Məhkəmə qərarları › İş №e-2-2(121)-980/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-980/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-980/2020 29.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Nümayəndə və X2 “TAC” Kredit İttifaqının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə və X2 “TAC” Kredit İttifaqının Cavabdeh Tahir oğluna qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə və X2 “Tac” Kredit İttifaqı Cavabdeh Tahir oğluna qarşı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat kredit, 1.275 manat faiz, 2.550 manat cərimə borcu olmaqla, cəmi 8.825 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Nümayəndə və X2 “TAC” Kredit İttifaqının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor “TAC” Kreditİttifaqı ilə borclu Cavabdeh (VÖEN **********) arasında xx xxxxxxx 2014-cü il tarixində “116-SKMF-95” saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5.000 manat krediti SKMF-nun vəsaiti hesabina illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verir. Kreditalan bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan “TAC” Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün bankın əməliyyat saatlarında kreditverənin cari hesablaşma hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənməlidir. Lakin borclu bügünədək 137,70 manat faiz ödəmişdir. xx.xx.2015-ci il tarixindən bugünədək heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfındən borcun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “TAC” Kİ tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafıq hesabların açılmasına və göstərilən digər xidmətlərə görə müvafiq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kreditin müddəti bitənədək hər ay ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 5.000 manat kredit, 1.275 manat faiz, 2.550 manat cərimə borcu olmaqla, cəmi 8.825 manat borcu vardır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Nümayəndə və X2 “TAC” Kredit İttifaqının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Tahir oğlu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Tahir oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilənin təsdiq edilmiş surətindən görünür ki, “TAC” Kredit İttifaqı ilə Cavabdeh Tahir oğlu arasındaxx.xx.2014-cü il tarixli, 116/SKMF-95 saylı kredit müqaviləsi bağlanmışdır. Kreditverən tərəfindən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 (on iki) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə, sahibkarlıq məqsədilə 5.000 (beş min) manat kredit verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1.1-ci bəndinə əsasən, kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5.000 (beş min) manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 (on iki) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə verir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, kreditalan “TAC” Kredit İttifaqı qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Müqavilənin 6.1-ci bəndinə əsasən,müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü, həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 590 saylı kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, SKMF-dən ayrılmış 5.000 (beş min) manat kredit vəsaiti Cavabdeh Tahir oğluna təqdim edilmişdir. İş materiallarında olan “TAC” Kredit İttafaqı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2014-cü il tarixli, 129/307 saylı bildirişdə qeyd olunur ki, Sahibkarlığa Kömək Milli Fondundan “Tac” Kredit İttifaqının hesabına güzəştli kredit almaq məqsədilə müraciətinizə əsasən 2014-cü ilin 16 oktyabr tarixində 5.000 manat vəsait daxil olmuş və 5.000 manat vəsaiti 2014-cü ilin 16 oktyabr tarixdən investisiya layihənizin təyinatına uyğun istifadə etmək maliksiniz. Həmçinin həmin bildirişdən görünür ki, Cavabdeh həmin bildirişlə tanış olaraq, şərtlərlə razı olmuş və bildirişi imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 5.000 manat kredit, 1.275 manat faiz (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu 775 manat + kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra hesablanmış faiz borcu 5%-lə 500 manat), 2.550 manat cərimə borcu olmaqla cəmi 8.825 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli bildirişlərdən görünür ki, “Tac” Kredit İttifaqı Cavabdeh Tahir oğlundan aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 116/SKMF-95 saylı kredit müqaviləsinə əsasən yaranmış 5.000 manat əsas borc məbləğini və həmin müqavilənin şərtlərinə uyğun olaraq əsas borc məbləğinə hesablanmış faiz və cərimə borclarının ödənilməsi Cavabdeh Tahir oğlundan tələb edilmişdir. İş materiallarından görünür ki, Nümayəndə və X2 “Tac” Kredit İttifaqı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli, 116/SKMF-95 saylı kredit müqaviləsi bağlanılmışdır.Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavadeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktublarla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq (bildiriş) göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 116/SKMF-95 saylı kredit müqaviləsi təşkil edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 5.000 manat əsas borcun “Tac” Kredit İttifaqının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, 1.275 manat faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “TAC” Kredit İttifaqı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu 775 manat və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra hesablanmış faiz borcu 5%-lə 500 manat olmaqla, ümumilikdə 1.275 manat borcun ödənilməsini tələb etmişdir. Kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə tələb olunan 775 manat faiz borcu hissəsində iddia əsaslıdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan, lakin ödənilməmiş 775 manat faiz borcunun mövcud olması iş materialları ilə sübut olunur. Lakin məhkəmə hesab edir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra 5%-lə hesablanmış 500 manat faiz borcunun tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni cəriməni tələb etdiyindən, iddianın kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017ci il tarixdən sonra 5%-lə hesablanmış 500 manat faiz borcununtutulması hissəsi əsassızdır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İddiaçı cərimə hesablanmaqla 2.550 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Tahir oğlundan kredit müqaviləsi üzrə yaranmış 5.000 manat məbləğində əsas borc, 775 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 5.875 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq iddiaçı Nümayəndə və X2 “TAC” Kredit İttifaqına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar