Məhkəmə qərarları › İş №e-2-2(121)-792/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-792/2020

25.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-792/2020 25.08.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC-nin Cavabdeh qarşı respublika əhəmiyyətli avtomobil yolunda ticarət obyekti üçün qanunsuz yaradılmış giriş-çıxış yolunun ləğv edilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC Cavabdeh qarşı – R-45 indeksli respublika əhəmiyyətli Şirvan-Noxudlu-Salyan avtomobil yolunun 4+500 km-də yolun sol tərəfində Cavabdeh məxsus ticarət obyekti üçün qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin məhdudlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına nümayəndəsini göndərmədiyindən və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC-nin Cavabdeh qarşı – R-45 indeksli respublika əhəmiyyətli Şirvan-Noxudlu-Salyan avtomobil yolunun 4+500 km-də yolun sol tərəfində Cavabdeh məxsus ticarət obyekti üçün qeyriqanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin məhdudlaşdırılması barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar