Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-76/2023 19.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı –12.060,27 manat əsas, 2953,12 manat faiz, 712,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1611,12 manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə birlikdə xx.xx.2022-ci il tarixli barışıq sazişini göndərərək, Cavabdeh ilə mübahisə üzrə barışıq sazişi bağladıqlarını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə iş üzrə aralarında razılığa gələrək barışıq sazişi imzaladıqlarını, həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, tərəflər arasında imzalanmış 26 dekabr 2022-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52-ci, 191-ci, 261.0.5-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında 26 dekabr 2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 587SF saylı kredit müqaviləsi üzrə 12.060,27 (on iki min altmış manat, 27 qəpik) manat əsas, 2953,12 (iki min doqquz yüz əlli üç manat, 12 qəpik) manat faiz, 712,68 (yeddi yüz on iki manat, 68 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1611,12 (min altı yüz on bir manat, 12 qəpik) manat faiz borcu, cəmi 17.337,19 (on yeddi min üç yüz otuz yeddi manat, 19 qəpik) manat borcun və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin tutulması tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin icraatında olan mübahisə. 2.1. xx.xx.2015-ci il tarixli 587SF saylı kredit müqaviləsi üzrə 12.060,27 (on iki min altmış manat, 27 qəpik) manat əsas, 2.953,12 (iki min doqquz yüz əlli üç manat, 12 qəpik) manat faiz, 712,68 (yeddi yüz on iki manat, 68 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.611,12 (min altı yüz on bir manat, 12 qəpik) manat faiz borcu, cəmi 17.337,19 (on yeddi min üç yüz otuz yeddi manat, 19 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər. 2.2. İddiaçı cavabdehin olan ünvanlandığı ərizəsini nəzərə alaraq xx.xx.2015-ci il tarixli 587SF saylı kredit müqaviləsi üzrə güzəşt olaraq 12.060,27 (on iki min altmış manat, 27 qəpik) manat borcun cavabdeh tərəfindən 48 (qırx səkkiz) ay müddətinə aylıq ödənişlə, hər ay 251,26 (iki yüz əlli bir manat, 26 qəpik) manat ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli 587SF saylı kredit müqaviləsi 2.953,12 (iki min doqquz yüz əlli üç manat, 12 qəpik) manat faiz, 712,68 (yeddi yüz on iki manat, 68 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.611,12 (min altı yüz on bir manat, 12 qəpik) manat faiz borcu, cəmi 5.276,92 (beş min iki yüz yetmiş altı manat, 92 qəpik) manat məbləğində borc iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 3 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2015-ci il tarixli 587SF saylı kredit müqaviləsi üzrə silinən 2.953,12 (iki min doqquz yüz əlli üç manat, 12 qəpik) manat faiz, 712,68 (yeddi yüz on iki manat, 68 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.611,12 (min altı yüz on bir manat, 12 qəpik) manat faiz borcu, cəmi 5.276,92 (beş min iki yüz yetmiş altı manat, 92 qəpik) manat məbləğində borcun güzəşt edilməsi ləğv edilir. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1-ci və 3.7.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədən tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Elşən Abdullayev