Məhkəmə qərarları › İş №e-2-2(121)-950/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-950/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-950/2024 30.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" MMC-yə qarşı – xx.xx.2016-cı il tarixli müqavilə üzrə 47.333,33 manat əsas borc, 4.536,85 manat hesablanmış faiz borcu və 5.000 manat cərimə borcu, bundan başqa, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 70.999,98 manat əsas borc, 6.507,77 manat hesablanmış faiz borcu və 7.500 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli müqavilə üzrə 200.000 manat əsas borc, 18.681,07 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla, cəmi 381.459 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri” haqqında xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli müqavilə üzrə 47.333,33 manat əsas borc, 4.536,85 manat hesablanmış faiz borcu və 5.000 manat cərimə borcu, bundan başqa, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 70.999,98 manat əsas borc, 6.507,77 manat hesablanmış faiz borcu və 7.500 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli müqavilə üzrə 200.000 manat əsas borc, 18.681,07 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə ünvanladığı xx.xx.2016-cı il ərizəsinə əsasən, kredit ittifaqına təqdim olunan layihəni kreditləşdirmək üçün 50.000 manat vəsaitin hesaba köçürülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə ünvanladığı xx.xx.2016-cı il ərizəsinə əsasən, kredit ittifaqına təqdim olunan layihəni kreditləşdirmək üçün 100.000 manat vəsaitin hesaba köçürülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə ünvanladığı xx.xx.2017-ci il ərizəsinə əsasən, kredit ittifaqına təqdim olunan layihəni kreditləşdirmək üçün 200.000 manat vəsaitin hesaba köçürülməsini xahiş etmişdir. İş materiallarında olan büdcə təşkilatının şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" MMC-nin hesabına xx.xx.2016-cı il tarixdə 50.000 manat, xx.xx.2016-cı il tarixdə 100.000 manat, xx.xx.2017-ci il tarixdə 200.000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, müqavilələr üzrə cavabdehin borcu yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda göstərilən müqavilələr üzrə əmələ gəlmiş borcların və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə 47.333,33 manat əsas borc, 4.536,85 manat hesablanmış faiz borcu və 5.000 manat cərimə borcu, bundan başqa, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 70.999,98 manat əsas borc, 6.507,77 manat hesablanmış faiz borcu və 7.500 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli müqavilə üzrə 200.000 manat əsas borc, 18.681,07 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcu mövcuddur. İşə əlavə olan e-2-2(121)-1816/2023 saylı (e-2-2(121)-46/2024 saylı) iş üzrə məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9027 saylı, xx.xx.2024-cü il tarixli rəyinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə əsas borc üzrə 47.333,33 manat, faiz borcu üzrə 1.288,86 manat, xx.xx.2023-cü il tarixə 47.333,33 manat, faiz borcu üzrə 4.523,30 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 47.333,33 manat, faiz borcu üzrə 4.951,93 manat; xx.xx.2016-cı il tarixli müqavilə üzrə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə əsas borc üzrə 84.204,31 manat, faiz borcu üzrə 1.746,62 manat, xx.xx.2023-cü il tarixə 70.999,98 manat, faiz borcu üzrə 6.491,50 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 70.999,98 manat, faiz borcu üzrə 7.134,44 manat; xx.xx.2017-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 15.347,28 manat, xx.xx.2023-cü il tarixə 200.000 manat, faiz borcu üzrə 18.680,61 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 20.491,72 manat müəyyən olunur. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-46/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı – pul tələbi barəsində iddia ərizəsinin baxılmamış saxlanılması, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən, 40 manatı "xxxx" MMCdən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(ləri)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan e-2-2(121)-1816/2023 saylı (e-2-2(121)-46/2024 saylı) iş üzrə məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin surətindən görünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən müqavilənin bitmə tarixinə faiz borcunun 1.288,86 manat; xx.xx.2016cı il tarixli müqaviləyə əsasən müqavilənin bitmə tarixinə faiz borcunun 1.746,62 manat; xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müqavilənin bitmə tarixinə faiz borcunun 15.347,28 manat olması müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən xx.xx.2016-cı il tarixli müqavilə üzrə 1.288,86 manat; xx.xx.2016-cı il tarixli müqavilə üzrə 1.746,62 manat; xx.xx.2017-ci il tarixli müqavilə üzrə 15.347,28 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin müddəti xx.xx.2020-ci il tarixinə, xx.xx.2016-cı il tarixli müqavilənin müddəti xx.xx.2020-ci il tarixinə, xx.xx.2017-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, xx.xx.2016-cı il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixdə, xx.xx.2016-cı il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixdə, xx.xx.2017-ci il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilələrin qüvvədə olma müddəti ərzində faizləri tələb etmək hüququna malik olsa da, müqavilələrin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Buna görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 350 manat məbləğində, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 525 manat məbləğində, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1.400 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 500 manat məbləğində hüquqi yardımla bağlı çəkilən xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 670,56 manat dövlət rüsumunun 628,99 manatı (yəni 338.991,07 manata münasibətdə) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli müqavilə üzrə 47333,33 manat əsas borc, 1288,86 manat faiz borcu, 350 manat cərimə, cəmi 48972,19 manat məbləğində borc "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2016-cı il tarixli müqavilə üzrə 70999,98 manat əsas borc, 1746,62 manat faiz borcu, 525 manat cərimə, cəmi 73271,6 manat məbləğində borc "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2017-ci il tarixli müqavilə üzrə 200000 manat əsas borc, 15347,28 manat faiz borcu, 1400 manat cərimə, cəmi 216747,28 manat məbləğində borc "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 400 manat məbləğində mediasiya xərci və 500 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 628,99 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar