Məhkəmə qərarları › İş №e-2-2(121)-74/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-74/2024

17.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-74/2024 17.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı “X10” MMC-nin nümayəndəsi X6, İddiaçı “X10” MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X10” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı – borcun silinməsi, artıq ödənilmiş məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddiasına dair işə X8 inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X10” MMC cavabdeh "xxxx" ASC-yə qarşı - subabonentlərin şəbəkəyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinə və ona aid tranzit elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə iddiaçı tərəfindən ödənilmiş vəsaitlərin hesablanaraq geri ödənilməsi və elektrik enerjisinin kəsilməsinə görə iddiaçıya dəymiş zərər və eləcə də mülki dövriyyə şəraitində əldə edilməli olan gəlirlərin (əldən çıxmış faydanın) hesablanaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X24”nə uyğun olaraq Ağcabədi rayon ərazisində aqrobiznesin inkişafına dəstək infrasturukturunun formalaşdırılması istiqamətində iş aparılaraq, rayonun "xxxx" şəbəkəsi genişlənmişdir. Bu məqsədilə rayonun inzibati ərazisində yerləşən dövlət fonduna aid 4800 ha qış otlaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı əsasında dəyişdirilərək “X10“ MMC-nin (bundan sonra MMC) (VÖEN:**********) icarəsinə verilərək "xxxx" yaradılmışdır. MMC artıq qarşısına qoymuş məqsədlərini reallaşdıraraq, ölkəmizin daxili istehsal hesabına yem məhsulları ilə təmin olunmasını həyata keçirir. Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2022-ci il tarixdə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalanması da ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir. Fərmanın icrası ilə əlaqədar MMC bu layihəyə qoşularaq müqavilə imzalamışdır. Ölkənin taxıl məhsulları ilə təminatında özəl iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür. Bu təsərrüfatda müasir suvarma sistemlərindən, o cümlədən pivotaltı suvarmadan istifadə etməklə yüksək məhsul əldə edilir. Müasir suvarma sistemləri qurulan sahələrdə suvarma suyuna qənaət olunur ki, bu da daha çox əkin sahəsinin suvarma suyuna olan tələbatının ödənilməsi deməkdir. Müasir suvarma üsullarının tətbiq edildiyi sahələrdə suvarma normalarına ciddi əməl olunması nəticəsində torpaqdan qida maddələrinin yuyulmasının qarşısını alınır, torpağın münbitliyi əhəmiyyətli dərəcədə artır və torpaq təkrarən şorlaşmaya məruz qalmır. İri taxılçılıq təsərrüfatlarında müasir suvarma sistemlərinin tətbiqi nəticəsində yüksək məhsuldarlığa nail olunur ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. MMC-də həmin müasir iri taxılçılıq təsərrüfatlarından biridir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli və xx.xx.2022-ci il tarixli fərmanlarının icrası ilə əlaqədar olaraq MMC tərəfindən Aqropark ərazisində müasir pivot suvarma sistemləri qurulmuş və bunların davamlı fəaliyyəti üçün elektrik enerjisi təminatı infrastrukturunu dövlət dəstəyi sayəsində təşkil etmişdir. Layihənin icrasının həyata keçirilməsi üçün tələb olunan elektrik enerji təminatı 5600 kVt aktiv güc tələb edildiyindən, "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli TX- 17/1052 nömrəli texniki şərtə əsasən 35/N kV-luq "xxxx" yarımstansiyasından bir dövrəli 35 kV-luq hava-kabel xətti çəkilərək 10 MVA gücündə “Əkinçi BO” 35/N kV-luq yarımstansiyası inşa edilmiş və Energetika Nazirliyi Enerji X1 xx.xx.2019-cu il tarixli YG 26/19E-0007 nömrəli istismara buraxılış aktı əsasında yarımstansiya istismara verilmişdir. İstismar aktında xidmət sərhəddi 35/N kV-luq "xxxx" yarımstansiyasında 35 kV-luq giriş portalında müəyyən edilmişdir. MMC "xxxx" ASC-də **********3 nömrəli kodi ilə qeydiyyatı rəsmiləşdirilmiş və 35/N kV-luq "xxxx" yarımstansiyasında 69208062 nömrəli (əmsal 21000) elektrik sayğacı quraşdırılmışdır. Dövlət dəstəyi ilə tikilmiş və istismara varilmiş 10 MVA gücündə 35/N kV-luq yarımstansiya iddiaçının elektrik enerjisinə olan tələbatına uyğun hesablanmış və başqa tələbatçıların qoşulması nəzərdə tutulmamışdır. Ağcabədi rayonu ərazisində yerləşən iddiaçının elektrik təchizatı sxemidə bunu təsdiq edir. MMC-nin razılığı olmadan 2019-ci ilin sentyabr ayında N saylı hərbi hissə MMC-yə məxsus yarımstansiyanın N kV-luq tərəfindən hava xətti vasitəsi ilə şəbəkəyə qoşulmuşdur və hərbi hissənin elektrik sayğacı N kV-luq xəttin başlanğıcında quraşdırılmışdır. 2021-ci ilin yanvar ayından sonra hərbi hissəyə gedən N kV-luq hava xəttinin müxtəlif budaqlanma nöqtələrindən artezian quyuları üçün 30-a qədər müxtəlif güclü transformatorlar quraşdırılaraq elektrik enerjisindən istifadə etməyə başlamaqla, MMC-nin təsərrüfat fəaliyyətində elektrik enerjisi ilə təminatında problemlər yaranmağa başlamışdır. Bu qoşulmalar həyata keçirilərkən hərbi hissədən də razılıq alınmamışdır. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın 2.37-ci bəndinə əsasən sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər. MMC-nin elektrik enerji tələbatını təmin etmək üçün inşa edilmiş 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində hərbi hissəyə məxsus hava xəttindən 30-a yaxın transformatorun hesabat aparılmadan böyük yüklərin qoşulması nəticəsində, 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində olan bəzi elektrik avadanlıqlar yanaraq istismara yararsız hala düşmüş və nəticədə hərbi hissəyə gedən xəttin əvvəlində quraşdırılmış elektrik sayğacının işləmədiyindən əksər sərfiyyat MMC-nin üzərində qalmışdır. MMC-nin hesabına istifadə etmədiyi başqa abonentlərin istifadə etdiyi elektrik enerji sərfinin dəyəri daxil edilməkdədir. Sərfiyyatın müqayisəli təhlili zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin ilk 4 ayında MMC-nin sərfiyyatı 226 036 kVt/s (20.343,24 manat) olmuş, qalan 8 ayda isə 954 909 kVt/s (85.941,81 manat) olmuşdur. 2022-ci il ərzində MMC-yə qalan sərfiyyat reallıqdan artıqdır. Bu artım davam etməkdədir. Sərfiyyatın təhlili göstərir ki, MMC-nin sayğacından çıxılan hərbi hissənin sayğacı həqiqi sərfiyyatı qeyd etmir. Belə ki, 2022-ci ilin 4 ayında MMC-nin istifadə etdiyi elektrik enerji sərfi 518 800 kVt/s (51 880 manat) olduğu halda, 2023-cü ilin 4 ayında elektrik enerji sərfi 711 770 kVt/s (71 177) manat hesablanmışdır. Əlavə olaraq, 2021-ci il ərzində həm yazlıq, həm də payızlıq əkin aparılıb ancaq 2022-ci il də isə yalnız payızlıq əkin aparılıb. Faktların müqayisəsi göstərir ki, hərbi hissənin xəttindən elektrik enerjisi ilə təmin edilən 30-a qədər artezian quyularının istifadə etdikləri elektrik sayğacları həqiqi sərfiyyatı qeyd etməmiş və nəticədə real istifadə edilmiş elektrik enerjisi sərfinin əsas hissəsi MMC-nin üzərində qalmışdır. Belə məlum olur ki, hərbi hissənin elektrik sayğacına "xxxx" ASC tərəfindən qoşulmuş 30-a yaxın artezianın sərf etdiyi elektrik enerji sərfini sayğacın qeyd etməməsi nəticəsində MMC-nin hesabına istifadə etmədiyi elektrik enerji hesablanaraq ödənilməsi tələb edilir. Məlum olmuşdur ki, hərbi hissənin sayğacı dəfələrlə sıradan çıxmış, "xxxx" ASC tərəfindən yeni sayğac quraşdırılana kimi bütün sərfiyyat MMC-nin üzərində qalmışdır. Yarımstansiyaya baxış keçirilən zaman məlum olmuşdur ki, yarımstansiyada bəzi avadanlıqların yanması nəticəsində hərbi hissənin xətti sayğacsız qoşulmuşdur və həmin sayğac həqiqi sərfiyyatı qeyd etmədiyindən bütün sərfiyyat MMC-nin üzərində qalacaqdır. (bu faktlar görüntülü telefon vasitəsi ilə çəkilmişdir) Bundan başqa "xxxx" ASC tərəfindən ünvanlanan məktublarda qeyd edilir ki, aqroparkın elektrik təchizatı üçün 35/N kV-luq 10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kv-luq hava xəttlərinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat tərəfindən bağlanmış müqavilə əsasında yerinə yetirilmişdir. Tikinti işləri başa çatdıqdan sonra texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, iddiaçının, eləcə də cavabdehin səlahiyyətli nümayəndəsinin imzası ilə əsas vəsaitlərin istismara qəbul aktı (qaiməsi) tərtib olunmuş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. Əsas vəsaitlərin istismara qəbul aktında (qaiməsində) istehlakçı qrafasında sadəcə imza var. Buna görə də həmin imzanın iddiaçının səlahiyyətli nümayəndəsinə məxsus olması müəyyən edilmir. Çünki imzanın kimə məxsus olması barədə həmin şəxsin adı, soyadı və vəzifəsi göstərilməmişdir. Əsas vəsaitlərin istismara qəbul aktı (qaiməsi) "xxxx" ASC tərəfindən hazırlanan zaman "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin adı, soyadı və vəzifəsi göstərildiyi kimi eləcə də istehlakçı qrafasında da iddiaçının səlahiyyətli nümayəndəsinin adı, soyadı və vəzifəsi göstərilməli idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.4-cü bəndinə qeyd edilmişdir ki, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqısatqı müqaviləsini onunla bağlayırlar. Yenə həmin qaydaların 1.4-cü bəndinə qeyd edilmişdir ki, enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqısatqı müqaviləsini bağlaya bilər. Enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Yeni tikilmiş 35/N kV-luq 10 MVA gücündə transfmator yarımstansiyası "xxxx" ASC-nin balansında olduğu halda Qaydaların 8.3-cü bəndinə əsasən, MMC-nin elektrik sayğacı 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində xəttin üzərində elektrik sayğacı quraşdırılmalıdır. Lakin ASC-nin və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 İmişli filialının səhvi nəticəsində MMC-yə külli miqdarda ziyan dəymişdir. Halbuki Qaydaların 8.4-cü bəndinə göstərilir ki, istehlakçı ancaq istifadə etdiyi elektrik enerjisi sərfinin dəyərini ödəməlidir. Bu səhvlər nəticəsində 35/N kV-luq "xxxx" yarımstansiyasında 35 KV-luq xəttin başlanğıcında quraşdırılmış elektrik sayğacı ASC tərəfindən MMC-nin adına rəsmiləşdirilmiş və bütün texniki itkilər (xətt itkisi, transfamator itkisi və başqa itkilər) MMC-nin üzərində qalmışdır. Yarımstansiya "xxxx" ASC-nin balansında olduğu halda MMC-dən başqa bütün qoşulmuş ASC abonentlərinin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının yəni MMC-nin sərfindən çıxılmalı idi. MMC-nin elektrik sayğacı yeni tikilmiş 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində quraşdırılmalı idi. Belə vəziyyətdə MMC təkcə öz istifadə etdiyi elektrik enerjisi sərfini ödəməli idi. Subabonentlər şəbəkiyə qoşulan vaxtdan subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) MMC-nin sərfindən çıxılmır. Subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) subabonentlər şəbəkiyə qoşulan vaxtdan MMC-yə hesablanaraq ondan alınır. Hal-hazırda MMC-yə elektik enerjisi verilmir, lakin MMC-nin elektrik sayğacı işləyir və MMC-yə əlavə vəsait yazır. Gündəlik olaraq elektrik sayğacına MMC-nin əməkdaşları tərəfində baxış keçirilərək aktlaşdırılır və video yazısı aparılır. Bu bir daha sübut edir ki, MMC-yə elektrik enerjisi verilmədiyi halda elektrik sayğacı işləyir və subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) MMC-yə hesablanır. Bundan əlavə, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 İmişli filialı tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-15- 2-8/2-9-1827-5382/2023 nömrəli məktubda da qeyd edilmişdir ki “Əkinçi” yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədəd isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd KV-luq “Hərbi hissə” elektrik veriliş xəttinin isə Hərbi hissəni və digər istehlakçıları (subartezian) elektik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə xəttinin üzərində olan istehlakçılara aid 0,4 KV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin ”Mehrablı” yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin bu halda həmin istehlakçıların elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğcanının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır.) pozulur. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-yə MMC ilə hesablaşmanın Qaydaların 7.13-cü bəndinə əsasən aparılması məsələsinə baxılması məqsədilə xx.xx.2023-cü il tarixli 3-15-2-8/2-165/2023 məktub ünvanlanmışdır. Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı ilə təmin edilməsində MMCnin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün pretenziya məktubu ilə cavabdehə müraciət edilmişdir. Bundan başqa isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Pretenziya məktubub cavabdehə xx.xx.2023-cü il tarixdə e-taxes.gov.az saytı vasitəsi ilə və xx.xx.2023-cü il tarixdə isə emehkeme.gov.az saytı vasitəsi ilə göndərilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna heç bir münasibət bildirilməmişdir. Əlavə olaraq, iddiaçının istifadəsində olan "xxxx"ın 1050.31 ha torpaq sahəsində 2019-cu ildən halhazırki dövrə qədər buğda, qarğıdalı və soya bitkiləri əkilmişdir. Buğda üçün suvarma mövsümü noyabr ayının təxminən 15-dən başlayaraq may ayının sonuna qədər davam edir. Birinci ürün qarğıdalı üçün suvarma mövsümü mart ayının 25-dən başlayaraq avqust ayının 15-nə kimi davam edir. Soya üçün suvarma mövsümü aprel ayının 15-dən başlayaraq sentyabr ayının 15-nə kimi davam edir. İkinci ürün qarğıdalı üçün suvarma mövsümü iyun ayının 15-dən başlayaraq oktyabr ayının 25-nə kimi davam edir. Bir qayda olaraq birinci taxıl əkilir, sonradan birinci ürün qarğıdalı və soya əkilir. Sonda isə ikinci ürün qarğıdalı əkilir. Həmin əkin sahələrin suvarılması üçün hər suvarma müddəti suyun təzyiqindən asılı olaraq orta hesabla, ardıcıl olaraq 12 gün çəkir. Bundan başqa iddiaçının istifadəsində olan "xxxx"ın 1050.31 ha torpaq sahəsində əkilən məhsulunun suvarılması üçün 11 ədəd pivot suvarma qurğuları quraşdırılmışdır. Hər pivot tağılardan ibarət olmaqla 1-ci; 2-ci; 3-cü; 4-cü; 6- cı; 7-ci və 8-ci pivotlar 10 tağıdan, 5-ci və 11-ci pivotlar 11 tağıdan, 9-cu pivot 7 tağıdan, 10-cu pivot 9 tağıdan ibarətdir. Cəmi tağıların sayı 108 ədəddir. Hər bir tağını hərəkətə gətirən 1 ədəd elektrik mühərriki vardır. Mühərriklər “LİNDSAY” tipli, LİN-CDU-B-3-4-40 P/N ******* modelli olmaqla, 3 fazalı, gərginliyi 380 voltluqdur. Onlardan 46 ədədi böyük ölçülü olmaqla amper/saatı (AMP) 1.9-dur, 62 ədəd tağının mühərrikləri balaca ölçülü olmaqla, amper/saat (AMP) 1.8-dir. Hər dəfə suvarma aparılanda pivotlar dairəvi formada olduğundan tağıların mühərrikləri ardıcıllıqla hərəkət edir və bu səbəbdən mühərriklər ardıcıllıqla işə düşərək sönürlər. Bu səbəbdən hər pivotun elektrik gücü akta əlavə edilən pivotların layihə üzrə nəzərdə tutulmuş həcmdədir. Belə ki, 1-ci; 2-ci; 3-cü; 4cü; 6-cı; 7-ci və 8-ci pivotların elektrik gücü - 12.82 Amps, 5-ci pivotun elektrik gücü – 14.00 Amps, 11-ci pivotun elektrik gücü 14.02 Amps, 9-cu pivotun elektrik gücü – 8.73 Amps, 10-cu pivotun – 10.89 Amps-dir. Ümumilikdə, pivotların elektrik gücü 137.38 Ampsdir. İddiaçının istehsalat nəzarətçisi - X20 və təsərrüfat briqadiri – X18 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, hər gün saat 16:21-də "xxxx" ASC-yə məxsus Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində yerləşən 35/N kvt-luq Mehrablı yarımstansiyasının paylayıcı qurğularının yerləşdiyi sahədəki iddiaçıya məxsus, “LUNA” markalı, “Lun” 6 tipli, 69208062 nömrəli, 3 fazalı hesabat sayğacının göstəriciləri götürülmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 671.533 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 672.888 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 674.331 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 675.704 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 676.950 kwh olması müəyyən edilmişdir. Göstəricilərin götürülməsində "xxxx" ASC-nin X25 Enerji və Satış İdarəsinin X16nin növbətçi elektrik mantyoru Habil adlı şəxs iştirak etmişdir. Qeyd olunur ki, hesabat sayğacının göstəriciləri götürülərkən iddiaçının elektrik təchizatı tam dayandırılmışdır. "xxxx" ASC-nin X25 Enerji və Satış İdarəsinin X16nin xx.xx.2023-cü il tarixli xəbərdarlığında qeyd edilmişdir ki, guya MMC-nin 29.300 manat məbləğində debitor borcu var. Halbuki MMC-nin heç bir debitor borcu yoxdur. Xəbədarlıqda qeyd edilən borc elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə yaranmışdır. Bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 İmişli filialının xx.xx.2023-cü il tarixli 3-15-2-8/2-9- 1827-5382/2023 nömrəli məktubu da sübut edir. Qeyd edilən əsassız borca görə qanunsuz olaraq iddiaçının istifadəsində olan "xxxx"ın ərazisində elektrik enerjisi kəsilmişdir. Buna görədə iddianın gələcəkdə müvəffəqiyyətli icrasının təmin etmək məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət edilənədək iddiaçının istifadəsində olan "xxxx"ın ərazisində elektrik enerjisinin verilməsinin (subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) çıxmaqla) bərpa edilməsi öhdəliyinin "xxxx" ASC, "xxxx" ASC-nin X27 və Satış İdarəsi və "xxxx" ASC-nin X25 Enerji və Satış İdarəsinin X16nin üzərinə qoyulması, eləcədə elektrik enerjisindən istifadə edilməsinə maneələr yaradılmasının və elektrik enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(121)-34/2023 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Qərardadda qeyd edilmişdir ki, məhkəmə hesab edir ki, fəaliyyəti işığın verilməsindən asılı olan sahibkarlıq subyektinə verilən elektrik enerjisinin dayandırılmasının, hüquqi şəxs olaraq ərizəçinin (maraqlı şəxsin) vəziyyətinin əhəmiyyətli dərəcədə çətinləşdirəcəyindən, bunun qarşısını almaq məqsədilə ərizə “elektrik enerjisindən istifadə edilməsinə maneələr yaradılmasının və elektrik enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi” hissəsində qismən, yəni ərizə üzrə bir cavabdeh olduğundan, cavabdehlərə deyil, yalnız cavabdeh "xxxx" ASC-yə “qadağan edilməsi” hissəsində təmin edilməlidir. xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(121)-34/2023 nömrəli qərardadının icrası zamanı Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində yerləşən 35/N kvt-luq Mehrablı yarımstansiyasının paylayıcı qurğularının yerləşdiyi sahədəki iddiaçıya məxsus, “LUNA” markalı, “Lun” 6 tipli, 69208062 nömrəli elektrik sayğacı çıxarılaraq yeri dəyişdirilmişdir. Sayğacın yeri dəyişdirilən zaman "xxxx" ASC-nin ARAN RETSİ-nin X16 tərəfindən iddiaçının nümayəndələrinin iştirakına şərait yaradılmamışdır. Qeyd edilən hallar videoya çəkilmişdir. Bu günə qədər də X16 tərəfindən iddiaçıya sayğacın yeri dəyişdirilən zaman sayğacın göstəriciləri və cərəyan transformatorun əmsalı barədə heç bir bir akt və ya protokol təqdim edilməmişdir. Qeyd edilən hallar bir daha sübut edir ki, cavabdeh tərəfindən cavabdehə qarşı qanunsuzluqlar törədilməkdə davam edir. İddiaçı “iddia tələbinin artırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixədək 63.566,70 manat məbləğində hesablanmış qalıq (debitor) borcu, eləcə də Aqropark kompleksinə elektrik enerjisinin verilməməsinə baxmayaraq ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixində 85.038,30 manat məbləğində qalıq (debitor) borcun silinməsi, 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövrlər ərzində iddiaçının adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə əlavə hesablanmış elektrik enerjisinə görə həmin dövrlər ərzində artıq ödənilmiş 284.360,27 manat məbləğin və iddiaçıya məxsus Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə ******* manat dəymiş ziyanın və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Artırılmış iddia tələbi onunla əsaslandırılmışdır ki, subabonentlərin şəbəkəyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinə və ona aid tranzit elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə MMC tərəfindən ödənilmiş vəsaitlərin hesablanaraq geri ödənilməsi və elektrik enerjisinin kəsilməsinə görə “X10” MMC-yə dəymiş zərər və eləcə də mülki dövriyyə şəraitində əldə edilməli olan gəlirlərin (əldən çıxmış faydanın) hesablanaraq ödənilməsi və məhkəmə xərclərinin "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair e-2-2(121)-2039/2023 nömrəli mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. İddia ərizəsində qeyd edilmişdir ki, “X10“ MMC-nin hesabatına süni surətdə daxil edilmiş, hərbi hissənin elektrik sayğacının işləməməsi səbəbindən istifadə etmədiyi elektrik enerji sərfi dəyərinin və texniki itkilərin, subabonentlərin şəbəkiyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinin və ona aid tranzit elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat), eləcə də elektrik enerjisinin kəsilməsinə görə “X10” MMC-yə dəymiş zərər və eləcə də mülki dövriyyə şəraitində əldə edəcəyimiz gəlirlərin (əldən çıxmış faydanın) məbləğləri hesablanıb məhkəməyə təqdim edildikdən sonra iddia tələbinin həcmi artırılacaq və ona görə də dövlət rüsumu ödəniləcəkdir. Aşağıda göstərilən suallar üzrə tədqiqat aparılması üçün iddiaçı tərəfindən “X13” MMC-yə müraciət edilmişdir. 1. “X10” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesablaşma elektrik sayğacının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğundurmu? 2. “X10” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMCyə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissəsinin və subartezian quyularının) yeni inşa olunmuş 35/N kV-luq “Əkinçi” elektrik yarımstansiyasınin N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğundurmu? 3. “X10” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakcıların (abonentlərin) həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda, MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyatının 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacla hesablanması düzgündürmü və “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğundurmu? 4. "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X10” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 30 may 2023-cü il tarixinədək 63.566,70 manat və 14 iyun 2023cü il tarixinədək 85.038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcu düzgün hesablanmışdırmı? 5. “X10” MMC-yə məxsus Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə MMC-yə elektrik enerjisinin verildiyi tarixdən (elektron qaimələrə görə 2017-ci ilin dekabr ayından) və əlavə istehlakçıların həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu tarixdən (2019-cu ilin sentyabr ayından) elektrik enerjisinin verilməsinin kəsildiyi tarixə (2023- cü ilin may ayına) qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğundurmu?

6. 5-ci sualda qeyd edilmiş dövrlər üzrə hesablanmış elektrik enerjisinin sərfiyyatı düzgün hesablanmamışdırsa “X10” MMC-nin adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış artıq elektrik enerjisinə görə həmin dövrlər ərzində nə qədər artıq ödəniş olunmuşdur? 7. “X10” MMC-yə məxsus, Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə dəymiş ziyan - əldən çıxmış fayda müəyyən edilsin. “X13” MMC-nin ekspertləri tərəfindən tədqiqatın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 90 nömrəli rəy verilmişdir. Rəyin nəticə hissəsində aşağıda göstərilənlər qeyd edilmişdir. 1-ci, 2-ci və 3-cü suallar üzrə: "xxxx" ASC-nin Satış departamentinin direktoru E.Dadaşov və "Əkinci X23" MMC-nin direktoru R.Pəsiyev arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 006408 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi”nin 7-ci bəndində enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktını bu müqaviləyə əlavə edilmədiyini, müqavilənin 9-cu bəndində hesablaşma elektrik sayğaclarının quraşdırılan yerinin qeyd edilməsi nəzərdə tutulsa da, həmin müqavilədə bu barədə heç bir qeydiyyatın aparılmadığını, “Aran” RETSİ-nin adından Ağcabədi EŞ-nin baş mühəndisi Fikrət Əhmədov və Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən “Əkinci BO” arasında bağlanmış “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) aktı”nın tarixi alqısatqı müqaviləsinin tarixindən fərqli (2018-ci ilin sentyabr ayı göstərilmişdir) olduğunu və “Əkinci BO” (istehlakçı) tərəfindən imza edilmış şəxsin adı və soyadı aktda qeyd edilmədiyini, "xxxx" ASC-nin Aran RETSİ-nin rəisi E.Ə.Həsənov tərəfindən və həmin ASCnin Texniki Departamentinin direktoru Vüsal Qənbərov tərəfindən "X10" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 51-01/105 nömrəli və 20 aprel 2023-cü il tarixli, 13- 13/2-1/06-2444/2023 nömrəli məktublarda 35/N kVluq 1x10 MVA gücündə olan “Əkinçi” yarımstansiyasının və ona çəkilmiş 35 kV-luq hava xəttinin "xxxx" ASC-nin balansında olduğunu, həmin cəmiyyətin əsas vəsaitlərinə əlavə edildiyini və onlara xidmət göstərildiyini nəzərə aldıqda, konkret olaraq enerji təchizatı müəssisəsi ilə abonent (istehlakçı) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyinə və həmin nöqtədə hesablaşma sayğacının quraşdırılması təmin edolmədiyinə, elektrik şəbəkəsinin digər nöqtədə hesablaşma sayğacının quraşdırıldığı halda isə texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə, "X10" MMC-yə məxsus aqroparkın elektrik enerjisinin sərfinin həsablanması üçün 35/N kV-luq "xxxx" yarımstansiyasında “Luna” tipli, 69208062 nömrəli hesablaşma sayğaçının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 1.4, 5.1, 7.6, 7.12, 7.13, 7.17 bəndlərinin və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerjitəchizatı şəbəkəsinə qoşulması qaydaları”nın 2.36, 2.37, 3.4, 3.6 bəndlərinin tələblərinə uyğun deyildir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, TX- 17/1052 nömrəli texniki şərtdə və 14 may 2019-cu il tarixli, YG26/19E-0007 nömrəli “İstismara buraxılış aktı”nda yalnız bir istehlakçının, yəni "X10" MMC-yə məxsus aqroparkın elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) 35/N kV-luq “Əkinci” yarımstansiyasının N kV-luq PQ-yə qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisi ilə təchiz edilməsi, “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.4, 1.6, 2.1, 7.12 bəndlərinin tələblərinə ziddir. Belə ki, əlavə istehlakçıların (abonentlərin) əsas istehlakçının şəbəkəsinə yalnız onun razılığı ilə, yeni texniki şərtin hazırlandığı, yeni alqısatqı müqavilənin bağlandığı, elektrik enerjisinin sərfiyyatlarının hesablaşma qaydası, hesablaşma sayğaclarının və texniki nəzarət uçot cihazlarının (sayğaclarının) quraşdırma yerlərinin (nöqtələrinin) müəyyən edildiyi halda heyata keçirilməli idi; "xxxx" ASC tərəfindən "X10" MMC-yə verilmiş xx.xx.2017- ci il tarixli, TX-17/1052 nömrəli texniki şərtdən kənar əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) həmin MMC-nin elektrik enerjisi təchizat sxeminə qoşulduğu halda, əlavə istehlakçıların (abonentlərin) texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə, "X10" MMC-yə məxsus aqroparkın istifadə etdiyi elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" yarımstansiyada quraşdırılmış hesablaşma elektrik sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.13, 7.14, 8.3, 8,13 bəndlərinin tələblərinə uyğun deyildir. 4-cü və 5-ci suallar üzrə: “X10“ MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat sxemini və quraşdırılmış elektrik qurğularının texniki göstəricilərini, suvarılan ərazidə yetişdirilən bitkilərin suvarılma xüsusiyyətlərini, elecə də aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsində yarana bilən maksimal texniki itkilərini nəzərə aldıqda, “X10” MMC-yə məxsus aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə: - 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir, belə ki həmin qaimələrlə geyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının (“X10” MMC-nin) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi 3612721,2 kVts (fərq 4,011,705.8 kVts) təşkil edir; - 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir, belə ki həmin qaimələrlə geyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi ******* kVts (fərq 2,942,535 kVts) təşkil edir. “X10“ MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsinə diğər istehlakçıların (hərbi hissənin və N ədəd subartezian quyularının) qoşulduğu halda, elektrik enerjisi sərfiyatlarının hesablanması yuxarıda göstərilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun aparılmadığına görə, "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X10” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş 30 may 2023-cü il tarixədək 63.566,70 manat məbləğində hesablanmış qalıq (debitor) borcu, eləcə də Aqropark kompleksinə elektrik enerjisinin verilməməsinə baxmayaraq ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixində 85038,30 manat məbləğində qalıq (debitor) borc düzgün hesablanmamışdır. 6-cı sual üzrə: Aparılmış tədqiqatlar nəticəsində, 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına və 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövrlər ərzində “X10” MMC-nin adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə əlavə hesablanmış elektrik enerjisinə görə həmin dövrlər ərzində artıq ödənilmiş məbləğ aşağıdakı kimi müəyyən edilir: a) 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 284,360.27 manat; b) 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 196,686.39 manat. 7-ci sual üzrə: Aparılmış tədqiqatlar nəticəsində, “X10” MMC-yə məxsus, Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə dəymiş ziyan - əldən çıxmış fayda - 2,335,725.00 (iki milyon üç yüz otuz beş min yeddi yüz iyirmi beş) manat müəyyən edilmişdir. İddiaçı “X10” MMC-nin nümayəndəsi X15, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndələrini, cavabdehin nümayəndəsinin və mütəxəssislərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X10” MMC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli, 006408 saylı “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Ağcabədi rayonu ərazisində “X10” MMC-yə məxsus Aqroparkın elektrik təchizatı üçün "xxxx" ASC tərəfindən TX- 17/1052 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərtə əsasən Agroparkın elektrik təchizatı üçün 35/N kV-luq 1x10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında smeta razılaşdırılaraq tikinti işləri aparılmışdır. İş başa çatdıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, eləcə də "xxxx" ASC-nin səlahiyyətili nümayəndəsinın imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı tərtib edilmiş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “X10” MMC-nin direktoru Mətanət Səlimovaya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən "X10" MMC-yə məxsus aqroparkı elektrik enerjisi ilə təmin eden 35/N kV-luq yarımstansiyanın MMC-nin balansına təhvil verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və “Azərenerji" ASC-yə ünvanlanmış müraciətə "xxxx" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq, göstərilən aqroparkın elektrik təchizatı üçün 35/N kV-luq 10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat arasında bağlanmış müqaviləyə əsasən yerinə yetirilmişdir. İş başa çatdırıldıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, "X10" MMC-nin o vaxtkı rəhbərliyinin, eləcə də "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı (qaiməsi) tərtib olunmuş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. 35/N kV-luq yarımstansiya heç vaxt "X10" MMC-nin balansında olmamışdır. Əlavə olaraq, yarımstansiyaya "Azərişıq” ASC tərəfindən texniki xidmət göstərilir və yarımstansiyadan aqroparkın fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi tachizatı təmin edilir. Yarımstansiyadan aqroparkdan əlavə olaraq strateji əhəmiyyətli obyektlər, o cümlədən hərbi hissələr də elektrik enerjisi ilə təmin olunur. Yarımstansiyaya əlavə güclərin qoşulması "Azərişıq” ASC-nin nəzarətində və səlahiyyətindədir. "X10” MMC tərəfindən mövcud gücdən əlavə gücə ehtiyac yaranarsa, bu yalnız mövcüd qanunvericiliyin tələblərinə uyğun olaraq texniki şərtlər əsasında həyata keçiriləcəkdir. Göstərilən yarımstansiyanın "X10" MMC-yə təhvil verilməsi məqsədəuyğun hesab edilmir. İş materiallarında olan "xxxx" ASC-nin X27 Təchizatı və Satışı İdarəsinin “X10” MMCnin direktoru Səlimova Mətanətə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağcabədi rayonu ərazisində “X10” MMC-yə məxsus Aqroparkın elektrik təchizatı üçün "Azərişıq” ASC tərəfindən TX-17/1052 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərtə əsasən Agroparkın elektrik təchizatı üçün 35/N kV-luq 1x10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "Azərişıq” ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında smeta razılaşdırılaraq tikinti işləri aparılmışdır. İş başa çatdıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin eləcə də "Azərişıq” ASC-nin səlahiyyətili nümayəndəsinın imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı tərtib edilmiş və yarımstansiya 2018-ci ildə "Azərişıq” ASC-nin balansına qəbul edilmişdir. Yarımstansiya dövlət vəsaiti hesabına inşa edilmiş, istismara verilən andan "xxxx" ASC-nin balansına verilmişdir. 35/N kV-luq yarımstansiya heç vaxt "X10" MMC-nin balansında olmamışdır. Əlavə olaraq, yarımstansiyaya Aran RETSİ-nin X16 tərəfindən texniki xidmət göstərilir, ehtiyac olduqda zədələnmiş qiymətli avadanlıqlar “X10” MMC tərəfindən deyil, “Azərişıq" ASC-nin vəsaiti hesabına dəyişdirilir. 35/N kV-luq yarımstansiyadan Aqroparkın fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı təmin edilir. Yarımstansiyadan Aqroparkdan əlavə olaraq, texniki şərtlər əsasında hərbi hissə və budaqlanma yolu ilə artezian quyuları da elektrik enerjisi ilə təmin olunur. Hərbi hissənin və bu xəttə qoşulmuş artezian quyularının hər biri elektrik sayğacı ilə təmin olunmuşlar. Hər ay hərbi hissə və artezian quyularının elektrik enerjisinin sərfiyyatı baş yarımstansiyada quraşdırılmış elektrik sayğacının sərfiyyatından çıxılaraq yerdə qalan sərfiyyat Aqroparka aid edilir. Qeyd olunan yarımstansiyada sayğacı olmayan və sayğacı qüsurlu olan heç bir istehlakçı yoxdur. Odur ki, digər istehlakçıların sərf etdiyi enerjinin sərfiyyatının MMC-nin hesabına qeyd olunması barədə müəssisə rəhbərliyinin yazdıqları həqiqəti əks etdirmir. İşdən görünür ki, "Azərişıq” ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin istehlakçı "X10" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarına əsasən, elektrik enerjisinin sərfinə görə 29.300 manat məbləğində (ƏDV ilə) debitor borcu vardır. İş materiallarına əlavə olunmuş “X13” MMC-nin 90 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, "xxxx" ASC-nin Satış departamentinin direktoru E.Dadaşov və "Əkinci X23” MMC-nin direktoru R.Pəsiyev arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 006408 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin 7-ci bəndində enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktını bu müqaviləyə əlavə edilmədiyini, müqavilənin 9-cu bəndində hesablaşma elektrik sayğaclarının quraşdırılan yerinin qeyd edilməsi nəzərdə tutulsa da, həmin müqavilədə bu barədə heç bir qeydiyyatın aparılmadığını, “Aran” RETS-nin adından Ağcabədi EŞ-nin baş mühəndisi Fikrət Əhmədov və Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən "Əkinci BO" arasında bağlanmış "Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) aktı'nın tarixi alqı-satqı müqaviləsinin tarixindən fərqli (2018-ci ilin sentyabr ayı göstərilmişdir) olduğunu və "Əkinci BO" (istehlakçı) tərəfindən imza edilmiş şəxsin adı və soyadı aktda qeyd edilmədiyini, "xxxx" ASC-nin Aran RETSİ-nin rəisi E.Ə.Həsənov tərəfindən və həmin ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qənbərov tərəfindən "X10" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 51-01/105 nömrəli və xx.xx.2023-cü il tarixli, 13-13/2-1/06-2444/2023 nömrəli məktublarda 35/N kVluq 1x10 MVA gücündə olan "Əkinçi" yarımstansiyasının və ona çəkilmiş 35 kV-luq hava xəttinin "Azərişıq” ASC-nin balansında olduğunu, həmin cəmiyyətin əsas vəsaitlərinə əlavə edildiyini və onlara xidmət göstərildiyini nəzərə aldıqda, konkret olaraq enerji təchizatı müəssisəsi ilə abonent (istehlakçı) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyinə və həmin nöqtədə hesablaşma sayğacının quraşdırılması təmin edilmədiyinə, elektrik şəbəkəsinin digər nöqtədə hesablaşma sayğacının quraşdırıldığı halda isə texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə "X10" MMC-yə məxsus aqroparkın elektrik enerjisinin sərfinin hesablanması üçün 35/N kV-luq "Mehrablı yarımstansiyasında "Luna" tipli, 69208062 nömrəli hesablaşma sayğacının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları"nın 1.3, 1.4, 5.1, 7.6, 7.12, 7.13, 7.17 bəndlərinin və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerjitəchizatı şəbəkəsinə qoşulması qaydaları"nın 2.36, 2.37, 3.4, 3.6 bəndlərinin tələblərinə uyğun deyildir; "Azərişıq” ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, TX-17/1052 nömrəli texniki şərtdə və xx.xx.2019-cu il tarixli, YG26/19E-0007 nömrəli “İstismara buraxılış aktı”nda yalnız bir istehlakçının, yəni “X10” MMC-yə məxsus aqroparkın elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) 35/N kV-luq “Əkinci” yarımstansiyasının N kV-luq PQ-yə qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisi ilə təchiz edilməsi, 'Elektrik enerjisindən istifadə qaydaları'nın 1.4, 1.6, 2.1. 7.12 bəndlərinin tələblərinə ziddir. Belə ki, əlavə istehlakçıların (abonentlərin) əsas istehlakçının şəbəkəsinə yalnız onun razılığı ilə, yeni texniki şərtin hazırlandığı, yeni alqısatqı müqavilənin bağlandığı, elektrik enerjisinin sərfiyyatlarının hesablaşma qaydası, hesablaşma sayğaclarının və texniki nəzarət uçot cihazlarının (sayğaclarının) quraşdırma yerlərinin (nöqtələrinin) müəyyən edildiyi halda həyata keçirilməli idi: "xxxx" ASC tərəfindən "X10" MMC-yə verilmiş xx.xx.2017-ci il tarixli, TX-17/1052 nömrəli texniki şərtdən kənar əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) həmin MMC-nin elektrik enerjisi təchizat sxeminə qoşulduğu halda, əlavə istehlakçıların (abonentlərin) texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə, "X10" MMC-yə məxsus aqroparkın istifadə etdiyi elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" yarımstansiyada quraşdırılmış hesablaşma elektrik sayğacı ilə hesablanması "Elektrik enerjisindən istifadə qaydaları”nın 7.13, 7.14, 8.3, 8,13 bəndlərinin tələblərinə uyğun deyildir. “X10" MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat sxemini və quraşdırılmış elektrik qurğularının texniki göstəricilərini, suvarılan ərazidə yetişdirilən bitkilərin suvarılma xüsusiyyətlərini, eləcə də aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsində yarana bilən maksimal texniki itkilərini nəzərə aldıqda, "X10” MMC-yə məxsus aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə; 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir, belə ki həmin qaimələrlə qeyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının ("X10" MMC-nin) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi 3612721,2 kVts (fərq 4,011,705.8 kVts) təşkil edir: 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir, belə ki həmin qaimələrlə qeyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi ******* kVts (fərq 2,942,535 kVts) təşkil edir. “X10" MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsinə digər istehlakçıların (hərbi hissənin və N ədəd subartezian quyularının) qoşulduğu halda, elektrik enerjisi sərfiyatlarının hesablanması yuxarıda göstərilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun aparılmadığına görə, "xxxx" ASC-nin Ağcabədi Rayon-Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X10" MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023cü il tarixədək 63.566,70 manat məbləğində hesablanmış qalıq (debitor) borcu, eləcə də Aqropark kompleksinə elektrik enerjisinin verilməməsinə baxmayaraq, ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixində 85038,30 manat məbləğində qalıq (debitor) bord düzgün hesablanmamışdır. Aparılmış tədqiqatlar nəticəsində, 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına və 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövrlər ərzində "X10” MMC-nin adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü νə işləmə rejiminə görə əlavə hesablanmış elektrik enerjisinə görə həmin dövrlər ərzində artıq ödənilmiş məbləğ aşağıdakı kimi müəyyən edilir: a) 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 284.360,27 manat; b) 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 196.686,39 manat. Aparılmış tədqiqatlar nəticəsində, “X10" MMC-yə məxsus. Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə dəymiş ziyan əldən çıxmış fayda – 2.335.725 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, “X10” MMC-nin nümayəndələrinin də imzaladığı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü tarixli, xx.xx.2023-cü il tarixli baxış aktları vardır. İşdən görünür ki, Energetika Nazirliyi Enerji X2 İmişli filialının “X10” MMC-nin direktoru X9 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, sahibkarlıq obyektinə elektrik enerjisinin verilişinin bərpa olunmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciətə Enerji X1 (bundan sonra - Agentlik) İmişli filialında baxılmışdır. Məsələ ilə bağlı "xxxx" ASC-nin Aran RETSİ-yə göndərilmiş sorğuya əsasən təqdim olunan sənədlər əsasında müəyyən edilmişdir ki, MMC 35/N kVluq "Əkinçi" yarımstansiyasından elektrik enerjisi ilə təchiz olunur və sözügedən yarımstansiya "xxxx" ASC-nin balansındadır. Araşdırma zamanı Ağcabədi EŞ-in və MMCnin nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə göstərilən ünvana baxış keçirilmiş, sözügedən yarımstansiyanın 35/N kV-luq "xxxx" yarımstansiyasından çəkilmiş 35 kV-luq hava elektrik veriliş xətti vasitəsi ilə qidalandığı, hesablaşma elektrik sayğacının həmin yarımstansiyada 35 kV-luq çıxış tərəfdə quraşdırıldığı, MMC ilə hesablaşmanın həmin sayğacla aparıldığı məlum olmuşdur. Bundan əlavə, "Əkinçi" yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədədi isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd N kV-luq “Hərbi hissə” elektrik veriliş xəttinin isə Hərbi hissəni və digər istehlakçıları (subartezian) elektrik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə” xəttinin üzərində olan istehlakçılara aid 0,4 kV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin "xxxx" yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin bu halda həmin istehlakçıların elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın (bundan sonra - Qaydalar) 7.13-cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır) pozulur. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-yə MMC ilə hesablaşmanın Qaydaların 7.13-cü bəndinə əsasən aparılması məsələsinə baxılması məqsədilə 3-15-2- 8/2-165/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Bundan başqa, araşdırma zamanı MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istehlak olunmuş elektrik enerjisinin dəyəri (29300 manat) ödənilmədiyindən enerji təchizatı müəssisəsi tərəfindən Qaydaların tələblərinə uyğun olaraq yazılı bildiriş göndərilməklə elektrik enerjisi verilişinin dayandırıldığı müəyyən olunmuşdur. Qaydaların 9.13.2-ci yarımbəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilişini dayandırır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 İmişli filialının müfəttişi X3 mütəxəssis rəyindən görünür ki, müvafiq sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, Ağcabədi EŞ-in və MMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə göstərilən ünvana baxış keçirilmiş, 35/N kV-luq “Əkinçi” yarımstansiyasının 35/N kV-luq "xxxx" yarımstansiyasından çəkilmiş 35 kV-luq hava elektrik veriliş xətti vasitəsi ilə qidalandığı, hesablaşma elektrik sayğacının "xxxx" yarımstansiyasında 35 kV-luq çıxış tərəfdə quraşdırıldığı, MMC ilə hesablaşmanın həmin sayğacla aparıldığı məlum olmuşdur. Bundan əlavə, Bundan əlavə, “Əkinçi” yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədədi isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd N kV-luq “Hərbi hissə” elektrik veriliş xəttinin isə Hərbi hissəni və digər istehlakçıları (subartezian) elektrik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə” xəttinin üzərində olan istehlakçılara aid 0,4 kV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin "xxxx" yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin, bu halda həmin istehlakçıların elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 7.13-cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır.) pozulur. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Bundan başqa Qaydaların 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Eyni zamanda Qaydaların 8.11-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən “X10” MMC-nin 85.038,30 manat məbləğində və xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 63.566,70 manat məbləğində qalıq borcu vardır. Bununla bağlı ona xəbərdarlıqlar edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə mühəndistexniki və məhkəmə-mühasibatlıq ekspertizasının 3-16-16/2-10/1636 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə qərardadın İ sualı üzrə - "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinin və "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın 2.35-ci bəndinin tələblərini (elektrik enerjisi sayğacı sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədində quraşdırılmalıdır) və "X10” MMC ilə "Azərişıq” ASC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 006408 №-li elektrik enerjisinin alqı-satqı müqaviləsinə görə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddinin 35/N kV-luq Mehrablı yarımstansiyasında 35 kV-luq giriş portalı müəyyən edildiyini nəzərə aldıqda, "X10" MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılmasının "Elektrik enerjisindən istifadə qaydaları"nın və digər normativ aktların tələblərinə uyğun olduğu müəyyən edilir; qərardadın İİ sualı üzrə - "X10” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi" elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi "Elektrik enerjisindən İstifadə qaydaları"nın və digər normativ aktların tələblərinə zidd deyil, belə ki, yarımstansiyaya ayrılan güc (N kVA) "X10" MMC tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çoxdur; qərardadın İİİ sualı üzrə - "X10” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması "Elektrik enerjisindən istifadə qaydaları"nın tələblərinə zidd deyil, lakin həmin qaydaların 7.13-cü bəndinin tələbinə görə, elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir; qərardadın İV, V, Vİ sualları üzrə - istifadə olunan elektrik enerjisinin sərfiyatı konkret işlədicilərin sayından və onların işləmə rejimindən asılı olduğuna görə, "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən "X10" MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2023-cü il tarixədək 63566,70 manat və xx.xx.2023-cü il tarixədək 85038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcun düzgün hesablanıb hesablanmadığını, eləcə də istifadə edilmiş elektrik enerjisinin həmin dövrdə elektron qaimələr əsasında hesablanmış sərfiyyata uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-bioloji vəv məhkəmə əmtəəşünaslıq ekspertizasının 3-16-16/2-7/339-9/1647-9/1753 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ağcabədi rayonu ərazisində son illərdə suvarma şəraitində 2-ci növ (təkrar əkin) qarğıdalı əkinlərindən istifadə olunur. 2-ci növ (təkrar əkin) qarğıdalı əkini əsasən payızlıq buğda və dənlik arpa məhsulu biçildikdən sonra həmin sahələrdə əsasən iyun ayında əkilir. Bitki sortunun vegetasiya müddəti nəzərə alınmaqla həm dən, həm də silosluq məhsul istehsal olunur. Eyni zamanda 2-ci növ (təkrar əkin) qarğıdalı əsasən 70 sm x 14 sm sxemində olmaqla, hər bir hektar sahəyə 102040 ədəd qarğıdalı toxumu səpilir. Son illərdə aparılan müşahidələr və statistik məlumatlar göstərir ki, 2-ci növ (təkrar əkin) qarğıdalı sahəsindən normal becərilmə, suvarılma və aqrotexniki tədbirləri vaxtında yerinə yetirməklə hər hektardan 6-7 ton dən məhsulu və ya 25- 28 ton silos məhsulu əldə etmək mümkündür. Tədqiqata təqdim edilmiş Ağcabədi DAİM-nin Bitkiçilik sektorunun mütəxəssis rəyində yalnız Ağcabədi rayonu ərazisində son illərdə suvarma şəraitində 2-ci nov (təkrar əkin) qarğıdalı əkinlərindən istifadə olunması, 2-ci növ (təkrar əkin) qarğıdal əkini əsasən payızlıq buğda və dənlik arpa məhsulu biçildikdən sonra həmin sahələrdə əsasən iyun ayında əkilməsi, bitki sortunun vegetasiya müddəti nəzərə alınmaqla həm dən, həm də silosluq məhsul istehsal olunması, eyni zamanda 2-ci növ (təkrar əkin) qarğıdalı əsasən 70 sm x 14 sm sxemində olmaqla hər bir hektar sahəyə 102040 ədəd qarğıdalı toxumu səpilməsi, aparılan müşahidələr və statistik məlumatlara əsasən 2-ci növ (təkrar əkin) qarğıdalı sahəsindən normal becərilmə, suvarılma və aqrotexniki tədbirləri vaxtında yerinə yetirməklə hər hektardan 6-7 ton dən məhsulu və ya 25-28 ton silos məhsul əldə edilməsi barədə məlumat verilsə də, konkret olaraq Azərbaycan şəraitində 2-ci növ qarğıdalının yetişdirilməsi mümkündürmü, mümkündürsə hansı ayda və məhsuldarlığı nə qədər ola bilməsi, bir sot torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar, 1050 ha torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar, 2023-cü ildə 1050 ha torpaq sahəsindən 2.335.725 manat məbləğində dəyəri olan məhsulun (2-ci növ qarğıdalı şitillərinə görə) götürmək mümkün olması, Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsindən il ərzində götürülən (2-ci növ qarğıdalı şitillərinin) məhsulun miqdarının nə qədər təşkil etməsi, “X10” MMC-nin Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində əkdiyi 2-ci növ qarğıdalı şitillərinin bir kolunun məhsuldarlığı nə qədər olması barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş “1. Azərbaycan şəraitində 2-ci növ qarğıdalının yetişdirilməsi mümkündürmü, mümkündürsə hansı ayda və məhsuldarlığı nə qədər ola bilər? 3. Bir sot torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar?

4. 1050 ha torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar? 5. 2023-cü ildə 1050 ha torpaq sahəsindən 2.335.725 manat məbləğində dəyəri olan məhsulu (2-ci növ qarğıdalı şitillərinə görə) götürmək mümükündürmü ? 6. Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsindən il ərzində götürülən (2-ci növ qarğıdalı şitillərinin) məhsulun miqdarı nə qədər təşkil edir və dəyəri neçə manat təşkil edir? 8. “X10” MMC-nin M Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində əkdiyi 2-ci növ qarğıdalı şitillərinin bir kolunun məhsuldarlığı nə qədərdir?” suallar üzrə tədqiqat işləri aparılmamışdır. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən, 2-ci növ qarğıdalının 2023-cü il tarixə (mövsüm üçün) olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ton 2-ci növ qarğıdalı – 450 manat, - 1050 ha sahədən əldə ediləcək 2-ci növ qarğıdalı məhsulu – 6825 ton (1050 ha × 6.5 ton = 6825 ton) × 450 manat = 3.071.250 manat. İşə əlavə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağcabədi X28 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Azamin Abdullayevin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-74/2024 saylı müraciətində Ağcabədi rayonunda fəaliyyət göstərən “Əkinçi-Bo” fermer təsərrüfatında 1050 hektar sahədə 2-ci növ (təkrar əkin) qarğıdalının yetişdirilməsinin mümkün olması hansı ayda əkilməsi, məhsuldarlığı və sair barədə rəy verilməsi bildirilmişdir. Ağcabədi rayonu ərazisində son illərdə suvarma şəraitində 2-ci növ (təkrar əkin) qarğıdalı əkinlərindən istifadə olunur. 2-ci növ (təkrar əkin) qarğıdalı əkini əsasən payızlıq buğda və dənlik arpa məhsulu biçildikdən sonra həmin sahələrdə əsasən iyun ayında əkilir. Bitki sortunun vegetasiya müddəti nəzərə alınmaqla həm dən, həm də silosluq məhsul istehsal olunur. Eyni zamanda, 2-ci növ (təkrar əkin) qarğıdalı əsasən 70 sm x 14 sm sxemində olmaqla, hər bir hektar sahəyə 102040 ədəd qarğıdalı toxumu səpilir. Son illərdə aparılan müşahidələr və statistik məlumatlar göstərir ki, 2-ci növ (təkrar əkin) qarğıdalı sahəsindən normal becərilmə, suvarılma və aqrotexniki tədbirləri vaxtında yerinə yetirməklə hər hektardan 6-7 ton dən məhsulu və ya 25- 28 ton silos məhsulu əldə etmək mümkündür. Eyni zarnanda, əkin sahələrinə dəymiş maddi ziyanın əldən çıxmış gəlirin müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin xx.xx.2018-ci il tarixli 04 Q nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “X28 mərkəzlərinin Əsasnamə”sində fiziki və hüquqi şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın əldən çıxmış gəlirin hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəbdən də vətəndaşların və hüquqi şəxslərin istifadəsində olan əkin sahələrinə dəymiş maddi ziyanın əldən çıxmış gəlirin müəyyənləşdirilməsi X28 mərkəzlərinin səlahiyyətləri xaricindədir. İşdən görünür ki, iddiaçı cavabdehə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görülməsi üçün pretenziya məktubları göndərmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərlə Ağcabədi rayon ərazisində yerləşən 35/N kV-luq "xxxx" yarımstansiyasından qidalanan “Əkinçi” yarımstansiyasından çıxan N kV-luq “Hərbi hissə” h/x-dən qidalanan X14 İdarəsinə və 181 saylı Hərbi hissəyə məxsus sayğac uçotları barədə "xxxx" ASC-nin X27 Təchizatı və Satışı İdarəsi tərəfindən təqdim olunmuş cədvəl üzrə hər bir istehlakçının ayrı-ayrılıqda uçot kodu, sayğac nömrəsi və debitor borcları göstərilmiş abonent dövriyyəsi (saldosu) məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 İmişli filialının müfəttişi X7 məhkəmə iclasında mütəxəssis qismində dindirildi və o, verdiyi mütəxəssis rəyinə uyğun izahat verdi. “X13” MMC-nin direktoru X19 və “X13” MMC-nin baş məsləhətçisi X11 məhkəmə iclasında mütəxəssis qismində dindirildilər və onlar 90 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə uyğun izahat verdilər. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən olunmuşdur ki, “X10” MMC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli, 006408 saylı “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə, mütəxəssis və nümayəndələrin izahatları ilə həmçinin müəyyən edilmişdir ki, Ağcabədi rayonu ərazisində “X10” MMC-yə məxsus Aqroparkın elektrik təchizatı üçün "xxxx" ASC tərəfindən TX-17/1052 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərtə əsasən Agroparkın elektrik təchizatı üçün 35/N kV-luq 1x10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kVluq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında smeta razılaşdırılaraq tikinti işləri aparılmışdır. İş başa çatdıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, eləcə də "xxxx" ASC-nin səlahiyyətili nümayəndəsinın imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı tərtib edilmiş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. Yarımstansiya dövlət vəsaiti hesabına inşa edilmiş, istismara verilən andan "xxxx" ASC-nin balansına verilmişdir. 35/N kV-luq yarımstansiya heç vaxt “X10” MMC-nin balansında olmamışdır. Əlavə olaraq, yarımstansiyaya Aran RETSİ-nin X16 tərəfindən texniki xidmət göstərilir, ehtiyac olduqda zədələnmiş qiymətli avadanlıqlar “X10” MMC tərəfindən deyil, “Azərişıq" ASC-nin vəsaiti hesabına dəyişdirilir. 35/N kV-luq yarımstansiyadan Aqroparkın fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı təmin edilir. Yarımstansiyadan Aqroparkdan əlavə olaraq, texniki şərtlər əsasında hərbi hissə və budaqlanma yolu ilə artezian quyuları da elektrik enerjisi ilə təmin olunur. Hərbi hissənin və bu xəttə qoşulmuş artezian quyularının hər biri elektrik sayğacı ilə təmin olunmuşlar. Hər ay hərbi hissə və artezian quyularının elektrik enerjisinin sərfiyyatı baş yarımstansiyada quraşdırılmış elektrik sayğacının sərfiyyatından çıxılaraq yerdə qalan sərfiyyat Aqroparka aid edilir. Qeyd olunan yarımstansiyada sayğacı olmayan və sayğacı qüsurlu olan heç bir istehlakçı yoxdur. Həmçinin müəyyən olunmuşdur ki, “X10” MMC-nin 85.038,30 manat məbləğində və 63.566,70 manat məbləğində qalıq borcu vardır. Borcun ödənilməsi ilə bağlı ona xəbərdarlıqlar edilmişdir. Məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyləri ilə eyni zamanda müəyyən olunmuşdur ki, “X10” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılmasının “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğun olmuşdur. Bundan başqa, “X10” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi” elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə zidd deyildir. Belə ki, yarımstansiyaya ayrılan güc (N kVA) “X10” MMC tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çoxdur. Həmçinin, “X10” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd deyil, lakin həmin qaydaların 7.13-cü bəndinin tələbinə görə, elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Araşdırılma zamanı həmçinin müəyyən edilmişdir ki, qeyd edilən hər bir istehlakçının isə ayrı-ayrılıqda uçot kodu, sayğac nömrəsi və debitor borcları göstərilmiş abonent dövriyyəsi (saldosu) olmuşdur. Belə olan halda, "xxxx" ASC tərəfindən “X10” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2023-cü il tarixədək 63566,70 manat və xx.xx.2023-cü il tarixədək 85038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcun düzgün hesablanmaması, o cümlədən 284.360,27 manat məbləğində pul vəsaitinin artıq ödənilməsi halı müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir. İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Qaydaların 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qeyd edilən Qaydaların 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Göstərilən Qaydaların 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Qaydaların 8.3-cü bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Yenə həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına və göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğun olduğundan, həmçinin, iddiaçıya verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi” elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə zidd olmadığından, hətta, yarımstansiyaya ayrılan güc (N kVA) iddiaçı tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çox olduğundan, o cümlədən, iddiaçıya verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olmadığndan, iddiaçının dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş) 234 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Həmin Qaydaların 2.35-2.38-ci bəndlərinə əsasən, elektrik enerjisi sayğacı sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədində quraşdırılmalıdır. İstehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndləri ilə tənzimlənir. Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçıların sayğaclarla təchiz edilməsi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədi onun balansında olan elektrik qurğularının ETM-in ETŞ–yə qoşulma nöqtəsidir. Sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər. Sayğacın balans mənsubiyyəti sərhədində quraşdırılması mümkün olmadıqda, ETM-in sifarişçi ilə qarşılıqlı razılıq əsasında və ya əvəzi ödənilməklə sifarişçinin balansında olan sayğacla qoşulma nöqtəsi arasındakı hissəni öz balansına keçirmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə hesablanmış qalıq (debitor) borcun düzgün hesablanmaması, həmçinin 284.360,27 manat məbləğində pul vəsaitinin artıq ödənilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, iddia tələbi “borcun silinməsi və artıq ödənilmiş məbləğin geri qaytarılması” hissələrində əsassızdır. Buna görə də, iddia həmin hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianın “dəymiş ziyanın (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona verilməsi”nə dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Ona görə ki, iddiaçıya ziyan dəyməsi və maddi ziyanın məhz cavabdeh tərəfindən vurulması da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona zərər maddi dəyməsi, dəymiş maddi zərərin məhz hazırki iş üzrə cavabdeh tərəfindən vurulması və maddi zərərin 2.335,725 manat məbləğində olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona maddi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə ona maddi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, maddi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddianın “məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi”nə dair hissələrini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Buna görə də iddianın göstərilən hissəsi də rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərdən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 202 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqat(lar)ının dəyəri olaraq 202 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı “X10” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı - borcun silinməsi, artıq ödənilmiş məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 202 manat məbləğində pul vəsaiti “X10” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar