Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-1/2022 10.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh2 17 dekabr 2019-cu il tarixə yaranmış 41125.91 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2866 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 53500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 97491.91 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilinə yönəldilməsini, həmin mənzilin açıq hərracda satılmasını və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 41125.91 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2866 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 53500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 97491.91 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğdə pulun iddiaçı ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsini və ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verildiyini, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, seriya: RX № 0382131, reyestr № **********26-05101-093004, qeydiyyat № **********, tarix 01.05.2014) ipoteka predmeti kimi İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-yə təqdim etdiyini və bu barədə 13 may 2016-cı il tarixli, 2016/00310-01İP nömrəli ipoteka müqaviləsi bağlandığını, ipoteka müqaviləsinin 18.05.2016-cı il tarixində qeydə alındığını, müvafiq çıxarış verildiyini, (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya: RX № 0842097) cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmadığını, vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmadığını, kredit və ona hesablanmış faizlərin ödənilmədiyini, bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini xahiş etdiklərini, bu səbəbdən BOKT tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubunun göndərildiyini, lakin göstərilən kredit məbləğinin və ona hesablanmış faizlərin bu günə kimi ödənilmədiyini, bunun isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxardığını, 17 dekabr 2019-cu il tarixinə kreditin əsas borcu üzrə 41125,91 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2866 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 53500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 97491,91 ABŞ dolları məbləğində borcun yarandığını, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdehin kredit borcunu və ona hesablanmış faizləri qaytarmadığını qeyd etmişdir. Sonradan İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə 27 dekabr 2021-ci il tarixli “iddianın həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 may 2016-сі il tаriхli, 2016/00310-01 saylı Krеdit müqaviləsinin ləğv edilməsini, Cavabdeh2 41125.91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər hesablanmış 9642.80 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitəndən sonra Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış 8617.88 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 72093.72 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 131480.31 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 294.40 manat məbləğində pulun tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilməsini, həmin əmlakın likvid dəyərinin 110700 AZN müəyyən olunmaqla açıq hərracda satılmasını və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 41125.91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər hesablanmış 9642.80 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitəndən sonra Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış 8617.88 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 72093.72 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 131480.31 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 294.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsini, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin “27” dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaya həmin tələb çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə baxışı iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək sonuncu ekspert rəyinin ətraflı olduğuna görə həmin rəylə razılaşdıqlarını, 55975,22 ABŞ dollarının cavabdehlərdən tutulmasının məqsədəuyğun hesab etdiklərini, məhkəmə araşdırılması zamanı aparılmış əmlakın qiymətləndirilməsinə dair rəylə də razılaşdıqlarını, həmçinin ipoteka predmetinin likvid dəyərinin 110.700 manat müəyyən olunaraq açıq hərracda satılmasının iddia tələbinə uyğun olduğunu bildirib, məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbər verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı BOKT ASC tərəfindən məhkəməyə ünvanlanmış 01.09.2021-ci il tarixli ərizədə cavabdehin maddi durumunu nəzərə alaraq, 01.09.2021-ci il tarixə kreditin əsas borcu üzrə 41125.91 ABŞ dolları, müqavilənin müddəti bitənə qədər ona hesablanmış faiz borcunun 9642.80 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan faizin 8617.88 ABŞ dolları, ödənişlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun 72093.72 ABŞ dolları olmaqla, cəmi borcun 131480.31 ABŞ dolları təşkil etdiyini, ödənişləri gecikdirilməsinə görə hesablanmış 72093.72 ABŞ dolları məbləğində dəbbə pulunun silinəcəyini, Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında yerdə qalan 59386.59 ABŞ dolları məbləğində kredit borcunun 24 aya bölünərək hər ay ödənilməli olan məbləğin 2474.44 ABŞ dolları məbləğində müəyyən olunması barədə yeni müqavilə imzalanacağı şərtlərilə güzəştə getməyə hazır olduqları bildirilmişdir. Cavabdeh2 məhkəməyə 22.01.2021-ci il tarixli ərizə göndərərək, (ödəniş qəbzlərinin surəti ərizəyə əlavə edilmişdir) ərizədə İddiaçı BOKT ASC-nin ona qarşı məhkəmədə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğin tutulması barədə iddia qaldırdığını, 2016-cı ilin iyun ayından etibarən 2016/00310-01 saylı Kredit müqaviləsi üzrə ödəniş etməyə başladığını, 2019-cu ilin iyul ayının 19-da 43000 (qırx üç min) manat ödədiyini, ümumilikdə İddiaçı BOKT ASC-yə 47560 (qırx yeddi min beş yüz altmış) ABŞ dolları məbləğində pul ödədiyini bildirmişdir. Cavabdeh2 məhkəməyə 25.10.2021-ci il tarixdə ərizə göndərərək, ərizədə 13.05.2016-cı ildə müqavilə bağlayaraq 50.000 (əlli min) ABŞ dolları məbləğində 28 faiz hesablanaraq 24 ay müddətində pul götürdüyünü, daha sonra bankın əməkdaşı Rəşad tərəfindən 6000 dollar rüşvət alınaraq pulun verildiyini, İddiaçı BOKT ASC-nin direktoru X2 onun etibarından istifadə edərək 43.000 ABŞ dolları əvəzinə ondan 43.000 manat pul ödənilməsini deyərək borcun silinməsini vəd verdiyini, lakin pulu ödədikdə faizə çıxıldığının məlum olduğunu, dəfələrlə Turan İsmayılova müraciət edərək maddi durumunun aşağı olmasını, COVİD-19 virusu ilə əlaqədar iqtisadiyyatın çökdüyü bir dövrdə işsiz olmağını bildirdiyini, imkan daxilində 15.000 ABŞ dolları ödəməsilə bağlı müraciətlərinin nəticəsiz və hətta təhqirlərə məruz qaldığını, telefon zənglərinə cavab verilmədiyini bildirərək, bu qurumun və əməkdaşlarının qanuna zidd hərəkətlərinə qarşı tədbir görülməsini xahiş etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC-nin direktor müavini X7 ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması üçün 24 ay müddətinə illik 28% olmaqla 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 13 may 2016-cı il tarixli, 2016/00310-01İP nömrəli İpoteka müqaviləsindən görünür ki, 13 may 2016-cı il tarixli, 2016/00310-01 saylı Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzil ipoteka saxlayan İddiaçı BOKT ASC-nin adından X4 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-yə ünvanlanmış 27 dekabr 2016-cı il tarixli, **********25 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, 19 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b,19 saylı mənzil) daşınmaz əmlakın dövlət reyestrində 394 nömrəli reyestr kitabının 36647 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh2 2016\00310-01 saylı Kredit müqaviləsinə əsasən 21.10.2019-cu il tarixinə əsas borc üzrə 41125,91 ABŞ dolları, hesablanmış faiz borcu üzrə 2866 ABŞ dolları, cərimə borcu üzrə 53.500 ABŞ dolları olmaqla, ümumilikdə 97511,91 ABŞ dolları məbləğində borcunun yarandığı bildirilmiş, könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi barədə təklif olunmuş, kredit borcunun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, tərəflər arasında 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə tərəflər üçün məcburi xarakter almış, müqavilənin şərtlərinə görə borc verən İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 50.000 ABŞ dolları məbləğində, illik 28% ödəmək şərti ilə, 24 ay müddətinə kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu müqaviləyə əlavə edilmiş cədvələ əsasən, hər ay 2744 ABŞ dolları məbləğində pulun annuitet qaydada borc verənə ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində ödənişlər qrafik üzrə həyata keçiriləcəyi təqdirdə borc alan tərəfindən borc verənə 15.866 ABŞ dolları faiz borcu olmaqla, cəmi 65.866 ABŞ dolları məbləğində pulun ödənilməli olduğu müəyyən edilmişdir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 13 may 2016-cı il tarixli ipoteka müqaviləsində göstərilmiş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b,19 saylı mənzil ipoteka saxlayan tərəfindən qəbul olunmuşdur. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin qiyməti 100.000 manat müəyyən edilmişdir. Bununla da, tərəflər ipoteka müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən etmişlər. Sonuncu dəfə 24 oktyabr 2019-cu il tarixində Cavabdeh2 borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilsə də o, öhdəlikləri Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində və kreditorun etdiyi xəbərdarlıqdan sonra da könüllü icra etməkdən boyun qaçırmışdır. Buna görə də cavabdehlərin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi yaranmış və bu öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb isə cavabdehlərin mübahisə edilməyən vəzifələrinə və yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 271.2-ci maddəsinə görə girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranın gecikdirilməsi sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 34.1 və 34.1.3-cü maddələrinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3 və 59.3.1-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Tərəflər arasında bağlanmış 2016/00310-01 nömrəli Kredit müqaviləsinin: 1.1-ci və 1.4-cü bəndlərinə əsasən borc verən dövriyyə vəsaitlərinin artırılması üçün borc alana 50000 (əlli min) ABŞ dolları məbləğində kredit vermişdir. 1.3-cü və 1.5-ci bəndlərinə əsasən kredit illik 28% dərəcəsi ilə, 24 (iyirmi dörd) ay müddətinə verilmişdir. 2.2.2-ci bəndinə əsasən bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi (faizlərin ödənilməsi, kreditin əsas məbləğinin qaytarılması, dəbbə pulunun ödənilməsi) (borcalanın öhdəliyi müvafiq pul vəsaitinin borc verənin kassasına və ya hesabına daxil edilməsindən sonra yerinə yetirilmiş hesab edilir) borc alan öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 2016/00310-01İP nömrəli İpoteka müqaviləsinin: 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. 9.4-cü bəndinə əsasən ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin tam və ya qismən yerinə yetirilməsini, borcun əsas məbləğinin qaytarılmasını, faizlərin ödənilməsini, dəbbə pulunun, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin və həmçinin ipoteka qoyanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanların ödənilməsini təmin etmək üçün ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satır. 9.9-cu bəndinə əsasən ipoteka predmetinə tutma yöləldildikdə ipoteka qoyan, ipoteka predmeti yaşayış evi və ya mənzil olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları sahəni (yaşayış sahəsini) ən geci hərraca çıxarılanadək tərk etmələrini və ipoteka predmetini öz vəsaiti hesabına boşaltmalarını öhdəliyinə götürürlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iddia tələblərinə göstərilən maddi və prosessual qanun normalarına uyğun olaraq ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edərək, aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4.1.3-cü madələrinə görə əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun, ona hesablanmış faizlərin, Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə iddia tələbinin artırılması barədə ərizəni icraata götürüb qərardad qəbul etdikdən sonra araşdırmanı bu istiqamətdə apararaq, əlavə ekspertiza keçirmiş, ekspert qarşısında sualları həmin tələbə uyğun olaraq tərtib etmiş və müvafiq rəy almışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə qərardadına müvafiq olaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 15 fevral 2022-ci il tarixli 12 nömrəli Rəyin nəticə hissəsində qeyd olunur ki, Cavabdeh2 İddiaçı BOKT ASC-yə 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və ödəniş qəbzlərinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin bitdiyi tarixə, yəni 13 may 2018-ci il tarixə, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 19.07.2019-cu il tarixdə həmin borca görə ödənilən 25294,12 ABŞ dolları nəzərə alındıqda, (bu məbləğin 9056,71 ABŞ dolları faiz borcuna, 4754,14 ABŞ dolları Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış faiz borcuna, 11483,3 ABŞ dolları əsas borca silinmişdir) qalıq borcu 32093,77 (otuz iki min doxsan üç dollar yetmiş yeddi sent) ABŞ dolları təşkil edir. Müqavilə müddəti bitənə qədər hesablanmış faiz borcu cədvəl məlumatlarından göründüyü kimi tamamilə silinmiş və müqavilə müddəti bitəndən sonra Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış faiz borcu, yəni əldən çıxmış fayda (qalıq borca görə hesablanan faiz məbləği nəzərə alınmadan) 4831,45 (dörd min səkkiz yüz otuz bir dollar qırx beş sent) ABŞ dolları və 19050,00 (on doqquz min əlli dollar) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi borcu 55975,22 (əlli beş min doqquz yüz yetmiş beş dollar iyirmi iki sent) (32093.77+4831,45+19050,00) ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli, 12 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (X5rşı işi üzrə” 16 fevral 2010cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Ona görə də, məhkəmə qeyd olunan rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib, həmin rəylə razılaşaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbi qalıq və cərimə borcuna dair hissədə qismən təmin edilərək, qalıq borc üzrə 32093.77 (otuz iki min doxsan üç dollar, yetmiş yeddi sent) ABŞ dolları, cərimə borcuna görə 4831.45 (dörd min səkkiz yüz otuz bir dollar, qırx beş sent) ABŞ dolları müəyyən edilməli, müqavilə müddəti bitənə qədər hesablanmış faiz borcuna dair hissədə isə təmin edilməməlidir. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, İddiaçı BOKT ASC dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məzmunundan göründüyü kimi dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Kredit müqaviləsi üzrə kreditorun müqavilə müddətində çəkdiyi mümkün zərər müqavilədə əsas borca görə nəzərdə tutulan faiz məbləğinin vaxtında ödənilməməsidir. Belə ki, kredit müqaviləsinə görə borcluya verilmiş kredit məbləğinin ödənilməsi gecikdirilsə də bu məbləğə görə müqavilə müddətində faizlərin hesablanması əsas borca münasibətdə aparıldığından, yəni kreditorun mənafeyinə uyğun olaraq əsas borc dövriyyədə olmaqla faizlərə münasibətdə ona gəlir gətirdiyindən müqavilə müddətində kreditor əsas borca görə zərər çəkmir. Əsas borca görə faizlərin vaxtında ödənilməməsi kreditoru vaxtında əldə etməli olduğu pul məbləğini yenidən dövriyyəyə buraxmaqla gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorun icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 72093.72 (yetmiş iki min doxsan üç dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində tələb edilməsi, eyni zamanda ekspert tərəfindən həmin məbləğin 19050 (on doqquz min əlli) ABŞ dolları müəyyən edilməsi öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, iddiaçıya dəymiş zərərə münasibətdə qeyri-mütənasibdir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə dəbbə pulunun məbləği azaldılaraq, 1000 (bir min) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh1 qarşı iddia tələbinə də aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1 və 271.2-ci maddələri). İpoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Göründüyü kimi, ipoteka hüququ ikili xarakter daşımaqla bir tərəfdən girov saxlayanda əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Tərəflər arasında bağlanmış 2016/00310-01İP nömrəli İpoteka müqaviləsinin 2.2-ci bəndində mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan mənzilin ipotekanın predmetini təşkil etdiyinə görə iddiaçı tərəfindən iddia tələbini həmçinin Cavabdeh1 qarşı yönəltməsi qanuni və əsaslıdır. İddia tələbinin tutmanın Cavabdeh1 mülkiyyətində olan mənzilinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 110700 (bir yüz on min yeddi yüz) AZN müəyyən olunmaqla açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair hissələrində məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) ipoteka müqaviləsi bağlamışlar. Bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin cavabdehlərin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsi üzrə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Göründüyü kimi, qanunvericiliyin bu norması konkret şərtlər daxilində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildiyi və onun satıldığı halda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin hər hansı qeyd-şərt olmadan tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini müəyyən etmişdir ki, hazırkı iddia tələbinin həmin hissəsi tərəflər arasında bağlanmış Kredit və İpoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı olmuşdur. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə, iddiaçı tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin likvid qiymət müəyyən edilməklə açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına qalıq borcun iddiaçıya ödənilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracda satıldıqdan sonra cavabdehin 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair hissələrinə münasibətdə haqlıdır. Məhkəmə Cavabdeh2 məhkəməyə ünvanlandığı 25 oktyabr 2021-ci il tarixli ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-81-ci maddələrinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquqi normaya əsasən qiymət verilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsi onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdehin ərizəsində qeyd etdiyi dəlillər formal mülahizə xarakteri daşımaqla işin faktiki hallarına uyğun olmadığından məhkəmə həmin xüsüsatlara hüquqi qiymət vermir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzilin 07.10.2021-ci il tarixinə bazar dəyəri 123.000 (bir yüz iyirmi üç min) manat, likvid dəyəri isə 110.700 (bir yüz on min yeddi yüz) manat müəyyən edilmişdir. Ona görə də ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 oktyabr 2021-ci il tarixli, MB 14/1159 nömrəli qiymətləndirmə rəyi əsas götürülməli, ipoteka predmetlərinə tutma yönəldildikdə, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzilin ilkin satış qiyməti likvid qiyməti ilə 110.700 (bir yüz on min yeddi yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməlidir. Belə ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş əlavə Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 145.00 (bir yüz qırx beş manat sıfır qəpik) manat pulun 103.24 (yüz üç manat, iyirmi dörd qəpik) manatı İddiaçı BOKT ASCdən, 41.76 (qırx bir manat, yetmiş altı qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bununla yanaşı ipoteka predmetinin qiymətləndirilməsi üçün tədqiqatın dəyəri olan 300 (üç yüz) manatın 213.60 (iki yüz on üç manat, altmış qəpik) manatı İddiaçı BOKT ASC-dən, 86.40 (səksən altı manat, qırx qəpik) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 294.40 (iki yüz doxsan dörd manat qırx qəpik) manat dövlət rüsumunun 84.80 (səksən dörd manat, səksən qəpik) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh2 32093.77 (otuz iki min doxsan üç dollar, yetmiş yeddi sent) ABŞ dolları qalıq borc, 4831.45 (dörd min səkkiz yüz otuz bir dollar, qırx beş sent) ABŞ dolları uçot faiz dərəcəsinə əsasən hesablanmış faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 1000 (bir min) ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 37925.22 (otuz yeddi min doqquz yüz iyirmi beş dollar, iyirmi iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə İddiaçı BOKT ASC-yə ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 84.80 (səksən dörd manat, səksən qəpik) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, əlavə Məhkəməmühasibatlıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 145.00 (bir yüz qırx beş manat sıfır qəpik) manat pulun 103.24 (yüz üç manat, iyirmi dörd qəpik) manatı İddiaçı BOKT ASC-dən, 41.76 (qırx bir manat, yetmiş altı qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ipoteka predmetinin qiymətləndirilməsi üçün tədqiqatın dəyəri olan 300 (üç yüz) manatın 213.60 (iki yüz on üç manat, altmış qəpik) manatı İddiaçı BOKT ASC-dən, 86.40 (səksən altı manat, qırx qəpik) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilinin ilkin satış qiyməti 110700 (yüz on min yeddi yüz) manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalı, məhkəmə məsrəfləri tələblərin məbləğinə mütənasib olaraq tərəflərin hər ikisinə aid edilməli və iddia qalan hissələrdə təmin edilməməlidir. Nəticə hissəsi Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 233.1-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 32093,77 (otuz iki min doxsan üç dollar, yetmiş yeddi sent) ABŞ dolları qalıq borc, 4831.45 (dörd min səkkiz yüz otuz bir dollar, qırx beş sent) ABŞ dolları uçot faiz dərəcəsinə əsasən hesablanmış faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 1000 (bir min) ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla ümumilikdə 37925.22 (otuz yeddi min doqquz yüz iyirmi beş dollar, iyirmi iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilin ilkin satış qiyməti 110.700 (bir yüz on min yeddi yüz) manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxslər əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 294.40 (iki yüz doxsan dörd manat, qırx qəpik) manat dövlət rüsumunun 84.80 (səksən dörd manat, səksən qəpik) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 209.60 (iki yüz doqquz manat, altmış qəpik) manat məbləğində hissəsi iddiaçıya aid edilsin. Məhkəmə məsrəfləri tərəflərin hər ikisinə aid edilsin. Əlavə Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 145.00 (bir yüz qırx beş manat, sıfır qəpik) manat pulun 103.24 (yüz üç manat, iyirmi dörd qəpik) manatı İddiaçı BOKT ASC-dən, 41.76 (qırx bir manat, yetmiş altı qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ******************** , SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat pulun 213.60 (iki yüz on üç manat, altmış qəpik) manatı İddiaçı BOKT ASCdən və 86.40 (səksən altı manat, qırx qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (H/h: № AZ33İBAZ********************, M/h – AZ03NABZ013501**********2944, Kod – 805562, S.W.İ.F.T BİK:– İBAZAZ2X) ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-1/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-1/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver