Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-86/2025 09.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Şirkətinin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı "xxxx" Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 3.547.85 manat pulun, 56 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi, 3703.85 manat pulun alınıb ”Saatlı-Taxıl” Şirkətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən "xxxx" şirkətinin rəhbəridir. Cavabdeh ilə həmkəndli olmaqla münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona təklif etmiş ki, "xxxx" şirkətində bişirilən çörəyi ondan nisiyə götürərək satış məntəqələrinə paylasın və payladıqdan sonra çörəyin pulunu ödəsin. O cavabdehin təklifi ilə razılaşmışdır. Beləliklə, cavabdeh 09 noyabr 2022-ci ildən başlayaraq 22 avqust 2023cü il tarixədək olan müddətdə ondan nisiyə hər bir çörəyin qiyməti 0.28, 0.30 və 0.39 qəpik olmaqla, ümumi dəyəri 49.106.66 manat olan 144.966 ədəd çörək götürmüş, götürdüyü çörəklərin pulundan ümumilikdə 45.558.81 manat ödəyərək sonda 3.547.85 manat (49.106.66 -45.558.81=3.547.85) borclu qalmışdır. Bununla bağlı cavabdehə 15 mart 2024-cü ildə pritenziya göndərərək 10 gün müddətində borcunu ödəməsini xahiş etmiş, cavabdeh 22 mart 2024-cü il tarixdə pritenziyanı almasına baxmayaraq hal-hazıra kimi pritenziyaya cavab verməmişdir. Dəfələrlə tələb etməyimə baxmayaraq cavabdeh ona borclu qaldığı 3.547.85 manat pulu hal-hazıra kimi ödəməmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi o, satıcı kimi yuxarıda qeyd edilən məbləğdə çörəkləri cavabdehə vermiş, cvabdeh, alıcı kimi isə çörəkləri qəbul etməyinə baxmayaraq əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Tərəflərin izahatları:
3. İddiaçı "xxxx" Şirkətinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq verilmiş suallara cavab olaraq bildirdi ki, iddia ərizəsinə əlavə edilmiş 08 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və 25 avqust 2023-cü il tarixli “üzləşmə cədvəli”nin əsilləri cavabdehdədir. Çünki həmin alqı-satqı müqaviləsi və “üzləşmə cədvəli” cavabdeh tərəfindən yazılıb tərtib edildiyi üçün onda yoxdur və o, cavabdehdən həmin sənədlərin əslini istəsə də verməmişdir. Alqı-satqı müqaviləsi və üzləşmə cədvəli iddiaçı "xxxx" Şirkəti ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasını, cavabdehin öz üzərinə ona nisyə satılan çörəklərin əvəzini ödəmək öhdəliyini götürməsini təsdiq edir. Cavabdeh tərəfindən nisyə satılan çörəklərə görə sonuncu dəfə ona 368,80 (üç yüz altmış səkkiz manat, səksən qəpik) manat məbləğində pul verilmişdir. Lakin o, həmin məbləğin nəyə görə iddia ərizəsinə əlavə edilmiş cədvəldə qeyd olunmamasını xatırlamır. O, daha sonra isə ümumiyyətlə cavabdeh tərəfindən ona 368,80 (üç yüz altmış səkkiz manat, səksən qəpik) manat məbləğində pul verilmədiyini bildirdi. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tam olaraq qanunsuz və əsassızdır. Ona görə ki, onunla iddiaçı "xxxx" Şirkəti arasında nə yazılı, nə də ki şifahi formada hər hansı bir alqı-satqı müqaviləsi bağlanmamışdır. O, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinə və “üzləşmə cədvəli”nə nə imza etməmiş, nə də ki belə bir müqavilə və cədvəli tərtib etməmiş, onların mövcudluğundan belə məlumatı olmamışdır. O, iddiaçıdan nisyə çörək satın almamış və iddia ərizəsində qeyd olunduğu kimi çörəkləri nisyə satın aldıqdan sonra pulunu öz hesabına ödəmək öhdəliyini üzərinə götürməmişdir. Onunla iddiaçı arasında hətda əmək müqaviləsi də bağlanmamışdır. Onun yerinə yetirməli olduğu işlər "xxxx" Şirkətinin rəhbəri X4 tapşırığına əsasən özünə məxsus nəqliyyat vasitəsi ilə iddiaçı "xxxx" Şirkətindən çörəkləri götürməkdən, X4 bildirdiyi satış məntəqələrinə paylamaqdan və payladıqdan sonra hansı satış məntəqəsindən verilən pulları "xxxx" Şirkətinin rəhbəri X6 verməkdən ibarət olmuşdur. Gördüyü işlərin qarşılığında isə hər çörəyə görə 3-4 qəpik hesabı ilə hesablanmaqla, aylıq 350-500 manat arasında iddiaçıdan muzd şəklində pul almışdır. Buna görə də, satış məntəqələrinin və satılan çörəklərin sayının artıb azalmasına görə onun aylıq maaşında da müvafiq fərq olmuşdur. Çörəklərin paylandığı məntəqələrin sahibləri də çörəkləri "xxxx" Şirkətindən aldıqlarını və pulları da "xxxx" Şirkətinə verdiklərini bilirdilər. O, iddiaçı "xxxx" Şirkətinin rəhbəri X4 tapşırığına əsasən iddiaçı "xxxx" Şirkətindən çörəkləri götürmüş və X4 bildirdiyi satış məntəqələrinə paylamış və payladıqdan sonra hansı satış nöqtəsindən pullar verilmişdirsə, həmin pulları "xxxx" Şirkətinin rəhbəri X6 vermişdir. Adətən çörəyi verdikdən bir gün sonra pullar verilirdi ki, o da həmin pulları X6 vermişdir. Satış məntəqələrindən çörək pullarının verilməməsinə görə o iddiaçı qarşısında üzərinə hər hansı bir məsuliyyət götürməmişdir. Bu günə kimi ümumilikdə nə qədər çörək alıb verməsini dəqiq xatırlamadığı üçün o barədə bir söz deyə bilmir, lakin işdən çıxan vaxtı haqq-hesab edən zaman sonuncu payladığı çörəklərə görə satış nöqtələrindən iddiaçıya verilməmiş qalan cəmi 368,80 (üç yüz altmış səkkiz manat, səksən qəpik) manat məbləğində pul olmuşdur ki, o da həmin pulları işdən çıxdıqdan təxminən 3-4 gün sonra X6 vermişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
5. 08 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Şirkəti öhdəsinə götürür ki, Şirkətin nəznində olan çörək sexində bişirilən kürə çörəyindən satmaq X5 verilməsini təşkil etməli, X7 isə öhdəsinə götürür ki, "xxxx" Şirkətinin nəznində olan çörək sexində bişirilən kürə çörəyindən nisyə götürüb satış məntəqələinə paylasın və payladıqdan sonra şörəyin pulunu ödəsin. Tərəflərin qarşılıqlı razılığına əsasən çörəyin qiyməri bişirmək üçün alınan unun qiymətindən asılı olaraq dəyişə bilər.
6. 25 avqust 2023-cü il tarixdə Cavabdeh və Mail Atakişiyev arasında tərtib edilmiş “üzləşmə cədvəli”nin surətindən görünür ki, "xxxx" Şirkətinin nəznində olan çörək sexində bişirilən çörəkdən X7 09 noyabr 2022-ci il tarixdən 22 avqust 2023-cü il tarixədək olan müddət ərzində ümumi dəyəri 49.106.66 manat olan 144.966 ədəd çörək götürmüş, götürdüyü çörəklərin pulundan ümumilikdə 45.558.81 manat ödəyərək qalıq borcu 3.547.85 manat (49.106.66 -45.558.81=3.547.85) təşkil etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, 4/1693 nömrəli ekspert rəyinin təsvir və nəticə hissələrindən görünür ki, Məhkəmə-xətşünaslıq ekspertizası qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) 25 avqust 2023-cü il tarixli üzləşmə cədvəlində “Çörəyi təhvil aldı:” sözlərinin qarşısında olan imza Cavabdeh tərəfindən icra edilmişdirmi? 2) 25 avqust 2023-cü il tarixli üzləşmə cədvəlində “Çörəyi təhvil aldı:” sözlərinin qarşısında olan “Cavabdeh” sözləri Cavabdeh tərəfindən icra edilmişdirmi? Tədqiqat prosesinin təsviri hissəsində qeyd olunur ki, tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan sənəd kserosurət olduğundan, imzanın başlanğıc və bitmə nöqtələrinin izlənilməsi mümkün olmadığından, imzada həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər küliyyatını seçib ayırmaq mümkün olsun. Tədqiqatın nəticəsində isə qeyd olunur ki, Əksi ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşmə cədvəli”nin kserosurətinin aşağı sağ hissəsində “Cavabdeh.” yazıları – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Tədqiq olunan imza, əksi ekspertizaya təqdim edilmiş “Üzləşmə cədvəli”nin kserosurətinin aşağı hissəsində “Cavabdeh.” Yazılarının qarşısında olan imzanın - X7 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.
8. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir.
9. ********** nömrəli qəbzən görünür ki, "xxxx" Şirkəti tərəfindən məhkəməyə müraciət etmək üçün 56,60 (əlli altı manat, altmış qəpik) manat dövlət rüsumu ödənilmişdir
b) Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
10. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh aralarında əmək müqaviləsi bağlamadan "xxxx" Şirkətinin rəhbəri X4 şifahi tapşırığı üzrə özünə məxsus nəqliyyat vasitəsi ilə iddiaçı "xxxx" Şirkətindən çörəkləri götürərək müvafiq satış məntəqələrinə paylamış və müvafiq satış məntəqələrindən verilən pulları isə "xxxx" Şirkətinin rəhbəri X6 vermiş, bu xidmətlərinin qarşılığında muzd şəklində pul almışdır. Belə ki, cavabdeh X1 payladığı çörəklərə görə satış nöqtələrindən iddiaçıya verilməmiş qalan cəmi 368,80 (üç yüz altmış səkkiz manat, səksən qəpik) manat məbləğində pul olmuş, həmin məbləğin "xxxx" Şirkətinin rəhbəri X6 vermişdir. Qeyd olunan məbləğdə iddiaçıya pul verilməsi faktı sonuncu tərəfindən məhkəmə iclasında ilkin olaraq təsdiq edilmişdir.
11. Məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh arasında hər hansı bir formada alqı-satqı müqaviləsi bağlanması müəyyən edilməmişdir. Belə ki, iş materiallarına qeyd olunan müqavilənin və “üzləşmə cədvəli”nin əsli və ya qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti əlavə edilməmiş, cavabdeh isə belə bir müqavilənin yazılı və ya şifahi formada bağlanmasını təsdiq etməmiş, hətda həmin alqı-satqı müqaviləsi və “üzləşmə cədvəli”ndən ümumiyyətlə məlumatının olmadığını və "xxxx" Şirkətindən nisyə verilən çörəklərin pulunu öz hesabına ödəmək barədə üzərinə öhdəlik götürmədiyini bildirmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinin və “üzləşmə cədvəli”nin Cavabdeh tərəfindən imzalanması sübut olunmur. Bunun əksinə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə - xəttşünaslıq ekspertizası zamanı ekspert tərəfindən “Üzləşmə cədvəli”nin kserosurətinin aşağı sağ hissəsində “Cavabdeh.” yazılarının – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir.
c) Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2--ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1--ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 786.1-ci tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarı:
Konstitusiya Məhkəməsi qeyd edir ki, 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir .
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
15. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iş üzrə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir.
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Şirkəti ilə cavabdeh X7 arasında alqısatqı müqaviləsindən irəli gələn münasibətlər mövcud deyil. Ona görə ki, tərəflər arasında şifahi və ya yazılı formada etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsi yoxdur. Çünki iddiaçı "xxxx" Şirkəti iddianın faktiki hüquqi əsası kimi onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasını göstərib, bunu təsdiq edən dəlil kimi cavabdeh tərəfindən yazılıb tərtib edildiyi iddia olunan 08 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və “üzləşmə cədvəli”nin surətini təqdim etsə də, həmin sənədlərin əsillərini onda olmaması bəhanəsi ilə məhkəməyə təqdim etməmiş, cavabdeh isə məhkəmə iclasında belə bir müqavilənin yazılı və ya şifahi formada bağlanmasını təsdiq etməmiş, hətda həmin alqı-satqı müqaviləsi və “üzləşmə cədvəli”ndən ümumiyyətlə məlumatının olmadığını və "xxxx" Şirkətindən nisyə verilən çörəklərin pulunu öz hesabına ödəmək barədə üzərinə öhdəlik götürmədiyini bildirmiş, bütün bunlarla yanaşı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə - xəttşünaslıq ekspertizası zamanı ekspert tərəfindən “Üzləşmə cədvəli”nin kserosurətinin aşağı sağ hissəsində “Cavabdeh.” yazılarının – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Buna görə də, məhkəmə iddiaçı tərəfin 08 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və “üzləşmə cədvəli”nin cavabdeh tərəfindən yazılıb tərtib edilməsi və həmin sənədlərin əsillərinin cavabdehdə olması ilə əlaqədar dəlillərini inandırıcı hesab etmir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda çörəyin bişirilib satılmasının iddiaçının əsas fəaliyyət istiqaməti olmasını nəzərə alır və qeyd edir ki, əgər tərəflər arasında həqiqətən alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olsaydı, bu müqavilə iddia ərizəsinə əlavə edilmiş formada deyil, "xxxx" Şirkətinin möhürü ilə təsdiqlənmiş formada tərtib edilmiş olardı. Odur ki məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş 08 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı deyil və öhdəliyin yaranması əsası hesab edilə bilməz.
18. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçı tərəf olaraq "xxxx" Şirkəti öz tələbinin əsasını, yəni cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmasını və cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsini mötəbər dəlillərlə sübut etməli olduğu halda bunu edə bilməmişdir.
19. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh X7 məhkəmə iclasında iddiaçı "xxxx" Şirkətindən çörəkləri nisyə satın almaq məqsədi ilə aldığını qəbul etmədiyindən, sadəcə olaraq iddiaçı tərəfin tapşırığı əsasında satış məntəqələrinə paylamaq məqsədilə çörəklərin əvəzini öz hesabına ödəmək vəzifəsi daşımadan götürdüyünü bildirdiyindən, eyni zamanda iddiaçı tərəfindən çörəklərin cavabdehin mülkiyyətinə keçirilməsi məqsədilə təhvil verilməsi və cavabdehin çörəkləri nisyə satın almaq məqsədi ilə iddiaçıdan götürməsi barədə mötəbər sübutları məhkəməyə təqdim edilmədiyindən, məhkəmə AR MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, bu vəziyyətdə cavabdeh götürdüyü çörəklərin əvəzini ödəmək öhdəliyini öz üzərinə götürmədiyinə görə buna görə məsuliyyət daşımır, ona görə də, cavabdehin üzərinə çörəklərin əvəzini ödəmək öhdəliyini yerinə yetirməsini sübut etmək vəzifəsi qoyula bilməz.
20. Məhkəmə hesab edir ki, cavabdeh X1 payladığı çörəklərə görə satış nöqtələrindən iddiaçıya verilməmiş qalan cəmi 368,80 (üç yüz altmış səkkiz manat, səksən qəpik) manat məbləğində pulun "xxxx" Şirkətinin rəhbəri X6 verilməsi və həmin pulun iddiaçı tərəfindən qəbul edilməsi cavabdehin alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyinin icrası nəticəsi deyil, məhz müvafiq satış məntəqələrinin cavabdeh vasitəsilə verilən çörəklərə görə iddiaçı qarşısında yaranmış öhdəliklərinin icrasının nəticəsidir.
21. Məhkəmə yuxarıda qeyd olunanları və cavabdeh X3 iddiaçı Saatlı-Taxıl” Şirkəti qarşısında öhdəliklərinin müvafiq tapşırıq əsasında və muzd qarşılığında iddiaçı "xxxx" Şirkətinə məxsus çörəkləri götürməkdən, satış məntəqələrinə paylamaqdan və satış məntəqələrindən verilən pulları "xxxx" Şirkətinin rəhbəri X6 verməkdən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehin hərəkətləri alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası və etirafı kimi qiymətləndirilə bilməz.
22. Göstərilənləri ümumiləşdirib məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisəyə həmçinin AR Mülki Məcəlləsində nəzərdə tutulan tapşırıq haqqında müddəalar əsasında da hüquqi qiymət verilməlidir.
23. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçı Saatlı-Taxıl” Şirkətinin iddiasını əsaslandırmaq üçün təqdim etdiyi dəlillərdən cavabdeh X3 tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi və bunun nəticəsində iddiaçıya zərər dəyməsinə dair hər hansı hal müəyyən edilmir. 24.Məhkəmə izah edir ki, AR Mülki Məcəlləsinin 359.1--ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Ona görə də iddiaçı "xxxx" Şirkəti cavabdeh X7 vasitəsilə müvafiq satış məntəqələrinə paylanmış çörəklərin əvəzinin ödənilməməsinə görə, öhdəliyini icra etməyən satış məntəqələrinə qarşı qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
25. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 3.547.85 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsinə aid hissədə əsassız olduğu üçün rədd edilməlidir.
26. Məhkəmə həmçinin hesab edir ki, 100 manat xidmət haqqına dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən həmin hissədə də iddia əsassız hesab edilərək rədd edilməlidir.
Məhkəmə xərcləri:
27. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 56,60 manat dövlət rüsumu iddia tələbi rədd edildiyi üçün iddiaçıya aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat iddiaçı "xxxx" Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat iddiaçı "xxxx" Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev