Məhkəmə qərarları › İş №e-2-2(121)-813/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-813/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-813/2022 27.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı - dəymiş ziyanın ödənilməsi və pul tələbinə dair iddası üzrə kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 8.155,14 manat məbləğində maddi zərərin, 100 manat məbləğində mediasiya xərcinin və 2 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixində Cavabdeh icarə müqaviləsi əsasında X3 qəsəbəsində yerləşən, cəmi 409.8 kv.m qeyriyaşayış sahəsi içindəki inventarlarla birlikdə kafe kimi istifadə etmək üçün icarəyə vermişdir (təhvil-təslim üçün 05-06 mart 2021-ci il üçün keçirilmiş yoxlamanın aktının surəti əlavə olunur). Cavabdeh icarə müqaviləsindən irəli gələn tələbləri icra etməmişdir. İnventarların yoxlanılması zamanı isə 5205 manat 14 qəpik məbləğində 1265 ədəd müxtəlif adda daşınar əşyaların yerində olmadığı aşkar olunmuşdur (16 may 2021-ci il tarixli 093/2021 saylı aktın surəti əlavə edilir). Cavabdeh İddiaçı MMC-yə ünvanladığı izahatında yerində aşkar olunmayan əşyaları təhvil verəcəyi və ya dəyərini 20 iyul 2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürdü. Cavabdeh bildirdi ki, hər ay 600 manat məbləğində pulu borcu tam bağlayana kimi iddiaçıya ödəyəcək. Lakin bu günədək həmin məbləğ iddiaçıya qaytarılmamışdır (qeyd edilən izahatın surəti iddia ərizəsinə əlavə edilir). Bundan əlavə Cavabdeh 2021-ci ilin mart ayı üçün 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1770 manat, cəmi 2950 manat məbləğində icarə haqqını İddiaçı MMC-yə ödəməmişdir (24 iyun 2021-ci il tarixli maliyyə arayışının surəti əlavə edilir). Bununla da, Cavabdeh İddiaçı MMC-yə 8155 manat məbləğində maddi ziyan vurmuşdur. 05 mart 2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən sahənin aylıq icarə haqqı ilk ay üçün 1000 (bir min) manat, növbəti hər bir ay üçün isə 1500 (min beş yüz) manat təşkil edir. İcarə haqqı hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 5-ci təqvim günündən gec olmamaq şərtilə İcarəçinin bank hesabına nağd mədaxil və ya köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi aylıq icarə haqqını vaxtında və tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqının məbləğinin 0,1%həcmində icarəyə verənə cərimə ödəməyi öhdəsinə götürür. İddiaçı məhkəməyə “məlumat” təqdim edərək Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 2021-ci ilin mart ayı üçün 1.000 manat məbləğində icarə haqqı və 180 manat məbləğində ƏDV olmaqla 1.180 manat, 2021-ci ilin aprel ayı üçün 1.500 manat məbləğində icarə haqqı və 770 manat ƏDV olmaqla 1.770 manat, ümumilikdə 2.950 manat icarə haqqı və 5.005 manat maddi zərər olmaqla, cəmi 7.955 manat məbləğində borcun, 100 manat məbləğində mediasiya xərcinin və 2 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, icarəyə verən “Optimal Elektronika MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında X3 qəsəbəsində yerləşən, cəmi 409.8 kv.mqeyri-yaşayış sahəsi içindəki inventarlarla birlikdə kafe kimi istifadə etmək üçün icarəyə vermişdir. Tərəflər arasında bağlanmış 05 mart 2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, sahənin aylıq icarə haqqı ilk ay üçün 1000 (bir min) manat, növbəti hər bir ay üçün isə 1500 (min beş yüz) manat təşkil edir. İcarə haqqı hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 5-ci təqvim günündən gec olmamaq şərtilə İcarəçinin bank hesabına nağd mədaxil və ya köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqına bu Müqavilə və sahənin istifadəsi ilə bağlı ödənilən kommunal-təsərrüfat xərcləri və digər ödənişlər daxil deyil. Bütün bu xərclər İcarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi aylıq icarə haqqını vaxtında və tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqınınməbləğinin 0,1% həcmində icarəyə verənə cərimə ödəməyi öhdəsinə götürür. Həmin icarə obyekti olan kafeni icarəyə götürən Cavabdeh yaxın tanışı X2 ilə birlikdə istifadə etməyə başlamışdır. Lakin, icarəçi Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəlikərini icra etməmişdir. Bununla da, Cavabdeh 2021-ci ilin mart ayı üçün 1000 manat məbləindən icarə haqqı və 180 manat məbləğində ƏDV olmaqla 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1500 manat məbləğində icarə haqqı və 770 manat ƏDV olmaqla 1770 manat, ümumilikdə 2950 manat məbləğində icarə haqqını İddiaçı MMC-yə ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, İcarə müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılması və onların iradəsi əsasında müəyyənləşdirilmişdir. Əlavə dəyər vergisinin müqavilədə müəyyən edilməməsi, onun ödənilməməsi mənasına gəlmir. Əgər tərəflər müqavilə ilə hər hansı şərti müyyənləşdirməyiblərsə, bunun üçün qanunvericilik şərtələri var və onlara əsasən tənzimlənir. Vergilərin ödənilməsi dövlətin tələbidir. Bu müqavilədə müəyyənləşdirilməsə də, ödənilməlidir. Müqavilədə müəyyənləşdirilən məbləğ vergi daxil olmadan göstərilən məbləğdir. Əgər tərəflər “ƏDV daxil” qeyd etsəydilər onda icarə haqqını ödəyən tərəf vergi məbləğini ödəməyə bilərdi. Bundan əlavə, həmin obyektə baxış keçirilmiş və İnventarların yoxlanılması zamanı isə 5205 manat 14 qəpik məbləğində 1265 ədəd müxtəlif adda daşınar əşyaların yerində olmadığı aşkar olunmuşdur. (16 may 2021-ci il tarixli 093/2021 saylı aktın surəti iş materiallarına əlavə edilmişdir.) Həmi obyekti icarəçi Cavabdeh ilə birlikdə işlədən X1 xx.xx.2021-ci il tarixli izahatında yerində aşkar olunmayan əşyaları təhvil verəcəyi və ya dəyərini 20 iyun 2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan əlavə, Cavabdeh bildirmişdir ki, hər ay 600 manat məbləğində pulu borcu tam bağlayana kimi iddiaçıya ödəyəcək. Lakin bu günədək həmin məbləğ iddiaçıya qaytarılmamışdır. Məhkəmə icraatı zamanı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Əvvəlki məhkəmə prosesində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, İddiaçı MMCnin Cavabdeh ilə icarə müqaviləsi bağlandıqdan sonra həmin qeyri-yayayış sahəsini kafe kimi işlətmiş və icarə müqaviləsi üzrə ilkin olaraq, 1000 manat məbləğində icarə haqqı ödəmişdir. 2021-ci ilin mart ayı üçün 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1770 manat, cəmi 2950 manat məbləğində hesablanmış icarə haqqını qəbul etmir və lakin 5205 manat məbləindən pul vəsaitini qəbul edir və hissə ödəyəcəyini bildirmişdir. Bundan əlavə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qeyd etdiyi hallar üzrə tərəfmizdən araşırma aparılmış və X2 tərəfindən 1000 manat məbləğində icarə haqqının ödənilməsi təsdiq edən heç bir sənəd (qəbz) aşkar edilməmişdir. Lakin, Cavabdeh tərəfindən cəmi 200 (iki yüz) manat məbləində ödəniş etmişdir. (qəbz əlavə olunur). Cavabdeh İddiaçı MMC-yə 2021-ci ilin mart ayı üçün 1000 manat məbləindən icarə haqqı və 180 manat məbləğində ƏDV olmaqla 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1500 manat məbləğində icarə haqqı və 770 manat ƏDV olmaqla 1770 manat, ümumilikdə 2950 manat və 5.005 manat maddi zərər olmaqla, cəmi 7.955 manat məbləğində borcu yaranmışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasənicarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin məcəllənin 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 701.2.2-ci maddəsinə əsasən ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ Dövlət rüsumunun ödənilməsi haqqında məlumat pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096cı maddəsinin 1-ci bəndinə əsasənMülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icraedilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icraedilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsinitələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahat verərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasını İddiaçı nümayəndəsinin iştirakı olmadan keçirərək, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iddia ərizəsini araşdırıb, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı MMC, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, 050/1 №li Tikinti Obyektinin İstismarına İcazəyə əsasən istifadəsində olan Abşeron rayonu, H.Z.Tağıyev qəsəbəsində yerləşən, cəmi 409,8 kv.m. qeyri-yaşayış sahəsi içindəki inventarlarla birlikdə icarəçiyə, yəni Cavabdeh kafe kimi istifadə etmək üçün icarəyə vermişdir. İş materiallarında olan 05-xx.xx.2021-ci il tarixli “Təftiş Departamenti” tərəfindən Park Kafe bölməsində keçirilən mal qalığının yoxlanması aktının surətindən görünür ki, aktda göstərilən daşınar əşyalar icarəçiyə təhvil verilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli yoxlama aktına əlavə № 1-dən - 93 nömrəli aktın surətindən görünür ki, yoxlamanın sonunda 5.205,14 manat dəyərində daşınar əşyaların yerində olmadığı müəyyən edilmişdir. Həmin akt direktor müavini Emin Məlikov, aparıcı mütəxəssis Alik Cəfərov, mütəxəssis Nurlan Qurbanov və X2 tərəfindən imzalanmışdır. İş materiallarında olan X1 21 may 2021-ci il tarixli izahatından görünür ki, o, 5.205,14 manat pul vəsaitini xx.xx.2021-ci il tarixinədək bütün çatışmazlıqları yerinə qaytaracağına, həmin əmlaklar mövcud olmadıqda həmin əmlakların dəyərini tam ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən ümumi sahəsi 508.8 kv. metr olan qeyri-yaşayış binası İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 9041 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı MMC ilə aralarında bağlanmış icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli Akta əsasən Abşeron rayonu, H.Z.Tağıyev qəsəbəsində yerləşən 409,8 kv.m. qeyri-yaşayış sahəsini içindəki inventarlarla birlikdə İddiaçı MMC-dən təhvil alınmışdır. Həmin icarə müqaviləsi üzrə aylıq icarə haqqı ödənilmədiyindən və bu səbəbdən də icarə sahəsi geri təhvil alınarkən 5.205,14 manat inventar əskik gəldiyindən İddiaçı MMC-yə maddi ziyan vurulduğu bildirilmiş və həmin ziyan ödənilmədiyi təqdirdə ziyanın məcburi ödənilməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş 24 iyun 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı MMC-nin və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş borc məbləği 2021-ci ilin mart ayı üzrə 1180 manat, 2021-ci ilin aprel ayı üzrə 1770 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC-nin xəzinəsinə Cavabdeh tərəfindən 200 manat pul ödənilmişdir. İş materiallarında olan “ikin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür k, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 100 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən Abşeron rayonu, H.Z.Tağıyev qəsəbəsində yerləşən, cəmi 409,8 kv.m. qeyri-yaşayış sahəsi içindəki inventarlarla birlikdə cavabdehə icarəyə verilmişdir. İcarəyə verilmiş qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən 2021-ci ilin may ayında tərtib olunmuş aktla cavabdehdən geri götürülmüşdür. xx.xx.2021-ci il tarixli yoxlama aktına əlavə № 1-dən - 93 nömrəli akta əsasən yoxlamanın sonunda 5.205,14 manat dəyərində daşınar əşyaların yerində olmadığı müəyyən edilmişdir. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən 2021-ci ilin mart və aprel ayları üzrə icarə haqqının tam və ya qismən ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iddiaçının icarə haqqı üzrə tələbini araşdıraraq qeyd edir ki, iddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Belə olduğu təqdirdə iddiaçı qeyd olunan icarə müqaviləsi üzrə 2021-ci ilin mart və aprel ayları üzrə ödənilməyən 2.500 manat məbləğində icarə haqqını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qeyd olunan Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə, iddia tələbinin 2021-ci ilin mart ayı üçün icarə haqqına hesablanmış 180 manat ƏDV və aprel ayı üçün 770 manat ƏDV hissəsini araşdıraraq hesab edir ki, iddiaçının həmin tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən sahənin aylıq icarə haqqı ilk ay üçün 1000 (bir min) manat, növbəti hər bir ay üçün isə 1500 (bir min beş yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin həmin maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilmişdir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığı aid edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 11 iyun 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab etmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, tərəflər icarə müqaviləsini bağlayarakən icarə haqqının məbləğinin ilk ayı üçün 1000 (bir min) manat, növbəti hər bir ayı üçün isə 1500 (bir min beş yüz) manat olması barədə razılığa gəldiyindən və yaranmış mübahisə xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin şərtləri çərçivəsində həll edilməli olduğundan iddiaçının 2021-ci ilin mart ayı üçün icarə haqqına hesablanmış 180 manat ƏDV-nin və aprel ayı üçün 770 manat ƏDV-nin tutulması tələbi təmin edilə bilməz. Məhkəmə, eyni zamanda icarə sahəsinə vurulmuş maddi zərərə görə 5.005 manat məbləğində pulun tutulması hissəsini də araşdıraraq hesab edir ki, həmin tələb əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsi əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiqini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı tələb Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmunundan da göründüyü kimi kirayəyə verənin maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarə verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, qeyri-yaşayış binası 07 may 2021-ci il tarixində iddiaçıya təhvil verilmişdir. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulmasını 07 may 2021-ci il tarixində bilmiş, hazırkı iddianı isə 12 aprel 2022-ci ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 11 ay sonra qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə, iş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 21 may 2021-ci il tarixli izahatına və məhkəmə iclasında 5.005 manat məbləğində vurulmuş maddi zərərin etirafı ilə bağlı məsələyə münasibət bildirirək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.2-ci maddəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iddianı etiraf etmək hüququnu istisna etmişdir. Yəni, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianı etiraf edə bilməz. Məhkəmə, iş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 21 may 2021-ci il tarixli izahatına və məhkəmə iclasında 5.005 manat məbləğində vurulmuş maddi zərərin etirafı ilə bağlı məsələyə münasibət bildirirək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.2-ci maddəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iddianı etiraf etmək hüququnu istisna etmişdir. Yəni, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianı etiraf edə bilməz. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, iddiaçının cavabdehə qarşı icarə sahəsinə vurulmuş maddi zərərə görə tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə əsasən müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə, eyni zamanda iddia tələbinin “100 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, cavabdehdən 2 (iki) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.500 manat məbləğində icarə haqqı, 100 manat mediasiya xərci və 2 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.602 (iki min altı yüz iki) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar