Məhkəmə qərarları › İş №e-2-2(121)-75/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-75/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-75/2020 12.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşıxx xxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh 1.750 manat miqdarında icarə haqqının İddiaçı MMC-nin xeyrinə tutulması, icarəyə verilən sahəni qapısının açılıb otağın boşaldılması və tutmanın həmin otaqda olan əşya və mallara yönəldilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh 1.750 manat miqdarında icarə haqqının İddiaçı MMC-nin xeyrinə tutulması, icarəyə verilən sahəni qapısının açılıb otağın boşaldılması və tutmanın həmin otaqda olan əşya və mallara yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iş üzrə İddiaçı olmasına baxmayaraq, iddia ərizəsi elektron qaydada iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən deyil, Nümayəndə tərəfindən imzalanmışdır. Lakin onun iddia ərizəsini imzalamaq hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Nümayəndə iş yeri “xxxx” MMC-dir. Göründüyü kimi, iddia ərizəsini imzalayan şəxs İddiaçı işçisi deyildir, onun iddiaçının vəkili olmasına və iddia ərizəsini imzalamaq üçün müvafiq səlahiyyətlərə malik olmasına (etibarnamə əsasında) dair iş materiallarında hər-hansı sənəd yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşıxx xxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh 1.750 manat miqdarında icarə haqqının İddiaçı MMC-nin xeyrinə tutulması, icarəyə verilən sahəni qapısının açılıb otağın boşaldılması və tutmanın həmin otaqda olan əşya və mallara yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar