Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-82/2021 26.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 74.982,91 əsas, 16.070,17 manat müddət sonuna hesablanan faiz, 4.330,26 manat məbləğində cərimə və 3.560,22 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 98.943,56 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Cəlilabad rayonu, Privolnoye kəndində mülkiyyətində olan 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 kv.m, ümumi sahəsi 1.173,5 kv.m olan əmlak kompleksi kimi müəssisələr: A- literində yerləşən 1 mərtəbəli, tikinti sahəsi 138.6 kv.m, ümumi sahəsi 128.8 kv.m-dən ibarət qeyri-yaşayış binası “Anbar”, B-literində yerləşən 1-mərtəbəli, tikinti sahəsi 449,3 kv.m, ümumi sahəsi 407 kv.m qeyri-yaşayış binası “Anbar”, C-literində yerləşən 1 mərtəbəli, tikinti sahəsi 323 kv.m, ümumi sahəsi 323 kv.m Xurşudbanu Natəvan küçəsi, ev 14 ünvanında yerləşən 90.3 kv.m ümumi sahəsindən ibarət qeyri yaşayış binası “Anbar”a tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanaraq, Cavabdeh 74.982,91 əsas, 16.070,17 manat müddət sonuna hesablanan faiz, 4.330,26 manat məbləğində cərimə və 3.560,22 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 98.943,56 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Cəlilabad rayonu, Privolnoye kəndində mülkiyyətində olan 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 kv.m, ümumi sahəsi 1.173,5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.10.2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə, 75.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə 3299 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Cəlilabad rayonu, Privolnoye kəndində mülkiyyətində olan 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 kv.m, ümumi sahəsi 1.173,5 kv.m olan əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehin Banka ödənilməmiş 74.982,91 əsas, 16.070,17 manat müddət sonuna hesablanan faiz, 4.330,26 manat məbləğində cərimə və 3.560,22 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 98.943,56 manat borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində qeyd olunan tələbi müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 75.000 (yetmiş beş min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı ipoteka müqaviləsinə əsasən, 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh məxsus, Cəlilabad rayonu, Privolnoye kəndində mülkiyyətində olan 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 kv.m, ümumi sahəsi 1.173,5 kv.m olan əmlak kompleksi kimi müəssisələr - A-literində yerləşən 1 mərtəbəli, tikinti sahəsi 138,6 kv.m, ümumi sahəsi 128,8 kv.m olan qeyri-yaşayış binası “Anbar”, B-literində yerləşən 1 mərtəbəli, tikinti sahəsi 339,2 kv.m, ümumi sahəsi 314,7 kv.m olan qeyri-yaşayış binası “Anbar”, C-literində yerləşən 449,3 kv.m, ümumi sahəsi 407 kv.m olan qeyri-yaşayış binası “Anbar”, D-literində yerləşən 1 mərtəbəli, tikinti sahəsi 323 kv.m, ümumi sahəsi 323 kv.m olan qeyri yaşayış binası “Anbar” İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən əmlak kompleksi kimi müəssisə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 08.10.2019-cu il tarixli, **********988 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsi üzrə cavabdehin 30.09.2019-cu il tarixə banka 74.982,91 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 16.070,17 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 4.330,26 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 3.560,22 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 98.943,56 manat təşkil edir. İş materiallarında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsi üzrə cəmi 98.943,56 manat borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 28.09.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsi əsasında aldığı 75.000 manat kreditə görə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışlar. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış 04 oktyabr 2019-cu il tarixli, **********913 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-yə ünvanlanmış 27.07.2020-ci il tarixli, **********01 saylı məktubdan görünür ki, Cavabdehnı mülkiyyətində olan daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2021-ci il tarixli, 9/380 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh 18.10.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 74.881,83 manat, faiz borcu 10.756,39 manat, 30.09.2019cu il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 74.881,83 manat, faiz borcu 15.136,03 manat müəyyən edilir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 aprel 2021-ci il tarixli, 134/ZB/21 saylı əmlak kompleksi kimi müəssisənin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən əmlak komleksi kimi müəssisənin likvid dəyəri 130.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə 75.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh məxsus, Cəlilabad rayonu, Privolnoye kəndində mülkiyyətində olan 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 kv.m, ümumi sahəsi 1.173,5 kv.m olan əmlak kompleksi kimi müəssisə sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu 74.881,83 manat olduğu müəyyən edildiyindən, lakin iddiaçı əsas borc kimi 74.982,91 manat tələb etdiyindən, məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddia qismən təmin edilməli, 74.881,83 manat əsas borc Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh əsas borc qismində 74.982,91 manat tələb edilmişdir. Lakin, 22 fevral 2021-ci il tarixli, 9/380 saylı ekspert rəyi ilə Cavabdeh əsas borcunun 74.881,83 manat olduğu müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya əsas kredit borcu 74.881,83 manat olduğu halda, iddiaçı tərəfindən hesablama düzgün aparılmamış, cavabdehin borcu düzgün olmayaraq 74.982,91 manat hesablanmışdır. Başqa sözlə, iddiaçı tərəfindən verilmiş düzgün olmayan hesablama əsasında, cavabdehin əsas borcunun 74.982,91 manat kimi qeyd olunması onun qeyd olunan həcmdə əsas borcunun olmasına əsas ola bilməz. 22 fevral 2021-ci il tarixli, 9/380 saylı ekspert rəyi ilə cavabdehin əsas borcunun 74.881,83 manat olduğu müəyyən olunduğundan məhkəmə hesab edir ki, cavabdehdən əsas borc kimi məhz 74.881,83 manat tutulmalıdır. 16.070,17 manat faiz borcunun tutulması hissəsində isə məhkəmə iddianı qismən, yəni 10.756,39 manat faiz borcunun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2021-ci il tarixli, 9/380 saylı ekspert rəyi ilə 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı kredit müqaviləsi üzrə Cavabdeh 18.10.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 74.881,83 manat, faiz borcu 10.756,39 manat müəyyən edilir. Göründüyü kimi, 18.10.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) cavabdehin iddiaçıya 16.070,17 manat deyil, 10.756,39 manat faiz borcu qalmışdır. Ona görə faiz borcuna münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10.756,39 manat faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 3.560,22 manat faiz borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 14% ödəyir. İddiaçı 4.330,26 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 300 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 18 oktyabr 2013-cü il tarixli, 3299 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad rayonu, Privolnoye kəndində mülkiyyətində olan 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 m2, ümumi sahəsi 1.173,5 m2 olan əmlak kompleksi kimi müəssisələrin (A-literində yerləşən 1 mərtəbəli, tikintialtı sahə 138,6 m2, ümumi sahə 128,8 m2-dan ibarət, B-literində yerləşən 1mərtəbəli, tikintialtı sahə 339,2 m2, ümumi sahə 314,7 m2-dan ibarət, C-literində yerləşən 1 mərtəbəli, tikintialtı sahə 449,3 m2, ümumi sahə 407 m2-dan ibarət, D-literində yerləşən 1 mərtəbəli, tikintiatı sahə 323 m2, ümumi sahə 323 m2-dan ibarət qeyri-yaşayış binalarına) ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməli, 26 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 130 (bir yüz otuz) manat hissəsi Cavabdeh, 20 (iyirmi) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 260 (iki yüz altmış) manat hissəsi Cavabdeh, 40 (qırx) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 74.881,83 manat əsas borc, 10.756,39 manat faiz borcu, 300 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat olmaqla, cəmi 85.964,22 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 130.000 (bir yüz otuz min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Cəlilabad rayonu, Privolnoye kəndində, 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 m2, ümumi sahəsi 1.173,5 m2 olan əmlak kompleksi kimi müəssisələrinə (A-literində yerləşən 1 mərtəbəli, tikintialtı sahə 138,6 m2, ümumi sahə 128,8 m2-dan ibarət, B-literində yerləşən 1-mərtəbəli, tikintialtı sahə 339,2 m2, ümumi sahə 314,7 m2-dan ibarət, C-literində yerləşən 1 mərtəbəli, tikintialtı sahə 449,3 m2, ümumi sahə 407 m2-dan ibarət, D-literində yerləşən 1 mərtəbəli, tikintiatı sahə 323 m2, ümumi sahə 323 m2-dan ibarət qeyri-yaşayış binalarına) yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 74.881,83 manat əsas borc, 10.756,39 manat faiz borcu, 300 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat olmaqla, cəmi 85.964,22 (səksən beş min doqquz yüz altmış dörd manat, iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 130.000 (bir yüz otuz min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Cəlilabad rayonu, Privolnoye kəndində, 0,3079 ha torpaq sahəsində yerləşən, tikinti altında olan 1.250,1 m2, ümumi sahəsi 1.173,5 m2 olan əmlak kompleksi kimi müəssisələrinə (A-literində yerləşən 1 mərtəbəli, tikintialtı sahə 138,6 m2, ümumi sahə 128,8 m2-dan ibarət, B-literində yerləşən 1-mərtəbəli, tikintialtı sahə 339,2 m2, ümumi sahə 314,7 m2-dan ibarət, C-literində yerləşən 1 mərtəbəli, tikintialtı sahə 449,3 m2, ümumi sahə 407 m2-dan ibarət, D-literində yerləşən 1 mərtəbəli, tikintiatı sahə 323 m2, ümumi sahə 323 m2-dan ibarət qeyri-yaşayış binalarına) yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 130 (bir yüz otuz) manat hissəsi Cavabdeh, 20 (iyirmi) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 260 (iki yüz altmış) manat hissəsi Cavabdeh, 40 (qırx) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Rafiq İsmayılov