Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-968/2023 05.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi və.s tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 15/1 ünvanında yerləşən, ümumi sahəsi 119.55 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış31 yanvar 2020-ci il tarixli, 20/017 №-li müqavilə üzrə ƏDV daxil 1,600.00 AZN məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 60.00 AZN məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 1,660.00 AZN məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh (bundan sonra C“ avabdeh”, VÖEN: **********) arasındaAzərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 15/1 ünvanında yerləşən, ümumi sahəsi 119.55 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin (bundan sonra “İcarəyə Verilən Əmlak(lar)”) icarəyə verilməsi haqqında 31 yanvar 2020-ci il tarixli, 20/017 №-limüqavilə (bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq 01 fevral 2020-ci il tarixindən başlayaraq İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV daxil 400.00 AZN (dörd yüz Azərbaycan manatı, 00 qəpik)məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh İcarəyə Verilən Əmlak(lar)da istifadə etdiyisu və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.5-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə haqqına daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.8-ci bəndinə əsasən icarə haqqını ödəmək öhdəliyi hər cari ayın ilk 3 (üç) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində İddiaçıya dəbbə pulu ödəmək öhdəliyini daşıyır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (30 oktyabr 2020-ci il tarixində FMG 01/20/392 №-li və 30 noyabr 2020-ci il tarixində FMG 01/20/458 №-li bildirişlər, o cümlədən 21 dekabr 2020-ci il tarixində FMG 01/20/505 №-li, 10 noyabr 2021-ci il tarixində FMG-01/21/569 №-li və 30 noyabr 2022-ci il tarixində FMG-02/22/371 №-li pretenziya bildirişləri təqdim edilib) Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeylimiqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə30 iyun 2022-ci il tarixində (bundan sonra “Xitam tarixi”) xitam verilmişdir. Tərəflər arasında imzalanmış 29 iyun 2022ci il tarixli xitam razılaşmasının (bundan sonra “Xitam razılaşması”) 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlak(lar)ın İddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən Cavabdehin Xitam tarixinədək İcarə Müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcununƏDV daxil 1,600.00 AZN (bir min altı yüz Azərbaycan manatı, 00 qəpik) təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin Cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Qeyd olunur ki, yuxarıda göstərilən borc məbləği icarə müddətinin son 4 ayı, yəni 2022-ci ilin mart-iyun ayları üçün təmin edilməli olan ödəniş öhdəliklərinin Cavabdeh tərəfindən icra edilməməsi nəticəsində yaranmışdır. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 30 noyabr 2022-ci il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-02/22/371 №-li sonuncu pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və Xitam tarixindən 10 (on) aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD-27.12.17-856 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilədən və ona 1.33 nömrəli əlavədən görünür ki, bu müqaviləyə görə mülkiyyətçi "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 15/1 ünvanında yerləşən, sahəsi 122,70 m2 təşkil edən qeyri-yaşayış sahəsini İddiaçı MMC-yə icarə və idarəetməyə vermişdir. İdarə edən (İddiaçı MMC) obyekti və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekti birgə istifadə etmək hüququna malikdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 15/1 ünvanında yerləşən sahəsi 122.7 m2 təşkil edən qeyri-yaşayış binası "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2018-ci il tarixli, 20/017 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə “icarəyə verən” (İddiaçı MMC) icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 15/1 ünvanında yerləşən, sahəsi 119.55 m2 təşkil edən qeyri-yaşayış sahəsini “icarəçiyə” (Cavabdeh) “icarəçi”nin müddətli istifadəsinə verir. Bir aylıq icarə haqqı ƏDV daxil olmaqla 400,00 (dörd yüz) manatdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli, 20/017 saylı müqavilənin 1 saylı Əlavəsindən görünür ki, binanın müvafiq mərtəbəsinin və icarəyə verilən əmlakın planı İddiaçı MMC və Cavabdeh tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli, 20/017 №-li müqaviləyə xitam verilməsi barədə razılaşmadan görünür ki, tərəflər icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 1.600 (bir min altı yüz) manat təşkil etməsini təsdiq edirlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 10 noyabr 2021-cu il tarixli, FMG 01/21/569 №-li pretenziya bildirişinin surətindən görünür ki, Cavabdeh onunla bağlanılmış 31 yanvar 2020-ci il tarixli, 20/017 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi üzrə ƏDV daxil 1.300,02 manat məbləğində icarə haqqı borcunun olması bildirilmiş, borcun 3 iş günü müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 30 noyabr 2022-ci il tarixli, FMG 02/22/371 №-li pretenziya bildirişinin surətindən görünür ki, Cavabdeh onunla bağlanılmış 31 yanvar 2020-ci il tarixli, 20/017 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi üzrə ƏDV daxil 1.600,02 manat məbləğində icarə haqqı borcunun olması bildirilmiş, borcun 5 iş günü müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 20/017 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 20/017 nömrəli müqavilənin 1 saylı Əlavəsinə əsasən, binanın müvafiq mərtəbəsinin və icarəyə verilən əmlakın planı tərəflər tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 15/1 ünvanında yerləşən, sahəsi 119.55 m2 təşkil edən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. Bununla yanaşı, iddiaçı ilə cavabdeh arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli, 20/017 №-li müqaviləyə xitam verilməsi barədə 29 iyun 2022-ci il tarixli razılaşmaya əsasən icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 1.600 (bir min altı yüz) manat təşkil etməsi barədə qarşılıqlı razılığa gəlmişlər. İddiaçı xəbərdarlıq məktubları ilə cavabdehə icarə haqqı borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərərək, icarə haqqı borcunun ödənilməsini tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 1.600 manat icarə haqqı borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin Qanunun 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 36,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.600 (bir min altı yüz) manat borc və ödənilmiş 60 (altmış) manat mediasiya xərci olmaqla, ümumilikdə 1.660 (bir min altı yüz altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. 36,60 (otuz altı manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-968/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-968/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver