Məhkəmə qərarları › İş №e-2-2(121)-978/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-978/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-978/2025 06.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN **********) mülkiyyətində olan “Toyota Pirus” minik **-RG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasidəsindən istifadə edib icarə haqqını ödəmədiyinə görə 1380 manat və nəqliyyat vasitəsinin yararsız hala salınması nəticəsində dəymiş zərərin əvəzi kimi 420 manat olmaqla, cəmi 1800 manat məbləğində pulun və ödənilmiş 38 manat dövlət rüsumunun, cəmi 1838 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Cavabdeh MMC şirkəti ilə avtomobil icarəsi haqqında xx.xx.2024-cü il tarixdə l saylı müqavilə əsasında “Toyota Pirus” minik 77- RG- 984 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarə haqqının ödənilməsi üzrə ödəniş cədvəli açılaraq ”Toyota Pirus” minik **-RG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini icarəyə vermişdir. İcarəyə verdiyi Cavabdeh ona icarə haqqı ayda 600 manat verməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən ona hər ay 600 manat olmaqla iki ay 10 gün icarə haqqı ödənilməyib. Dəfələrlə zənglərinə cavab verməmişlər. Onun mülkiyyətində olan “Toyota Prius” minik **-RG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi başqa bir sürücü tərəfındən taksi faliyyəti ilə idarə olunurdu. Onun mülkiyyətində olan “Toyota Prius” minik **-RG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasidəsini Sumqayıt şəhərində sürüldüyünə görə maşını saxlayaraq sürücünün əlindən almışdır. Sonradan maşın vəhşicəsinə sürülərək ön görüntü aynası sındırılmış, dəmir detalları əzilib və cəriməyə salınıb. O, şirkətə zəng vuraraq, mülkiyyətində olan maşına ziyan vurmaqlarının əvəzi olaraq pulunu ödəmələrini tələb etmişdir. Şirkət ona telefon danışığında ziyanın ödəniləcəyini bildirmişdir. Sonra Şirkətdən xəbər çıxmadığına görə yenidən zəng vurmuş, o gündən onun telefonlarına cavab verilməmişdir. Lakin cavabdehlə ona dəymiş ziyan barədə söhbətləri olsa da, onun sözlərinə heç bir əhəmiyyət verməmişdir. Bununla bağlı Cavabdeh tərəfindən ona 1800 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda nəqliyyat vasitəsini yararsız hala salmaları nəticəsində ona əlavə olaraq 420 manat zərər dəymişdir. Buna görə də, ona vurduğu zərər Cavabdeh MMC-dən tutulmalıdır. Ona vurulmuş ziyanla bağlı Bakı şəhəri Xətai rayon Polis idarəsinin 37-ci polis bölməsinə müraciət etməsinə baxmayaraq xx.xx.2024-ci il tarixli imtina məktubu tərtib olunmuşdur. Tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh bu günədək dəymiş zərərin əvəzini ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı ilə cavabdeh (İcarəçi) Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtomobil icarəsi haqqında” müqavilələrin: 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən “İcarəyə verən” “lcarəçi”yə bu Müqaviləyə Əlavələ razılaşmalarda qeyd edilən nəqliyyat vasitələrini icarəyə verir, “İcarəçi” isə həmin nəqliyyat vasitələrini qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada icarə haqqını “İcarəyə verərTə ödəyir. 1.2-ci bəndinə əsasən, bu Müqavilədə qeyd edilən nəqliyyat vasitəsi həm icarədara təhvil verilərkən, həm də İcarədardan geriyə təhvil alınarkən nəqliyyat vasitələrinin sazlıq dərəcəsini və ümumi vəziyyətini müəyyən edən “təhvil-təslim haqqında” aktı tərtib edilir, hər iki tərəf bu aktı imzalayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1 nömrəli Təhvil-təslim aktına əsasən, qeydiyyat nişanı **-RG-*** olan Toyota Prius markalı minik avtomobii texniki olaraq işlək vəziyyətdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nə əsasən, cavabdeh tərəfindən icarəyə götürülmüş avtomobillərə görə icarə haqqı ödənişinin xx.xx.2024-cü tarixdən başlayaraq hər ay 600 manat olmaqla xx.xx.2027-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmışdır. İş materiallarında olanxx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 1800 manat pulun 3 gün ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməy müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq olunmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan avtomobilin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü avtomobildən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2024-cü il tarixli “Avtomobil icarəsi haqqında” müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyekti olan avtomobili işlək vəziyyətdə cavabdehə təhvil verdiyini, lakin xx.xx.2024-cü il tarixdə avtomobili geri alarkən avtomobildə qüsurlar aşkar etdiyini, həmin qüsurların aradan qaldırılması üçün ümumilikdə 420 manat məbləğində pul vəsaitini sərf etdiyini, cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini, həmçinin avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləği ödəməkdən yayındığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında minik avtomobilinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə cavabdeh tərəfindən aylıq 600 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, icarə obyekti olan avtomobilin xx.xx.2024-cü il tarixdən cavabdehin istifadəsinə verildiyi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli hallarını, cavabdehin müqavilə üzrə 1380 manat məbləğində icarə haqqı borcunun olması, həmçinin avtomobildə yaranmış nasazlıqların avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə yaranması və həmin nasazlıqların aradan qaldırılması üçün 420 manat vəsaitin sərf edilməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, işin mübahisəli hallarını təşkil edən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı avtomobillərin cavabdehin istifadəsində olduğu müddətdə ödənilməmiş 1380 manat icarə haqqı borcunun olduğunu, avtomobildə yaranmış nasazlıqların avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə yaranmasını və həmin nasazlıqların aradan qaldırılması üçün 420 manat vəsaitin sərf edilməsini iddia etsə də, bu tələblərinin əsasında dayanan halları qismən sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən icarə obyekti olan avtomobilin cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilməsi işin mübahisəsiz halıdır və avtomobilin xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən geri alınması faktı isə məhkəmə iclasında iddiaçı tərəfindən nümayiş etdirilən video görüntü ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, icarə obyekti olan avtomobilin iddiaçı tərəfindən geri götürüldüyü tarix xx.xx.2024-cü il tarixi kimi qəbul edilməli və buna görə cavabdehin icarə haqqı ödəmək vəzifəsi də bu tarixə kimi hesablanmalıdır. Bu cür hesablama aparıldıqda isə cavabdehin ödənilməmiş icarə haqqı borcunun cəmi 1380 manat təşkil etdiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, iddiaçı icarə obyekti olan avtomobildə mövcud olan qüsurların hansı vaxt yarandığına və həmin qüsurların aradan qaldırılması üçün hansı məbləğdə vəsaitin tələb edildiyinə dair mötəbər sübutları məhkəmə təqdim edə bilməmişdir. Buna görə də, həmin hissədə iddia təmin edilə bilməz. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan avtomobili cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh avtomobili təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (ödənilməmiş icarə haqqı tələbinə) münasibətdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1380 manat məbləğində icarə haqqı və ödənilmiş 38 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1418 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar