Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-802/2020 03.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 (bundan sonra ləğv prosesində olan İddiaçı ASC və ya İddiaçı ASC) Cavabdeh qarşı – 200000 manat məbləğində əsas borc, 76361,33 manat məbləğində faiz borcu, 29244,52 manat məbləğində cərimə borcu, 26529,90 manat məbləğində kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 332135,75 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 1039 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 7 faiz ödəmək şərtilə 200000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeharasında 1039 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 7 faiz ödəmək şərti ilə 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 200000 manat məbləğində əsas borc, 76361,33 manat məbləğində faiz borcu, 29244,52 manat məbləğində cərimə borcu, 26529,90 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 332135,75 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə olunan cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, kreditin onun xəbəri olmadan adından İddiaçı ASC-nin rəhbəri X4 tərəfindən götürülməsi və dələduzluq etməsi məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Hazırda insult xəstəsidir və məhkəməyə gələ bilmir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan kredit dosyesindəki kredit müqaviləsində “bank” qrafasında “M.Q.Bayramov” qeydinin qarşısındakı, “müddətli öhdəçilik”də “Bankınmüdiri”qrafasında “M.Q.Bayramov” qeydlərinin qarşısındakı, “Kredit verilməsi və təhlili cədvəli”nin sonunda “M.Q.Bayramov Müdir” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli ödəmə qrafikində “Bankın müdiri” qrafasında “M.Q.Bayramov” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli”uçot-əməliyyat şöbəsinə xidmət sərəncam”ında “Bankın müdiri” qrafasında “M.Q.Bayramov” qeydlərinin qarşısındakı, xx.xx.2012-ci il tarixliərizənin sol yuxarı kənarında olan dərkənardakı imza - X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan kredit dosyesindəki “kassa məxaric orderi”ndə “nəzarətçi” qrafasındakı imza; Cavabdeh adına olan kredit dosyesindəki”müddətli öhdəçilik”də “Baş mühasib” qrafasında “N.A.İsgəndərova” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli “uçot-əməliyyat şöbəsinə xidmət sərəncamı”ında “Baş mühasib” qrafasında “N.A.İsgəndərova” qeydinin qarşısındakı imzalar - X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan kredit dosyesindəki “müddətli öhdəçilik”də “Kredit şöbəsinin rəisi” qrafasında “V.A.Həsənov” qeydinin qarşısındakı, “Kreditin verilməsi və təhlili cədvəli”nin “sonunda “Təhlil aparan şəxs V.A.Həsənov” qeydlərinin qarşısındakı, xx.xx.2012-ci il tarixli “uçot-əməliyyat şöbəsinə xidmət sərəncamı”ında “Kredit şöbəsinin rəisi” qrafasında “V.A.Həsənov” qeydinin qarşısındakı imzalar - X8 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan kredit dosyesindəki “kassa məxaric orderi”ndə “xəzinədar” qrafasındakı imza - X6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan xx.xx.2012-ci il tarixli 879 nömrəli kredit müqaviləsinin aşağı hissəsində “Borcalan” qrafasında “Cavabdeh” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli “kassa məxaric orderi”ndə orderdə göstərilən məbləği aldım” qeydinin qarşısındakı, “Kredit sifarişi”nin üçüncü vərəqində sifariş verən şəxsin qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli 879 nömrəli “müddətli öhdəçilik”də “Müştərinin imzası” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli ödəmə qrafikində “Cavabdeh” qeydinin qarşısındakı, Cavabdehxx.xx.2012-ci il tarixli ərizədə “imza” qrafasındakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan kredit dosyesindəki kredit müqaviləsinin dördüncü səhifəsinin “bank” qrafasında “M.Q.Bayramov” qeydinin qarşısındakı imza - X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan kredit dosyesindəki “kassa məxaric orderi”ndə “nəzarətçi” qrafasındakı imza - X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan kredit dosyesindəki “kassa məxaric orderi”ndə “Xəzinədar” qrafasındakı imza - X6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan xx.xx.2012-ci il tarixli 1039 nömrəli kredit müqaviləsinin dördüncü səhifəsinin aşağı hissəsində “Borcalan” qrafasında “Cavabdeh” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli “kassa məxaric orderi”ndə “orderdə göstərilən məbləği aldım” qeydinin qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ona aid hissədə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmüilə kredit müqaviləsində və digər sənədlərdə olan imzaların hazırki iş üzrə cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsində və digər sənədlərdə olan imzaların hazırki iş üzrə cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, hazırkı iş üzrə cavabdehlə iddiaçı arasında bağlanmış göstərilən kredit müqaviləsinin saxta olması məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Beləliklə, qeyd edilən kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmadığından, tərəflər arasında müqavilə bağlanmamışdır. Tərəflər arasında müqavilə bağlanmadığından, tərəflər biri-digəri qarşısında göstərilən müqavilədən irəli gələn vəzifələrin daşıyıcıları deyildirlər. Odur ki, iddiaçının cavabdehdən vəzifələrinin icrasını tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğundan, bununla da tərəflər arasında müqavilə bağlanmadığından, cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Odur ki, iddia tələbi əsas borc, faiz borcu və cərimənin cavabdehdən tutulmasına dair hissələrdə əsassızdır. Buna görə də iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İddia tələbindən görünür ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni cəriməni tələb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni cəriməni tələb etdiyindən, o cümlədən, tərəflər arasında müqavilə bağlanmadığından və cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmadığından, buna görə də, iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddianın qeyd edilən hissəsi əsassızdır. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməli və buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı – 200000 manat məbləğində əsas borc, 76361,33 manat məbləğində faiz borcu, 29244,52 manat məbləğində cərimə borcu, 26529,90 manat məbləğində kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 332135,75 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barəsində iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-802/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-802/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver