Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-979/2020 27.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı QSC X14 Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC X14 Təşkilatının Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC X14 Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC X14 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 88 saylı kredit müqaviləsi üzrə 5.674,44 manat əsas borcun, 6.395,31 manat faiz borcunun, cəmi 12.069,75 manat borc məbləğinin cavabdehdən tutulması, borc tələbinin Cavabdeh məxsus, ipoteka qoyulmuş Beyləqan rayonu, Aşqallar kəndində yerləşən fərdi yaşayış evinə, 0,20 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 12.069,75 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC X14 Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,İddiaçı QSC Bank olmayan X9 filialı iləCavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 88 saylı kredit müqaviləsinə əsasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə 24 ay müddətinə, illik 21%-lə, 7.000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus Beyləqan rayonu, Aşqallar kəndində yerləşən fərdi yaşayış evi, 0,20 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan X9 filialı ilə ipotekaqoyan arasında xx xxxxxx 2014-cü il tarixli, 88 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh xx.xx.2014-cü il tarixli, 88 saylı kredit müqaviləsi üzrə əsas kredit borcundan xx.xx.2019-cu il tarixdə 175,56 manat ödəniş aparmışdır. Cavabdeh əsas borcu 5.674,44 manat, faiz borcu 6.395,31 manat, cəmi 12.069,75 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İddiaçı QSC X14 Təşkilatının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı X8 İmişli filialı ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 88 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Sadiq oğluna illik 21 faiz dərəcəsi ilə, 24 ay müddətinə, heyvandarlıq məqsədilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı X8 İmişli filialı ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 88 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, xx xxxxxx 2014-cü il tarixli, 88 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh Sadiq oğluna məxsus Beyləqan rayonu, Aşqallar kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə İddiaçı X8 İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin razılaşdırılmış dəyəri 13.000 manat müəyyən edilmişdir. İş materiallarında olan AQR 024503 saylı çekdən və hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə 7.000 manat kredit İddiaçı X11 tərəfindən Cavabdeh Sadiq oğluna ödənilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonu, Aşqallar kəndində olan 0,20 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 93 m2 yaşayış, 13,3 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə Cavabdeh Sadiq oğlunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 88 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh Sadiq oğluna məxsus Beyləqan rayonu, Aşqallar kəndində olan fərdi yaşayış evinə və 0,20 hektar torpaq sahəsinə İddiaçı X8 hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh Sadiq oğlunun İddiaçı X10 xx.xx.2020-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh Sadiq oğluna 7.000 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh Sadiq oğlu 1.325,56 manat əsas borcu, 943,01 manat faiz borcunu ödəsə də, 5.674,44 manat əsas borcu, 6.395,31 manat faiz borcu olmaqla, cəmi 12.069,75 manat məbləğində borcu qalmışdır. İş materialında olan xx xxxxxx 2020-ci il tarixli, 08 saylı bildirişdən görünür ki, İddiaçı X8 İmişli filialı ilə Cavabdeh Sadiq oğlu arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 88 saylı kredit müqaviləsi əsasında aldığı 7.000 manat kreditə görə 5.674,44 manat əsas borcunun, 6.094,53 manat faiz borcunun, 3.329,58 manat cərimə borcunun, cəmi 15.098,55 manat məbləğində kredit borcunun olması barədə Cavabdeh Sadiq oğu xəbərdar edilmişdir. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Sadiq oğlu məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X14 Təşkilatına ünvanlanmış xx xxxx 2020ci il tarixli, **********38 saylı məktubda qeyd olunur ki, vətəndaş Cavabdeh Sadiq oğluna məxsus **********68-10301 reyestr nömrəli, vətəndaş X7 məxsus **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında mülkiyyətində olan fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə xx xxxx 2020-ci il tarixli, ********** və xx xxxx 2020-ci il tarixli, ********** saylı müraciətlərinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçının nümayəndəsi X6 tərəfindən məhkəməyə təqdim olunan ərizədə qeyd olunur ki, İddiaçı QSC X14 Təşkilatının Cavabdeh Sadiq oğlundan kredit borcunun tutulmasına dair iş üzrə Cavabdeh məxsus ipoteka predmeti olan Beyləqan rayonu, Aşqallar kəndində yerləşən, ümumi sahəsi 106.3 m2 olan fərdi yaşayış evinin 0,20 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 13.000 manat müəyyən edilməsi ilə razıdır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan ərizədə qeyd olunur ki, İddiaçı QSC X1 qarşı kredit borcunun tutulması və sair tələblərinə dair iş üzrə ondan tələb olunan 5.674,44 manat əsas kredit borcunu və həmin kredit borcuna hesablanan 6.395,31 manat faiz borcunu qəbul edir, ipoteka predmeti olan ona məxsus Beyləqan rayonu, Aşqallar kəndində yerləşən, ümumi sahəsi 106.3 m2 olan fərdi yaşayış evinin 0,20 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 13.000 manat müəyyən edilməsi ilə razıdır. Məhkəmə müəyyən etdi ki, İddiaçı X8 İmişli filialı ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 88 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Sadiq oğluna illik 21 faiz dərəcəsi ilə, 24 ay müddətinə, heyvandarlıq məqsədilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı X8 İmişli filialı ilə Cavabdeh Sadiq oğlu arasında xx xxxxxx 2014-cü il tarixli, 88 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh Sadiq oğluna məxsus Beyləqan rayonu, Aşqallar kəndində yerləşən fərdi yaşayış evi, 0,20 hektar torpaq sahəsi ilə birlikdə sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı X8 İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 88 saylıkredit müqaviləsi üzrə 5.674,44 manat əsas və 6.395,31 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, həmçinin Cavabdeh daiddianı qəbul etdiyindən, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddia tələbi əsaslıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 88 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə də əsaslıdır. Odur ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmetinin yəni, Cavabdeh məxsus İddiaçı X8 İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Beyləqan rayonu, Aşqalların kəndində yerləşən fərdi yaşayış evinin, 0,20 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 13.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı QSC X14 Təşkilatına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5,674,44 manat əsas borc, 6.395,31 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 12.099,75 (on iki min doxsan doqquz manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC X14 Təşkilatına ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 13.000 (on üç min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus İddiaçı X8 İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Beyləqan rayonu, Aşqallar kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməli həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC X2 borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.674,44 manat əsas borc, 6.395,31 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 12.099,75 (on iki min doxsan doqquz manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC X14 Təşkilatına ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 13.000 (on üç min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Beyləqan rayonu, Aşqallar kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 93 kv.m. yaşayış, 13,3 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,20 hektar torpaq sahəsi ilə birlikdə) yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC X2 borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-979/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-979/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver