Məhkəmə qərarları › İş №e-2-2(121)-87/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-87/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-87/2023 23.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı “X1” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X1” MMC Cavabdeh qarşı – 39000 manat icarə haqqı borcunun, ona hesablanmış 35100 manat cərimə borcu, kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş 729,37 manat borcun və 410 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ticarət cərgəsində yerləşən, 30,0 kv.metr ölçüsündə olan “H 17” saylı qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarəyə” verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 1694,92 manat (ƏDV xaric) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin “İcarəçi” ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral, mart, 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekbar, 2022-ci ilin yanvar ayları üzrə ödənilməmiş 30000 manat icarə haqqı, ona hesablanmış 27000 manat cərimə və kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş 529,3 manat məbləğində borc yaranmışdır. Bu səbəbdən də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə tərəflər arasında saziş təsdiq edilmişdir. Həmin sazişin 4-cü bəndinə əsasən icarəçi ödənilməmiş 30000 manat icarə haqqı borcunun olduğunu qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında 253 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarə”yə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ticarət cərgəsində yerləşən, 30,0 kv.metr ölçüsündə olan “H 16” saylı qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarə”yə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla 847,46 manat (ƏDV xaric) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin “İcarəçi” ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, 2019-cu ilin noyabr, 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar ayları üzrə ödənilməmiş 9000 manat icarə haqqı, ona hesablanmış 8100 manat cərimə və kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş 200,07 manat məbləğində borc yaranmışdır. Bu səbəbdən də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 253 saylı, xx.xx.2019-cu il tarixli, icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə tərəflər arasında saziş təsdiq edilmişdir. Həmin sazişin 4-cü bəndinə əsasən icarəçi ödənilməmiş 9000 manat icarə haqqı borcunun olduğunu qəbul etmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmişdir. Mediasiya Şurası tərəfindən mediator vəkil təyin edilmişdir. Mediasiya Şurasının təyin etdiyi mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 30000 manat icarə haqqı borcunun, ona hesablanmış 27000 manat cərimə borcu, kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş 529,3 manat borcun, 253 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 9000 manat icarə haqqı borcunun, ona hesablanmış 8100 manat cərimə borcu, kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş 200,07 manat borcun və 410 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1” MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı “X1” MMC ilə Cavabdeh arasında 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən əmlakı (bundan sonra “icarə obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ticarət cərgəsində yerləşən 30 m2 olan “H 17” nömrəli qeyri-yaşayış sahəsidir. Tərəflərdən biri tələb etdikdə icarə obyekti müvafiq akt tərtib edilməklə təhvil verilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 1694,92 manat (ƏDV xaric) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə sazişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ticarət cərgəsində yerləşən 30 m2 olan “H 17” nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair iddiaçı “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə tərəflərin razılığı əsasında xitam verilmişdir. Sazişin 4-cü bəndinə əsasən, icarəçi hazırki müqaviləyə əsasən icarəyə verənə 30000 manat icarə haqqı borcu olduğunu qəbul edir. İşdə olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə aktdan görünür ki, iddiaçı “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verənin borcunun 30000 manat, kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş borcun 625,10 manat olması müəyyən edilmişdir. İşə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı “X1” MMC ilə Cavabdeh arasında 253 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən əmlakı (bundan sonra “icarə obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ticarət cərgəsində yerləşən 30 m2 olan “H 16” nömrəli qeyri-yaşayış sahəsidir. Tərəflərdən biri tələb etdikdə icarə obyekti müvafiq akt tərtib edilməklə təhvil verilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 847,46 manat (ƏDV xaric) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə sazişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ticarət cərgəsində yerləşən, 30,0 kv.metr ölçüsündə olan “H 16” saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair iddiaçı “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 253 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə tərəflərin razılığı əsasında xitam verilmişdir. Sazişin 4-cü bəndinə əsasən, icarəçi hazırki müqaviləyə əsasən icarəyə verənə 9000 manat icarə haqqı borcu olduğunu qəbul edir. İşdə olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə aktdan görünür ki, iddiaçı “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verənin borcunun 9000 manat, kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş borcun 320,07 manat kamunal xərcin olması müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli pretenziya(lar) məktub(ları)u göndərmişdir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 252 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 30000 manat icarə haqqı, 27000 manat cərimə, 529,3 manat komunal borcu olmuşdur. İşdə olan maliyyə arayışının surətindən görünür ki, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 253 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 9000 manat icarə haqqı, 8100 manat cərimə, 200,07 manat komunal borcu olmuşdur. Məhkəmə iddianın 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 30000 manat məbləğində icarə haqqının və 253 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 9000 manat məbləğində icarə haqqının cavabdehdən alınmasına dair hissəs(ləri)ini araşdıraraq hesab edir ki, iddiaçı icarə haqq(lar)ının ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında icarə obyekt(lər)ini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqq(lar)ını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqq(lar)ını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı icarə haqq(lar)ının ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddianın cərimə(lər)nin ödənilməsinə dair hissə(lər)sini araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissə(lər)si qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 252 saylı müqavilə üzrə 2700 manat və 253 saylı müqavilə üzrə 810 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddianın “252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 529,3 manat və 253 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 200,07 manat kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş borcun ödənilməsi”nə dair hissə(lər)sini araşdıraraq hesab edir ki, iddianın bu hissə(lər)si də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 679-cu maddəsinə əsasən, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Həmin Məcəllənin 680.1-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 680.2-ci maddəsinə əsasən, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilə(lər)lə iddiaçı qarşısında kommunal xidmətlərdən istifadəyə görə yaranmış xərclərin ödənilməsinə dair öhdəlik götürdüyündən, lakin öhdəliyini yerinə yetirmədiyindən, iddia göstərilən hissədə də əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 410 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh(lər)dən mediasiya xərcinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 314,49 manat dövlət rüsumunun 300 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 252 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 30000 manat icarə haqqı, 2700 manat cərimə borcu, 529,30 manat komunal xidmətlərdən istifadəyə görə yaranmış borc, cəmi 33229,30 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “X1” MMC-yə ödənilsin. 253 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 9000 manat icarə haqqı, 810 manat cərimə borcu, 200,07 manat komunal xidmətlərdən istifadəyə görə yaranmış borc, cəmi 10010,07 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “X1” MMC-yə ödənilsin. 400 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq “X1” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 300 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar