Məhkəmə qərarları › İş №e-2-2(121)-73/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-73/2022

29.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-73/2022 29.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi Cavabdeh X5 iştirakı ilə İddiaçı “X11 X3” X12 cavabdeh X7 qarşı cavabdehdən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində ******* (bir milyon üç yüz qırx yeddi min beş yüz) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X11 X3” X14 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində ******* (bir milyon üç yüz qırx yeddi min beş yüz) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 X3 tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində “Dağ-mədən ayırması” aktı (DMAA) olmadan X9 11 ha ərazidə orta istismar dərinliyi 3.5 metr olmaqla 385000 m qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Cavabdeh İmişli rayon İcra hakimiyyəti başçısının 2007-ci 22 fevral tarixli 33 nömrəli tikintiyə icazə verilməsi barədə sərəncamı və İmişli rayon icra hakimiyyətinin torpaq sahəsinin planı əsasında icazə sənədi olmadan fəaliyyət göstərib. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. 22 oktyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X8 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti qadağan edilmişdir. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 385000 m * 5 manat * 0.7 =1347500 manat. Ümumilikdə ******* (bir milyon üç yüz qırx yeddi min beş yüz) manat məbləğdə ziyan müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh X9 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1346/2021 saylı, 05.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə yerqurluşu, tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilərək, müvafiq ekspert rəyi məhkəməyə təqdim edilənə qədər iş üzrə icraat dayandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-73/2022 saylı, 10.03.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İşdə olan Azərbaycan Respublikası X6nin 22 fevral 2022-ci il tarixli, 580 saylı mütəxəssis rəyindən görünür ki, İmişli rayonu, Gövhərli Bələdiyyəsinin 20.05.2006-cı il tarixli, 05 saylı, qərarı və bələdiyyə ilə X9 arasında bağlanılmış icarə müqaviləsinə əsasən tərtib edilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9573, KOD 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması məqsədilə X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin Gövhərli kəndinin Kompleks Yerquruluşu Layihəsi əsasında ərazinin elektron xəritəsinə görə natura üzrə coğrafi koordinatları müəyyən edilmiş və xüsusi informasiya proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Tədqiqatı aparılan 5.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlara aid olmaqla İmişli rayon Gövhərli bələdiyyəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsində qum-çınqıl hasilatı məqsədilə ayrılmışdır. Torpaq sahəsinin hüquqi rejimi müvəqqəti istifadə məqsədli icarəyə verilən torpaqlardır. İmişli rayonu, Gövhərli Bələdiyyəsinin 20.05.2006-cı il tarixli, 05 saylı qərarı və bələdiyyə ilə X9 arasında bağlanılmış icarə müqaviləsinə əsasən tərtib edilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9573, KOD 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması məqsədilə X5 icarəsinə ayrılmış 5 ha torpaq sahəsi iddiaçı tərəfindən X5 30.11.2020-ci il tarixədək faktiki istifadəsində olması iddia edilən ümumi 11 ha torpaq sahəsinin 1.30 ha hissəsi ilə üst-üstə düşür. Qərardadda göstərilən 9 ədəd koordinatların əhatə etdiyi ərazi (11 ha) elektron məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararsız ehtiyat torpaq fonduna aiddir. Bunun 1.3 ha hissəsi JN-9573 kod 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması (hasilatı) məqsədilə X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. Yerdə qalan 9.7 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir ki, həmin torpaq sahəsindən konkret kim və ya kimlər tərəfindən icarəyə götürülməsinin və ya faktiki istifadə olunmasını dəqiq müəyyənləşdirilməsi mümkün olmamışdır. Həmin ərazi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplan və plan- sxemdə aydın şəkildə göstərilmişdir. Bununla yanaşı X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin daxilində mövcud vəziyyəti üzrə "xxxx" MMC (********** qeydiyyat nömrəli 28.12.2020-ci il tarixli Çıxarışla mülkiyyətə verilmiş) tərəfindən hasilat işlərinin aparıldığı müəyyən edilmişdir. İmişli rayonu, Gövhərli Bələdiyyəsinin 20.05.2006-cı il tarixli, 05 saylı qərarı və bələdiyə ilə X9 arasında bağlanılmış icarə müqaviləsinə əsasən tərtib edilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9573, KOD 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması məqsədilə X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin daxilində 1.3 ha həcmli ərazidə qum-çınqıl hasilatı işlərinin aparıldığı müəyyən edilmişdir. Sözügedən 5.0 ha torpaq sahəsindən kənarda 9.7 ha həcmli ərazidə qum-çınqıl hasilatı (istehsalı) işlərinin aparılması müəyyən edilmişdir. Lakin mübahisəli torpaq sahəsinə baxış zamanı "xxxx" MMC tərəfindən hasilat işlərinin aparıldığını, eləcə də 8 saylı Ərazi Vergilər İdarəsinin 03.07.2018-ci il tarixli **********155308 saylı qərarına əsasən X9 tərəfindən aparılmış qum-çınqıl hasilatının müəyyən edilmiş həcminin və “X11 X3” tərəfindən tərtib edilmiş 63292 saylı 22.10.2020- ci il tarixli Akt əsasında müəyyən edilmiş qum-çınqıl hasilatının həcminin arasındakı kəskin ziddiyət olduğunu nəzərə alaraq, 5.0 ha torpaq sahəsindən kənarda yəni 9.7 ha torpaq sahəsində kim tərəfindən hasilat işlərinin aparılmasını müəyyən etmək mümkün olmadı. 8 saylı Ərazi Vergilər İdarəsinin 03.07.2018-ci il tarixli **********155308 saylı qərarı ilə yoxlama zamanı 7087.5m3 həcmdə hasilat işlərinin aparıldığını nəzərə alaraq orta istismar dərinliyi 0.63m (7087m3 : 1.1322 ha) müəyyən edilmişdir. Müəyyən edilmiş 7087.5m3 həcmin aparılmış tədqiqatlar nəticəsində həmin dövrə dair yəni avqust 2018-ci il tarixində olan X15 fotogörüntüsündən 1.1322 ha (0.6768 + 0.1591 + 0.2963) torpaq sahəsində qum-çınqıl hasilatı aparıldığı müəyyən edilmişdir. Belə ki, 8 saylı Ərazi Vergi İdarəsi tərəfindən təyin edilmiş ekspertiza zamanı mütəxəssislər tərərfindən müəyyən edilmiş istismar dərinliyinin 0.63m, X11 X1 22.10.2020-ci il tarixli, 63292 saylı aktında qeyd olunan 1.5m təbii istismar dərinliyini nəzərə alaraq, təqribən orta istimar dərinliyinin 1.0m olmaqla 11.0 ha torpaq sahəsindən (5.0 ha torpaq sahəsi daxilində 1.3 ha və 5.0 ha torpaq sahəsindən kənarda 9.7 ha) çıxarılmış qum-çınqılın həcmi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının normativlərə uyğun olaraq qanunsuz işlənməsi nəticəsində dəymiş ziyanın həcminin hesablanması aşağıdakı kimidir: Vqum-çınqıl = Sha.k x Hdərinlik = 9.7ha (97000m2) x 1.0 m = 97000m3 Vqum-çınqıl = Sha.d x Hdərinlik = 1.3ha (13000m2) x 1.0 m = 13000m3 Beləliklə, qərardadın birinci sualında qeyd olunan 5.0 ha torpaq sahəsində və ondan kənarda hasil edilmiş qum-çınqılın həcmi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərə əsasən, dəymiş ziyanın həcmi 5.0 ha torpaq sahəsi daxilində: 1.3 ha torpaq sahəsi üzrə - 13000m3 qum-çınqıl hasilatı və ya 45000 manat dəymiş ziyan; 5.0 ha torpaq sahəsindən kənarda: 9.7 ha torpaq sahəsində - 97000m3 qum- çınqıl hasilatı və ya 339500 manat dəymiş ziyan. Cəmi 11 ha torpaq sahəsi üzrə: 110000m3 (97000m3 + 13000m3) qum-çınqıl hasilatı və ya 385000.00 manat (45000 + 339500) dəymiş ziyan. Aparılmış tədqiqatın dəyəri 600 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli 10/7095 nömrəli ekspert rəyindən görünür ki, “X6” MMC-nin mütəxəssiləri tərəfindən tərtib edilmiş 580 saylı, 22.02.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, İmişli rayonu, Gövhərli Bələdiyyəsinin 20.05.2006-cı il tarixli, 05 saylı qərarı və bələdiyyə ilə X9 arasında bağlanılmış icarə müqaviləsinə əsasən tərtib edilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9573, KOD 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması məqsədilə X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin Gövhərli kəndinin Kompleks Yerquruluşu Layihəsi əsasında ərazinin elektron xəritəsinə görə natura üzrə coğrafi koordinatları müəyyən edilmiş və xüsusi informasiya proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Tədqiqatı aparılan 5.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlara aid olmaqla İmişli rayon Gövhərli bələdiyyəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsində qum-çınqıl hasilatı məqsədilə ayrılmışdır. Torpaq sahəsinin hüquqi rejimi müvəqqəti istifadə məqsədli icarəyə verilən torpaqlardır. Mütəxəssis rəyinə əsasən, İmişli rayonu, Gövhərli Bələdiyyəsinin 20.05.2006-cı il tarixli, 05 saylı qərarı və bələdiyyə ilə X9 arasında bağlanılmış icarə müqaviləsinə əsasən tərtib edilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 9573, KOD 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması məqsədilə X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsi iddiaçı tərəfindən X5 30.11.2020-ci il tarixədək faktiki istifadəsində olması iddia edilən ümumi 11.0 ha torpaq sahəsinin 1.30 ha hissəsi ilə üst-üstə düşür (plan və sxemdə göstərilmişdir). Mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, qərardadda göstərilən 9 ədəd koordinatların əhatə etdiyi ərazi (11.0 ha) elektron məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararsız ehtiyat torpaq fonduna aiddir. Bunun 1.3 ha hissəsi JN-9573 kod 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması (hasilatı) məqsədilə X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin daxilində yerləşməsi müüəyyənn olunmuşdur. Yerdə qalan 9.7 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir ki, həmin torpaq sahəsindən konkret kim və ya kimlər tərəfindən icarəyə götürülməsinin və ya faktiki istifadə olunmasını dəqiq müəyyənləşdirilməsi mümkün olmamışdır. Həmin ərazi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Bununla yanaşı X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin daxilində mövcud vəziyyəti üzrə "xxxx" MMC (********** qeydiyyat nömrəli 28.12.2020-ci il tarixli Çıxarışla mülkiyyətə verilmiş) tərəfindən hasilat işlərinin aparıldığı müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, İmişli rayonu, Cövhərli Bələdiyyəsinin 20.05.2006-cı il tarixli, 05 saylı qərarı və bələdiyə ilə X9 arasında bağlanılmış icarə müqaviləsinə əsasən tərtib edilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9573, KOD 90706038 saylı şəhadətnamə ilə qum-çınqıl materiallarının çıxarılması məqsədilə X5 icarəsinə ayrılmış 5.0 ha torpaq sahəsinin daxilində 1.3 ha həcmli ərazidə qum-çınqıl hasilatı işlərinin aparıldığı müəyyən edilmişdir. Sözügedən 5.0 ha torpaq sahəsindən kənarda 9.7 ha həcmli ərazidə qum-çınqıl hasilatı (istehsalı) işlərinin aparılması müəyyən edilmişdir. Lakin mübahisəli torpaq sahəsinə baxış zamanı "xxxx" MMC tərəfindən hasilat işlərinin aparıldığını, eləcə də 8 saylı Ərazi Vergilər İdarəsinin 03.07.2018-ci il tarixli **********155308 saylı qərarına əsasən X9 tərəfindən aparılmış qum-çınqıl hasilatının müəyyən edilmiş həcminin və “X11 X3” tərəfindən tərtib edilmiş 63292 saylı 22.10.2020-ci il tarixli Akt əsasında müəyyən edilmiş qum-çınqıl hasilatının həcminin arasındakı kəskin ziddiyət olduğunu nəzərə alaraq, 5.0 ha torpaq sahəsindən kənarda yəni 9.7 ha torpaq sahəsində kim tərəfindən hasilat işlərinin aparılmasını müəyyən etmək mümkün olmadı. 8 saylı Ərazi Vergilər İdarəsinin 03.07.2018-ci il tarixli **********155308 saylı qərarı ilə yoxlama zamanı 7087„5m3 həcmdə hasilat işlərinin aparıldığını nəzərə alaraq orta istismar dərinliyi 0.63m (7087m3: 1.1322 ha) müəyyən edilmişdir. Müəyyən eçwlmiş 7087.5m3 həcmin aparılmış tədqiqatlar nəticəsində həmin dövrə dair yəni avqust 2018-ci il tarixində olan X15 fotogörüntüsündən 1.1322 ha (0.6768 + 0.1591 + 0.2963) torpaq sahəsində qum-çmqıl hasilatı aparıldığı müəyyən edilmişdir. Belə ki, 8 saylı Ərazi Vergi İdarəsi tərəfintən təyin edilmiş ekspertiza zamanı mütəxəssislər tətərfindən müəyyən edilmiş istismar dərinliyinin 0.63m, X11 X1 22.10.2020-ci il tarixli, 63292 saylı aktında qeyd olunan 1.5m təbii istismar dərinliyini nəzərə alaraq, təqribən orta istimar dərinliyinin 1.0m olmaqla 11.0 ha torpaq sahəsindən (5.0 ha torpaq sahəsi daxilində 1.3 ha və 5.0 ha torpaq sahəsindən kənarda 9.7 ha) çıxarılmış qum-çınqılın həcmi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının normativlərə uyğun olaraq qanunsuz işlənməsi nəticəsində dəymiş ziyanın həcminin hesablanması aşağıdakı kimidir: Vqum-çınqıl = Sha.k x Hdərinlik = 9.7ha (97000m2) x 1.0 m = 97000m3 Vqum-çınqıl = Sha.d x Hdərinlik = 1.3ha (13000m2) x 1.0 m = 13000m3 Beləliklə, qərardadın birinci sualında qeyd olunan 5.0 ha torpaq sahəsində və ondan kənarda hasil edilmiş qum-çınqılın həcmi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərə əsasən, dəymiş ziyanın həcmi 5.0 ha torpaq sahəsi daxilində: 1.3 ha torpaq sahəsi üzrə - 13000m3 qum-çınqıl hasilatı və ya 45000 manat dəymiş ziyan; 5.0 ha torpaq sahəsindən kənarda: 9.7 ha torpaq sahəsində - 97000m3 qum- çınqıl hasilatı və ya 339500 manat dəymiş ziyan. Cəmi 11 ha torpaq sahəsi üzrə: 110000m3 (97000m3 + 13000m3) qum-çınqıl hasilatı və ya 385000.00 manat (45000 + 339500) dəymiş ziyan. Xüsusi mühafizə olunan təbiət ərazilərində, turizm və rekreasiya zonalarında yer təkinin qanunsuz istismarı zamanı təbiətə dəymiş ziyanın məbləği 3 qat qiyməti ilə hesablanır. Bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər ççün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri iləolan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı publik hüquqi şəxs və iddianın predmeti zərərin əvəzinin ödənilməsindən ibarət olsa da, mübahisə iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Eyni zamanda iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X11 X2 Nizamnaməsinin müvafiq müddəalarına istinad etmişdir. Halbuki iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. Eyni zamanda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunverici yerin təkindən istifadə etmə ilə əlaqədar mübahisələrin inzibati qaydada və məhkəmə qaydasında həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, hazırki mübahisəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – mütəxəssis və ekspert tədqiqatının dəyəri olan 700 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq, müvafiq olaraq “X6” MMC və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X11 X3” X12 cavabdeh X7 qarşı cavabdedən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində ******* (bir milyon üç yüz qırx yeddi min beş yüz) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti “X11 X3” X10 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu 3, X4, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Mütəxəssis rəyinin verilməsi üzrə tədqiqatının dəyəri olan 600 manat məbləğində pul vəsaiti “X11 X3” X10 alınaraq “X6” MMC-nin hesabına (keçiriləcək hesab: Kapital Bank ASC Sahil filialı, kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab: AZ64AİİB400900C**********208) köçürülsün. İddiaçıya izah olunsun ki, o, hazırki mübahisəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həll edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar