Məhkəmə qərarları › İş №e-2-2(121)-847/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-847/2021

08.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-847/2021 08.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 129.569,39 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********9 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı"xxxx" ASC-yə cəmi 129 569,39 (bir yüz iyirmi doqquz min beş yüz altmış doqquz manat otuz doqquz qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdehnə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 129 569,39 (bir yüz iyirmi doqquz min beş yüz altmış doqquz manat otuz doqquz qəpik) manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin Neftçala rayon İcra Hakimiyyətnin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbi üzrə borcu qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2016-cı il tarixli, 016170 saylı enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunmuş, elektrik enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün (ayın) 15dək abonentə təqdim edməsi, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatlardan görünür ki, abonent Cavabdeh ümumilikdə 129.569,39 manat borcu vardır. İş materiallarında olan abonentə məxsus TO-lər və sayğaclar barədə məlumatdan görünür ki, 2013-cü ilin avqust ayından 2016-cı ilin may ayına kimi cavabdehə 121.398,11 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə 12.04.2021-ci il tarixinə "xxxx" ASC-yə 129.569,39 manat məbləğində borcunun olması bildirilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 21.04.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdehnə (**********9 saylı abunə kodu) istifadə olunan elektrik enerjisinə görə ƏDV daxil 3.148,13 manat məbləğində borc hesablanmışdır. 21.04.2021-ci il tarixinə qalıq borc 131.945,86 manat təşkil edir. İş materiallarında olan 20.05.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdehnə (**********9 saylı abunə kodu) istifadə olunan elektrik enerjisinə görə ƏDV daxil 2.340,63 manat məbləğində borc hesablanmışdır. 20.05.2021-ci il tarixinə qalıq borc 129.654,30 manat təşkil edir. İş materiallarında olan 21.06.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdehnə (**********9 saylı abunə kodu) istifadə olunan elektrik enerjisinə görə ƏDV daxil 3.138,39 manat məbləğində borc hesablanmışdır. 21.06.2021-ci il tarixinə qalıq borc 132.792,69 manat təşkil edir. İş materiallarında olan Energetika Nazirliyi Enerji X1 Şirvan filialının mütəxəssis rəyində qeyd olunur ki, "xxxx" ASC-nin “Şirvan” RETSİ tərəfindən 15.07.2021 -ci il tarixində təqdim olunan dövriyyə üzrə **********9 nömrəli koda əsasən elektrik enerjisinə görə 127.352,68 manat məbləğində ümumi borc vardır. 121.397,92 manat məbləği **********9 nömrəli kod altında hesablaşma aparılan 16 uçot nöqtəsinin hər biri üzrə 01.10.2015- ci il tarixinə "xxxx" ASC-yə aid ETAİS proqram bazası dövründə 7.537,37 manat məbləğində borcun yarandığı məlum olmuşdur. Qalan 142,29 manat məbləği RQ 025519 nömrəli akta, 221,76 manat məbləği 03.05.2016-cı il tarixli akta, 1.208,44 manat məbləği 24.11.2016-cı il tarixli, Rİ 039002 nömrəli akta, 1.824,75 manat məbləği 23.04.2021-ci il tarixli, NDQ 009275 nömrəli akta, 143,64 manat məbləği 08.01.2019-cu il tarixli, Rİ 024006 nömrəli akta, 39,48 manat məbləği 23.11,2016-cı il tarixli, NDQ 002263 nömrəli akta, 716,48 manat məbləği 06.02.2017-ci il tarixli, Rİ 005571 nömrəli akta, 806,13 manat məbləği 05.06.2018-ci il tarixli, 135903 nömrəli sayğac protokoluna, 823,32 manat məbləği 15.04.2019-cu il tarixli, Rİ 024007 nömrəli akta, 80,91 manat məbləği 05.06.2018-ci il tarixli, Rİ 005573 nömrəli akta (cəmi 6.054,72 manat) əsasən yarandığı müəyyən edilmişdir. Təqdim edilən abunə haqqında cədvəl təhlil olunarkən sayğacsız, işlədicilərin gücünə uyğun metodik hesablanmaya görə fərqli müddətlərdə ümumilikdə 6.899,07 manat məbləği, həmçinin sayğac quraşdırma bədəlinə əsasən 362 manat məbləği hesablanaraq dövriyyəyə daxil edilmişdir. "xxxx" ASC-yə aid ETAİS proqram bazası dövründə **********9 nömrəli kod altında görünən və hesablaşma aparılan 16 uçot nöqtəsinin hər biri üzrə 01.10.2015- ci il tarixinə yaranmış 7.537,37 manat (cəmi 121.397,92 manat) borc məbləğinin dövriyyəsi təqdim edilmədiyindən yaranma səbəbinin araşdırılması mümkün olmamışdır. Abunə haqqında cədvəlin təhlili zamanı müəyyən edilən 01.10.2015-ci il tarixinə yaranmış cəmi 121.397,92 manat borc məbləğinin ödənilməsi tələbi qüvvəsini itirdiyindən borcun ödənilməsi tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1 -ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Lakin 2015-ci ilin aprel ayından enerjitəchizatı müəssisəsi olaraq "xxxx" ASC- nin regionlarda istehlakçıların elektrik enerjisi təchizatının həyata keçirilməsinə başladığını, 2015-ci ilin aprel ayından istehlakçıların artıq "xxxx" ASC-nin deyil "xxxx" ASC-nin abonentləri olmasını, yaranmış cəmi 121.397,92 manat borc məbləğinin 2015-ci ilin aprel ayından 01.10.2015-ci il tarixinə "xxxx" ASC-yə məxsus yeni proqram bazası əsasında hesablanmasını nəzərə alaraq borcun, abunə haqqında cədvəldə göründüyü qədər deyil, daha az məbləğdə olması ehtimal olunur. Yuxarıda tarix və nömrələri qeyd edilmiş aktlar, protokol və aidiyyəti digər müvafiq sənədlər təqdim edilmədiyindən, həmin sənədlər əsasında abunə haqqında cədvələ daxil edilmiş məbləğlərin araşdırılması mümkün olmamışdır. Abunə haqqında cədvəl təhlil olunarkən sayğacsız, işlədicilərin gücünə uyğun metodik hesablanmaya, aktın köhnə tarifinə və əlavə sərfiyyata görə fərqli müddətlərdə dövriyyəyə daxil edilmiş ümumilikdə 6.899,07 manat məbləği ilə bağlı bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Eyni zamanda qeyd edirəm ki, sayğac dəyişmə, rəy protokolu və digər sübutedici faktlar təqdim edilmədiyindən abunə haqqında cədvələ daxil edilmiş sayğac quraşdırma bədəlinə əsasən 362 manat məbləğinin araşdırılması mümkün olmamışdır. Qaydaların 7.6-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh elektrik enerjisinin dəyərini sayğacın göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 8.171,47 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, 016170 saylı müqaviləyə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün sonunadək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdehin iddiaçıya “ETAİS” proqramından keçən borc məbləği 121.397,92 manat, "xxxx" ASC-nin fəaliyyəti dövründə yaranan ümumi borc isə 8.171,47 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdehndən borcun tutulmasını tələb etməyə dair subyektiv hüquqa malikdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1045 saylı Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 mart tarixli, 121 nömrəli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli qərarında dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli qərarın adında, preambulasında və 1-ci hissəsində "xxxx" sözü "xxxx" sözü ilə əvəz edilmişdir. Məhkəmə eyni zamanda müəyyən etdi ki, "xxxx" ASC tərəfindən Cavabdehndən ödənilməsi tələb olunan 129.569,39 manat borcun 8.171,47 manat hissəsi "xxxx" ASC-nin fəaliyyəti dövründə sayğac üzrə elektrik enerji sərfiyyatının borcudur, 121.397,92 manat hissəsi “ETAİS”-dən gələn borcdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə “ETAİS”dən gələn 121.397,91 manat borcun yaranma əsasına, o cümlədən borcun nə zaman yaranmasına dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Yəni, iddiaçı tərəfindən cavabdehə 121.397,92 manat borcun hansı əsaslarla hesablanması, nə zaman yarandığı və digər hallar əsaslandırılmamış və bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Odur ki, iddia 121.397,92 manat hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan öhdəliklərin xitamı üçün nəzərdə tutulmuş müddətin kəsilməsi halları müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarına əsasən “ETAİS” proqramından keçən 121.397,92 manat borc məbləğinin 10.02.2015-ci il tarixdən əvvəlki tarixlərə aid olmasını nəzərə alaraq hesab edir ki, qanunla müəyyən edilmiş vaxtaşırı ödənişlər haqqında tələblərə şamil edilən 5 illik müddətin keçməsi nəticəsində cavabdeh 10.02.2020-ci il tarixindən həmin öhdəliyi icra etmək vəzifəsinin daşıyıcısı deyildir. Eyni zamanda, iddiaçı bu məbləğin cavabdehdən məhkəmə qaydasında tutulmasını heç vaxt tələb etməmişdir. Odur ki, iddia 121.397,92 manat borc hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, müddətin keçməsi elə bir əsasdır ki, bunun ötməsi nəticəsində öhdəliyə xitam verilir. Daha doğrusu, öhdəliklərdən əmələ gələn tələblər müddətin keçməsinə görə ləğv edilir. Mülki hüquqların həyata keçirilmə müddətindən fərqli olaraq mülki hüquqların mövcud olma müddəti odur ki, əgər səlahiyyətli şəxs həmin müddət ərzində bu hüquqları həyata keçirməsə, onda onlara xitam verilir. Yəni, həmin müddət ötürülərsə, səlahiyyətli şəxs borclu şəxsdən müəyyən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququnu itirir və buna görə də o ləğv edilir. Nəticədə tələb etmək hüququnu yaradan öhdəliyin özü xitam olunur, borclu isə öhdəlikdən azad edilir. Məhkəmə həmçinin, iddianın 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatı iddiaçıya aid edilməli, 2 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh elektrik enerjisindən istifadəyə görə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia qismən təmin edilməli, cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 8.171,47 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 manat, ümumilikdə 8.173,47 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən elektrik enerjisindən istifadəyə görə yaranmış 8.171,47 manat (səkkiz min bir yüz yetmiş bir manat, qırx yeddi qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat olmaqla, ümumilikdə 8.173,47 manat (səkkiz min bir yüz yetmiş üç manat, qırx yeddi qəpik) məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar