Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-996/2021 29.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.153,97 manat əsas borcun, 106,10 manat faiz borcunun, cəmi 1.260,07 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayon sakini, fərdi sahibkar Cavabdeh ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı arasında pambıq istehsalı üçün, 8 ay müddətinə, illik 10 faizlə, 11.200 manat məbləğində kredit verilməsinə dair 10 aprel 2018-ci il tarixli, P-308 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh 2.800 manat kredit verilmişdir. Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən, borcalan “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat”ın tələblərinə uyğun olaraq istehsal etdiyi xam pambığı yalnız Tədarükçüyə təhvil vermək, məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək, xam pambığı digər fiziki və hüquqi şəxslərə satmamaq, borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək, bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal borcverənə məlumat vermək kimi öhdəliklər daşıyır. Cavabdeh Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməsinə məsuliyyət daşımasına baxmayaraq, kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 2.800 manat kredit borcundan 1.646,03 manat və hesablanmış faiz borcundan 150,25 manat ödəniş etmişdir. Bununla da, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1.153,97 manat, faiz borcu 106,10 manat,cəmi borcu 1.260,07 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 aprel 2018-ci il tarixli, P-308 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı (borcverən) ilə Cavabdeh (borcalan), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı), X1 və Emalı Zavodu (tədarükçü) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana pambıq istehsalı üçün 31 dekabr 2018-ci il tarixədək, illik 10 faizlə, 11.200 manat kredit verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, borcalan İmişli rayonu, Qaragüvəndikli kəndində 20 ha. torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən 13.04.2018-ci il tarixdə ona 2.800 manat kredit verilmişdir. Onun tərəfindən hissə-hissə olmaqla ümumilikdə 1.646,03 manat əsas borcdan və 150,25 manat faiz borcundan ödənişlər olmuşdur. İş materiallarında olan Cavabdeh İddiaçı Səhmdar Kredit Təşkilatına 30.07.2020-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 2.800 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh 1.646,03 manat əsas borcu, 150,25 manat faiz borcunu ödəsə də, 1.153,97 manat əsas borc, 106,10 manat faiz borcu olmaqla, cəmi 1.260,07 manat məbləğində borcu qalmışdır. İş materialında olan 30 iyul 2020-ci il tarixli, 305 saylı bildirişdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatının İmişli filialı ilə Cavabdeh arasında bağlanılmış 10 aprel 2018ci il tarixli, P-308 saylı kredit müqaviləsinə əsasən 20 ha sahədə pambıq əkib becərmək üçün illik 10 % olmaqla 31.12.2018-ci il tarixədək 11.200 manat kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən 30 iyul 2020-ci il tarixə Cavabdeh 1.153,97 manat əsas borcunun, 106,10 manat faiz borcunun, cəmi 1.260,07 manat məbləğində kredit borcunun olması barədə Cavabdeh oğu xəbərdar edilmiş və həmin borcun 10 gün müddətində ödənilməsini ondan tələb olunmuş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı Səhmdar Kredit Təşkilatının İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2018-ci il tarixli, P-308 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, 8 ay müddətinə, pambıq istehsalı məqsədilə 11.200 manat kreditin verilməsi barədə tərəflər razılığa gəlmiş, lakin Cavabdeh həmin müqavilə üzrə 2.800 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, 1.646,03 manat əsas borcdan və 150,25 manat faiz borcundan ödənişlər olunmuş, onun iddiaçıya 1.153,97 manat əsas borcu və 106,10 manat faiz borcu olmaqla, cəmi 1.260,07 manat məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 10 aprel 2018-ci il tarixli, P-308 saylı kredit müqaviləsi üzrə cavabdehin 1.153,97 manat əsas və 106,10 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 10 aprel 2018-ci il tarixli, P-308 saylı kredit müqaviləsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia tələbi təmin edilməli, Cavabdeh 1.153,97 manat əsas borc, 106,10 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.290,07 (bir min iki yüz doxsan manat, yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.153,97 manat əsas borc, 106,10 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.290,07 (bir min iki yüz doxsan manat, yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-996/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-996/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver