Məhkəmə qərarları › İş №e-2-2(121)-885/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-885/2020

10.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-885/2020 10.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, X10 Təcrübə Stansiyasının nümayəndəsi ƏlNümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə2, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X8 iştirakı ilə X10 Təcrübə Stansiyasının cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X10 Təcrübə Stansiyası cavabdeh “xxxx” ASC-yə qarşı – cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 007481 saylı, xx.xx.2020-ci il tarixli aktın və həmin akta əsasən hesablanmış ziyanın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayonu Cəfərxan kəndində yerləşən X9 Stansiyasında şorlaşmış torpaqların drenaj fonunda müxtəlif üsullarla yuyulması üzrə elmi təcrübələr aparılaraq drenajın işi, konstruksiyası, dərinliyi və təsir zonası öyrənilir. Hazırda stansiya Respublikada torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, ötən əsrin 30-cu illərində inşa olunmuş örtülü drenajların iş rejiminin öyrənilməsi üzrə monitorinq işlərini, dünyada baş verən iqlim dəyişmələri ilə əlaqədar “su-torpaq-məhsul” münasibətlərinin öyrənilməsi üzrə elmi-tədqiqat işlərini davam etdirir. xx.xx.2020-ci il tarixdə təxminən gecə saat 12 radələrində “xxxx” ASC-nin bir neçə əməkdaşı MMTS-nın elektrik sayğacına baxış keçirərək “X3 Qaydalarının” pozulması haqqında NDQ 007481 saylı akt tərtib etmişlər. Akta əsasən də təqsir müəyyən edilmədən və heç bir əsaslı hesablama aparılmadan Respublika əhəmiyyətli belə bir stansiyaya 44801,55 manat cərimə yazmışlar. xx.xx.2020-ci il tarixdə təxminən gecə saat 12 radələrində “xxxx” ASC-nin bir neçə əməkdaşı MMTS-nın elektrik sayğacına baxış keçirərkən stansiyanın rəhbərinə və stansiyanın heç bir səlahiyyətli əməkdaşına məlumat verilməmişdir. EEİQ-nın pozulması haqqında olan müvafiq aktın tərtib olunmasında direktorunun və ya stansiyanın səlahiyyətli əməkdaşının iştirakı təmin edilməmişdir. Ona görə də stansiyanın cərimə olunmağı barədə tərtib edilmiş aktın obyektivliyinə şübhə ilə yanaşırlar. Belə ki, stansiyanın yerləşdiyi ərazinin elektrik sayğaclarına nəzarət edən məsul şəxsi vardır. Həmin nəzarətçi tərəfindən hər ay iki dəfə elektirk sayğacına baxış keçirilir, sayğacın işlək vəziyyətdə olub-olmaması yoxlanılır, sərfiyyatı yazılır və sərfiyyat barədə istehlakçıya sərfiyyat aktı verilir. Verilmiş sərfiyyat aktı əsasında da istifadə edilmiş elektrik enerjisinin pulu ödənilir. Əgər bu müddət ərzində sayğacda hər hansı müdaxilə halı olsa idi, nəzarətçi onu aşkar edərək bu barədə məlumat verərdi. Lakin, belə bir hal olmamışdır. Enerji təchizatı müəssisəsi stansiyanın illik enerji sərfiyatını araşdırmadan istehlakçı olaraq stansiyanı 44801,55 manat cərimə etmişdir. İstehlakçı kimi MMTS-nın təqsiri sübuta yetrilmədən stansiyaya əsassız cərimə hesablanmışdır. Belə ki, tərtib olunmuş aktla stastansiyanın təqsirliliyi sübuta yetirilə bilməz. “xxxx” ASC-nin əməkdaşları xx.xx.2020-ci ildə stansiyanın elektirk sayğacına baxış keçirərkən direktora heç bir məlumat verməmişlər və baxışın keçirilməsi barədə aktın surətini təqdim etməmişlər. Hesab edirlər ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən “X3 Qaydaları”nın tələbləri pozularaq akt tərtib edilmişdir. Buna görə də, həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş NDQ AKT № ******* saylı xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 44801,55 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X10 Təcrübə Stansiyasının nümayəndəsi ƏlNümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndələrinin, cavabdehin nümayəndəsinin və mütəxəssisin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilən “xxxx” ASC tərəfindən tərtib edilmiş 007481 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindənMuğan X2 məxsus obyektdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac dövrədən axan yükün “A” və “B” fazasından qeyd etmir. Belə ki, sayğac sxeminə daxil olan “A” və “B” fazasında cərəyan transfarmotorların U1 ucluğundakı komutasiya naqili sıxacdan aralanaraq, komutasiya ucluğunun üst hissəsi (bir fazada) izolentlə izolasiya edilmiş, digər fazada isə sıxacdan çıxarılmışdır. Bununla da sayğac sxemi dövrədən müdaxilə olunaraq, kənarlaşdırılmışdır (“A” və “B” fazası). Dövrədən axan yük və sayğac sxemindən keçən yük onlar tərəfindən ölçülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra vərəqinin surətindən görünür ki, NDQ AKT № ******* saylı, xx.xx.2020-ci il tarixli akt əsasında sayğacın dövrədən axan yükü “A” və “B” fazalarındakı axan yükü qeyd etməməsinə dair qüsur aşkar edilmişdir. Buna görə də, satış sahəsi üzrə tələb olaraq qərar qəbul edilmişdir: (2384 göst – 247 göst) x 120 əmsal : 34% x 66% = 497795 kvts x (0,7) = 44801,55 manat. İşə əlavə edilən “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 198853 saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə sayğacın göstəricisi 2386,338 olmuşdur. İşdə olan “Abunə haqqında” hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə sayğacın göstəricisi 247, xx.xx.2020-ci il tarixdə isə 2290 olmuşdur. xx.xx.2020ci il tarixdə iddiaçıya 44801,55 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X12 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iş üzrə təqdim olunmuş sənədlər əsasında araşdırma aparılmışdır. Təqdim olunan sənədlərdən məlum olmuşdur ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindən X11 Stansiyasında sayğac uçot komplektinə baxış keçirilmiş, obyekt üçün quraşdırılmış hesablaşma elektrik sayğacının “A” və “B” fazasından axan yükləri qeyd etmədiyi, həmin fazalarda cərəyan transformatorlarının uduqlarının sıxaclardan çıxarıldığı, birinin izoliyasiya edildiyi, sayğacın qismən dövrədən kənarlaşdırıldığı və 66% xəta ilə işlədiyi ilə bağlı xx.xx.2020-ci il tarixli, 007481 nömrəli akt tərtib edilmişdir. “xxxx” ASC-nin “Aktlar üzrə Komissiyası” sayğacın xətasına görə 497795 kvts sərfiyyat, dəyəri 44801,55 manat olmaqla xx.xx.2020-ci il tarixli hesabat aparmışdır. “Şirvan” RETSİ-nin laboratoriyası tərəfindən cərəyan transformatorlarının “A” və “B” fazasının ucluqlarınının bərpa edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 198853 nömrəli akt tərtib edilmişdir. Yerində araşdırma zamanı məlum olmuşdur ki, stansiyanın elektrik enerji təchizatı 110/35/10 kV-luq Sabirabad yarımstansiyasından çıxan 10kV-luq “Kanalizasiya” hava elektrik verilişi xəttindən budaqlanma götürməklə 10/0,4 kV-luq, gücü 250 kVA transformator vasitəsilə həyata keçirilir və cərəyan transformatoru, sayğac güc transformatorun 0,4 kV-luq şkafında yerləşir. Sahə üzrə nəzarətçi mühəndis X14 qeyd olunan sahədə 2018-ci il tarixindən işlədiyini və stansiyasiyada hər ay sayğac göstəricisini oxuduğunu, xx.xx.2020-ci il tarixinədək sayğacda və cərəyan transformatorlarında hər hansı bir qüsur olmadığını bildirmişdir. Stansiyanın direktoru Nümayəndə1 tərəfindən stansiyaya aid texniki sənədlər təqdim edilməmişdir. Onun tərəfindən bildirilmişdir ki, obyekt üçün quraşdırılmış 250 kVA transformator stansiyanın balasındadır və təsərrüfatların suvarılmasına qış aylarında ehtiyac olmadığı üçün oktyabr ayının ortalarından aprel ayının əvvəllərinə qədər olan müddətdə stansiya tam fəaliyyət göstərmir, həmin müddətdə yalnız qurunt sularının çəkilməsi ücün nasoslardan istifadə edilir. X4 baş mühəndisi X13 ilə əlaqə saxlanılmış, balans mənsubiyyəti sərhədinin 10 kV-luq “Kanalizasiya” hava elektrik verilişi xəttinin müvafiq dayağının budaqlanma nöqtəsindən obyektə tərəf təyin olunduğunu, balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyətini müəyyən edən aktının olmadığını bildirmişdir. Müəyyən edilmişdir ki, pozuntu ilə əlaqədar tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007481 nömrəli aktda istehlakçının nümayəndəsinin imzadan imtina etdiyi barəsində qeydiyyat aparılmış, istehlakçının nümayəndəsi X6 iştirakı ilə xx.xx.2020-ci il tarixli, 198853 nömrəli labaratoriya aktına əsasən “A” fazasında olan cərəyan transformatorunun əridiyi üçün dəyişdirilmiş, “A” və “B” fazasının uduqları bərpa olunmuş və onun tərəfindən imzalanmışdır. “Şirvan” RETSİ tərəfindən pozuntu halı ilə bağlı digər sübutedici faktlar (foto və ya video çəkiliş) təqdim edilməmişdir. Enerjitəchizatı müəsissəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş, “X3 Qaydaları”nın 1.3-cü bəndinin tələbi pozularaq elektrik enerjisinin alqı-satqı müqaviləsinə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilməmişdir. İstehlakçı tərəfindən Qaydaların 9.4-cü bəndinin tələbi pozularaq hesablaşma elektrik sayğaclarındakı nasazlıqlar və onun qoşulma sxeminin pozulması, haqqında enerjitəchizatı müəssisəsinə məlumat verilməmişdir. Eyni zamanda Qaydaların 7.7-ci bəndinin tələbinə əsasən hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 5.2.2-ci yarımbəndinə əsasən müxtəlif təşkilatlara məxsus, ayırmalara birbaşa, yaxud ayırıcı vasitəsilə qoşulan 1000 V və daha yüksək gərginlikli elektrik veriliş xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi əsas xəttin ayırma aparılan dayağında müəyyənləşdirilir. Qaydaların 8.34-cü bəndinin tələbinə əsasən enerjitəchizatımüəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Hesabat xx.xx.2019-cu il tarixindən akt tərtib olunan xx.xx.2020-ci tarixindək olan 443 gün müddətində sayğacın 66% xəta ilə işləməsi nəzərə alınaraq aparılmışdır. Lakin nəzarətçi mühəndis tərəfindən xx.xx.2020-ci il oxunma tarixinədək sayğac uçot komplektində hər hansı bir qüsurun olması aşkar edilməmişdir. Odur ki, hesabat xx.xx.2020-ci il tarixindən pozuntunun bərpa olunduğu xx.xx.2020-ci il tarixinədək olan müddətə və sayğacın xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək normal işlədiyi dövr üçün sayğacla müəyyənləşdirilən orta günlük sərfiyyatı nəzərə alaraq aparılmalıdır: xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan qüsurlu işləmə müddəti 19 gündür. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sərfiyyat (2386-2290)x120=11520 kvts; orta günlük sərfiyyat 11520 kvts : 19 gün=606 kvts. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan normal işləmə müddəti 15 gündür. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sərfiyyat (2527-2386)x120=16920 kvts; orta günlük sərfiyyat 16920 kvts : 15 gün=1128 kvts. İtirilmiş elektrik enerjisi 1128-606=522 kvts x 19 gün=9918 kvts. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X12 izahatında göstərdi ki, iş üzrə təqdim olunmuş sənədlər əsasında araşdırma aparılmışdır. Təqdim olunan sənədlərdən məlum olmuşdur ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindən X11 Stansiyasında sayğac uçot komplektinə baxış keçirilmiş, obyekt üçün quraşdırılmış hesablaşma elektrik sayğacının “A” və “B” fazasından axan yükləri qeyd etmədiyi, həmin fazalarda cərəyan transformatorlarının uduqlarının sıxaclardan çıxarıldığı, birinin izoliyasiya edildiyi, sayğacın qismən dövrədən kənarlaşdırıldığı və 66% xəta ilə işlədiyi ilə bağlı xx.xx.2020-ci il tarixli, 007481 nömrəli akt tərtib edilmişdir. Hesabat xx.xx.2019cu il tarixindən akt tərtib olunan xx.xx.2020-ci tarixindək olan 443 gün müddətində sayğacın 66% xəta ilə işləməsi nəzərə alınaraq aparılmışdır. Lakin nəzarətçi mühəndis tərəfindən xx.xx.2020-ci il oxunma tarixinədək sayğac uçot komplektində hər hansı bir qüsurun olması aşkar edilməmişdir. Odur ki, hesabat xx.xx.2020-ci il tarixindən pozuntunun bərpa olunduğu xx.xx.2020-ci il tarixinədək olan müddətə və sayğacın xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək normal işlədiyi dövr üçün sayğacla müəyyənləşdirilən orta günlük sərfiyyatı nəzərə alaraq aparılmalıdır: Belə ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan qüsurlu işləmə müddəti 19 gündür. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan normal işləmə müddəti isə 15 gündür. Belə olan halda isə, itirilmiş elektrik enerjisi 9918 kvts, bunun dəyəri isə 892,62 manat təşkil edir. Yəni, “xxxx” ASC tərəfindən 007481 saylı xx.xx.2020-ci il tarixli akt düzgün tərtib edilmiş olsa da, akt əsasında xx.xx.2020-ci il tarixdə hesabat düzgün aparılmamış və iddiaçıya X3yə görə 43908,93 manat məbləğində artıq borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindənMuğan X2 məxsus obyektdə elektrik sayğacına baxış keçirilən zaman sayğac dövrədən axan yükün “A” və “B” fazasından axan yükü qeyd etməməsinə dair qüsur aşkar edilmişdir. Buna görə də, NDQ AKT № ******* saylı, xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında xx.xx.2020-ci il tarixli icra vərəqi ilə qərar qəbul edilərək, iddiaçıya 44801,55 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, sayğac axan yükü qeyd etməməsinə dair qüsur aşkar edildiyindən qeyd edilən akt tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 7.7-ci maddəsinə əsasən, bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilən Qaydaların 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Qeyd edilən Qaydaların 9.4-cü maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyiiddiaçı daşıdığından, sayğacın axan yükü qeyd etməməsinə dair qüsurun aşkar edilməsi səbəbindən akt tərtib edildiyindən və aktın tərtib edilməsi zamanı pozuntuya yol verilmədiyindən, aktın ləğv edilməsinə əsas yoxdur. Digər tərəfdən, həmin akt qüsurun aşkar edilməsini özündə əks etdirir. Odur ki, onun ləğv edilməsinə zərurət yoxdur. Belə ki, 44801,55 manat məbləğində borc qeyd edilən akt əsasında müəyyən edilmiş olsa da, xx.xx.2020-ci il tarixli icra vərəqi ilə hesablanmışdır. Lakin, cavabdeh tərəfindən elektrik enerjisinin dəyəri düzgün hesablanmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı mövcud mübahisəli məsələ ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.35-ci maddəsinə əsasən, enerjitəchizatının subyektləri arasında X3də və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən Enerji X1 səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hesabat xx.xx.2019-cuil tarixindən akt tərtib olunan xx.xx.2020-ci tarixindək olan 443 gün müddətində sayğacın 66% xəta ilə işləməsi nəzərə alınaraq aparılmışdır. Halbuki, nəzarətçi mühəndis tərəfindən xx.xx.2020-ci il oxunma tarixinədək sayğac uçot komplektində hər hansı bir qüsurun olması aşkar edilməmişdir. Odur ki, hesabat xx.xx.2020-ci il tarixindən pozuntunun bərpa olunduğu xx.xx.2020-ci il tarixinədək olan müddətə və sayğacın xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək normal işlədiyi dövr üçün sayğacla müəyyənləşdirilən orta günlük sərfiyyatı nəzərə alaraq aparılmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan qüsurlu işləmə müddəti 19 gündür. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sərfiyyat (2386-2290)x120=11520 kvts; orta günlük sərfiyyat 11520 kvts : 19 gün=606 kvts təşkil edir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan normal işləmə müddəti 15 gündür. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sərfiyyat (2527- 2386)x120=16920 kvts; orta günlük sərfiyyat 16920 kvts : 15 gün=1128 kvts. İtirilmiş elektrik enerjisi 1128-606=522 kvts x 19 gün=9918 kvts, itirilmiş elektrik enerjisinin dəyəri isə 892,62 manat (9918 kvts x 0,09 manat = 892,62 manat) məbləğində təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə hesabat düzgün aparılmamış və iddiaçıya X3yə görə 43908,93 manat (44801,55-892,62=43908,93 manat) məbləğində artıq borc hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göstərilən Qaydaların 8.17-ci maddəsinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, sayğacının göstəricilərinə əsasən elektrik enerjisinin dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı istifadə olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də, iddia bu hissədə qismən təmin edilərək, Muğan X2 X3yə görə hesablanmış 43908,93 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Muğan X2 X3yə görə hesablanmış 43908,93 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar