Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-991/2025 13.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair sadələşmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 264,8 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2123 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 60.0 kv.m torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 60.0 kv.m torpaq sahəsindən məlumatsız olduğunu, qeyd edilən həmin torpaq sahəsini icarəyə götürmədiyini, həmin torpaq sahəsinin onun istifadəsində olmadığını, iddia ərizəsinə əlavə edilmiş sənədlərdəki etibarnamənin xx.xx.2021-ci il tarixində tərəfindən X2 verildiyini, lakin, etibarnamənin məzmun hissəsinə diqqət etdikdə etibarnamənin tamamilə başqa məqsədlər üçün verildiyini, belə ki, etibarnamə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 311 nömrəli Sərəncamından Çıxarışa (Tikinti quraşdırma İşləri aparılmasına icazə verilməsi haqqmda) dair Lənkəran şəhərinin Ş. Axundov küçəsi, ev 29 binasının həyətyanı torpaq sahəsində istifadəsində olan təsərrüfat anbarının sökülərək yerində 7x9=63 kv.m ölçüdə anbar tikintisinin adına özəlləşdirilməsi ilə əlaqədar verildiyini, verilmiş etibarnamənin bağlanılmış “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2022-ci il tarixli, 2123 nömrəli icarə müqaviləsi ilə əlaqəsinin olmadığını, iddia ərizəsinə qoşma olaraq əlavə edilmiş ödənişlər haqqında məlumatdan göründüyü kimi, icarə haqqının ödənmə tarixləri 2022-ci ilin may ayından 2022-ci ilin dekabr ayına qədər vaxtlı-vaxtında ödənildiyini, sonradan xeyli müddət ara verildiyini və 2023-cü ilin iyun və oktyabr aylarında fasilələr verilməklə ödənildiyini, halbuki, “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2022-ci il tarixli, 2123 nömrəli icarə müqaviləsinin 5.3-cü maddəsində icarə haqqı ardıcıl olaraq 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilməklə dövlətə geri qaytarılır və icarə borcunun icarəçi tərəfindən ödənilməsinin təmin edilməsi məqsədilə icarəyəverən tərəfindən məhkəmə qarşısında iddia qaldırılması üçün tədbirlər görülür qeyd olunduğunu, müqavilənin şərtlərinə heç iddiaçı tərəfindən əməl edilmədiyini, halbuki, sonuncu ödəniş tarixi olaraq 2022-ci ilin dekabr ayı nəzərə alınarsa əgər 2023-cü ilin yanvar və fevral aylarında ardıcıl olaraq ödənişlər ödənilmədiyi təqdirdə qeyd olunan son iki ay ödənilməyən icarə haqqlarına görə məhkəməyə müraciət edilməli olduğunu, iddiaçı tərəfindən məhkəməyə müraciətin bu səpkidə uzadılmasında başqa məqsədlər güdüldüyünü, ********** nömrəli VÖEN ona məxsus olsa da, hal-hazırda passiv vəziyyətdə olduğunu, bu səbəbdən, iddiaçı tərəfin məhz pul tələbinə dair kommersiya məhkəməsinə müraciət etməsinin başa düşülən olmadığını bildirmiş və qeyd edilənlərə əsasən məhkəmədən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ona qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cİ il tarixli, e-2-2(121)-991/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2123 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, İcarəyəverənin icarəyə veridyi ünvan 1 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 60,0 kv.m. torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. 3.1-ci bəndinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 180,0 manat, aylıq icarə 15,0 manatdır. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh ödənilməli icarə haqqı borcu 264,8 manat təşkil edir. İş materiallarında olan dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 234,8 manat məbləğində ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində müəyyən edilir ki, mübahisənin predmeti dövlət mülkiyyətində olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə götürülməsi nəticəsində yaranmış icarə haqqı borcunun məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi haqqındadır və iddiaçının hazırki tələblə çıxış etməsi ilə bağlı subyektiv hüququ onun mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-706.3-cü maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 710-cu maddəsinə əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci abzasına əsasən, Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci, 9 və 10-cu abzaslarına əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunveriilik normalarının tələblərinə görə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olduğunu qeyd etməklə yanaşı hesab edir ki, iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında dövlət mülkiyyətində olan torpaq sahəsinin sahibkarlıq subyektinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Belə ki, cavabdehdən tələb olunan pul, onun sahibkarlıq məqsədi ilə icarəyə götürdüyü torpaq sahəsinin əvəzli istifadəyə verilməsi nəticəsində yaranan borcdur. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları əmlak kirayəsi müqaviləsinə (icarəyə götürülən torpaq sahəsindən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu, bunun müqabilində icarə haqqı ödəmək vəzifəsini ehtiva edən) aid normalar olmaqla sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında torpaq icarə müqaviləsinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı və müqaviləyə əsasən torpaqdan istifadəyə görə bir illik icarə haqqının 180 manat təşkil etməsi və icarəçinin həmin məbləği ödəməklə bağlı öhdəliyinin olması işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədikləri üçün icarəyə götürülən torpaq sahəsinə görə 264,8 manat borc ödənilməmiş qalmışdır. İddiaçı öz tələbinin əsası kimi icarə müqaviləsinə, cavabdehin şəxsi hesab vərəqəsindən çıxarışa və “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna istinad edir. Məhkəmə qeyd edir ki, tələb olunan icarə haqqı borcunun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh ona qarşı irəli sürülən icarə haqqı borcunun ödənilməsinə dair tələbi o əsasla mübahisələndirir ki, sözügedən icarə müqaviləsi onun tərəfindən bağlanmamışdır, müqavilə etibarnamə verdiyi X4 tərəfindən imzalansa da, etibarnamə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 311 nömrəli Sərəncamından Çıxarışa (Tikinti quraşdırma İşləri aparılmasına icazə verilməsi haqqında) əsasən Lənkəran şəhəri, Ş. Axundov küçəsi, ev 29-un həyətyanı torpaq sahəsində istifadəsində olan təsərrüfat anbarının sökülərək yerində inşa edilmiş 7x9=63 kv.m ölçüdə anbar tikintisinin adına özəlləşdirilməsi ilə əlaqədar verilmişdir, həmçinin icarə haqqının bir müddət ödənilməsinə baxmayaraq sonradan ardıcıl olaraq iki ay ərzində ödənilməməsinə baxmayaraq iddiaçı tərəfindən icarə müqaviləsinə xitam verilməmişdir. Məhkəmə, cavabdehin öz etirazının əsası kimi gətirdiyi dəlillərə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, əvvəla qeyd edilməlidir ki, iş üzrə Cavabdeh tərəfindən X2 verilmiş etibarnamənin məzmunundan göründüyü kimi, verilən səlahiyyətlərə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 311 nömrəli Sərəncamından Çıxarışa (Tikinti quraşdırma İşləri aparılmasına icazə verilməsi haqqında) əsasən Lənkəran şəhəri, Ş. Axundov küçəsi, ev 29-un həyətyanı torpaq sahəsində Cavabdeh istifadəsində olan təsərrüfat anbarının sökülərək yerində inşa edilmiş 7x9=63 kv.m ölçüdə anbar tikintisinin onun adına özəlləşdirilməsi ilə əlaqədar digər zəruri hərəkətlərin yerinə yetirməsi də daxil olmuşdur və həmin zəruri hərəkətlərə özəlləşdirilməsi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması da aiddir. Digər tərəfdən işin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə Cavabdeh tərəfindən sözügedən icarə müqaviləsi mübahisələndirilməmiş, iddiaçı ilə aralarında müqavilə münasibətlərinin olmaması və ya həmin münasibətlərin etibarsız hesab edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Bundan əlavə müqavilədə olan imzanın cavabdehin özü tərəfindən deyil, onun etibar etdiyi digər şəxs tərəfindən icra edilməsinin müəyyən olunması hüquqi və faktiki cəhətdən mübahisənin həllinə əhəmiyyətli təsir etmir. Belə ki, cavabdehin müqavilə bağlandıqdan sonrakı hərəkətləri göstərir ki, müqavilə onun tərəfindən imzalanmasa belə, sonradan onun tərəfindən bəyənilmişdir və bununla da müqavilə bağlandığı andan etibarlı hala gəlmişdir. Məhkəmə yuxarıda şərh olunanlarla bağlı gəldiyi nəticənin hüquqi əsaslandırılması olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.1 və 358.2-ci maddələrinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə məhkəmə işin müəyyən edilmiş hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi, iddia edildiyi kimi cavabdeh tərəfindən icarəyə götürülmüş torpaq sahəsinin icarə haqqı borcu olan 264,8 manat məbləğində pulun dövlət büdcəsinə şərtləşdirilmiş müddətdə ödənilməməsi, öz təsdiqini tapır. Cavabdeh isə tələb olunan icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, cavabdeh torpaq icarəsi müqaviləsi əsasında sahibkarlıq məqsədi ilə torpaq sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtında və tam şəkildə ödəməli olmasına dair öhdəliyin daşıyıcısı olduğundan, lakin öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün dövlət büdcəsinə borcu yarandığından, yığılmış icarə haqqının ödənilməsinə dair iddiaçının tələbi qanuni və əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti nəzərə alınmaqla hazırki iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 264,8 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-991/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-991/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver