Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-814/2025 17.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45041 manat pul manat borcun və ödənilmiş 226 manat dövlət rüsumunun, ümumilikdə 45267 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir ki, topdan və pərakəndə xalça satışı ilə məşğul olur. Cavabdeh səyyari olaraq xalça satışı ilə məşğul olur və iddiaçının həmkəndlisidir. Cavabdeh özünə məxsus avtomobil ilə Respublika ərazisində iddiaçının anbarından götürdüyü xalçaların satışı ilə məşğul olur. İddiaçı özünə məxsus anbardan cavabdehə nisyə xalça vermişdir, cavabdeh də həmin xalçaları satdıqdan sonra iddiaçının pulunu qaytarmışdır. Hal-hazırda Cavabdeh İddiaçı 45041 manat borcu qalmışdır. Cavabdeh borcunu tam şəkildə qaytarmadığı üçün İddiaçı dəfələrlə cavabdehə zəng etmiş və görüşmüşlər. Lakin Cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı Hüseynov X4 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Cavabdeh ona hazırda 45041 manat pul borcunun olduğunu bildirmişdir. Cəlilabad Rayon Polis Şöbəsində Cavabdeh izahatı alınmış və Cavabdeh İddiaçı 45041 manat pul borcunun olmasını etiraf etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36267 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə həmkəndli olduqlarını, onunla bir müddət alver etdiklərini, əsasən iddiaçının qardaşı X1 mal götürdüyünü və malın pulunu da ona ödədiyini, son olaraq hissə-hissə olmaqla iddiaçıdan ümumilkdə 50000 ABŞ dolları dəyərində xalça götürdüyünü, həmin xalçaların dəyərindən 76000 manat pulu nadğ qaydada hissə-hissə ödədiyini, qalan 9000 manat məbləğində borcunun əvəzində isə iddiaçıya avtomobilini verdiyini, iddiaçıya borcunun olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2021-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə sahibkarlıq subyektləri kimi qeydiyyata alınmışlar. İş materiallarında olan Cəlilabad rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X10 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024cü il tarixli qərarından görünür ki, Cavabdeh və İddiaçı bir-birlərinə qarşı şikayətləri əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və şikayətçilərə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı izahatında Cavabdeh ümumilkdə 64395,23 ABŞ dolları dəyərində xalça verdiyini, bunun əvəzində Cavabdeh ona 14600 manat pul ödədiyini, borcunun bir hissəsinin qarşılığında isə “KİA” markalı minik avtomobili ona verdiyini, lakin həmin avtomobilin 22 ay müddətinə hər ay 700 manat lizinq ödənişinin qaldığını, hazırda Cavabdeh ona 26415 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir. Cavabdeh isə izahatında 2022-ci ildən etibarən İddiaçı ilə alver etdiyini, bir il ərzində Turalın anbarından təxminən 50000 ABŞ dolları dəyərində xalça götürdüyünü, həmin malların dəyərini sonradan ödədiyini, Turala qalmış yalnız 9000 manat borcu qarşılığında 2024-cü ilin sentyabr ayında qardaşı Afiyəddinin lizinqlə əldə etdiyi “KİA K5” markalı 77AR297 dövlət qeydiyyat nişanlı avtomobili Turalın işçisi X5 adına keçirdiyini, avtomobilin 22 ay müddətində aylıq 778 manat ödənişinin qaldığını, avtomobilin ödənişini qardaşı Afiyəddinin adından çıxartdığına görə etmədiyini, Turala borcunun qalmadığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X7 (Satıcı) ilə X6 (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4430 nömrəli “Əşyanın nisyə alqı-satqısı haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 1 ədəd minik avatomobilinin nisyə alqısatqısıdır. 1.3-cü bəndinə əsasən, tərəflər arasında imzalanmış olan bu müqavilənin şərtinə əsasən Satıcı özünə məxsus minik avtomobilini Alıcıya nisyə olmaqla satır, Alıcı isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq Satıcıya ödəyir. 4.1-ci bəndinə əsasən, minik avtomobilinin dəyəri tərəflərin razılaşmasına görə Kia Optima modelli 36697,1 manat məbləğində müəyyən edilir. 4.2-ci bəndinə əsasən, alıcı avtomobilin dəyərindən 9000 manatını ilkin olaraq dərhal ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X7 (Satıcı) ilə X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4430 nömrəli zaminlik müqaviləsinə əsasən, zaminliklə təmin olunan öhdəlik Satıcı ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4430 nömrəli alqı-satqı müqaviləsi üzrə X3 öz öhdəliklərini tam şəkildə yerinə yetirənədək Zaminin Borcödəyən ilə birlikdə Satıcı qarşısında tam məsuliyyət daşıması barədədir. İş materiallarında olan tərəflər arasında baş tutmuş telefon danışığının yer aldığı elektron daşıyıcıda olan səs yazısından görünür ki, Cavabdeh iddiaçıya 48000 manat məbləğində borcunun olduğunu inkar etmir, həmin borcu ödəyəcəyini bildirir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 45041 manat məbləğində pulun 5 iş günü müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində iddiaçının qardaşı olduğunu, onunla birlikdə işlədiyini, 2022-ci ildən cavabdehlə ticarət etdiklərini, cavabdehin malı onlardan nisyə ödənilmək şərti ilə aldığını, son olaraq cavabdehin aldığı mallara görə 40000-ə yaxın borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində iddiaçıya məxsus olan anbarda malların satışı üzrə müdir vəzifəsində işlədiyini, cavabdehin onların müştərisi olduğunu, onlardan nisyə mal götürdüyünü, hazırda cavabdehin ödənilməmiş 26500 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində cavabdehin qardaşı olduğunu, qardaşı ilə birlikdə iddiaçıyla alver etdiklərini, iddiaçıya ümumilkdə 50000 ABŞ dolları məbləğində borclarının olduğunu, iddiaçıya bankdan götürdüyü kreditlərin hesabına 40000 manat pul ödədiklərini, əlavə olaraq dəyəri 23-24000 manat olan avtomobili borcun əvəzi olaraq iddiaçıya verdiklərini, hazırda iddiaçıya borclarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində cavabdehin dayısı olduğunu və onunla şərikli alver etdiklərini, iddiaçıdan aldıqları malların dəyərini ödəmək üçün Tamerlarnın və Afiyəddinin bankdan kredit götürdüklərini, iddiaçıya 2000 ABŞ dolları, 13600 manat, 8000 manat və iki dəfə 10000 manat olmaqla ödəniş edildiyini bildirmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin və onların nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, şahid ifadələrinə və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər öz aralarında razılığa gələrək, iddiaçının sifariş əsasında cavabdehə xalça satması, cavabdehin isə aldığı yemin dəyərini nağd qaydada hissə-hissə olmaqla iddiaçıya ödəməsi barədə şifahi müqavilə bağlamışlar. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 2022-2023-cü illər ərzində cavabdehə mal verdiyini, cavabdehin isə aldığı malların dəyərini tam ödəmədiyni, cavabdehin borcunun bir hissəsinin əvəzi olaraq ona avtomobil verdiyini, nəticədə cavabdehin 36041 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş malların dəyərini tam ödədiyini, iddiaçıya borcunun olmadığını bildirir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan şifahi alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən dəyəri 50000 ABŞ dolları olan malların cavabdehə verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi və cavabdehin borcu tam şəkildə ödəməsinə dair etirazı təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 36041 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş malların dəyərini tam ödədiyini, iddiaçıya borcunun olmadığını bildirir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini satılan malın dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehə ümumi dəyəri 50000 ABŞ dolları dəyərində malın verilməsi barədə mübahisə olmadığına görə həmin hal sübuta yetirilmiş hesab edilir. İddiaçı verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddia edir, bu tələbinin əsası kimi şahid ifadələrinə və telefon danışığı zamanı cavabdehin qeyd edilən xüsusat barədə etirafına istinad edir. Cavabdeh iddia tələbinə etiraz edərək, onun tərəfindən aldığı malların dəyərinin tam şəkildə ödənildiyini bildirir, etirazının əsası kimi şahid ifadələrinə və kredit müqaviləsi üzrə məlumatlara istinad edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinə dair mülki hüquq normalarının tələblərinə əsasən, alınan malın dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olaraq alıcı (baxılan işdə - cavabdeh) ödənişi həyata keçirdiyini sübut etməklə mükəlləfdir. Baxılan işdə də cavabdeh aldığı malın dəyərinin onun tərəfindən tam şəkildə ödənildiyini mötəbər dəlillərlə sübut etməlidir. Məhkəmə hesab edir ki, alınan malların dəyərinin tam şəkildə ödənilməsini cavabdeh sübut edə bilməmişdir. Belə ki, aldığı malların dəyərini tam şəkildə ödəməsinə dair öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün şahid ifadələrinə və bank kredit müqavilələrinə istinad edir. Lakin, məhkəmə iclasında dindirilmiş cavabdeh tərəfindən dəvət olunmuş şahidlər cavabdehin iddiaçıdan ümumilikdə 50000 ABŞ dolları məbləğində mal aldığını təsdiq etsələr də, həmin məbləğdə ödənişin həyata keçirildyini ifadə etməmişlər. Şahid ifadələri ilə cavabdeh tərəfindən alınmış malların müqabilində iddiaçıya 40000 manat və ya 45000 manat pul vəsaiti və avtomobil verildiyi bildirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş şahidlər isə cavabdehin aldığı mallara görə ödənilməmiş 40000 manat ətrafında borcunun olduğunu təsdiq etmişlər. Məhkəmə, cavabdehin iddiaçıya borcunu bankdan götürdüyü kredit hesabına ödəməsi barədə dəlilinə isə tənqidi yanaşaraq qeyd edir ki, cavabdeh həmin krediti məhz iddiaçıya borcunun ödənilməsi məqsədi ilə aldığını sübut edə bilməmişdir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya borcunun bur hissəsinin qarşılığında avtomobil verməsi barədə dəlili ilə əlaqədar qeyd edir ki, işdə olan xx.xx.2024-cü il tarixli, 4430 nömrəli “Əşyanın nisyə alqı-satqısı haqqında” müqavilənin surətindən göründüyü kimi, həmin müqavilə "xxxx" MMC-nin direktoru X7 ilə X6 arasında bağlanmışdır, xx.xx.2024-cü il tarixli, 4430 nömrəli zaminlik müqaviləsinə əsasən isə cavabdehin qardaşı X2 yuxarıda qeyd olunan müqavilə üzrə X3 öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə zamin qismində təminat vermişdir. Bununla yanaşı, hər iki tərəfin həm məhkəmə iclaslarında, həm də polis orqanında verdikləri izahatlarında cavabdeh tərəfindən adı çəkilən avtomobilin ümumi dəyərindən cəmi 9000 manat məbləğində ödəniş edildiyi qeyd olunmuşdur. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, borcu tam şəkildə ödəməsinə dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair hissədə iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 36041 manat məbləğində borc və ödənilmiş 198,12 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 36239,12 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən artıq ödənilmiş 27,88 manat dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-814/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-814/2025
17.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver