Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-8/2021 06.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı cavabdehdən 4.030,79 manat əsas borc, müqavilə müddəti bitən tarixə 120,67 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 369,60 manat faiz borcu, 515,22 manat cərimə borcu olmaqla, cəmi 5.036,28 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan Masallı rayonu, Qızılağac kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı evə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.07.2014-cü il tarixli, 611 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə 611/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan Masallı rayonu, Qızılağac kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən, borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 4.030,79 manat əsas borc, müqavilə müddəti bitən tarixə 120,67 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 369,60 manat faiz borcu, 515,22 manat cərimə borcu olmaqla, cəmi 5.036,28 manat məbləğində borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 ASC-nin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2014-cü il tarixli, 611 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 15.000 (on beş min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 01.08.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 15.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı1 ASC-nin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2014-cü il tarixli, 611/1 saylı ipoteka müqaviləsinə əsasən, 24 iyul 2014cü il tarixli, 611/1 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh məxsus Masallı rayonu, Qızılağac kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 255,7 m2 ümumi, 105,9 m2 yaşayış, 149,8 m2 yardımçı sahədən, B Hamam, tualet 1 mərtəbəli 12,4 m2 tikintialtı, C Həyət tikilisi 1 mərtəbəli 31,2 m2 tikintialtı, Ç Tövlə 1 mərtəbəli 125,4 m2 tikintialtı sahəsindən ibarət olan fərdi yaşayış evi İddiaçı1 ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 02.08.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus Masallı rayonu, Qızılağac kəndində yerləşən fərdi yaşayış evi, 0,16 ha torpaq sahəsi ilə birlikdə Ləğv prosesində olan İddiaçı1 ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı1 ASC-nin arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2014-cü il tarixli, 611 saylı kredit müqaviləsi üzrə cavabdehin 24.05.2019-cu il tarixə banka 4.030,79 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 120,67 manat faiz borcu, 515,22 manat cərimə borcu, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 369,60 manat faiz borcu olmaqla, ümumi borcu 5.036,28 manat təşkil edir. İş materialında olan, Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 02.11.2018-ci il tarixli bildirişdən görünür ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanılmış 24 iyul 2014-cü il tarixli, 611 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə 4.512,38 manat əsas və 252,57 manat faiz borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış 02 noyabr 2018-ci il tarixli, **********241 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı1 ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı1 ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2021-ci il tarixli, 9/2776 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 24 iyul 2014-cü il tarixli, 611 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh 24.07.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 5.138,7 manat, faiz borcu 324,59 manat, 24.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 4.388,29 manat, faiz borcu 21,33 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 avqust 2021-ci il tarixli, 305/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı1 ASC-nin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2014-cü il tarixli, 611/1 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Masallı rayonu, Qızılağac kəndində 0,16 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 35.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında 24 iyul 2014-cü il tarixli, 611 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı1 ASC ilə Cavabdeh arasında 30 iyul 2014-cü il tarixli, 611/1 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh məxsus Masallı rayonu, Qızılağac kəndində 0,16 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 24 iyul 2014-cü il tarixli, 611 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4.030,79 manat əsas kredit borcunun və 120,67 manat faiz borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən (ekspert rəyi ilə 24.05.2019-cu il tarixə 4.388,29 manat əsas kredit borcunun və 324,59 manat faiz borcunun olduğu müəyyən olunur, lakin iddiaçı daha az məbləğdə əsas və faiz borcu tələb edir) və iddiaçı əsas və faiz borcu kimi həmin məbləğləri tələb etdiyindən, məhkəmə hesab edir ki, əsas borca və faiz borcuna münasibətdə iddia təmin edilməli, 4.030,79 manat əsas və 120,67 manat faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, ekspert rəyi ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu 21,33 manat təşkil edir. Lakin iddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesblanmış 369,60 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən müqavilə müddəti bitdikdən sonra hesablanmış 21,33 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qanunvericiliyin qey olunan normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 12% ödəyir. İddiaçı 515,22 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 30 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 30 iyul 2014-cü il tarixli, 611/1 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 avqust 2021-ci il tarixli, 305/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyi ilə Cavabdeh məxsus İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Masallı rayonu, Qızılağac kəndində olan 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh məxsus İddiaçı1 ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Masallı rayonu, Qızılağac kəndində olan 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, 25 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh, 100 (bir yüz) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.030,79 manat əsas borc, 120,67 manat faiz borcu, 30 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 21,33 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, cəmi 4.227,79 (dörd min iki yüz iyirmi yeddi manat, yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Masallı rayonu, Qızılağac kəndində 0,16 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 255,7 m2 ümumi, 105,9 m2 yaşayış, 149,8 m2 yardımçı sahədən ibarət, B Hamam, tualet 1 mərtəbəli 12,4 m2 tikintialtı, C Həyət tikilisi 1 mərtəbəli 31,2 m2 tikintialtı, Ç Tövlə 1 mərtəbəli 125,4 m2 tikintialtı sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4.030,79 manat əsas borc, 120,67 manat faiz borcu, 30 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 21,33 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, cəmi 4.227,79 (dörd min iki yüz iyirmi yeddi manat, yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Masallı rayonu, Qızılağac kəndində 0,16 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 255,7 m2 ümumi, 105,9 m2 yaşayış, 149,8 m2 yardımçı sahədən ibarət, B Hamam, tualet 1 mərtəbəli 12,4 m2 tikintialtı, C Həyət tikilisi 1 mərtəbəli 31,2 m2 tikintialtı, Ç Tövlə 1 mərtəbəli 125,4 m2 tikintialtı sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh, 100 (bir yüz) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Rafiq İsmayılov