Məhkəmə qərarları › İş №e-2-2(121)-75/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-75/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-75/2024 22.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada: - DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90.893,69 manat əsas borc, 7.725, manat faiz borcu, 11.731,37 manat cərimə borcu olmaqla, cəmi 110.350,29 manat məbləğində borcun, DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33.878 manat əsas borc, 2.363, manat faiz borcu, 13.302, manat cərimə borcu olmaqla, cəmi 49.544,70 manat məbləğində borcun, DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97.818,25 manat əsas borc, 2.851,80 manat faiz borcu, 42.393,34 manat cərimə borcu olmaqla, cəmi 143.063,39 manat məbləğində borcun, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.725 manat əsas borc, 977,92 manat faiz borcu, 2.066,07 manat cərimə borcu olmaqla, cəmi 9.768,99 manat məbləğində borcun, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.809 manat əsas borc, 1.090,57 manat faiz borcu, 2.045,54 manat cərimə borcu olmaqla, cəmi 9.945,11 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 213 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixli DCS00261926-03 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “11” dekabr 2020-ci il tarixli ZM-383/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 131,505 (bir yüz otuz bir min beş yüz beş) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2020ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02525LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X8 çərçivəsində çərçivəsində: - xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 33,878 (otuz üç min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021ci il tarixli DCL00261926-14 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 97,819 (doxsan yeddi min səkkiz yüz on doqquz) manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6,725 (altı min yeddi yüz iyirmi beş) manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021ci il tarixli DCL00261926-22 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6,809 (altı min səkkiz yüz doqquz) manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Cavabdeh1 MMCnin İddiaçı ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Bank arasında: - DCS00261926-03 saylı kredit müqaviləsi təminatı olaraq xx.xx.2020-ci il tarixli DGS**********31 saylı zaminlik müqaviləsi; - DCL00261926-13 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********25 saylı zaminlik müqaviləsi; - DCL00261926-14 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********30 saylı zaminlik müqaviləsi; - DCL00261926-21 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********86 saylı zaminlik müqaviləsi; - DCL00261926-22 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********071 saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin Borcalan DCS00261926-03 saylı müqavilə üzrə öhdəliklərini 592 gün, DCL00261926-13 saylı müqavilə üzrə öhdəliklərini 613 gün, DCL00261926-14 saylı müqavilə üzrə öhdəliklərini 601 gün, DCL00261926-21 saylı müqavilə üzrə öhdəliklərini 561 gün, DCL00261926-22 saylı müqavilə üzrə öhdəliklərini 585 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90,893.69 (doxsan min səkkiz yüz doxsan üç manat altmış doqquz qəpik) manat əsas borc, 7,725.23 (yeddi min yeddi yüz iyirmi beş manat iyirmi üç qəpik) manat faiz borcu, 11,731.37 (on bir min yeddi yüz otuz bir manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 110,350.29 (bir yüz on min üç yüz əlli manat iyirmi doqquz qəpik) manat təşkil edir. - DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33,878 (otuz üç min səkkiz yüz yetmiş səkkiz) manat əsas borc, 2,363.94 (iki min üç yüz altmış üç manat doxsan dörd qəpik) manat faiz borcu, 13,302.76 (on üç min üç yüz iki manat yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 49,544.70 (qırx doqquz min beş yüz qırx dörd manat yetmiş qəpik) manat təşkil edir; - DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97,818.25 (doxsan yeddi min səkkiz yüz on səkkiz manat iyirmi beş qəpik) manat əsas borc, 2,851.80 (iki min səkkiz yüz əlli bir manat səksən qəpik) manat faiz borcu, 42,393.34 (qırx iki min üç yüz doxsan üç manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 143,063.39 (bir yüz qırx üç min altmış üç manat otuz doqquz qəpik) manat təşkil edir; - DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,725 (altı min yeddi yüz iyirmi beş) manat əsas borc, 977.92 (doqquz yüz yetmiş yeddi manat doxsan iki qəpik) manat faiz borcu, 2,066.07 (iki min altmış altı manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,768.99 (doqquz min yeddi yüz altmış səkkiz manat doxsan doqquz qəpik) manat təşkil edir; - DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,809 (altı min səkkiz yüz doqquz) manat əsas borc, 1,090.57 (bir min doxsan manat əlli yeddi qəpik) manat faiz borcu, 2,045.54 (iki min qırx beş manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,945.11 (doqquz min doqquz yüz qırx beş manat on bir qəpik) manat təşkil edir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə 213 (iki yüz on üç) manat dövlət rüsumu ödəmişdir. X7 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X8nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X7 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. DCS00261926-03 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər. Sonradan iddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90,893.69 (doxsan min səkkiz yüz doxsan üç manat altmış doqquz qəpik) manat əsas borc, 11,501.86 (on bir min beş yüz bir manat səksən altı qəpik) manat faiz borcu, 13,155.39 (on üç min bir yüz əlli beş manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 115,550.94 (bir yüz on beş min beş yüz əlli manat doxsan dörd qəpik) manat məbləğində borcun, DCL00261926- 13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33,878 (otuzüçmin səkkiz yüz yetmiş səkkiz)manat əsas borc, 2,363.94 (iki min üç yüz altmış üç manat doxsan dörd qəpik) manat faiz borcu, 14,673.88 (on dörd min altı yüz yetmiş üç manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 50,915.82 (əlli min doqquz yüz on beş manat səksən iki qəpik) manat məbləğində borcun, DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97,818.25 (doxsan yeddi min səkkiz yüz on səkkiz manat iyirmi beş qəpik) manat əsas borc, 2,851.80 (iki min səkkiz yüz əlli bir manat səksən qəpik) manat faiz borcu, 46,096.85 (qırx altı min doxsan altı manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 146,766.90 (bir yüz qırx altı min yeddi yüz altmış altı manat doxsan qəpik) manat məbləğində borcun, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,725 (altı min yeddi yüz iyirmi beş) manat əsas borc, 977.92 (doqquz yüz yetmiş yeddi manat doxsan iki qəpik) manat faiz borcu, 2,373.36 (iki min üç yüz yetmiş üç manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,076.28 (on min yetmiş altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,809 (altı min səkkiz yüz doqquz) manat əsas borc, 1,090.57 (bir min doxsan manat əlli yeddi qəpik) manat faiz borcu, 2,356.67 (iki min üç yüz əlli altı manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,256.24 (on min iki yüz əlli altı manat iyirmi dörd qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2020-ci il tarixli 1.0.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli, OnGTC-02525LE/2019 saylı razılaşma imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən, kreditror Azərbaycan Respublikası X1 11 dekabr 2020-ci il tarixli ZM-383/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli isifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 131,505 manat məblləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli, DGS**********31 saylı zaminlik müaviləsindən görünür ki, zamin xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16 %, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31 % olmaqla, 33.878 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, DG**********25 saylı zaminlik müaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, DCL00261926-13 saylı maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14 %, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla mal alışı məqsədilə 97.819 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, DG**********30 saylı zaminlik müaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17 %, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32 % olmaqla mal alışı məqsədilə 6.725 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, DG**********86 saylı zaminlik müaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, DCL00261926-21 saylı maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17 %, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32 % olmaqla mal alışı məqsədilə 6.809 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, DG**********071 saylı zaminlik müaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, DCL00261926-22 saylı maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33.878 manat əsas borc, 2.363,94 manat faiz borcu, 12.923,52 manat cərimə borcu olmaqla, cəmi 49.165,46 manat, DCS00261926-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 90.893,69 manat əsas borc, 11.501,86 manat faiz borcu, 11.337,51 manat cərimə borcu olmaqla, cəmi 113,733,06 manat, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.725 manat əsas borc, 977,92 manat faiz borcu, 1.981,07 manat cərimə borcu olmaqla, cəmi 9.683,99 manat, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.809 manat əsas borc, 1.090,57 manat faiz borcu, 1.959,48 manat cərimə borcu olmaqla, cəmi 9.859,05 manat və DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97.818,25 manat əsas borc, 2.851,80 manat faiz borcu, 41.368,97 manat cərimə borcu olmaqla, cəmi 142.039,02 manat təşkil edir təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 400 manat məbləğində mediasiyaya dair xərc İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/490 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2020-ci il tarixli, DCS00261926-03 №-li kredit müqaviləsi üzrə : rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli DCS00261926-03 №-li kredit müqaviləsinin şərtləri və Konstitutsiya Məhkəməsinin Plenumunun xx.xx.2014ci il tarixli qərarına əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 90.893,69 manat, faiz borcu üzrə 13.750,57 manat, xx.xx.2023cü il tarixə əsas borc üzrə 90.893,69 manat, faiz borcu üzrə 13.750,57 manat, faiz (illik 5%-lə) 3.055,04 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 90.893 69 manat, faiz borcu üzrə 13.750,57 manat, faiz (illik 5%-lə) 3.812,48 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-13 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, faiz (illik 5%-lə) 2.079,73 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, faiz (illik 5%-lə) 2.362,15 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-14 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə : xx.xx.2022-ci il tarixə əsas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, xx.xx.2023-cü il tarixə əas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, faiz (illik 5%-lə) 7.118,99 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, faiz (illik 5%-lə) 7.934,15 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-21 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, faiz (illik 5%-lə) 959,06 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, faiz (illik 5%-lə) 1.149,60 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-22 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, faiz (illik 5%-lə) 278,98 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, faiz (illik 5%-lə) 335,72 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926- 21 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh1 MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/490 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926- 14 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizələri üzrə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu halda, məhkəmə xx.xx.2024-cü il tarixli, 9/490 saylı ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/490 saylı ekspert rəyi ilə xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı müqavilələr üzrə faiz borclarının iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90.893,69 manat məbləğində əsas borc, xx.xx.2021-ci il tarixli, DCL00261926-13 saylı kredit müqaviləsinə əsasən 33.878 manat məbləğində əsas borc, 2.363,94 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı kredit müqaviləsinə əsasən 97.818,25 manat məbləğində əsas borc, 2.851,80 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926- 21 saylı kredit müqaviləsinə əsasən 6.725 manat məbləğində əsas borc, 933,32 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixli, DCL00261926-22 saylı kredit müqaviləsinə əsasən 6.809 manat məbləğində əsas borc və 967,82 manat məbləğində faiz borcunun olması iş materialları ilə tam sübut olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, eyni zamanda Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı, xx.xx.2021-ci il tarixli DCL00261926- 21 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizələri üzrə borclu Cavabdeh1 MMC-nin Bank qarşısında olan öhdəliklərini birlikdə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Məhkəmə, eyni zamanda qeyd edir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, DCL00261926- 13 saylı və xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixli, DCL00261926-13 saylı müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin iddiaçı xx.xx.2023-cü il tarixdə icra edilməmiş öhdəliklər üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə xx.xx.2021-ci il tarixli, DG**********25 saylı və xx.xx.2021-ci il tarixli, DG**********30 saylı zaminlik müqavilələri üzrə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 həmin zaminlik müqavilələri üzrə pulun tutulması əsassızdır. Burada 1 (bir) illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdehlər sözügedən müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90.893,69 manat məbləğində əsas borc, 11.501,86 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-21 saylı kredit müqaviləsinə əsasən 6.725 manat məbləğində əsas borc, 933,32 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-22 saylı kredit müqaviləsinə əsasən 6.809 manat məbləğində əsas borc, 967,82 manat məbləğində faiz borcu, Cavabdeh1 MMC-dən isə xx.xx.2021-ci il tarixli, DCL00261926-13 saylı kredit müqaviləsinə əsasən 33.878 manat məbləğində əsas borc, 2.363,94 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı kredit müqaviləsinə əsasən 97.818,25 manat məbləğində əsas borc, 2.851,80 manat məbləğində faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, iddianın “xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı maliyyələşdirmə ərizəsi üzrə 11.731,37 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı maliyyələşdirmə ərizəsi üzrə 13.302,76 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı maliyyələşdirmə ərizəsi üzrə 42.393,34, xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı maliyyələşdirmə ərizəsi üzrə 2.066,07 və xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyyələşdirmə ərizəsi üzrə 2.045,54 manat cərimənin ödənilməsi” hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissələri qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı maliyyələşdirmə ərizəsi üzrə 800 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı maliyyələşdirmə ərizəsi üzrə 880 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı maliyyələşdirmə ərizəsi üzrə 2.400 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı maliyyələşdirmə ərizəsi üzrə 140 manat və xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyyələşdirmə ərizəsi üzrə 120 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən mediasiya xərcinin əvəzi olaraq 200 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, iddianın “dövlət rüsumu kimi ödənilmiş 224 manat məbləğində pulun tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 200 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90.893,69 manat məbləğində əsas borc, 11.501,86 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-21 saylı kredit müqaviləsinə əsasən 6.725 manat məbləğində əsas borc, 933,32 manat məbləğində faiz borcu, 140 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-22 saylı kredit müqaviləsinə əsasən 6.809 manat məbləğində əsas borc, 967,82 manat məbləğində faiz borcu, 120 manat məbləğində cərimə borcu, 200 manat məbləğində mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla, ümumilikdə 119.290,69 (bir yüz on doqquz min iki yüz doxsan manat, altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixli, DCL00261926-13 saylı kredit müqaviləsinə əsasən 33.878 manat məbləğində əsas borc, 2.363,94 manat məbləğində faiz borcu, 880 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı kredit müqaviləsinə əsasən 97.818,25 manat məbləğində əsas borc, 2.851,80 manat məbləğində faiz borcu və 2.400 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 140.191,99 (bir yüz qırx min yüz doxsan bir manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar