Məhkəmə qərarları › İş №e-2-2(121)-96/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-96/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-96/2024 27.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tartixli, 638 saylı kredit müqaviləsi üzrə 42.826,30 manat əsas, 15.361 manat hesablanmış faiz, 47618 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 105.805,30 manat kredit borcu, mediasiya xərci kimi ödənilmiş 200 manat və 196 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin xx.xx.2011-ci il tarixli, 265 saylı İpoteka müqaviləsinə edilmiş xx.xx.2014-cü il tarixli əlavə dəyişiklik müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, N. Nərimanov küçəsində 0.12 ha torpaq sahəsində yerləşən, 65.6 kv.m yaşayış, 43.8 kv.m yardımçı sahə olmaqla 109.4 kv.m ümumi sahədən ibarət 47 saylı fərdi yaşayış evi ilə köməkçi sahələrinə (MA seriyalı, ******* nömrəli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışa əsasən) və xx.xx.2012-ci il tarixli, 683 saylı ipoteka müqaviləsinə edilən xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişiklik müqavilsinə əsasən Cavabdeh2 məxsus olan Ağcabədi şəhəri, N. Nərimanov küçəsində mülkiyyətdə olan 0.0152 ha torpaq sahəsində yerləşən 133.3 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış sahəsinə (RX seriyalı, ******* nömrəli, 3002999-06301 reyestr nömrəli, **********qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi, qeyri yaşayış sahəsinin dəyərinin 60 000, fərdi yaşayış evinin dəyərinin isə 30 000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, fərdi yaşayış evində yaşayanların evdən çıxarılması, mənzilin məcburi boşaldılamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tartixli, 638 saylı kredit müqaviləsi bağlanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tartixli, 638 saylı kredit müqaviləsi üzrə 60 ay müddətinə, illik 7 faiz olmaqla 24 ay müddətinə 55 000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2011-ci il tarixli, 265 saylı İpoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişiklik müqaviləsi və xx.xx.2012-ci il tarixli, 683 saylı İpoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişikliklər müqaviləsi bağlanmışdır. xx.xx.2011-ci il tarixli, 265 saylı İpoteka müqaviləsinə edilmiş xx.xx.2014-cü il tarixliəlavə dəyişiklik müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, N. Nərimanov küçəsində 0.12 ha torpaq sahəsində yerləşən, 65.6 kv.m yaşayış, 43.8 kv.m yardımşı sahə olmaqla 109.4 kv.m ümumi sahədən ibarət 47 saylı fərdi yaşayış evi köməkçi sahələri ilə birlikdə (MA seriyalı, ******* nömrəli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışa əsasən) və xx.xx.2012-ci il tarixli, 683 saylı İpoteka müqaviləsinə edilən xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişiklik müqavilsinə əsaəsn Cavabdeh2 məxsus olan Ağcabədi şəhəri, N. Nərimanov küçəsində mülkiyyətdə olan 0.0152 ha torpaq sahəsində yerləşən 133.3 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış sahəsi (RX seriyalı, ******* nömrəli, 3002999- 06301 reyestr nömrəli, **********qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5- ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Cavabdeh2BOKTa xx.xx.2014-cü il tartixli, 638 saylı kredit müqaviləsi üzrə 42826.30 manat əsas, 15361 manat hesablanmış faiz, 47618 manat hesablanmış dəbbə pulu olmaqla,cəmi 105805.30 manat kredit borcu mövcutdur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq,cavabdehlər bildirişə münasibət bildirmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 60 ay müddətinə, illik faiz dərəcəsi 7% оlmaqla, 55.000 manat məbləğində krеdit götürmüşdür. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipotekaya qoyulması ilə bağlı xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi kreditin təminatı olaraq ipotekaya qoyulması ilə bağlı xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 42.826,30 manat məbləğində əsas borc, 15.361 manat məbləğində faiz borcu, 47.618 manat məbləğində cərimə borcu, cəmi 105.805,30 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xəbərdarlıq və məktublardan görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan “mediasiya sesiyasında iştirak edilməməsi barədə ” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən 200 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən 196 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2505 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsində qeyd olunan şərltər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 Əbülfəz qızının İddiaçı BOKT ASC-yə olan xx.xx.2019-cu il tarixə əsas borc üzrə 42.784,01 manat, faiz borcu üzrə 5.665,32 manat. xx.xx.2023-cü il tarixə əsas borc üzrə 42.784,01 manat, faiz borcu üzrə 165,31 manat, faiz(illik 5%-lə) 231,69 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli müşayiət məktubundan görünür ki, Cavabdeh1 məxsu Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evinin bazar dəyəri 60.500 manat, likvid dəyəri 57.475 manat və Cavabdeh2 Əbülfəz qızına məxsu Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 159.960 manat, likvid dəyəri 151.962 manat təşkil edir. Qiymətləndirmə xərci olan 600 manatın 300 manatı iddiaçı tərəfindən ödənildiyindən qalan 300 manatın cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh1 ərizəsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. dair kommersiya işi üzrə iddia müddəti tətbiq edərək iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin ərizəsindən görünür ki, ərizəyə əlavə edilən hesabdan çıxarış sənədindən də göründüyü kimi cavabdehlər tərəfinidən son olaraq xx.xx.2022-ci il tarixində 4500 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 300 manat, xx.xx.2022-ci il tarixində 200 manat və xx.xx.2022-ci il tarixində 300 manat ödənişlər edilmişdir. Bu isə cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtaşırı icra etməklə borclarını təsdiq etdiklərini göstərir. Eyni zamanda müddətin son ödəniş edildiyi gündən başlanmasının nəzərə alarsaq müddətin keçmədiyini nəzərə çatdırılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında iddia müddətinin axımının kəsilməsinin iki növünü müəyyən edir. 1. Müəyyənləşdirilmiş qydada iddia irəli sürülməsi; 2.Borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Göründüyü kimi cavabdehlər yuxarıda göstərilən ödənişləri etməklə borcu etiraf ediblər. Odur ki, təqdim edilən ərizənin qanuni əsası olmadığı üçün təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində 4500 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 300 manat, xx.xx.2022-ci il tarixində 200 manat və xx.xx.2022-ci il tarixində 300 manat ödənişlər etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 55.000 manat kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər Cavabdeh1 arasında ipoteka müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2505 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsinə əsasən əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu təqdirdə məhkəmə, ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 638 saylı kredit razılaşması üzrə 42.784,01 manat əsas borcunun və 5.665,32 manat faiz borcunun olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas və faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 47.618 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilənin 4.2.2-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsi üzrə cərimənin 47.618 manat məbləğində deyil, 3.300 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə həmçinin hesab edir ki, tələb ipotekaya qoyulmuş daşınmaz əmlaklara yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd olunan Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə, borcun ipoteka predmetinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Cavabdeh2 iddiaçıya olan kredit öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni cavabdehlər Cavabdeh1 məxsus Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57.475 manat və Cavabdeh2 məxsus Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 151.962 manat müəyyən edilməklə, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi və “211-ci il tarixli 265 saylı ipoteka müqaviləsinə edilən xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişikliklər” müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Həmin ipoteka müqaviləsinə və “211-ci il tarixli 265 saylı ipoteka müqaviləsinə edilən xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişikliklər” müqaviləsinə əsasən Cavabdeh1 məxsus Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evi və Cavabdeh2 məxsus Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə Cavabdeh1 və Cavabdeh2 ipoteka predmeti olan əmlakı boşaldacağını öhdəsinə götürdüklərindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 saylı, 22 iyun 2023-cü il tarixli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia tələbi əsaslı olduğundan məhkəmə, Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə əsasən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona xx.xx.2019-cu il tarixədək qaytarılması şərtilə, illik 7 faiz hesablanmaqla 55.000 manat məbləğində kredit verilmişdir. Belə olan halda, iddiaçı üçün 3 illik iddia müddətinin axımı xx.xx.2019-cu ildən başlamış və xx.xx.2022-ci ilədək davam etmişdir. Həmin müddət ərzində xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 4500 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 300 manat, xx.xx.2022-ci il tarixində 200 manat və xx.xx.2022-ci il tarixində 300 manat ödənişlər edilmişdir. Bu hal cavabdehlərin kredit müqaviləsi üzrə borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətlərdir. Belə olan halda iddia müddətinin axımı son ödənişin edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdə kəsilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd olunan Məcəllənin 380-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Habelə, həmin qərarda göstərilmişdir ki, borclunun borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və 5) digər mühüm hallar aid edilə bilər. Yuxarıda sadalanan maddi hüquq normalarına və işdə olan sənədlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 196 manat dövlət rüsumunun 95,86 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 600 manat məbləğində pul vəsaitinin 300 manatı Cavabdeh1, 300 manatı isə Cavabdeh2 tutularaq "xxxx" MMC-nin bank hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsi üzrə 42.784,01 manat məbləğində əsas borc, 5.665,32 manat məbləğində faiz borcu, 3.300 manat məbləğində cərimə borcu, 200 manat mediasiya xərci və 95,86 manat dövlət rüsumu olmaqla, ümumilikdə 52.045,19 (əlli iki min qırx beş manat, on doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilsin. Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57.475 manat, Cavabdeh2 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 151.962 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə olan ümumilikdə 52.045,19 (əlli iki min qırx beş manat, on doqquz qəpik) manat məbləğində borc ödənilsin. Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1, Cavabdeh2 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.0152 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi isə Cavabdeh2 qaytarılsın. Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, 0.12 ha torpaq sahəsində yerləşən 47 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 600 manat məbləğində pul vəsaitinin 300 manatı Cavabdeh1, 300 manatı isə Cavabdeh2 tutularaq "xxxx" MMC-nin bank hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar