Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-997/2021 27.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra İddiaçı QSC BOKT” adlandırılacaq) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.106,12 manat əsas borc, 98,63 manat faiz olmaqla, cəmi 1.204,75 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayon sakini, fərdi sahibkar Cavabdeh ilə İddiaçı QSC BOKT-nin İmişli filialı arasında pambıq istehsalı üçün 7 ay müddətinə illik 10 faizlə 7.900 (yeddi min doqquz yüz) manat məbləğində kredit verilməsinə dair 08 may 2018-ci il tarixli P-441 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh 3.825 (üç min səkkiz yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməsinə məsuliyyət daşımasına baxmayaraq, kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini tam icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 3.825 manat kredit borcundan 2.718,88 manat və hesablanmış faiz borcundan 161,12 manat ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu dövlət rüsumunun ödənilməsi haqqında məlumat 1.106,12 manat, faiz borcu 98,63 manat, cəmi borcu 1.204,75 (bir min iki yüz dörd manat yetmiş beş qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC BOKT-un nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 may 2018-ci il tarixli, P-441 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı), X3 və Emalı Zavodu (tədarükçü) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana pambıq istehsalı üçün 31 dekabr 2018-ci il tarixədək, illik 10 faizlə 7.900 manat kredit verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin şərtlərinə uyğun olaraq borcalan Sabirabad rayonu, Çöl-Beşdəli kəndində 15,0 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus bank hesabından çıxarışın surətindən görünür ki, İddiaçı QSC tərəfindən hissə-hissə olmaqla, ona nağdsız qaydada, yəni cavabdehin bank hesabına mədaxil olunmaqla ümumilikdə 3.825 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən hissə-hissə olmaqla, ümumilikdə 2.718,88 manat əsas borcdan və 161,12 manat faiz borcundan ödənişlər olunmuşdur. İş materiallarında olan Cavabdeh İddiaçı Səhmdar Kredit Təşkilatına 30.07.2020-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 3.825 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh 2.718,88 manat əsas borcu, 161,12 manat faiz borcunu ödəsə də, 1.106,12 manat əsas borcu, 98,63 manat faiz borcu olmaqla cəmi 1.204,75 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan 30.07.2020-ci il tarixli, 302 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı QSC BOKT Cavabdeh məktub ünvanlayaraq ona aralarında bağlanmış 08 may 2018-ci il tarixli, P-441 saylı kredit müqaviləsinə əsasən borcunun olduğu bildirilmiş, həmin borcun 10 iş günü müddətində ödənilməsini ondan tələb edilmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə cavabdehə kredit verməsi və cavabdehin həmin krediti alması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 08 may 2018-ci il tarixli, P-441 saylı kredit müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 08 may 2018-ci il tarixli, P-441 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə tam əməl etməmişdir. İddiaçı 30.07.2020-ci il tarixli, 302 saylı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq (bildiriş) göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət və həmin müddətdən sonrakı dövr ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə 3.825 manat kreditin verildiyi, cavabdeh tərəfindən həmin kredit məbləğindən 2.718,88 manat əsas borcun, 161,12 manat faiz borcunun ödənildiyi, lakin 1.106,12 manat əsas borc, 98,63 manat faiz borcu olmaqla, cəmi 1.204,75 manat məbləğində borcun qaldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı QSC BOKT tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş 20.05.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 1.106,12 manat məbləğində əsas borc, 98,63 manat faiz borcu olmaqla, cəmi 1.204,75 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKTa ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 1.106,12 manat məbləğində əsas borc, 98,63 manat faiz borcu olmaqla, cəmi 1.204,75 (bir min iki yüz dörd manat, yetmiş beş qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-997/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-997/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver