Məhkəmə qərarları › İş №e-2-2(121)-98/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-98/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-98/2025 27.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 29678,75 manat məbləğində krеdit bоrcu, 5848,94 manat məbləğində faiz bоrcu və 3522,56 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 39050,25 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 207,15 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan qeydiyyat nişanı 99LO169 olan, MAN YÜK markalı 2005-ci il buraxılış illi yəhərli dartıcı nəqliyyat vasitəsi və qeydiyyat nişanı 99ZD603 olan, KOEGEL YARİMQOŞQU markalı, 2003-cü il buraxılış illi, furqon-tentli nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması və ümumilikdə cəmi 39050 (otuz doqquz min əlli) manat 25 (iyirmi beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 207.15 manat məbləğində dövlət rüsumunun qeydiyyat nişanı 99LO169 olan, MAN YÜK markalı 2005-ci il buraxılış illi yəhərli dartıcı nəqliyyat vasitəsi və qeydiyyat nişanı 99ZD603 olan, KOEGEL YARİMQOŞQU markalı, 2003-cü il buraxılış illi, furqon-tentli nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 005L**********48 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 (qırx beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 005R**********S saylı, xx.xx.2022-ci il tarixli, 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edlən dəyişiklərlə zaminlər Cavabdeh2, Cavabdeh3 tanış olmuş və öz imzaları ilə təsdiq etmişdirlər. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 15321,25 manat ödəmiş, onun 29678,75 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 581 gün üçün hesablanmış faiz borcu 5848,94 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 581 gün üçün hеsablanmış cərimə 3522.56 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 005M**********01 və 005M**********02 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı 99LO169 olan, MAN YÜK markalı 2005-ci il tarixli buraxılış illi, yəhərli dartıcı nəqliyyat vasitəsi və qeydiyyat nişanı 99ZD603 olan, KOEGEL YARİMQOŞQU markalı, 2003- cü il buraxılış illi, furqon-tentli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № 142996 və № 142995 saylı çıxarışlara əsasənCavabdeh1 məxsus olan qeydiyyat nişanı 99LO169 olan, MAN YÜK markalı 2005-ci il tarixli buraxılış illi yəhərli dartıcı nəqliyyat vasitəsi və qeydiyyat nişanı 99ZD603 olan, KOEGEL YARİMQOŞQU markalı, 2003-cü il buraxılış illi, furqon-tentli nəqliyyat vasitələAriğayev Seymur Xanoğlan oğlunun kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-cimaddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR DİN BDYPİ-nin QİŞ-ə təqdim olunmuş və ərizə xx.xx.2024-cü il tarixində qeydə alınmışdır. İpoteka verən Cavabdeh1 həyat yoldaşı X4 xx.xx.2021-ci il tarixində Bakışəhəri 53 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1na məxsus olan qeydiyyat nişanı 99LO169 olan, MAN YÜK markalı 2005-ci il buraxılış illi yəhərli dartıcı nəqliyyat vasitəsi və qeydiyyat nişanı 99ZD603 olan, KOEGEL YARİMQOŞQU markalı, 2003-cü il buraxılış illi, furqon-tentli nəqliyyat vasitələrinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

8. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İddiaçı QSC ilə cavabdehlər (borclu) Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005L**********48 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi”nə əsasən Cavabdeh1 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılmışdır.

11. İddiaçı QSC ilə cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə müvafiq olaraq (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür.

12. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı “kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması”na əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 45.000 manat məbləğində kredit verilmişdir.

13. xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına 45.000 manat məbləğində pul köçürülmüşdür.

14. xx.xx.2021-ci il tarixli, 005R**********S saylı və xx.xx.2022-ci il tarixli, 005R**********SA saylı “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş”lərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edlən dəyişiklərlə zaminlər Cavabdeh2 və Cavabdeh3 tanış olmuş və öz imzaları ilə təsdiq etmişdirlər. Həmin dəyişikliklərə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 005R********** saylı “kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması”na əsasən götürdüyü krediti, faizi, habelə nəzərdə tutulduğu halda cəriməni xx.xx.2024-cü il tarixədək ödəməlidir.

15. AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005M**********01 və 005M**********02 nömrəli ipoteka müqaviləsinə görə Cavabdeh1 məxsus “Man Yük” markalı, Tip - yəhərli dartıcı, Şassi: WK0SNC**********5 nömrəli, buraxılış ili: 2005, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KOEGEL-Yarımqoşqu markalı, Tip -Furqon-Tentli”, Şassi: WMAH06ZZ06M435998 nömrəli, buraxılış ili: 2003, **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli, 005L**********48 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə öhdəliklərin icrasının təminatı mqəsədilə ipoteka ilə yüklü edilmişdir.

16. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixinə 29678,75 manat məbləğində əsas bоrcu, 5848.94 manat məbləğində faiz bоrcu və 3522,56 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 39050,25 manat borcu vardır.

17. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil omuş xx.xx.2024-cü il tarixli, 9/7049 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 02 fevral 2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) İddiaçı QSC-yə olan borcu əsas borc üzrə 29.678,75 manat, faiz borcu üzrə 8.762,85 manat, 18 iyul 2024-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) əsas borc üzrə 29.678,75 manat, manat faiz borcu üzrə 11.499,89 manat müəyyən edilir.

19. Premium Qiymətləndirmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan **-LO-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, 2005-ci il X7 X2 xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 18.000 (on səkkiz min) manat, likvid dəyəri 15.000(on beş min) manat məbləğində, **- ZD-*** dövlət qeydiyyat nişanlı, Ağ-Qara rəngli, 2003-cü il Buraxılışlı KOEGEL- Yarımqoşqu, Furqon-Ten Tipli nəqliyyat vasitəsinin xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 7.000 (yeddi min) manat, likvid dəyəri 5.000(beş min) manat məbləğində,müəyyən edilmişdir.

20. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 207,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. “İpoteka haqqında” Qanunun:

- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

23. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

- 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadı:

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

25. Məhkəmə baxışının hədləri:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

26. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı QSC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

29. İş materiallarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 005L**********48 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” əsasında xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 qeyd edilən kredit limiti müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında Cavabdeh1 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

30. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə ekspert rəyində göstərildiyi kimi onun 02 fevral 2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) İddiaçı QSC-yə borunun, əsas borc üzrə 29.678,75 manat, faiz borcu üzrə 8.762,85 manat, 18 iyul 2024-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) əsas borc üzrə 29.678,75 manat, faiz borcu üzrə isə 11.499,89 manat təşkil etdiyi müəyyən edilmişdir.

31. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7049 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli kredit sazişində faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

32. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7049 saylı rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır və bu cavabdehlərin mənafeyinə zidd deyil.

33. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən müştərək qaydada 29.678,75 manat əsas borcun və ona hesablanmış 5848,94 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan 3522,56 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə iddiaçı hər gecikdirilən gün üçün müvafiq kredit məbləği qalığının 0.5% məbləğində,cərimə borcu hesablamaq hüququna malikdir. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 1000 manat müəyyən edilməlidir.

35. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

36. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 005L**********48 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus “qeydiyyat nişanı 99LO169 olan, “MAN YÜK” markalı 2005-ci il tarixli buraxılış illi yəhərli dartıcı nəqliyyat vasitəsi və qeydiyyat nişanı 99ZD603 olan, “KOEGEL YARİMQOŞQU” markalı, 2003- cü il buraxılış illi, furqon-tentli nəqliyyat vasitəsi iddiaçı qarşısında xx.xx.2021-ci il tarixdə etibarlı şəkildə bağlanmış ipoteka ilə yüklü edildiyindən və o özü borclu kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

37. İş materiallarından görünür ki, Premium Qiymətləndirmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan **-LO- *** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, 2005-ci il X7 X2 xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 18.000 (on səkkiz min) manat, likvid dəyəri 15.000(on beş min) manat məbləğində, **-ZD-*** dövlət qeydiyyat nişanlı, Ağ-Qara rəngli, 2003-cü il Buraxılışlı KOEGEL-Yarımqoşqu, Furqon-Ten Tipli nəqliyyat vasitəsinin xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 7.000 (yeddi min) manat, likvid dəyəri 5.000(beş min) manat məbləğində müəyyən edilmişdir.

38. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 29.678,75 manat əsas borc, 5848,94 manat faiz borcu, 1000 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə yaranmış göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan “Man Yük” markalı, Tip - yəhərli dartıcı, Şassi: WK0SNC**********5 nömrəli, buraxılış ili: 2005, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat, KOEGEL-Yarımqoşqu markalı, Tip -Furqon-Tentli”, Şassi: WMAH06ZZ06M435998 nömrəli, buraxılış ili: 2003, **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 5000 (beş min) manat məbləğində müəyyən edilməlidir.

40. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi vacib hesab edir ki, qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Hazırki işdən ipoteka predmeti əmlakların müəyyən edilmiş ilkin satış qiymətinin, cavabdehlərdən iddiaçının xeyrinə tutulması nəzərdə tutulan borc məbləğindən az olması aydın görünür. Məhkəmə hesab edir ki, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 29.678,75 manat məbləğində əsas borc, 5.848,94 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 36.527,69 (otuz altı min beş yüz iyirmi yeddi manat, altmış doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 207,15 (iki yüz yeddi manat, on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan, “Man Yük” markalı, Tip - yəhərli dartıcı, Şassi: WK0SNC**********5 nömrəli, buraxılış ili: 2005, **-LO-*** qeydiyyat nişanlı və “KOEGEL-Yarımqoşqu markalı, Tip -Furqon-Tentli”, Şassi: WMAH06ZZ06M435998 nömrəli, buraxılış ili: 2003, **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməli, “Man Yük” markalı, Tip - yəhərli dartıcı, Şassi: WK0SNC**********5 nömrəli, buraxılış ili: 2005, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində, “KOEGEL- Yarımqoşqu markalı, Tip -Furqon-Tentli”, Şassi: WMAH06ZZ06M435998 nömrəli, buraxılış ili: 2003, **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə ilkin satış qiyməti 5000 (beş min) manat məbləğində müəyyən edillməli, həmin nəqliyyat vasitələri açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

42. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 207,15 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 29.678,75 manat məbləğində əsas borc, 5.848,94 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 36.527,69 (otuz altı min beş yüz iyirmi yeddi manat, altmış doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 207,15 (iki yüz yeddi manat, on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan, “Man Yük” markalı, Tip - yəhərli dartıcı, Şassi: WK0SNC**********5 nömrəli, buraxılış ili: 2005, **-LO-*** qeydiyyat nişanlı və “KOEGEL- Yarımqoşqu markalı, Tip -Furqon-Tentli”, Şassi: WMAH06ZZ06M435998 nömrəli, buraxılış ili: 2003, **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilsin. “Man Yük” markalı, Tip - yəhərli dartıcı, Şassi: WK0SNC**********5 nömrəli, buraxılış ili: 2005, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən edilsin, həmin nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. “KOEGEL-Yarımqoşqu markalı, Tip -Furqon-Tentli”, Şassi: WMAH06ZZ06M435998 nömrəli, buraxılış ili: 2003, **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 5000 (beş min) manat məbləğində müəyyən edilsin, həmin nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar