Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-894/2020 29.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Saatlı rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı – torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi və torpaq icarə müqaviləsinin ləğv edilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Saatlı rayon İcra Hakimiyyəti Cavabdeh qarşı – cavabdehə Saatlı rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə dövlət ehtiyyat fondu torpağından müvəqqəti icarəyə verilmiş 28 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi və cavabdehlə bağlanmış 191 nömrəli, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh işin mahiyyəti üzrə baxılmasına etiraz etmədi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, elektron qaydada verilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsini iddiaçının adından elektron qaydada Nümayəndə imzalamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibarnamədə iddia ərizəsini imzalayan şəxs Nümayəndə iddia ərizəsini Saatlı rayon İcra Hakimiyyətinin adından imzalamaq hüququ xüsusi göstərilməmişdir. Belə ki, iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilmiş olsa da, iddia ərizəsinin kommersiya işləri üçün deyil, inzibati işlər üçün imzalanması göstərilmişdir. İş materiallarına əlavə edilmiş 2-ci etibarnamə isə xx.xx.2020-ci il tarixli olmaqla iddia ərizəsinin məhkəməyə daxil olmasından sonrakı tarixə verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, etibarnamədə nümayəndənin iddiaçının adından kommersiya işləri üzrə iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi göstərilmədiyindən, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Saatlı rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı – cavabdehə Saatlı rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə dövlət ehtiyyat fondu torpağından müvəqqəti icarəyə verilmiş 28 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi və cavabdehlə bağlanmış 191 nömrəli, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-894/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-894/2020
29.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver