN əsas borc, 15853.93 AZN faiz, 7844.42 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 131628.82 AZN kredit borcu tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 MMC-nin və Cavabdeh4 MMC-nin nümayəndəsi-vəkili Vəkil iddia tələbini faiz və cərimə borcuna münasibətdə qəbul etmədiklərini, həmin hissələrdə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə digər cavabdehlər məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3 MMC-nin və Cavabdeh4 MMC-nin nümayəndəsi-vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, "xxxx" MMC-yə 120 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh4 MMC-yə 24 ay müddətinə 200.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DA/01004/21 saylı ipoteka müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 6- SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 6- SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 107.930,47 manat əsas, 15.853,93 manat faiz və 7.844,42 manat cərimə borcu olmaqla, ümumilikdə 131.628,82 manat borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 480.785 manat, likvid dəyəri 400.000 manat təşkil edir. Müşayiət məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərci olan 500 manat məbləğin 250 manatı iddiaçı tərəfindən ödənilmiş, qalan 250 manatın cavabdeh tərəfin üzərinə qoyulması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,7 manat, faiz borcu üzrə 13.521,37 manat və xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,71 manat, faiz borcu üzrə 14.627,28 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh1 arasında zaminlik müqavilələrinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh "xxxx" MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi nəzərə alınmaqla ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu halda, məhkəmə xx.xx.2024-cü il tarixli, 9/489 rəyini sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyi ilə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə 107.930,47 manat əsas, xx.xx.2023-cü il tarixinə 13.251,37 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tam, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququndan istifadə etsə də kredit məbləğinin iddiaçıya qaytarılmalı olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin 7.844,42 manat cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə qeyd edir ki, müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7.844,42 manat deyil, 400 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, eyni zamanda cavabdehlər Cavabdeh3 MMC-nin, Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, xx.xx.2021-ci il tarixli, 6- SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Belə ki, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdehlər həmin müqaviləyə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh4 MMC-nin iddiaçıya kredit müqaviləsi üzrə 107.930,47 manat əsas, 13.521,37 manat faiz və 400 manat cərimə borcu yaranmışdır. Zaminlik müqavilələri üzrə Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 zamin qismində borclu Cavabdeh4 MMC ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə yaranmış borc tələbı kreditin təminatı olaraq ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd olunan Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə, borcun ipoteka predmetinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Cavabdeh4 MMC-nin iddiaçıya olan kredit öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi, sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 400.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən, X3 və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bununla yanaşı, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 250 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 107.930,47 manat məbləğində əsas borc, 13.251,37 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, 400 manat mediasiya xərci və 10,18 manat dövlət rüsumu olmaqla, ümumilikdə 122.037,02 (bir yüz iyirmi iki min otuz yeddi manat, iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 400.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 122.037,02 (bir yüz iyirmi iki min otuz yeddi manat, iki qəpik) manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 250 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar