Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-78/2021 04.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı Cavabdeh MMC-dən Ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə 2.990,51 manat əsas, müqavilə müddətinin sonuna hesablanmış 2.134,87 manat faiz, 2.926,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 452,76 manat borc olmaqla ümumilikdə 8.504,74 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01.08.2014-cü il tarixli, 111696 ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən Cavabdeh MMC-yə İddiaçı1 ASC tərəfindən 12 ay müddətinə 3.000 manat məbləğində kredit açır. 31.07.2015ci il tarixli əlavə sazişə əsasən, kreditin müddəti 31.07.2017-ci il tarixədək uzadılmışdır. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 13.07.2020-ci il tarixinədək Cavabdeh MMC-nin Ləğv prosesində olan İddiaçı1 ASCyə 2.990,51 manat əsas, müqavilə müddətinin sonuna hesablanmış 2.134,87 manat faiz, 2.926,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 452,76 manat borc olmaqla ümumilikdə 8.504,74 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsinə əsasən, Cavabdehnə illik 27 faiz dərəcəsi ilə, 12 ay müddətinə 3.000 manat məbləğində kredit xəttinin açılması barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsinə dair imzalanmış 31 iyul 2015-ci il tarixli, 817/41 saylı əlavə sazişdən görünür ki, 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə tərəflər razılığa gəlmişlər. Sazışə əsasən, Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 3.000 manat təşkil edir. Kreditin müddəti 24 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 27 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 54 faiz, aylıq isə 4,5 faiz təyin edilir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin 21.07.2020-ci il tarixli, **********4007 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsi üzrə cavabdehin 13.07.2020-ci il tarixə banka 2.990,51 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 2.134,87 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 2.926,60 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 452,76 manat, ümumi borc 8.504,74 manat təşkil edir. İş materialında olan 01 iyul 2020-ci il tarixli, **********114 saylı bildirişdən görünür ki, Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə 2.990,51 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 2.134,87 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 2.926,60 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 452,76 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 8.504,74 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 9/5550 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh 31.07.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 2.990,51 manat, faiz borcu 2.134,87 manat, 13.07.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 2.990,51 manat, faiz borcu 2.587,63 manat müəyyən edilir. Məhkəmə müəyyən etdi ki, Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsi bağlanmış, bağlanmış müqaviləyə əsasən, Cavabdehnə illik 27 faiz dərəcəsi ilə, 12 ay müddətinə 3.000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsinə dair imzalanmış 31 iyul 2015-ci il tarixli, 817/41 saylı əlavə sazişə əsasən kredit müqaviləsinə müəyyən dəyişikliklərin olunmasına dair tərəflər razılığa gəlmişlər. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 441 saylı kredit müqaviləsi üzrə 2.990,51 manat əsas və 2.134,87 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, həmçinin 02 aprel 2021-ci il tarixli, 9/5550 saylı ekspert rəyində öz əksini tapdığından, iddia əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 2.990,51 manat məbləğində əsas borcun və hesablanmış 2.134,87 manat məbləğində faiz borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 452,76 manat faiz borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. Məhkəmə iddianın 2.926,60 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 2.926,60 manat məbləğində deyil, 200 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 11,22 manatı iddiaçıya aid edilməli, 18,78 manatı isə Cavabdehndən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 2.990,51 manat əsas borc, 2.134,87 manat faiz borcu, 200 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,78 manat olmaqla, cəmi 5.344,16 (beş min üç yüz qırx dörd manat, on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 2.990,51 manat əsas borc, 2.134,87 manat faiz borcu, 200 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,78 manat olmaqla, cəmi 5.344,16 (beş min üç yüz qırx dörd manat, on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-78/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-78/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver