Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-1/2025 13.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nəqarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 17 may 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən (keçmiş Gəmiqaya Şirkəti MMC-dən) 79,473 (yetmiş doqquz min dörd yüz yetmiş üç) manat borcun, “Naxçıvan Bank ASC”- dən götürdüyü 40,000 (qırx min) istehlak kreditinin bu günə qədər 13 aylıq faizi 7150 (yeddi min yüz əlli) manat pulun və dövlət rüsumu qismində ödədiyi 400 manat pulun, ümumilikdə 87,023 (səksən yeddi min iyirmi üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhəri "xxxx" MMC-nin müdiri Volkan Özer ilə 19 saylı podrat müqaviləsi bağladığını, müqavilə bağladıqdan sonra “Təmir dizayner tərtibatçı” olaraq fəaliyyət göstərməyə başladığını, bir müddət işlədikdən sonra şikrət və şikrət memarları tərəfindən işinin bəyənilməyə başlandığını daha sonra xx.xx.2022-ci il tarixdə, yenidən 24 saylı podrat müqaviləsi bağlayaraq Naxçıvan Bank ASC-dən 40000 ( qırx min) manat məbləğində pul götürərək işinə davam etdiyini, 2022-ci ilin mart ayının 29-dan onun öz vəsaiti hesabına işini qurub işçilərinə vaxtlı-vaxtında ödənişləri etdiyini, may ayında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsininin əməkdaşının fəaliyyət göstərdiyi obyekdə gələrək ordada bəzi yoxlamalar apardığını, tərəfindən aparılan işlərin müqaviləyə uyğun olmasının müəyyən olunduğunu, yoxlamalardan sonra Gəmiqaya Şirkətinin onun qoyduğu pulu, xx.xx.2022-ci il tarixdə 22000 (iyirmi iki min) manatı ona ödədiyini, may ayından-oktyabr ayına kimi şirkətə məxsus olan obyektdə astar kağız yapışdırılması, məcun, dekarativ künclərin boyanması, divarların boyanması, sıradan çıxmış dekorativ künclərin təmiri və yenisi ilə əvəz olunması və digər günlük müxtəlif təmir işlərinin görüldüyünü, həmin vaxt komitənin işçisi Sabitin onun yanında ölçüləri apardığını, ölçüləri kəsir yazdığını ona bildirsə də onun "xxxx" deyərək bildirdiyini, sonradan Gəmiqaya Şirkətinin əməkdaşı Asəfin yenidən ölçüləri apararaq Komitəyə təhvil versədə ölçülərin dəyişdirilmədiyini, kəsir olaraq yazıldığını, onun işlərin yenidən ölçülərək düzgün qaydada yazılmasını tələb etdiyini, həmin işlərin görülməsi üçün öz vəsaitindən cəmi 161.557 manat pul xərcləndiyini, bu məbləğdən 82.084 manatın şirkətin ona geri ödədiyini, lakin 79.473 manat borcun bu günə qədər hələ də ödənilmədiyini, uzun müddət keçəyinə baxmayaraq o şirkətdən pulunu istəsə də, ona 3-cü tərəf tərəfindən pul ödənilmədiyindən ona pulunu ödəyə bilmədiklərinin bildirildiyini, lakin onlar müqavilə bağladığı zaman həmin müqavilədə 3-cü şəxs olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsininin adının keçmədiyini, bu müddət ərzində onun işçilərinin əmək haqqlarını və bütün tutquları vaxtlı-vaxtında ödədiyini, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsininin texnazoru Sabit adlı şəxsin ölçü aparan zaman ölçüləri az yazdığını, may ayında görülən işi həmin Sabit adlı şəxsin dekabr ayında işi görülməmiş kimi qeyd edərək işi ölçüyə salmadığını, Naxçıvan Bank ASC-dən götürdüyü 40000(qırx min) manat pula onun hər ay 550 manat faiz ödədiyini, xx.xx.2021-ci il tarixli, 19 nömrəli podrat müqaviləsinin 3.1.3-cü maddəsinə əsasən İcra olunmuş işin dəyərininin ödənilməli olduğunu, həmin müqavilənin 4.1-ci bəndinə əsasən görülən işlərin həcminin Tərəflərin birgə iştirakı ilə müəyyən edildiyini və işlərin görülməsinə dair muzdun Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edildiyini və (12) ay müddətində ödəmə həyata keçirildiyini, 4.2. Hazırkı Müqavilə üzrə hesablaşmaların bank hesabına köçürmə yolu ilə həyata keçirildiyini, 4.3. Hesablaşmanın Azərbaycan manatı ilə ödənildiyini, əlavə olaraq, X25ndə abadlıq işləri görüldüyünü, həmin işlərin ölçülməmiş, lakin iş yerində olaraq qaldığını, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət olunaraq müvafiq arayış alındığını bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385, 442, 443, 449 və 752-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-86/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə3 17 iyul 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə öhdəliyin icra müddətinin başa çatmaması səbəbilə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə3 etiraz ərizəsində Arkozun "Naxçıvançay Vadisində abadlıq işləri" üzrə Dövlət Satınalma Layihəsində Podratçı kimi çıxış etdiyini, həmin Layihənin icrası məqsədilə sifarişçi qismində işlərin görülməsi ilə əlaqədar iddiaçı ilə Arkoz arasında 19 saylı, 23 oktyabr 2021-ci il tarixli və 24 saylı, 10 mart 2022-ci il tarixli Podrat Müqavilələrinin (bundan sonra "Müqavilə”) imzalandığını, belə ki, a) 19 saylı Müqavilənin m.5.2-ə əsasən, işlərin icra müddətinin xx/xx/2021-xx/xx/2022-ci il aralığında müəyyən edildiyini, Müqavilə üzrə işlərin cavabdeh tərəfindən icra edildiyini, tərəflər arasında xx/xx/2022-ci il tarixli yerinə yetirilmiş işlər ilə əlaqədar Akt (Forma 2) tərtib edildiyini, həmin Akta əsasən iddiaçının xx/xx/2022ci il tarixli elektron qaimə-faktura təqdim etdiyini və Arkoz tərəfindən xx/xx/2022-ci il tarixində 22 003,30 AZN məbləğində ödənişin həyata keçirildiyini (qoşma 1), b)24 saylı Müqavilənin 5.2-ci maddəsinə əsasən, işlərin icra müddətinin xx/xx/2021-xx/xx/2022-ci il aralığında müəyyən edildiyini, Müqavilə üzrə işlərin cavabdeh tərəfindən icra edildiyini, tərəflər arasında xx/xx/2022-ci il tarixli yerinə yetirilmiş işlər ilə əlaqədar Akt (Forma 2) tərtib edildiyini, həmin Akta əsasən iddiaçının xx/xx/2022-ci il tarixli elektron qaimə-faktura təqdim etdiyini və Arkoz tərəfindən xx/xx/2022-ci il tarixində 60 092,75 AZN məbləğində ödəniş həyata keçirildiyini (qoşma 2), c)Qoşma sənədlərdən də aydın olduğu kimi tərəflər arasında işlərin yerinə yetirilməsi ilə əlaqədar Aktlar imzalandığını və müvafiq olaraq ödənişlər edildiyini, iddiaçının 19 saylı Müqaviləyə əlavə etmiş olduğu işlərin siyahısının həmin Müqavilənin tərkib hissəsi olmadığını, sadəcə birtərəfli qaydada iddiaçı tərəfindən Müqaviləyə qoşma şəklində əlavə edildiyini, iddiaçı tərəfindən iddia tələbində tutulmasının xahiş edildiyini, ödənişi təsdiq edən işlərin yerinə yetirilməsinə dair hər iki tərəf tərəfindən təsdiqlənmiş hər hansı bir yazılı sübutun iş üzrə materiallara əlavə edilmədiyini, 19 saylı Müqavilə üzrə Arkozun müqavilə üzrə öhdəliklərin vaxtında tam formada yerinə yetirdiyini (qoşma 1), bununla da, Müqavilənin m.5.1-ə əsasən, tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra Müqavilənin öz hüquqi qüvvəsini itirdiyini, həmin Müqavilə üzrə öhdəliklər qarşılıqlı formada tam yerinə yetirildikdən sonra Tərəflər arasında 24 saylı Müqavilə bağlandığını, əlavə olaraq, 24 saylı Müqavilənin 4.1-ci maddəsinə əsasən, görülən işlərin həcminin Tərəflərin birgə iştirakı ilə müəyyən edildiyini və işlərin görülməsinə dair muzdun Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edildiyini və 12 (on iki) ay ərzində isə ödəmənin həyata keçirildiyini, Müqavilənin 4.1-ci maddəsində ödənişlərin müvafiq hesab-faktura təqdim edildikdən sonra 12 aylıq müddət ərzində həyata keçirilməli olduğunu, yəni tərəflər arasında işlərin yerinə yetirilməsinə dair Akt tərtib edildikdən və buna uyğun hesab-faktura təqdim edildikdən və iddiaçının pul tələbi ilə əlaqədar müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müraciət edə biləcəyini, odur ki, Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditorun müddət çatanadək onun icrasını tələb edə bilməyəcəyini, lakin borclunun onu vaxtından əvvəl icra edə biləcəyini, maddənin şərhindən də aydın olduğu kimi, Müqavilədə öhdəliyin icra müddəti müəyyənləşdirildiyinə görə iddiaçının müddət başa çatanadək onun icrasını tələb edə bilməyəcəyini, iddiaçının “24 saylı Podrat Müqaviləsi bağlandıqdan sonra "xxxx" ASCdən 40000,00 (qırx min) AZN məbləğində istehlak krediti götürdüyünü və əldə etdiyi krediti qeyd edilən müqavilə üzrə çəkilmiş xərclərə sərf etdiyini” qeyd etdiyini, iddiaçı ilə Arkoz arasında 19 saylı 23 oktyabr 2021-ci il tarixli və 24 saylı 10 mart 2022-ci il tarixli Podrat Müqavilələrinin bağlandığını, lakin iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" ASC tərəfindən verilən 05 may 2023-cü il tarixli, 625 nömrəli arayışdan da göründüyü kimi iddiaçı və bank arasındakı kredit müqaviləsinin xx/xx/2021-ci il tarixində bağlandığını, yəni müqavilənin bağlanma tarixindən iddiaçının əldə etdiyi kreditin Müqavilə bağlanılmamışdan əvvəl əldə edildiyinin aydın olduğunu, eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə həmin kreditin görülən işlər ilə bağlı çəkilməsini təsdiq edən heç bir sübutun olmadığını, odur ki, MPM m.77-ə əsasən, hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, lakin iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar istinad etdiyi halların sübuta yetirilmədiyini, əlavə olaraq, MM m.443-ə əsasən, öhdəliyi icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qaydanın qüvvədə olmadığını, maddənin şərhindən zərərin əvəzinin ödənilməsinin borclu tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində yarandığının aydın olduğunu, MM m.442-ə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımi icra edilməməsinin anlaşıldığını, Arkoz tərəfindən müqavilə üzrə öhdəliklər pozulmadığı üçün iddiaçının tələbinin əsassız olduğunu və sübuta yetirilmədiyini, həmçinin, Müqavilədə borclunun üzərinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar öhdəlik müəyyənləşdirilmədiyini bildirərək ərizəsini əsaslandırmışdır. İddiaçı və iddiaçının vəkili-nümayəndəsi Vəkil 23 avqust 2023-cü il tarixdə daxil olmuş ekspertizanın təyin edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edərək "Naxçıvançay Vadisi, istirahət mərkəzində aşağıda adları qeyd edilən işlərin neçə kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, neçə kv.m-ə astar kağızı vurulması, neçə metrə astar kağızı, neçə metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, neçə kv.m-ə arko kəmərin işlənməsi, neçə kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, neçə metrə 21 sm lepkaların sürtülüb boyanması, neçə kv.m-ə 28 sm lepkaların sürtülüb vurulması, neçə metrə Gipsdən hazırlanmış 3-lük kant vurulması, neçə kv.m-ə astar divar kağızı vurulması işlərinin görülməsinin və görülən işlərin material və işçilik qiymətlərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qəradad çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı və iddiaçının vəkili-nümayəndəsi Vəkil 23 avqust 2023-cü il tarixdə (1-ci) iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı cavabdeh "xxxx" MMC-dən (keçmiş Gəmiqaya Şirkəti MMC-dən) 79,473 (yetmiş doqquz min dörd yüz yetmiş üç) manat borcun, "xxxx" ASC- dən götürdüyü 40,000 (qırx min) istehlak kreditinin bu günə qədər 13 aylıq faizi 7150.00 (yeddi min yüz əlli) manat pulun və dövlət rüsumu qismində ödədiyi 400 manat pulun, ümumilikdə 87,023 (səksən yeddi min iyirmi üç) manat pulun "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi tələbini 19759.00 manat borc məbləğində artırılaraq ümumilikdə 106782 (yüz altı min yeddi yüz səksən iki) manat pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinin həcminin artırılması barədə ərizəni təmin edərək ərizədə göstərilən tələb həddində işə baxılmasını qərara almışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(123)- 86/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 881 nömrəli rəyi 29 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil 11 dekabr 2023-cü il tarixdə (2-ci) iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı cavabdeh "xxxx" MMC-dən (keçmiş Gəmiqaya Şirkəti MMC-dən) 79,473 (yetmiş doqquz min dörd yüz yetmiş üç) manat borcun, Naxçıvan Bank ASC dən götürdüyü 40,000 (qırx min) istehlak kreditinin bu günə qədər 13 aylıq faizi 7150.00 (yeddi min yüz əlli ) manat pulun və dövlət rüsumu qismində ödədiyi 400 manat pulun, ümumilikdə 87,023 (səksən yeddi min iyirmi üç) manat pulun alınıb "xxxx" MMCdən alınaraq İddiaçı verilməsi tələbini 19759.00 manat borc məbləğində artırılaraq ümumilikdə 106782 (Yüz altı min yeddi yüz səksən iki ) manat pulun "Arkoz İnşaat Şirkəti” MMC-dən alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia tələbinin 20273,00 (iyirmi min iki yüz yetmiş üç) manat məbləğində artıraraq ümumilikdə 127055.00 (yüz iyirmi yeddi min əlli beş) manat pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinin həcminin artırılması barədə ərizəni təmin edərək ərizədə göstərilən tələb həddində, yəni 127055.00 (yüz iyirmi yeddi min əlli beş) manat pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi tələbi həddində işə baxılmasını qərara almışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(123)- 86/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-nəqarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 3-16-16/2-10/736 nömrəli rəyi 06 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı və iddiaçının vəkili Vəkil 08 iyul 2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə üçüncü dəfə məhkəməyə ərizə ünvanlayaraq cavabdeh "xxxx" MMC-dən (keçmiş Gəmiqaya Şirkəti MMC-dən) görülmüş işlərə görə ödənilməmiş 131378.56 AZN (yüz otuz bir min üç yüz yetmiş səkkiz manat əlli altı qəpik) borcun, Naxçıvan Bank ASC-dən götürdüyü 40,000 (qırx min) biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19800.00 (on doqquz min səkkiz yüz) manat pulun və dövlət rüsumu qismində ödədiyi 400.00 manat pulun, ümumilikdə 151578.56 (yüz əlli bir min beş yüz yetmiş səkkiz manat əlli altı qəpik) AZN pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı və iddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinin həcminin artırılması barədə ərizəni təmin edərək ərizədə göstərilən tələb həddində işə baxılmasını qərara almışdır. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə3 17 iyul 2024-cü il tarixdə daxil olmuş təkrar ekspertizanın keçirilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək ekspert rəyi kifayət qədər əsaslı olmadığından, həmçinin ekspert rəyləri arasında ziddiyyət olduğundan təkrar ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)- 6/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-nəqarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 3-16-33-3/2-216/2024 nömrəli müşayiət məktubu ilə “Məhkəmə ekspertizasının aparılmasının mümkün olmaması barədə məlumat” 18 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)- 6/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının, həmçinin məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-9/9024/2024 və 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyləri xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)- 1/2025 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 12 iyun 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı onun Cavabdeh MMC-də Volkan Özer ilə müqavilə bağladıqdan sonra onların istirahət mərkəzi adlandırdıqları bir oteldə maliyar işləri görməyə başladığını, işçilərin maaşı da daxil olmaqla oradakı bütün materialları özünün təmin eləyib işə başladığını, onların ona avans verməyib, onun işə öz pulu ilə başladığını, gördüyü işlərin hər dəfəsində yerində ölçülüb və ona görə ona pul verildiyini, lakin hər dəfə də pulun yubadılaraq tam şəkildə verilmədiyini, axırıncı dəfə də ölçülər ölçüldüyünü amma düzgün ölçülmədiyini, buna etirazını bildirsə də ona “Ən son yerdə qalanı martda ölçüb sənə verəcəyik” deyildiyini, onlarla onun ölçülərinin heç birinin düzgün gəlmədiyini, onlar gəlib birinci “otuz min sənə borcumuz var, sonra qırx min, sonra qırx yeddi min olub” dediklərini, amma onda bunların əsasının olduğunu, proyekt üstündə işlədiyini, indiyə qədər görülən işlərin hamısının kvadratının çıxıldığını, dəfələrlə otaqlarda iş gördüyünü və ona “Yox biz bunu bəyənmirik” deyildiyini, minlərlə manat ona ziyan vurduqlarını, səkkiz aydan çoxdur ki, onun material aldığı yerlərə pul borclu olduğunu, fəhlələrə və ustalara pul ödənmədiyini, qış ayı olduğundan, ehtiyacları yarandığından onların pulunu verdiyini, bütün usta və fəhlələrin pulunu özünün ödədiyini, "xxxx"dan qırx min kredit götürüb usta və fəhlələrin pulunu verdiyini, əlindən gələn nəzakəti göstərdiyini ki, o fəhlələr şikayət etməsinlər, indi onun həm faiz ödədiyini, həm də pulunun hesablanmadığını, ortaya da heç kimin gəlmədiyini, Volkan Özer bəyin də “Dövlət pulu vermir ona görə mən də sənin pulunu verə bilmirəm” dediyini, onun da dəfələrlə “bizim bağladığımız müqavilədə üçüncü tərəf yer almır siz mənim pulumu ödəməlisiniz” dediyini, martın 3-də Nazirlər Kabinetinin qərarının çıxdığını, orada 2022-ci ildə olan borclar verilməsi deyildiyini, yenə Tikinti Komitəsinə getdiyini, Tikinti Komitəsinin sədrini tapdığını, ona son söz olaraq “Get şirkətə Volkan bəyə de ki sənə akt yazılsın, sənin pulun nədirsə dövlət tərəfindən ödənilsin” deyildiyini, şirkətə getdiyini, on gün onu fırlayıb “birinci gün gələrsən” dediklərini, ondan sonra ona “Məhkəməyə verməmisən?! get məhkəmədə sözünü de” dediklərini, onun da “neçə vaxt əvvəldən bunu deyərdin mən də işimi bilərdim, sən niyə deyirdin ki dövlət vermir, dövlət verir pulu sən niyə vermirsən?!” deyə bildirdiyini, bütün gördüyü işlərin nəticələrini qatıb-qarışdırdıqlarını, gördüyü işlərin yerində ölçülməsini xahiş etdiyini, sənəddə göstərilən bu ölçünü ölçən adamın şirkət tərəfindən təyin olunduğunu, ölçüb çıxardıb ona da qane olmadıqlarını, onun işini gördüyünü, tutaq ki, o yalan danışır, bugünkü gün o inşaatın içinə girilsə və komissiya təşkil olunsa hər şeyin ortada olacağını, şirkətin qalfasının olduğunu, orada şantiya şefinin olduğunu, hərdən ona “sən özbaşına iş görmüsən” deyildiyini, onun bir otaq özbaşına eləmişdirsə onun olduğunu, əlli ədəd hərəsi bir mənzilə bərabər otaqlar olduğunu, onun bu boyda işləri gördüyünü, bu boyda da işin təşkilatçılğını elədiyini burda onun qazancının nə olduğunu soruşduğunu, onun bu boyda ziyan elədiyini, onu müflisləşdirdiklərini, qırx min pul götürdüyünü, hər ay ona faiz verdiyini, ondan sonra gələn adamların hamısının pulunu mart ayı şirkətin verib ona “mart ayı sənin pulun veriləcək” deyildiyini, onun bu barədə Emin Uçarla da görüşdüyünü, Emin Uçarın ona “mənə bir neçə ay vaxt ver” dediyini, onun da bir neçə ay gözlədiyini, amma nəticədə heç kimin ortaya gəlmədiyini, heç kimin məsuliyyət hiss eləmədiyini ki, bu adamın pulu verilməlidir, iyirmi nəfər fəhlənin may ayında vergi pulu, sosial pulu daxil olmaqla iyirmi iki min pul ödənildiyini, Bakıdan qrup gətirdiklərini ki, havalanma çəksinlər, onların da qurtarmış olduğu otaqları başadək qıra-qıra getdiklərini, təzədən onun düzəltdiyini, ona “Biz bunu şüşə kimi, mebel üstü kimi istəyirik” dediklərini, onun üçün seçib məcun boyası, sətən boyasından istifadə elədiyini, hansı ki bu boyaların digər boyalardan baha olduğunu, o boyanı digər ucuz boyalarla müqayisə etdiklərini, Maliyyə Nazirliyindən komissiya təşkil olunduğunu, qramına qədər hamısının ölçüblər məsələn: qram tutubsa altı yüz qram, beş yüz əlli qram qeyd etdiklərini, onun “mən əlli qramı hardan alım bu işləyən vaxtı yuyulur gedir” dediyini, ona rağmən bunların razılaşıb yazdığı qiymət olduğunu, bütün onların hamısının ölçülüb yazıldığını, ədalətli baxılmasını məhkəmədən xahiş etdiyini, onun qiymət cədvəlində göstərilənləri normalarda göstərib ondan kənara çıxmadığını, 25 iyun 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı sübut kimi təqdim edəcəyi video görüntülərin həmin görülən işlər barədə olduğunu, bugünkü gün komissiya təşkil olunsa və yerində gedib baxış keçirilsə həmin o videodakı işlərin görüləcəyini, həmin iş üçün fakturalar və qəbzlər olduğunu, 24 iyul 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı müqaviləni tərtib edən tərəfin Gəmiqaya olduğunu, nə əksiyi varsa özünün tamamlamasını, qarşı tərəfi görülən işin olduğu yerə aktın yazılması üçün çağırdığını, heç kəsin gəlmədiyini, dəfələrlə möhtərəm hakimin dediyini nəzərə alaraq yerində ölçülməsi, aktlar yazılması üçün yaxınlaşdığını, hər şeyin bu qapıdan çıxanadək olduğunu, hələ qapıda onu buraxmasınlar deyə tapşırdıqlarını, guya onun gedib qapıda savaşdığını dediklərini, onun aktının yazılmasını, sənədlərinin düzgün şəkildə yerinə qoyulmasını istədiyini, heç kimlə şəxsi heç bir probleminin olmadığını, sadəcə düzgünlük istədiyini, ondan iş tələb etdiklərini, 20 nəfərin iş tələb etdiyini, hərənin əlində bir prejektornan iş tələb etdiyini, indi onun pulunun olmadığını dediyini, iş görən insanların haqqı verilsə onun 40000 də niyə götürməli olduğunu soruşduğunu, onun işini maksimum gördüyünü, ona “sənin işinin dəyərini martda yazıb verəcəyik” dediklərini, lakin heçnə vermədiklərini, şantiye şefi X23, Volkan Özerin özü və şirkətdən bir nümayəndənin gəlib onun işinə baxdıqlarını, işi yerində gördüyünə görə 22000 manat ödəniş ödədiklərini, həmçinin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin də təsdiqlədiyini, onun Naxçıvanın o vaxtkı halında, məsələn yazılmış kodların olduğunu ki, onun göstərdiyini, Cavabdeh MMC-nin bura gəldiyini və yazdığını, maliyyə nazirliyi təsdiq edəndən sonra da kodları gətirib ona verdiklərini, 3-cü adam gələndə onun kim olduğunu soruşduğunu, onun da cavabında “mən təsdiqləməyə gəlirəm” dediyini, məsələ ondadır ki, onların müqaviləsində 3-cü tərəfin olmadığını, onun pul ödəyib-ödəməməsinin ona maraqlı olmadığını, ödəniş ala bilmədiyi işlərin hər iki müqavilədən olduğunu, mart ayında 19 saylı müqaviləni yeniləyərək 24 saylı müqaviləni bağladıqlarını, cavabdeh tərəfin müqavilə üzrə görülmüş işlərin qiymətlərini Maliyyə Nazirliyi ilə razılaşdığını, Maliyyə Nazirliyinin bir divarın boyasını vurmağa 1 kvadratı 9 manatdan hesabladığını, bu şəkildə iddiaçıya deyildiyini, onun da qəbul etdiyini, özünün sahibkar olduğunu və VÖEN-nin də olduğunu, 79.473 manat borca uyğun olaraq işləri 2022-ci ilin dekabr ayında təhvil verdiyini, həmin tarixin hər iki müqavilə üzrə qarışıq olduğunu, 79.473 manat məbləğə qarşılıq olaraq işləri hər iki müqavilə üzrə dekabr ayının sonunda təhvil verdiyini, cavabdeh tərəfin ona “otaqları gör bitir” dediyini, ora qədər olan hissədə otağı bitirib təhvil verdiyini, amma ölçülüb qurtarılıb təhvil alınmadığını, onun 2022-ci il dekabr ayında işini görüb qurtardığını, qurtarandan sonra Volkan Özer, X26 və Sabit adlanan bir şəxsin gəldiklərini, baxdıqlarını, ölçdülər dediklərini və “sənin ölçün budu” dediklərini, onun da “ölçülər çox aşağıdır, düz gəlmir” dediyini, sonra cavabdeh tərəfin ona “martda sən gəl sənin aktını yazıb təhvil verəcəyik” dediyini, yazda, martda işə başlamağa gələcəyini, şirkətlərin bu hala düşəcəyini bilmədiyini, 23 avqust 2023-ci il tarixli məhkəmə iclasında İddiaçı mənim 90000 manat itkisi və borclarının olduğunu hesabladığını, onun onları ödəməli olduğunu, 90000 manat verilsə barşıq əldə edə biləcəyini, ona hədsiz ziyanlar vurulduğunu, onunən azından ortaya çıxan işi tələb etdiyini, komissiya təşkil olunsa, onun verdiyi rəqəmdən daha çox rəqəm çıxacağını, 17 iyul 2024-ci il tarixli məhkəmə iclasında iddiaçı Quliyev X4 Vadisi İstirahət mərkəzində görülmüş işlərlə bağlı cədvəli ikisinin tərtib etdiyini, amma Maliyyə Nazirliyinin cədvəli ilə eyni olduğunu, çünki həmin surəti onun Maliyyə Nazirliyindən aldığını, 15 avqust 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı müqavilədə nə qədər iş görəcəklərini göstərilmədiyini, onun da bu səbəbdən ekspertiza istədiyini, ona cavadeh tərəfin “başqa işlər də var yazaq sənin adına, pulunu götür, ver bizə” dediklərini, onun heç biri ilə razılaşmadığını, 2022-ci ilin dekabr ayında obyektdən çıxdığını, işlərin 2021-ci ildə başladığını, müqavilələrinin olduğunu, orada tarixin göründüyünü, obyektdən isə Cavabdeh MMC ilə bir vaxtda çıxdıqlarını, Aysel xanımın bütün gün obyektdə olduğunu, məsələn rəngləri Adəm və Ayselin seçdiyini, cavabdeh təşkilatın obyektdən, təxminən ondan on gün sonra, yəni 2022-ci ilin dekabr ayının 15-indən sonra çıxdığını, şəxsən Volkan Özerin özünün də gəlib “işi dayandırın” dediyini, Forma-2 sənədlərində göstərilən qiymətlərlə razı olduğunu, ekspertin çıxardığı həcmə də etiraz etmədiyini, ekspertin obyektdə apardığı tədqiqat zamanı tərtib etdiyi akta cavabdeh təşkilat tərəfindən iştirak etmiş şəxslərin də özü ilə birlikdə imza etdiyini, aktın özündə olmadığını, ekspertin apardığını, hətta ekspertin ilk dəfə ölçmə aparanda çox yüksək ölçülər çıxartdığını, onun ekspertə öz gördüyü işlərlə bağlı hansı hissədən sahənin başlandığını bildirdiyini, təkrar ölçmə aparmaqla həcmi müəyyənləşdirdiyini, qarşı tərəfin “proqram əsasında ölçülər hesablansın” dediyini, proqram əsasında ölçülər müəyyən edilsəydi, bu dəfə qiymətlərin çox daha yüksək çıxacağını, onda nə edəcəklərini soruşduğunu, ekspert obyektdə tədqiqat apararkən cavabdeh tərəfin bir neçə şəxs gətirdiyini ki, guya həmin hissəni onlar işləyiblər, amma həmin vaxt onun işinə baxmış Elçin adlı şəxsin də orada olduğunu, öz işçilərinin burada olduğunu dediyini, özlərinin gedib çağırdıqlarını və gəldiyini, onların yanında ekspertin ondan “haraları işləmisən?” deyə soruşduğunu, onun göstərdiyini, ekspertin işarə qoyduğunu, sonra ekspertin akt tərtib etdiyini və onun özü daxil, oradakı şəxslərin imzaladığını, aktın surətini məhkəmədə sonra ona lazım olacağını düşünmədiyi üçün almadığını, cavabdeh təşkilatın ona altmış min manat bir, iyirmi iki min manat isə bir olmaqla, səksən iki min manat pul ödədiyini, 01 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı qarşı tərəfin vəkili Cabirin ekspertiza aparılarkən problemlər yaratdığını, ekspertin gəldiyini, onlardan sonra boya işinin getdiyini, hər yeri boyadığını, məhkəmədə də “oranı əks etdirmir”dediyini, yəni onların yalan dediyini bildirdiyini, ekspertin divarları açdığını ki, həqiqətən ordadılar, bu səfər Cabir müəllimin “mənə sübut elə ki, burdadır” dediyini, ekspertin “mən indi camaatın divarlarını çapıb tökməliyəm yerə?” deyə sual verdiyini, Cabirin “iddiaçı sübut etsin ki, burdadır” dediyini, onların da “Biz kimik ki, camaatın divarını çapaq?” deyə sual verdiyini, onun ustaları çağırdığını, ustaların “bu işi biz görmüşük, bura qədər görmüşük” dediyini, onların özündə də rəsmi şəkildə videolar olduğunu, Cabir müəllimin ekspertizanın keçirilməsinə konkret olaraq imkan vermədiyini, ekspertlərə durmadan sual verdiyini ki, “Sualda hardan sübut olunur ki, Məlikin gördüyü işlərdir?”, onu qəbul eləmədiyini və ciddi mübahisələr yarandığını, onun evinin bankda olduğunu, onun onları satdığını, bankların bütün borclarını bağladığını, onların da çıxarışlarını sistemə vurduğunu ki, dəyərindən aşağı evini satıb borclarını bağladı görünsün, banklarda faizlərinin artıq dayandığını, banklardan ona vurulan zərərin bu çərçivədə tam hesablandığını, X2 onun heç nəyi olmadığını, evini həmin adama satdığını, 08 aprel 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı ekspert rəyi ilə razı olduğunu, müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdiyini, vəsatətini müdafiə etdiyini, təkrar ekspertizanın keçirilməsinə birmənalı olaraq razı olmadıqlarını bildirmişdir. 12 iyun 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsindən də göründüyü kimi tərəflər arasında podrat müqaviləsinin tərtib olunduğunu, həmin podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 161.557 manat dəyərində iş görüldüyünü, həmin işlərin kvadrat metrinin qiymətinin də Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qiymətlərlə hesablandığını, iddiaçının da qeyd etdiyi kimi həmin məbləğlərdən altmış min manat bir dəfə, iyirmi iki min manat da bir dəfə ödənildiyini, yerdə qalan 79.473 manat sifarişçinin borcu qaldığını, iddiaçının qeyd etdiyi kimi dəfələrlə digər aidiyyəti şəxslərə həmin görülmüş işlərin yerində ölçülməsi, aktlaşdırılması, tərtib edilməsi ilə bağlı müraciət edilsə də podratçının bu müraciətlərinə baxılmadığını və yerində işlər görülmədiyini, o işlərin ölçülüb qiymətləndirilməsi, ödənilməsi ilə bağlı hərəkətlərin qaldığını və bununla da podrat müqaviləsində göstərilən öhdəliklərin sifarişçi tərəfindən tam olaraq yerinə yetirilmədiyini, Podrat müqaviləsində öhdəlik kimi göstərilsə də, podratçı ilə sifarişçinin işin görülməsi ilə bağlı yekun akt tərtib etməli olduğunu, görülən işlərin ölçülməli və qiymətləndirilib ödənilməli olduğunu, lakin iddiaçının qeyd etdiyi kimi iddiaçı öz üzərinə düşən təklifi etsə də, sifarişçinin podratçının təkliflərinə cavab vermədiyini, 161.557 manatın iddiaçının iddia etdiyi məbləğ olduğunu, yəni yerində gördüyü, ölçdüyü və Maliyyə Nazirliyi tərəfindən hansı ki, görülən işlər qiymətləndirilir həmin qiymətlər əsasında vurulmuş və nəticə etibarı ilə çıxarılmış qiymət olduğunu, 161.557 manatın podrat müqaviləsində əksini tapmadığını, onun iddiaçının orada gördüyü və qiymətləndirdiyi işlər olduğunu, onların Səfiyar müəllimin dedikləri ilə razılaşdığını, iddiaçının iddia tələbinin faktiki hallarla təsdiq olunmalı olduğunu, iddiaçının “mən bu işi görmüşəm, bu məbləği almışam, yəni mənim aldığım məbləğ gördüyüm işin məbləğindən azdır və bu qədər borc yaranmışdır” deyə iddia etdiyini, bu gün o görülən işi gedib yerində müəyyən etməyin çətin olmadığını, digər hissədə “dövlət o pulu vermir” deyə qeyd edildiyini, Podrat müqaviləsində podratçının gördüyü işlərin müqavilədən də göründüyü kimi üçüncü tərəfə şərtli ödəməyə bağlanmadığını, burada iddiaçının heç işi kimin götürdüyünü tanımadığını, qarşı tərəfi sifarişçi kimi tanıdığını, faktiki olaraq görülən işlərin müəyyən olunmasını, hansı işdi, işin keyfiyyəti, hansı məbləğə görüldüyünün müəyyənləşdirilməsini xahiş etdiyini, 25 iyun 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil mülki qanunvericiliyə əsasən müqavilə üzrə tərəflər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda riskin onun üzərinə düşdüyünü, yəni cavabdeh tərəf iddiaçının pulunu vaxtında ödəmədiyindən iddiaçının işlətdiyi işçilərin pulunu ödəmək üçün bankdan kredit götürüb onlara əmək haqqı verdiyini, 24 iyul 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil ortada görülən işlərin adlarının qeyd olunduğu iki ədəd müqavilənin olduğunu, həmin müqavilələr üzrə 80000 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənildiyini, cavabdehin hər iki nümayəndəsinin eyni barışıq vədilə zaldan çıxdıqlarını, sonradan nə İddiaçı nə telefonlarını açdıqlarını, nədə ki qeyd edilən tarixdə qeyd edilən yerə gəldiklərini, indiki nümayəndənin verəcəyi sözün nə qədər etibarlı olacağını bilmədiyini, cavabdeh tərəfin iddia tərəfinə verdiyi etirazdan tərəflər arasında iki podrat müqaviləsinin bağlandığının göründüyünü, etiraz ərizəsində “müqavilələr üzrə 22003.30 və 60092.75 manatın podratçı tərəfindən tikinti obyektində görülmüş işlərlərin tam dəyəri olaraq müəyyən olunub ödənildiyini, belə ki, sifarişçi qismində çıxış edən cavabdeh tərəfin iddiaçıya hər hansı bir borcunun olmadığını, iddianın əsassız olduğunu və rədd olunmalı olduğunu” qeyd etdiklərini, həmçinin ərizədə “müqavilə üzrə görülmüş işlərin dəyərinin 12 ay ərzində ödənilməli olduğunu, bir tərəfdən müqavilələr üzrə ödənişlərin həyata keçirildiyini digər tərəfdən isə ödənişlərin həyata keçirilməsi üçün müəyyən müddətin olduğunu” bildirdiklərini, işin hallarının cavabdeh tərəfin nümayəndəsinə tam olaraq aydın olmadığını hesab etdiyini, işin faktiki hallarından, eləcədə daha öncəki məhkəmə iclaslarında iştirak edən keçmiş (digər) nümayəndələr tərəfindən verilən izahatlardan həmin tikinti obyektində iddiaçı tərərfindən görülmüş işlərlə bağlı tərəflər arasında bağlanan qarşılıqlı müqavilədə göstərildiyi kimi işlərin qəbulu ilə bağlı, yəni ordakı işlərin tam yekun görülməsi və qiymətləndirilməsi bağlı heçbir razılığın, təhvil-təslim aktının tərtib olunmadığının göründüyünü, həmçinin qeyd olunan həmin müqavilələr üzrə işin həcminin tərəflər arasında müəyyən olunmadığını, ona görə ki, işin həcmi ilə bağlı iddiaçı və cavabdeh tərəfin etibarlı münasibətə dayandıqlarını, konkret olaraq müqavilələrdə işin ümumi həcmi və növləri qeyd olunsada işlərin konkret həcmi məsələsi mənasında ölçü göstərilmədiyini, iddiaçının dediyinə görə dekabr ayından tərəflər arasında faktiki olaraq müqavilə üzrə öhdəliklər və vəzifələrə xitam olunduğunu, belə ki, dekabr ayından həmin tikinti obyektində mülkiyyətçinin dəyişdiyini, iddiaçının cavabdeh tərəfə görülmüş işlərin ümumi yekununun ölçülüb hesablanması ilə bağlı dəfələrlə etdiyi təkliflərin cavabdeh tərəfindən cavabsız qaldığını, podrat münasibətlərini tənzimləyən müvafiq qanunvericiliyə əsasən istər podratçı tərəfindən istərsədə sifarişçı tərəfindən müqavilə xitam olunarsa, işin haqqının tam olaraq ödənilməli olduğunu, göründüyü kimi iddiaçı tərəfindən verilən iddia ərizəsində işlərin həcmi və qiymətləri barədə məlumatların qeyd olunduğunu, həmin işlərin yalnız 1/3-i cavabdeh tərəfindən ödənildiyini, ona görə də iddiaçının məhkəməyə qeyrimüəyyənliklərin aradan qaldırılması üçün vəsatətlə müraciət etdiklərini, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən işlərin adlarının, növlərinin eləcədə ölçüləri və qiymətlərinin yerindəcə müəyyən olunması üçün məhkəmə tikinti ekspertizasının keçirilməsi qənaətində olduqlarını, bununla da iddiaçı tərəfindən verilən iddia ərizəsində və ona əlavə olunmuş cədvəldə qeyd olunan ölçüdə, həcmdə, növdə işlərin görülüb-görülmədiyinin müəyyənləşəcəyini, bir sözlə həmin tikinti obyektində bütün işlərin görülməsi ilə bağlı əlavə olunan cədvələ əsasən işlərin həcmi və işlərin növünün qiymətləndirilməsinin həyata keçirilməli olduğunu, cavabdeh tərəfin etiraz ərizəsində 22003.30 manat və 60092.75 manat ödəyərək, bu məbləğin “Naxçıvançay vadisi” istirahət mərkəzində iddiaçı tərəfdən görülən işlərin tam dəyərini əhatə etdiyini qeyd etdiklərini, halbuki tərəflər arasında təhvil-təslim aktı, işlərin icrasının qəbulu ilə bağlı heç bir qarşılıqlı sənədin mövcuduyətinin müəyyən olunmadığını, ona görə ki, iddiaçı tərəfin orda gördüyü işlərlə bağlı ödənilməli olan ödənişlərib göstərilən ödənişlərin 3 qatı olduğunu, eyni zamanda cavabdeh tərəfindən iddiaçı tərəfə həmin tikinti obyekti ilə bağlı yenidən iş təklif olunması, yeni işlərin görülməsi barədə hər hansı razılığa gəlinməsi məsələsinin də mümkünsüz olduğunu, 9.13, 0.91 kvadrat metrin cavabdeh tərəfin Maliyyə nazirliyi ilə razılaşdığı qiymət olduğunu, tələbin müqavilədən irəli gələn tələb olduğunu, təfsilatı ilə müəyyən olunması üçün tikinti-texniki ekspertizasının keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu, podratçı sifarişçiyə iş görən zaman nəyə görə sifarişçinin boyanın kvadratını 5 manatdan hesablandığını podratçıya bildirmədiyini soruşduğunu, iddiaçının qarşılıqlı etimada inanaraq hərəkət etdiyini, işlərin icrası zamanıda cavabdehin 60000, 20000 ödədiyini, həmin qiymətləri topdan ödəmədiyini, görülmüş işlərə görə ödədiyini, iddiaçının əlavəni tələb etdiyini, “mən iş görmüşəm” dediyini, baxılmalı və onun müəyyən edilməli olduğunu, podratçının yerinə yetirdiyi işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alındığını, podratçının sifarişçiyə təklif etdiyini, lakin sifarişçinin cavab vermədiyini, iddiaçının tələb etdiyi iddianın mahiyyətinin müqavilə öhdəliklərindən gəldiyini, görülən işlərin sifarişçi tərəfindən işlərin icrasının ləğvinə dair akt imzalanmaqla sifarişçi tərəfindən qəbul edildiyini, müqavilədə işlərin adlarının göstərildiyini, cavabdeh tərəfin manipulyasiya etdiyini, müqavilənin predmetinin 19 saylı müqavilənin 1.1-ci bəndində “Gəmiqaya MMC işlərin görülməsini razılaşdırmaqla podratçıya sifariş verir, podratçı isə sifarişçinin müəyyən etdiyi qaydada divarlara ikiqat boya vurulması, üzərinə dekorativ boya vurulması, divar kağızı üzərinə slikonlu boya vurulması və divar kağızının vurulması işlərinin görülməsini öhdəsinə götürür” kimi qeyd olunduğunu, iddiaçının “tərəflər arasında müqavilənin pozulduğunu” bəyan etdiyini, mediasiya prosesinin pretenziyanı əhatə etdiyini, qanunvericilikdə “tərəflər müqavilə üzrə öhdəliklərini pozursa, podratçı sifarişçidən gördüyü işi tələb edə bilir” ifadəsinin olduğunu, bitmə tarixi olaraq yox, müqavilənin 2022-ci ilin martında bağlandığını, vaxtının 2023-ci ilin martında başa çatdığını, müqavilədə tələb kimi “işlər qəbul olunmalıdır” qeyd olunduğunu, amma sifarişçinin gəlmədiyini, iddiaçının işini gördüyünü və pulunu tələb etdiyini, 23 avqust 2023-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil on doqquz minə aid cədvəli iddiaçının hazırladığını, cavabdeh tərəfin dediyi faiz məbləğin ilkin iddiada göstərildiyini, mübahisə olunan, məhkəmənin elan etdiyi iddia tələbinin artırılması olduğunu, 19000 neçə yüz manat olduğunu, orada faizlə əlaqəsi olmadığını, 19000 manatın da həmin Naxçıvançay vadisində görülmüş işlərin dəyəri olduğunu, iddiaçı “həmin kvadrat metrlə də işlər bu qiymətə görülmüşdür” deyə qeyd etdiyini, iddiaçı tərəfindən qəbul edildiyini, iddiaçının bu halı sonradan müəyyən etdiyini ki, orada belə işlər görüldüyünü, podrat müqaviləsində həmin işlərin adının olduğunu, iddiaçının unutduğunu, sonradan müəyyən etdiyini, tərəflər arasında bağlanılmış, məhkəməyə sübut kimi təqdim edilmiş iki podrat müqaviləsinin olduğunu, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 fikrinə və etirazına ekspertizanın təyin olunması barədə vəsatətdə cavab verildiyini hesab etdiyini, çünki cavabdehin həmin müqavilədə qeyd olunan işlər görülmədiyini iddia etdiyini, hər bir müqavilədə hansı işlər görüləcəyinin yazıldığını, ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətdə hansı işlərin ölçülməsi təklif olunursa, həmin işlərin podrat müqavilələrində adlı olaraq göstərildiyini, cavabdeh tərəfin hansı məntiqlə müqaviləni yox saydıqlarını soruşduğunu, müqavilələrdə konkret olaraq bu gün həmin cavabdeh kimi məhkəmədə tanınmış “Arkoz İnşaat Şirkətinin” hüquqi varisinin imzasının olduğunu, bu gün mübahisənin həmin müqavilələrdə müəyyənləşdirilmiş şərtləri cavabdeh tərəfin, yəni sifarişçinin düzgün yerinə yetirməməsi, qərəzli olması olduğunu, hansı hissədə iddiaçı tərəfindən həmin tikinti obyektində görülmüş işlərin cavabdeh tərəfindən qəbul edilmədiyini soruşduğunu, hansı ki birbaşa müqavilənin şərti olduğunu, cavabdeh tərəf işləri qurtaranda işlərin təhvil-təslim aktını tərtib edib işləri qəbul etdiklərini, bu gün orada işlərin həcmi və ya qiyməti müəyyən edilmirsə, iddiaçının “mən orada bir milyon manatlıq iş görmüşəm” deyə iddia edə biləcəyini, müqavilənin mövcudluğunu onların etiraf etdiyini, bu gün o müqavilənin cavabdeh tərəfindən yox sayılmasının və tanınmamasının heç bir hüquqi əsasının olmadığını, ortada bir müqavilə nin olduğunu və həmin müqavilədə görülmüş işlərin dəyəri və həcminin müəyyən olunmadığını, qırx yeddi min pul təklifinin edilməsinin cavabdehin digər nümayəndələri Nümayəndə1 və Nümayəndə2 aid olduğunu, oradakı həmin halın iki nümayəndəyə aid olduğunu, onun onları nəzərdə tutduğunu, nümayəndələri sıraladığını, vəkilə aid olanların da olduğunu, ancaq orada dediyi halın cavabdehin digər iki nümayəndəsinə aid olduğunu, ancaq cavabdehin vəkili Cabirin də iddiaçı tərəflə prosesdən kənar danışıqda qırx yeddi min təklif etdiyini, iki nümayəndənin və vəkilin də qırx yeddi min pul təklif etdiyini, onun cavabdehin vəkilinin fikrindən “İddia tələbinin əsası kimi məhkəməyə təqdim olunan podrat müqaviləsində tərəflərin heç bir öhdəliyi müəyyən olunmayıb” kimi başa düşdüyünü, təmsil etdiyi o hüquqi şəxsin buradakı imzanı aldadaraq atdığını soruşduğunu, yaxud da bu müqavilədə yazılanları nə hesab etdiklərini soruşduğunu, təmsil etdiyi şəxsin məhkəməyə təqdim olunmuş 19 və 24 saylı müqavilələrinin altına imza edib, möhür vurduğunu, cavabdeh tərəfin bu imza və möhürün saxta olduğunu iddia etdiyini yoxsa onun hüquqi əhəmiyyəti olmadığını iddia etdiyini soruşduğunu, onların predmetin olmadığını dediyini, burada predmetin də olduğunu, onun qarşı tərəfin verdiyi izahata yanaşdığını, yoxsa burada podratçının öz hüquq və vəzifələrini bildiyi kimi podrat müqaviləsində hər şeyin əhatə olunduğunu, orada podratçının, sifarişçinin konkret olaraq aydın şəkildə hüquq və vəzifələrinin müəyyən olunduğunu, qarşı tərəfin dediyi “işin həcmi və qiyməti müəyyən olunmayıb” ifadəsi ilə tamamilə razılaşdığını, iş üzrə 60000 və 20000 ödənilmiş həmin məbləğ, hansı ki müqavilələr üzrə tərəflər arasındakı Maliyyə Nazirliyi tərəfindən müvafiq işlər üzrə qiymətləndirilmiş və tərəflərə təqdim olunmuş qiymətlər arasında razılığa gəlindiyini və sifarişçinin bu məbləği ödədiyini, podratçının da həmin məbləğdə işləri qəbul etdiyini, lakin həmin podrat müqavilələri üzrə müqavilədə tərəflərin, xüsusilə də sifarişçinin üzərinə götürdüyü podratçının gördüyü işi qəbul etməli olduğunu, podratçının gördüyü işlərin icra olunma aktını tərtib edib qəbul etməli olduğunu, bu halların, bu faktların müəyyən olmadığını, podratçının orada görülmüş işləri, onun çəkdiyi xərcləri sifarişçinin qəbul etmədiyini iddia etdiyini, qərəzli olaraq həmin işlərin pulunu ödəmək istəmədiyini və həmin iddianın əsasını təşkil edən səbəbin də bu olduğunu, işlərin icra olunma aktı ilə bağlı cavabdehin nəsə bir sübutu, sənədi varsa, təqdim etməsini tələb etdiyini, cavabdeh tərəfin etirazlarında tamamilə absurd, işin mahiyyətinə uyğun olmayan, mövcud müqavilə şərtlərinə heç bir halda uymayan hallara istinad etdiyini, hazırkı mübahisənin yeganə ədalətli həllinin ekspertizanın keçirilməsi və orada həqiqətin işlərin görülməsi və həmin işlərin qiymətləndirilməsindən keçdiyini hesab etdiyini, ancaq həmin yerdə iddiaçı tərəfindən görülmüş işlərin ölçülməsi və qiymətləndirilməsi barədə məhkəmə-tikinti ekspertizanın keçirilməsinin labüd olduğunu, 15 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili Vəkil cavabdeh tərəfin iddiaçının qeyd etdiyi Aysel xanımı tanımaq məcburiyyəti olmadığını, cavabdeh tərəfi manipulyasiya etməməyə dəvət etdiyini, hazırkı vəziyyətdə tərəflər arasında olan müqavilədə işlərin qeyd olunduğunu, lakin işlərin nə ölçülərinin, nə də qiymətlərinin öz əksini tapmadığını, cavabdeh tərəfi “sənəddə göstərilən həcmdə işlər görülüb və qiymət ödənilib” deyə iddia etdiyini, iddiaçının isə daha artıq həcmdə işlər gördüyünü dediyini, ekspertin isə obyektdə cavabdeh tərəfin iddia etdiyi ölçülərdən artıq işlər görüldüyünü qeyd etdiyini, bəs artıq görülən işləri kimin etdiyini soruşduğunu, müqavilədə “qalanını cavabdeh təşkilat edəcək” deyə bir şərtin olmadığını, iddiaçının isə artıq həcmdə olan işləri özünün gördüyünü bildirdiyini, ekspertin öz metodu ilə ölçmələr aparıb dəqiq qiymətlər müəyyən etdiyini, əgər qarşı tərəf orada iştirak edib mülahizəsini bildirməyibsə, qanunvericilik də nəzərdə tutur ki, həmin hal ilə razılaşmış sayıldıqlarını, 01 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili Vəkil ekspertizanın keçirilməsində onun da iştirak etdiyini, cavabdeh tərəfin vəkilinin orda “məhkəmə qərardadında işlərin İddiaçı tərəfindən görülməsi hardan bilinir? Nə bilirsən bu işi Məlik görübdür? deyə sual verdiyini, ekspert istəsəydi orda ekspertizanı keçirə biləcəyini, onun rəsmi səviyyədə ekspert barəsində aidiyyəti orqanlara müraciət edəcəyini, cavabdeh tərəfin yeganə irad tutduğunun “məhkəmə niyə qərarında göstərib ki, İddiaçı tərəfindən görülmüş işlər” olduğunu, cavabdeh tərəfin “ekspert, sən hardan bilirsən ki bu işləri Məlik görüb?” deyə soruşduğunu, onun orada hüquqşünas kimi “İddiaçı tərəfindən görülən o deməkdir ki, İddiaçı bu işlərin görüldüyünü iddia edir” deyərək izah etmək istədiyini, 08 aprel 2025ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili Vəkil işin halları ilə bağlı artıq 4-cü ekspertizanın keçiriləcəyini, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sualların, həmin işlərin orda mövcudluğunun, işlərin ölçüsü və qiymətləndirilməsinin tam olaraq aparılıb məhkəməyə təqdim olunduğunu hesab etdiyini, hazırkı vəsatətin tamamilə əsassız olduğunu, ekspert qarşısında qoyulmuş sualların hərtərəfli tam cavablandırıldığını bildirmişdir. 12 iyun 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Abışov X5 Çay Vadisi deyilən ərazidə 2021-ci ildə podrat müqaviləsi bağlandığını, lakin həmin müqavilədə konkret görüləcək işin dəyərinin göstərilmədiyini, müqavilədə zəruri şərtlərdən birinin müqavilənin dəyəri və hansı işlərin hansı qiymətə görüləcəyinin göstərilməli olduğunu, bunların müqavilədə göstərilmədiyini, bu görülən işlərlə əlaqədar forma 2 hazırlananda Tikinti Komitəsinin yəni sifarişçi təşkilatın nümayəndəsinin də imza atdığını ki, “Arkoz İnşaat” onun icraçısıdır, ona münasibətdə nə işlər gördüklərini soruşduğunu, birinci dəfə görülən işlərlə əlaqədar iyirmi iki min manatın ödənildiyini və elektron qaiməsinin də olduğunu, ikinci dəfə görülən işlərin yoxlanılıb, forma ikidə altmış min manat dəyərində iş görüldüyünün müəyyənləşdirildiyini və görülən işlə əlaqədar altmış min ödənildiyini və onun da elektron formada küçürüldüyünü, ümumilikdə səksən iki min manat pul ödənildiyini, mediasiya keçiriləndə orada onların şirkət rəhbərinin “Müəllim bu işlər görülübdür və görülən işlərin də dəyəri ödənilibdir. Bunlar əlavə işlər də görübsə Komitənin nümayəndəsi gəlib yoxlamalıdır və nə desələr biz yerinə yetirməyə hazırıq” dediyini, yəni bu məsələni onların mediasiyada müzakirə elədiyini və onların rəhbəri Volkan müəllimin “Kiminsə haqqını yemək olmaz ,düzdür, gördüyü işlərin haqqını vermişik, lakin orda haqqı ödənilməmiş nə iş qalıbsa forma 2 tərtib olunsun və onun əsasında biz o pulu verək” dediyini, indi iddiaçının da əlavə 79.473 manat pulun ödənilməsini tələb etdiyini, axı bunun üçün bir əsasın olmalı olduğunu çünki artıq da deyə biləcəyini, buna görə də yoxlanılmasını, aktlaşdırılmasını, nə olsa ödəməyə hazır olduqlarını bildirmişdir. 25 iyun 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfin dediyi ödənişlərin, görülmüş işlərlə bağlı elektron qaimənin, təhvil-təslim aktlarının növbəti məhkəmə prosesində təqdim edilməsini xahiş etdiyini, ikinci bir məsələnin istehlak krediti ilə bağlı olduğunu, buna aydınlıq gətirmələrini istədiyini, üçüncü məsələnin isə video görüntülərlə bağlı olduğunu, yəni bu görüntülərin rəsmi olaraq hansısa faktı təsdiq edib-etmədiyini soruşduğunu, ən əsası görülən işlərlə bağlı sənədlərlə tanış olmaq istədiyini, digər sənədləri və sübutları təqdim etmələrini tələb etdiyini, tərəflər arasında müqavilə bağlandığını, müqavilədə o işlərin görülüb-görülməməsi ilə bağlı təhvil-təslim aktının təqdim olunmalı olduğunu, görülən işin hansısa cədvəllə deyil, təsdiq olunmuş formada təqdim edilməli olduğunu bildirmişdir. 24 iyul 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 ekspertizanın keçirilməsi barədə vəsatətin rədd edilməli olduğunu, ona görə ki, qeyd elədiyi kimi onların hələ də müqavilənin olub-olmadığını müəyyən edə bilmədiklərini, çünki müqavilənin 5.2-ci maddəsində “müqavilənin qiyməti əlavələrlə, təhvil-təslim aktları ilə müəyyən olunur” ifadəsinin qeyd olunduğunu, onun heç bir təhvil-təslim aktı görmədiyini, yəni yazıb göndəriblərmi bilmədiyini, birincisi bu işlərin görülməsi ilə bağlı ortada razılaşdırılmış uzlaşma yəni müqavilənin olmadığını, ikincisi müqavilə olsa belə təhvil-təslim aktının olmadığını, ona görədə bu barədə ümumiyyətlə ekspertizanın aparılmasının heç nəyi müəyyən etməyəcəyini hesab etdiyini, iddiaçı tərəfin iddianı o zaman səhv verdiyini, bunun etibarnaməsiz iş görmə olduğunu, müqavilə üzrə tələb olmadığını, iddiaçının istehlakçı olmadığını, onun sahibkar olaraq bu sahədə fəaliyyət göstərdiyini, bunun da kommersiya mübahisəsi olduğunu, bilmirdim deyə bilməyəcəyini, vaxtında müqaviləni onun tələb etməli olduğunu, istehlakçı hüquqları ilə bağlı məsələ olmadığını, etirazın əlavəsində, razılaşma olduğunu, həm İddiaçı, həm də cavabdehin imzası olduğunu və ödənildiyini, burda hər bir işin kvadrat metrinin, hər şeyin yazıldığını, təhvil-təslim aktının imzalanmaması və yaxud cavabdeh tərəfin boyun qaçırması ilə bağlı iddiaçı tərəfin ekspertiza istəyə biləcəyini, amma ümumiyyətlə iddiaçı tərəfin “biz müqavilə bağlamışıq” iddiasıyla ekspertiza təyin edə bilməyəcəklərini, göstərilən işlərin həcminin bu müqaviləyə əlavə edilən aktlarla müəyyən olunduğunu, bu müqavilə üzrə muzdun miqdarının müqavilənin tərkib hissəsi olan işlərin görülməsinə dair hesab fakturada qeyd edildiyini, işlərin adlarının müqavilədə göstərilmədiyini, müqavilənin predmetinin olmadığını, iddianın rədd edilməli olduğunu, ona görə ki, cavabdehin icrası tələb olunan bir öhdəliyinin olmadığını, əgər 24 saylı müqaviləyə görə istəyirsə, hələ iddia elədiyi kimi qəbul edilsə belə təhvil-təslim aktının olduğunu və 12 ay üstündən keçmədiyini, açıq aydın Mülki məcəllədə “əgər ödəniş vaxtı müəyyən edilibsə ödəniş tarixi gəlməyənədək ödənişi vaxtından əvvəl istəyə bilmərsən” yazıldığını, müqavilədə “12 ay müddətində ödəmə həyata keçirilsin” yazıldığını, iddiaçının pretenziyasında müqavilədən imtina etmədiyini, vaxtından əvvəl pul tələb etmələri üçün müqavilədən imtina etməli olduqlarını və pretenziyada bunu qeyd etməli olduqlarını, iddiaçı tərəfin müqaviləyə xitam vermədiklərini, müqaviləni ləğv etmədiklərini, xitam, ləğv, imtinanın hər birinin fərqli anlayış olduğunu, pretenziyanızda heç birinin olmadığını, sadəcə pul tələbi olduğunu, onların müqavilə üzrə öhdəliyini pozmadığını, birincisi belə bir müqavilənin olmadığını, ikincisi olsa belə hələ 12 ay sonra bununla bağlı məhkəməyə gedilə biləcəyini, iddianın rədd olunmalı olduğunu düşündüyünü, pul tələbinin yanlış olduğunu, iddiaçının pul tələbi qoya bilməyəcəyini, 23 avqust 2023-ci il tarixli məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 ekspertizanın təyin edilməsi üçün əvvəlcə ekspertizanın tədqiq edəcəyi bir obyektin olmalı olduğunu, ekspert qarşısına qoyulan suallarda göstərilən işlərin iddiaçıdan tələb edildiyinə dair heç bir sübutun olmadığını, tərəflər arasında nəinki təhvil-təslim aktı, müqavilənin də olmadığını, ona görə də, ekspertin meyar olaraq götürəcəyi tapşırığın olmadığını, onların iddiaçıya verdiyi tapşırıq olmadığı üçün ekspertin gedib orada heç nəyi tədqiq edə bilməyəcəyini, nəyə istinadən tədqiq edəcəyini soruşduğunu, onların ümumiyyətlə iş gördürmədiklərini, bunu nə ilə sübut edəcəklərini soruşduğunu, aralarında müqavilənin olmadığını, ona görə də vəsatətin rədd edilməli olduğunu, müqaviləni tanıyıb-tanımamağının əhəmiyyətli olmadığını, Mülki Məcəllənin müqavilənin tərifini verdiyini, Mülki Məcəllənin tələblərinə uyğun olaraq müqavilə anlayışına əsasən bir müavilənin ola bilməsi üçün tərəflərin öhdəliklərinin müəyyən olunmalı olduğunu, onların təqdim etdiyi kağızda da tərəflərin öhdəliklərinin müəyyən olunmadığını, məsələn ekspertin orada müəyyən 20 kvadrat metrlik iş görüldüyünü müəyyən etdiyini, “20 kvadratlıq iş gör” ifadəsini onun dediyinin haradan müəyyən ediləcəyini soruşduğunu, bəlkə 50 və ya 10 kvadrat metrlik iş dediyini, əvvəlcə, onlarda müqavilə olmalı olduğunu, nə qədər istədiklərinin bilinməli olduğunu, ona görə iddiaçı tərəfin ya “ podrat müqaviləsi şifahi şəkildə bağlanıb” deməli olduğunu, ya da “əvvəlki görülən işlər var ki, podrat müqaviləsi ona əlavə tapşırıqlar verilib, şifahi şəkildə dəyişdirilib, müqavilədə kənarlaşma olub, onu tələb etdiyini” deməli olduğunu, həmkarının öz ərizəsində, onun adından olmayan şeyi iddia etdiyinə görə çox təəssüf etdiyini, iddiaçının vəkili və nümayəndəsi MTT ərizəsində üç nümayəndənin yəni Nümayəndə1, Nümayəndə2 və onun adının yazılaraq “qırx yeddi min məbləği gəlib etiraf ediblər ancaq aktı bağlamaqdan yayınıblar” qeyd etdiyini, guya onun onların iddiasını, qırx yeddi min məbləği etiraf etdiyini, onun demədiyi bir şeyin onun adına deyilməsinə təəssüf etdiyini, hər şeyi bir kənara qoyduğunu, vəkilliyin loyallıq prinsipinin olduğunu, bunun vəkilliyin loyallıq prinsipinə zidd olduğunu, onun demədiyi sözü onun adından yazdıqları üçün qarşı tərəflə barışığa getmədiyini, iddiaçı tərəfin heç bir təklifini qəbul etmədiyini, onun “podrat müqaviləsi yoxdur” deyəndə təbii ki, burada fiziki olaraq podrat müqaviləsinin olmamasını dediyini, kağız daşıyıcıda mövcud bir şey yazıla biləcəyini, podrat müqaviləsinin çərçivə müqaviləsi olduğunu, müqavilənin predmetinin müəyyən olunmadığını, tərəflərin öhdəliklərinin həmin müqavilədə olmadığını, bəli, müqavilələrin imzalandığını, möhürün də onların olduğunu, imzanın da təmsil etdiyi hüquqi şəxsin hüquqi təmsilçisinin imzası olduğunu, imzalarda hər hansısa saxtakarlıq iddiasının olmadığını, onların bu gün iddiaçı ilə 6 aylıq müqavilə bağlaya biləcəyini, iddiaçıya “6 ay ərzində siz bizə mal təchiz edəcəksiniz və bu təchiz etdiyiniz mal əlavələrlə təsdiqlənəcək” deyə biləcəklərini, buna çərçivə müqaviləsi deyiləcəyini, onların iddiaçı ilə çərçivə müqaviləsi bağladığını, çərçivə müqaviləsinin içində “muzd əlavə ilə müəyyənləşdiriləcək, işin həcmi əlavə ilə müəyyənləşdiriləcək” yazıldığını, müqavilənin əlavəsinin müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu, müqavilə yoxdur deyəndə əlavənin olmadığını nəzərdə tutduğunu, müqavilənin predmeti yoxdursa, müqavilənin də olmadığını, o demək deyildir ki, fiziki olaraq olmadığını, qarşılıqlı bu işin görülməsi ilə bağlı müqavilə imzalanmasının ola biləcəyini, amma hansı həcmdə olmasının, bu həcmin qiymətinin və s. razılaşdırılmadığını, şəxsin istehlakçı olmadığını, fərdi sahibkar olduğunu, ona görə də fərdi sahibkarın “etibarından sui istifadə”, “hüququ bilmirdi” və s. bunların burada keçmədiyini, iki tərəfin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu, onun bu işdə heç bir sübut təqdim etməyəcəyini, qarşı tərəfin iddiaçı olduğunu, hazırlıq iclasında təqdim edəcəyi nəsə olmadığını, 15 avqust 2024cü il tarixli məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 onların obyektdən 2021-ci ildə çıxdığını, onların iddiaçının qeyd etdiyi Aysel xanım deyə birini tanımadıqlarını, ekspertin müəyyən etdiyi həcmlə razı olmadığını, ekspertizanın aparılmasında onlardan nümayəndə olaraq Ofelya xanımın iştirak etdiyini, mülahizələrini bildirdiyini, lakin onu yaxınlaşdırmadıqlarını, bununla bağlı sübutunun olmadığını, lakin etirazların hamısının orada edildiyini, lakin heç birinin nəzərə alınmadığını, iddiaçıya səksən iki min manatdan artıq pul ödəmədiklərini bildirmişdir. 01 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 əslində ekspertizanın keçirilməsinin tam olaraq Məlik müəllimin dediyi kimi olmadığını, sadəcə onların nəyə əsasən ekspertin bundan əvvəlki ekspert rəyində bu nəticəyə gəldiyini əsaslandırmaq istədiklərini, yəni işlərin Məlik müəllim tərəfindən görülməsinin hardan yarandığını bilmək istəyirdiklərini, sadəcə mübahisə yarandığını, 08 aprel 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 ekspert rəyi ilə razı olmadıqlarını, vəsatətlərində də bildirdiklərini, iddiaçının vəsatətinin iş materiallarına əlavə olunmasına etirazlarının olmadığını, lakin təkrar məhkəmə ekspertizasının keçirilməsini məhkəmədən xahiş etdiklərini, vəsatətlərində qeyd etdiyi kimi, yenidən ekspertiza keçirilməsini xahiş etdiklərini, əvvəlki ekspert rəyinə əsaslanıldığını, yeni bir əsaslandırılma, araşdırılma aparılmadığını bildirmişdir. Şahid14 18 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahında: Təxminən 2022-ci ilin iyun ayında Məlikin “belə bir iş var” deyib onu dəvət etdiyini, 1 ay müddətində gedib işlədiyini, həmin işin qarşılığı ödəndikdən sonra da çıxıb gəldiyini, orada, Naxçıvan çayının sahilində, çayın sağ tərəfində böyük bir tikili olduğunu, həmin tikilinin 3 mərtəbə olduğunu, özünün 3 mərtəbəsində də işlədiyini, o cümlədən alçı və boya işləri gördüyünü bildirmişdir. Şahid14 verilən sualların cavabında isə, İddiaçı boya qrupu, aboy qrupu ilə birlikdə təxmini 12 nəfərlə işlədiyini, ancaq dəqiq deyə bilməyəcəyini, çünki orada onlardan əlavə digər işləri də görənlər olduğunu, demək olar ki, 1 aya yaxın işlədiyini, işinin qarşılığında Məlikin ona təxminən 650-700 manat arası pul verdiyini, qarşı tərəfi görmədiyini, gəlib işlərini görüb getdiklərini, orada onlara işi verən bir nəfərin olduğunu, onun da gündəlik gəlib işdəki nöqsanlara baxıb getdiyini, başqa şəxslərin Məlikə göstəriş verdiyini görmədiyini, çünki onların Məlikin dediyi işləri gördüyünü, işlərin onlara konkret olaraq gəldiyini, ona əsasən işlədiklərini, onlara “paduqalar vurulacaq, təmizlənəcək, təmirat olunacaq, paduqalar rənglənəcək, bütün bu işlərə görə sənə 600 manat verəcəm. Razısansa işi görəssən, qurtaranda gəlib baxacam ödənişi alasssan” deyildiyini, onların da ona əsasən ödəniş aldıqlarını bildirmişdir. Şahid1 18 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahında: Əvvəl Sovedabadda yaşayanda Məliklə qonşu olduğunu, orada olanda işsiz olduğunu, Məlikin ona “belə bir iş vardır, divarı sürtəssən, 650 manat da maaşı vardır.” Dediyini, onun da gedib işlədiyini, həmin yerin köhnə Nəqşicahan otelinə yaxın yerləşdiyini, belə ki, oradakı körpünün sağına düşdüyünü və zənnincə 5 mərtəbə olduğunu, Sərhəd qoşunlarına yaxın yerləşdiyini, orada işləyəndə təxmini 3 mərtəbə falan divar sürtdüklərini, onunla birlikdə 4-5 nəfərdə olduğunu və onlarla birlikdə işlədiklərini bildirmişdir. Şahid1 verilən sualların cavabında isə, Məlikə kimin göstəriş verməsi barədə məlumatı olmadığını, sadəcə ona verilən işi gördüyünü, qeyd olunan yerin keçmiş sədrin oğlunun, Seymur Talıbovun yeri olduğunu eşitdiyini, işləyənlərdən birinin də qardaşı olduğunu, hal-hazırda Bakıda yaşadığını, digər qalan 3 nəfəri tanımadığını, həmin şəxslərdən birini qardaşının çağırdığını, digərlərindən məlumatı olmadığını, Məliklə qonşu olduğu üçün saat 9-da onunla birlikdə çıxıb, onunla birlikdə qayıtdığını, bu səbəbdə əlavə adam görmədiyini, şantiya şefinin kim olduğunu bilmədiyini, orada sadəcə Məliki tanıdığını bildirmişdir. Şahid11 18 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahında: Məlik ona zəng vurub “iş var” dediyini, həmin yerin Şəkərabad körpüsünün yanındakı istirahət mərkəzi olduğunu, bu məsələnin də 2022-ci ildə olduğunu, ona “gəl aboy vur” dediyini, nəticədə onun da gedib həmin işi gördüyünü, aboyun qiymətini bilmədiyini, ağ kağız olduğunu, otaqların hündürlüyünün də təxmini 2,60 olduğunu, ona görə də 1 rulondan 3 list çıxdığını, 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər aboy vurduqlarını, iş də qurtardıqdan sonra haqqını alıb gəldiyini bildirmişdir. Şahid11 verilən sualların cavabında isə, şantiya şefinin kim olması barədə məlumatı olmadığını, ancaq gəlib-gedənlərin olduğunu, tək olmadığını, qrup şəklində işlədiklərini, Məlikin “işçi lazımdır” dediyini, bu səbəbdən onları özü ilə birlikdə gətirdiyini, Məlikin həmin şəxslərin əmək haqqını ona verdiyini, onun da alıb həmin şəxslərə verdiyini, Aysel adlı xanımı görrmədiyini, Volkan Özeri tanımadığını bildirmişdir. Şahid16 18 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahında: Nəqşicahanın qarşısındakı körpünün yaxınında istirahət mərkəzi olduğunu, təxmini 2021 ya da 2022-ci il ildə orada işlədiyini, təxmini yay ayları olduğunu, ancaq dəqiq tarixini deyə bilməyəcəyini, boya da vurduğunu, alçı da çəkdiyini, çatlayan yerlərin təmiri ilə də məşğul olduğunu, ondan əlavə 4 nəfər də işlədiyini, qrup formasında işlədiklərini, birinin onun kəndindən olduğunu, qalan ikisini tanımadığını bildirmişdir. Şahid16 verilən sualların cavabında isə, kvadratmetrə görə yox, günəmuzd işlədiyini, günlük 35 manat aldığını, sifariş verənin kim olduğu barədə məlumatı olmadığını bildirmişdir. Şahid19 01 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahında: O vaxtı Naxçıvan çayın sahilindəki yerdə işlədiyini, zımpara işi gördüyünü, yəni divarları sürtdüklərini, 3 mərtəbədə də bu işi gördüklərini, sonra aboy vurulacağı üçün divarları kleylədiklərini, ancaq nə oldusa işin dayandığını, onların da çıxıb gəldiyini, 1 aylıq əmək haqqlarının qaldığını, 3, 4 ay sonra, Məlikin onlara “kredit götürüb verəcəm.” deyib təxminən 2022ci ilin axırı, 2023-cü ilin yanvarında həqiqətən də kredit çəkib pullarını verdiyini bildirmişdir. Şahid19 verilən sualların cavabında isə, Məlikin Sovedabbadda iki mərtəbəli evi olduğunu, pulu həmin evdə verdiyini, kvadrata görə işləmədiyini, 10 nəfərə yaxın fəhlə olduqlarını, günəmuzd işlədiklərini, gününün 30 manat olduğunu, 3 aya yaxın işlədiyini, əmək haqlarını Məlikdən aldıqlarını, başqa adamla işləmədiklərini, Məlikə göstəriş verən kimisə görmədiyini, tezdən gəlib, axşam gedən adamlar olduqlarını, başqa heç kimi tanımadıqların bildirmişdir. Məliki krediti bankdan götürdüyünü görmədiyini, lakin ona elə dediyini bildirdi. Şahid22 01 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahında: Əvvəlcə "xxxx" Şirkətində işlədiyini, sonra ona 2022-ci ilin dekabr ayında Cavabdeh MMC-dən dəvət gəldiyini, nəticədə 2023-cü ilin yanvarın 2-sində Cavabdeh MMC-də işə düzəldiyini, orada işləməyə başlayandan sonra sahə rəisləri Volkan Özerin ona göstəriş verərək Naxçıvançay vadisində tikilən obyektə getməsini, orada bir nəfərin olduğunu, onu gözlədiyini, ölçü işi aparacağını dediyini, nəticədə Məliklə orada tanış olduğunu, həmin vaxtda təxminən 2023-cü ilin yanvarın 15-i və 20-si arası olduğunu, orada 3 dəfə ölçülər apardıqlarını, birinci dəfə Məlikin özüylə, daha sonra Tikinti komitəsində vəzifəli şəxslə apardığını, daha sonra məhkəmədən ekspertiza gəldiyini, bu səbəbdən Məliklə ölçüyə getdiyini, 3 dəfə ölçüyə getmə səbəbinin Məliklə ilk ölçdüyü ölçülərin bir kopyasını Məlikə bir kopyasını da Şirkətə verdiyini, sonra Şirkətin ona “sənin Məliklə ölçdüyün ölçülər bizim tikinti normativlərindən kənara çıxır. Oradan qapını çıx, pəncərəni çıx və.s.” dediyini, əslində tikintidə bəzi məsələlər olarsa orada çıxıla da biləcəyini, çıxılmaya da biləcəyini, onun oradakı görülən işin çətinliyinə, mümkün olub-olmamağına baxıldığını, orada ona “pəncərə yerlərində Məlikin işi çıxılsın və.s” dediklərini, hətta orada Məliklə bir iki dəfə sözü olduğunu, belə ki, ona çıx dedikdən sonra hesablanan ölçülərlə Məlikə verdiyi kopyadakı ölçülərdə fərqlilik yarandığını bildirmişdir. Şahid22 verilən sualların cavabında isə, ölçülərin çıxılması barədə ona Vokan bəyin göstəriş verdiyini, ölçdüyü işlərin, aboy işləri, boya işləri, divarın sürtülməsi olduğunu, həmin binanın təməlinin ona məlum olduğunu, belə ki binada oynamaların olması səbəbindən divarda çatlar olduğunu, başqa işlərdən xəbəri olmadığını, sadəcə Məlikin ona göstərdiyi işləri ölçdüyünü, ancaq lepka işləri də olduğunu, çünki əvvəlcədən vurulan ilə təmir olan lepkalar arasında fərq olduğunu, ölçülərin 3 mərtəbədə də aparıldğını, hətta orada restoran kimi bir yer var idi, orada da aparıldığını, Aysel xanımın göstəriş verdiyini görmədiyini, ancaq gəldiyini gördüyünü, rəhbərliklə görüşdüyünü, rəhbərlikdən Volkan Özeri, Xalid Altınözü hansı ki, orada iş icraçısı idi, oranın prorafı olan X12 tanıdığını, Aysel xanımın həmin şəxslərlə danışdığını, Məlik orada işləyəndə orada olmadığını, ona görə də göstəriş veriməsi barədə məlumatı olmadığını, sadəcə orada işə nəzarət etdiyini, Aysel xanımın Volkan Özerlə, ancaq daha çox Elçin Mustafayev ilə görüşdüyünü bildirmişdir. Şahid21 13 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahında: Rza adlı bir şəxs olduğunu, həmin şəxsin "Arkoz İnşaat Şirkəti” MMC-dən iş götürdüyünü, özünün də onun işçisi olduğunu, elektrik işləri gördüyünü, Məlikgilin də orada aboy vurduğunu, özlərinin də elektrik işləri gördüklərini, ümumiyyətlə çağırıldığı bu işə aidiyyəti olmadığını, çünki bu məsələ haqqında heçnə bilmədiyini, özünün də orada işçi olduğunu, birinci iclasda da Səkinə xanımın ona zəng vurduğunu, “səni şahid qismində əlavə etmişik” dediyini, nə iş olduğunu soruşduğunu, onun da izah edəndən sonra adını kim yazıbsa çıxarmasını tələb etdiyini, çünki həmin işə aidiyyəti olmadığını, bu məsələnin də nə olduğunu bilmədiyini bildirmişdir. Şahid21 verilən sualların cavabında isə, ümumiyyətlə işin mahiyyətindən xəbəri olmadığını, Məlikgilin orada aboy, alçı işləri gördüklərini, təxmini 10-15 nəfər olduqlarını, özünün orada ancaq elektrik işi gördüyünü bildirmişdir. İddiaçı 13 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında çıxışında: O qədər işi gördüyünü, axıra qədər də əziyyət çəkdiyini, cavabdeh tərəfin özlərinin də o pulları verəcəklərini bildiyi halda, hansı ki Forma 2 Aktları ilə də bunu sübut etdiyini, yayınmalarının onun günahı olmadığını, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil 13 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında çıxışında: İddiaçı iddia tələbinin əsası olaraq məhkəməyə təqdim etdiyi sübutlar, şahid ifadələri iddiaçının iddia tələbində haqlı olduğunu, o cümlədən iddianın əsaslı olduğunu göstərdiyini, belə ki, tərəflər arasında bağlanmış iki podrat müqaviləsi olduğunu, həmin podrat müqavilələrində göstərilən işlərin növləri və həcmləri, iş üzrə keçirilmiş çoxsaylı məhkəmə iclaslarında təqdim olunmuş və məhkəmə iclasldarında araşdırılaraq müəyyən edilmiş sübutlar əsasında öz təsdiqini tapdığını, belə ki, podrat müqaviləsində göstərilən işlərin növü, hansı işlərin görülməsi ilə bağlı İddiaçı tərəfindən məhkəməyə şahidlər təqdim olunduğunu, eyni zamanda həmin işlərin görülməsinin, qeyd olunan podrat müqavilələrində öz təsdiqini tapdığını, işləri görən şəxslər, həmin şəxslərə əmək haqqı ödənilməsi ilə bağlı tərəflərindən məhkəməyə sübutlar təqdim olunduğunu, bu sübut növlərinin də məhz “X7”ndə həmin işlərin görülməsinin podrat müqavilələri üzrə öhdəlik kimi Məlikin üzərinə qoyulduğunu və Məlik tərəfindən icra olunduğunu təsdiq etdiyini, görülən işlərə görə də usta və fəhlələrin əmək haqqının onun tərəfindən ödənildiyini, həmin şəxslərlə qanuni əsaslarla müvafiq əmək müqavilələri bağlanıldığını və dövlət reyestrindən qeydiyyatdan keçirməklə rəsmiləşdirildiyini, həmin əmək müqavilələrinin də məhkəməyə təqdim olunduğunu, yekun olaraq cavabdeh tərəfindən mübahisə predmeti olan müvafiq işlərin ölçüsü və həcmi ilə bağlı iddia tələbinə qarşı hər hansı əsaslı etiraz təqdim olunmadığını qeyd etmək istədiyini, həmin işlərin cavabdehin özü tərəfindən görülməsi, həmin şəxslərin kim tərəfindən görülməsi və əmək haqqı ödənilməsi barədə əsaslı sübut məhkəməyə təqdim olunmadığını, iddia tələbinin tam olaraq əsaslı olduğunu hesab etdiklərini, həmçinin görülən işlərin ölçüsü ilə bağlı bir neçə ekspertiza keçirildiyini, həmin ekspert rəylərinin də mahiyyət etibarilə bir birini təsdiqlədiyini bildirərək, iddia tələbiinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 13 avqust 2025-ci il tarixə, saat 14:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin və ya vəkilinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə5 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə vəsatət göndərərək, həmin vəsatətində Məhkəmənin icraatında olan e-2-2(123)- 1/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixdə, saat 14:05-də baxış iclası təyin olunduğunu, icraatınızda olan işdə iştirak edən yeganə nümayəndə kimi təyin olunmuş iclasda iştirak etməyinin qeyri-mümkün olduğunu qeyd etdiyini, belə ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyətindən istifadə edəcəyini, xx.xx.2025-ci il tarixində keçirilən iclasda bunu məhkəmənin diqqətinə çatdırmağına baxmayaraq, baxış iclası həmin tarix aralığına müəyyən edildiyini, bu səbəbdən, Sizdən e-2-2(123)-1/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixdə, saat 14:05ǝ təyin edilmiş məhkəmə baxışının əmək məzuniyyəti bitdikdən sonrakı tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdeh tərəfi qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilməsi barədə sənədlərin iş materiallarında olduğunu və cavabdeh şirkətin bir neçə nümayəndəsi-vəkilinin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin nümayəndəsinin və vəkilinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 23 oktyabr 2021-ci il tarixli, 19 saylı Podrat müqaviləsindən görünür ki, bu müqavilə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin X20 Niyazi (bundan sonra "Sifarişçi" adlandırılacaq) ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xx.xx.2008-ci il tarixdə, Qeydiyyat N-si (VÖEN) ilə verilmiş ********** Şəhadətnamə əsasında fəaliyyət göstərən İddiaçı Ş/V AZE Ns ******** (Podratçı" adlandırılacaq) arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, "Sifarişçi" "xxxx" MMC işlərin göstərilməsini sifariş verib "podratçı"ya razılaşdırılmış muzd ödəməyi, "Podratçı" isə "Sifarişçi"nin müəyyən etdiyi qaydada “Divarlara 2 qat boya vurulması və üzləmə dekorativ boya vurulması, Divar kağızı üzərinə 2 qat silikonlu boya vurulması, Divar kağızının vurulması” işlərini görməyi öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, göstərilən işlərin həcmi bu Müqaviləyə əlavə edilən Aktla (və ya Aktlarla) müəyyənləşdirilir. Bu Müqavilə üzrə muzdun miqdarı Müqavilənin tərkib hissəsi olan işlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 3.1.1-ci bəndindən görünür ki, işlərin görülməsi üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə “Divarlara 2 qat boya vurulması və üzləmə dekorativ boya vürülması, Divar kağızı üzərinə 2 qat silikonlu boya vurulması Divar kağızın vurulması” (material və maşın-mexanizmlə) təmin etmək, öz gücü və vəsaiti hesabına onların qəbulunu, boşaldılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün onları "Podratçı"nın sərəncamına vermək sifarişçinin vəzifələridir. 3.1.3-cü bəndindən görünür ki, icra olunmuş işin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. 4.1-ci bəndindən görünür ki, görülən işlərin həcmi Tərəflərin birgə iştirakı ilə müəyyən edilir və işlərin görülməsinə dair muzd Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir və (12) ay müddətində ödəmə həyata keçirilir. 5.2-ci bəndindən görünür ki, bu Müqavilədə nəzərdə tutulan "xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il” tarixədək işləri (12) ay müddətində icra olunmalıdır. 10 mart 2022-ci il tarixli, 24 saylı Podrat müqaviləsindən görünür ki, bu müqavilə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin X3 (bundan sonra "Sifarişçi" adlandırılacaq) ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xx.xx.2008-ci il tarixdə, Qeydiyyat N-si (VÖEN) ilə verilmiş ********** Şəhadətnamə əsasında fəaliyyət göstərən İddiaçı Ş/V AZE Ns ******** (Podratçı" adlandırılacaq) arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, "Sifarişçi" "xxxx" MMC işlərin göstərilməsini sifariş verib "podratçı"ya razılaşdırılmış muzd ödəməyi, "Podratçı" isə "Sifarişçi"nin müəyyən etdiyi qaydada “Dekrativni boya və Aboyun vurulması və boyanması” işləri görməyi öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, göstərilən işlərin həcmi bu Müqaviləyə əlavə edilən Aktla (və ya Aktlarla) müəyyənləşdirilir. Bu Müqavilə üzrə muzdun miqdarı Müqavilənin tərkib hissəsi olan işlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 3.1.1-ci bəndindən görünür ki, işlərin görülməsi üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə “Dekorativ boya və aboyun vurulması” işlərini görmək, (material və maşın-mexanizmlə) təmin etmək, öz gücü və vəsaiti hesabına onların qəbulunu, boşaldılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün onları "Podratçı"nın sərəncamına vermək sifarişçinin vəzifələridir. 3.1.3-cü bəndindən görünür ki, icra olunmuş işin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. 4.1-ci bəndindən görünür ki, görülən işlərin həcmi Tərəflərin birgə iştirakı ilə müəyyən edilir və işlərin görülməsinə dair muzd Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir və (12) ay müddətində ödəmə həyata keçirilir. 5.2-ci bəndindən görünür ki, bu Müqavilədə nəzərdə tutulan "xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il” tarixədək işləri (12) ay müddətində icra olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş “Naxçıvançay Vadisi” istirahət mərkəzində görülən işlər barədə İddiaçı özünün tərtib etdiyi cədvəldən görünür ki, görülən işlər üçün qalıq borc məbləği 79473 manatdır. İddiaçının 08 iyul 2024-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş “iddia tələbinin həcminin artırılması barədə” ərizəsinə qoşma olaraq əlavə etdiyi “Naxçıvançay Vadisi” istirahət mərkəzində görülən işlər barədə İddiaçı özünün tərtib etdiyi cədvəldən görünür ki, görülən işlər üçün qalıq borc məbləği 131378,56 manatdır. 22 iyul 20204-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış S.Abdullazadə tərəfindən imzalanmış “Naxçıvançay Vadisi”ndə abadlıq işləri üçün nəzərdə tutulmuş “astar divar kağızının vurulması” analizindən görünür ki, astar divar kağızının vurulması üçün m2-ə görə cəmi qiymət 9,00 manat müəyyən olunmuş, eyni zamanda həmin tarixdə məhkəməyə ünvanlanmış digər cədvəldən məlum olur ki, noyabr-dekabr ayları dövrü üçün “Naxçıvançay Vadisi”ndə abadlıq işləri ilə bağlı görülən işlərin cəmi dəyəri 47178,35 manatdır. “05” May 2023-cü il tarixli, 625 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə BK2903/01 saylı kredit müqaviləsinə əsasən 40 000 (qırx min) manat məbləğində biznes krediti verilmişdir. xx.xx.2023-cü il tarixinə İddiaçı qeyd olunan müqavilə üzrə əsas borc qalığı 40 000 (qırx min) manat, faiz məbləği 100.02 (bir yüz manat 02 qəpik) manat, gecikmiş faiz məbləği 752.31 ( yeddi yüz əlli iki manat 31 qəpik) manat olmaqla ümumi qalıq məbləği 40 852.33 (qırx min səkkiz yüz əlli iki manat 33 qəpik) manat təşkil edir. BK2903/001 saylı, 29 mart 2021-ci il tarixli Kredit müqaviləsində görünür ki, Bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin (sonradan «Bank» adlanacaq) İdarə Heyətinin sədr müavini X18 şəxsində və digər tərəfdən Naxçıvan MR, Naxçıvan şəhər, Xətai, dön-12, ev-14 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı (sonradan «Borcalan» adlanacaq) şəxsində aşağıdakı şərtlərlə tam razılıq əsasında bağlanır: Bank Borcalana dövriyyə vəsaitinin artırılması üçün 36 ay müddətinə 40 000 (qırx min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə Biznes kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ X15 məxsus, dəyəri 61 000 (altmış bir min) manat olan daşınmaz əmlakı fərdi yaşayış evini təqdim edir. 03 may 2023-cü il tarixli, Q-581 saylı X8 (ims) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan və 03 may 2023-cü il tarixli, 129634 saylı mədaxil qəbzindən görünür ki, 400 manat məbləğində ims xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 41 nömrəli “Forma №2” adlı sənədin məzmunundan görünür ki, Divarlara və tavanlara 2 qat silikonlu boya vurulması (Naxçıvançay vadisində abadlıq işləri) və Tikinti materiallarının 3 km məsafayə daşınması xidmətləri ilə bağlı müəyyənləşdirilən yekun məbləğ 23767,32 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 974940 nömrəli elektron qaimədən görünür ki, 22003,30 manat məbləğində dəyəri olan Divarlara və tavanlara 2 qat silikonlu boya vurulması xidməti İddiaçı tərəfindən görülmüşdür. NAXBAZ22AXXX**********00001654816 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, görülmüş işin dəyəri olan 22003,30 manat məbləğində pul G.Q.HOL.STİ.İ.GAMİQAYA STİ.MMC tərəfindən İddiaçı hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 91 nömrəli “Forma №2” adlı sənədin məzmunundan görünür ki, 7 sm Lepkaların sürtülüb boyanması, 16 sm Lepkaların sürtülüb boyanması, 18 sm Lepkaların sürtülüb boyanması, 21 sm Lepkaların sürtülüb boyaması, Divarlara astar kağızının vurulması (Naxçıvançay vadisində abadlıq işləri, Divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması və Tikinti materiallarınin 3 km məsafəyə daşınması xidmətləri ilə bağlı müəyyənləşdirilən yekun məbləğ 76597,35 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 106428 nömrəli elektron qaimədən görünür ki, 60092,75 manat məbləğində dəyəri olan Naxçıvançay vadisində abadlıq işləri xidməti İddiaçı tərəfindən görülmüşdür. NAXBAZ22AXXX********************2 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, görülmüş işin dəyəri olan 60092,75 manat məbləğində pul G.Q.HOL.STİ.İ.GAMİQAYA STİ.MMC tərəfindən İddiaçı hesabına ödənilmişdir. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı-Quliyev X13 şəhəri, Xətai məhəlləsi, 14A, döngə 12 ünvanında yerəşən, ümumi sahəsi 160.05 kv/m, yaşayış sahəsi 112.91 kv/m, yardımçı sahəsi 47.14 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən müqavilədə göstərilən hissəni (hissələri) X1 qızının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-86/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 881 nömrəli rəyidən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq, hazırkı iş üzrə iddiada göstərilən X9 mərkəzinin daxili tikilərində İddiaçı tərəfindən təqribən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alnması eyni zamanda vurulması və 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin görüldüyü müəyyən edilmişdir. X9 mərkəzinin daxili tikilərində İddiaçı tərəfindən 6919.34 kv.m-ə divarlara və tavana astar kağızı üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alınması eyni zamanda vurulması, 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin material və işçilik qiymətləri 2023-cu ilin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 173772,61 (yüz yetmiş üç min yeddi yüz yetmiş iki manat altmış bir qəpik) məbləğində olduğu müəyyən edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-86/2023 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 3-16-16/2-10/736 nömrəli rəyidən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq, hazırkı iş üzrə iddiada göstərilən X9 mərkəzinin daxili tikilərində İddiaçı tərəfindən təqribən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alınması eyni zamanda vurulması, binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 kv.m hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlandığı və 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin görüldüyü müəyyən edilmişdir. X9 mərkəzinin daxili tikilərində İddiaçı tərəfindən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantin alınması eyni zamanda vurulması, binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 kv.m hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlanması, 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin material və işçilik qiymətləri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194653,71 (yüz doxsan dörd min altı yüz əlli üç manat yetmiş bir qəpik) məbləğində olduğu müəyyən edilir. Qeyd: ilkin ekspertiza ilə təkrar ekspertiza arasında yaranmış fərqin səbəbi, təkrar ekspertiza zamanı ilkin ekspertiza zamanı müəyyən edilmiş təmir işlərindən əlavə işlərin müəyyən edilməsi nəticəsində olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-6/2024 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyidən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq hazırkı iş üzrə iddiada göstərilən X9 mərkəzinin daxili tikililərində İddiaçı tərəfindən təqribən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alınması eyni zamanda vurulması, binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 kv.m hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlandığı və 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin görüldüyü müəyyən edilmişdir. X9 mərkəzinin daxili tikilərində İddiaçı tərəfindən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanjn vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alınması eyni zamanda vurulması, binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 kv.m hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlanması, 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin material və işçilik qiymətləri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194653,71 (yüz doxsan dörd min altı yüz əlli üç manat yetmiş bir qəpik) məbləğində olduğu müəyyən edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-6/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyidən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmə mühəndis-texniki ekspertizasının 17 fevral 2025-ci il tarixli, 10/8689 saylı ekspert rəyinə əsasən X9 mərkəzinin daxili tikilərində İddiaçı tərəfindən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rulon astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat slikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alınması eyni zamanda vurulması, binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 kv.m hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlanması, 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin material və işçilik qiymətləri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən müəyyən edilən 194653,71 manat məbləğdən 82.000,00 manat çıxıldıqdan sonra 112.653,71 (194653,71 – 82.000,00) manat məbləğində qalıq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin, 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək bildirir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh MMC) arasında 23 oktyabr 2021-ci il tarixli, 19 saylı Podrat müqaviləsinin və 10 mart 2022-ci il tarixli, 24 saylı Podrat müqaviləsinin bağlanması, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 22003,30 manat məbləğində pulun G.Q.HOL.STİ.İ.GAMİQAYA STİ.MMC tərəfindən İddiaçı hesabına ödənilməsi və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 60092,75 manat məbləğində pulun G.Q.HOL.STİ.İ.GAMİQAYA STİ.MMC tərəfindən İddiaçı hesabına ödənilməsi hər iki tərəf tərəfindən qəbul olunduğundan işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İddia tələbi ilə bağlı məhkəmə bildirir ki, iddia ərizəsində qeyd olunanlar, iş materiallarında olan sənədlər, tərəflərin izahatları, şahid ifadələri, həmçinin iş üzrə təyin olunmuş ekspert rəyləri nəzərə alınmaqla iddia tələbinin qismən əsaslı olduğu məlum olur. Belə ki, ilk öncə iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının nəticəsi olaraq məhkəməyə təqdim olunan ekspert rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-6/2024 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinin nəticəsi ilə, həmçinin Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)- 6/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyinin nəticəsi ilə məhkəmə qismən razılaşır. Belə ki, iddiaçıya ödənilən pul məbləği 82000 deyil 82096.05 (səksən iki min doxsan altı manat sıfır beş qəpik) manatdır. Həmin ekspert rəyləri ilə işlərin material və işçilik qiymətlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194653,71 (yüz doxsan dörd min altı yüz əlli üç manat yetmiş bir qəpik) məbləğində olduğu, həmçinin işlərin material və işçilik qiymətlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən müəyyən edilən 194653,71 manat məbləğdən 82.096,05 manat çıxıldıqdan sonra 112.557,66 (194653,71 – 82.096,05) manat məbləğində qalıq müəyyən olunduğu təsdiq edilir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, e-2-2(123)-86/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş rəy ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-86/2023 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş rəy arasında ziddiyət olduğundan, həmin ziddiyət aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli, e-2-2(123)-6/2024 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş rəy ilə məhkəmə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Naxçıvançay Vadisi” istirahət mərkəzində görülən işlər barədə cədvəllər sadəcə birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edildiyindən və həmin cədvəlləri təsdiq edən hər iki tərəfin imzaları olmadığından məhkəmə həmin cədvəlləri mötəbər sübut hesab etmir. Bundan əlavə cavabdehin vəkilinin məhkəmə iclaslarındakı izahatlarında bildirdiyi onların “hələ də müqavilənin olub-olmadığını müəyyən edə bilmədiklərini” ifadəsi ilə bağlı məhkəmə bildirir ki, məhkəməyə təqdim olunmuş 23 oktyabr 2021-ci il tarixli, 19 saylı və 10 mart 2022-ci il tarixli, 24 saylı podrat müqavilələrinin hər iki tərəf, podratçı və sifarişçi tərəfindən imzalanmış və möhür vurulmaqla təsdiq edilmiş və həmin müqaviləyə əsasən iş materiallarında olan sənədlərə görə 82.096,05 manat pul ödənilmişdir. Odur ki, tərəflər arasında podrat müqavilələrinin mövcudluğu və həmin müqaviləyə əsasən tərəflərin öhdəliklərinin müəyyən olunması təsdiq olunur. Eyni zamanda, 23 oktyabr 2021-ci il tarixli, 19 saylı podrat müqaviləsinin predmeti olaraq 1.1ci bəndindən görünür ki, "Sifarişçi" "xxxx" MMC işlərin göstərilməsini sifariş verib "podratçı"ya razılaşdırılmış muzd ödəməyi, "Podratçı" isə "Sifarişçi"nin müəyyən etdiyi qaydada “Divarlara 2 qat boya vurulması və üzləmə dekorativ boya vurulması, Divar kağızı üzərinə 2 qat silikonlu boya vurulması, Divar kağızının vurulması” işlərini görməyi öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, göstərilən işlərin həcmi bu Müqaviləyə əlavə edilən Aktla (və ya Aktlarla) müəyyənləşdirilir. Bu Müqavilə üzrə muzdun miqdarı Müqavilənin tərkib hissəsi olan işlərin göstərilməsinə dair hesabfakturada qeyd edilir. 10 mart 2022-ci il tarixli, 24 saylı podrat müqaviləsinin predmeti olaraq 1.1-ci bəndindən görünür ki, "Sifarişçi" "xxxx" MMC işlərin göstərilməsini sifariş verib "podratçı"ya razılaşdırılmış muzd ödəməyi, "Podratçı" isə "Sifarişçi"nin müəyyən etdiyi qaydada “Dekrativni boya və Aboyun vurulması və boyanması” işləri görməyi öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, göstərilən işlərin həcmi bu Müqaviləyə əlavə edilən Aktla (və ya Aktlarla) müəyyənləşdirilir. Bu Müqavilə üzrə muzdun miqdarı Müqavilənin tərkib hissəsi olan işlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Məhkəmə bildirir ki, podratçı tərəfindən işlər görüldükdən sonra sifarişçi tərəfindən həmin işlərin ölçülərək təhvil alınmaması podratçı tərəfindən işlərin görülməsini inkar edə bilməz. Belə ki, iddiaçının məhkəmə iclaslarındakı izahatlarından məlum olur ki, iddiaçı işlərin təhvil alınması üçün cavabdeh tərəfə müraciət etsə də, cavabdeh tərəf işləri təhvil almamış və akt tərtib etməmişdir ki, bu da müqavilədən irəli gələn öhdəliklərin iş üzrə cavabdeh olan sifarişçi tərəfindən pozulması deməkdir. Belə ki, 24 iyul 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı işləri hər iki müqavilə üzrə dekabr ayının sonunda təhvil verdiyini, cavabdeh tərəfin ona “otaqları gör bitir” dediyini, ora qədər olan hissədə otağı bitirib təhvil verdiyini, amma ölçülüb qurtarılıb təhvil alınmadığını, onun 2022-ci il dekabr ayında işini görüb qurtardığını, qurtarandan sonra Volkan Özer, X26 və Sabit adlanan bir şəxsin gəldiklərini, baxdıqlarını, ölçdülər dediklərini və “sənin ölçün budu” dediklərini, onun da “ölçülər çox aşağıdır, düz gəlmir” dediyini, sonra cavabdeh tərəfin ona “martda sən gəl sənin aktını yazıb təhvil verəcəyik” dediyini, yazda, martda işə başlamağa gələcəyini, şirkətlərin bu hala düşəcəyini bilmədiyini bildirmişdir. İddiaçı tərəfindən cavabdehdən tələb olunan "xxxx" ASC-dən götürdüyü 40,000 (qırx min) biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19800.00 (on doqquz min səkkiz yüz) manat pulun” alınması tələbi ilə bağlı məhkəmə bildirir ki, əvvəla iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi kredit müqaviləsindən və bank tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi 29 mart 2021-ci il tarixdə, yəni iddiaçı ilə cavabdeh arasında bağlanan 23 oktyabr 2021-ci il tarixli, 19 saylı Podrat müqaviləsindən 5 ay 24 gün əvvəl bağlanmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı cavabdehlə podrat müqaviləsi bağlamamışdan 5 ay 24 gün əvvəl həmin müqavilənin bağlanacağını ehtimal edib həmin məqsədlə bankdan kredit götürə bilməz. İddiaçı tərəfindən bankdan götürülən kreditin nə məqsədlə istifadə edilməsinə gəldikdə isə iddiaçı tərəf həmin pul məbləğinin podrat müqaviləsindən irəli gələn münasibətlər üçün xərclədiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan "xxxx" ASC-dən götürdüyü 40,000 (qırx min) biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19800.00 (on doqquz min səkkiz yüz) manat pulun” alınması tələbi əsassız olduğundan və həmin tələbi təsdiq edən heç bir sübut olmadığından tələbin təmin edilməməsi qənaətindədir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 112.557,66 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi olaraq müəyyən edilir. Hazırki işdə iddia tələbi üzrə iddianın qiyməti 151178.56 (bir yüz əlli bir min bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 441,18 (dörd yüz qırx bir manat on səkkiz qəpik) manat olaraq müəyyən edilir. İddianın təmin olunacağı 74,45% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 328,46 manat məbləği Cavabdeh MMC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın təmin olunmamış 25,55% hissəsinə mütənasib olaraq 112,72 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli idi, lakin iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, X8 sonra prosesin davam etdirilməməsi barədə 08 may 2023-cü il tarixli, Q-581 nömrəli arayışdan məlum olur ki, 03 may 2023-cü il tarixdə keçirilən İMS-də İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirak edərək iddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən, iddiaçı ilkin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Hazırki tələb üzrə hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etdiyindən və X14 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülməli və mediasiya xərcinin 200 (iki yüz) manat məbləğində hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Hazırki iş üzrə iddianın qiyməti 151178.56 (bir yüz əlli bir min bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 441,18 (dörd yüz qırx bir manat on səkkiz qəpik) manat olaraq müəyyən edilir. Lakin İddiaçı tərəfindən X10 keçirilməsinə görə ödənilən 400 (dörd yüz) manat məbləğində puldan sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr verilərkən xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 59,30 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 20,27 manat məbləğində və xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 24,52 manat məbləğində olmaqla, cəmi 104,09 (bir yüz dörd manat doqquz qəpik) manat məbləğində, yəni dövlət rüsumu olaraq ödəməli olduğu 41,18 (qırx bir manat, on səkkiz qəpik) manat məbləğindən artıq pul ödənilmişdir (İddiaçı X10 keçirilməsinə görə 400 manat məbləğində pul ödədiyindən 441,18 manat məbləğində dövlət rüsumunun 400 manat olan hissəsindən azad edilmişdir). Odur ki, İddiaçı tərəfindən artıq ödənilmiş 62,91 (altmış iki manat, doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun artıq olan hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 3-16-16/2-10/736 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 74,45 (yetmiş dörd manat, qırx beş qəpik) manat məbləği CavabdehMMC-dən, qalan 25,55 (iyirmi beş manat, əlli beş qəpik) manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 148,90 (bir yüz qırx səkkiz manat, doxsan qəpik) manat məbləği CavabdehMMC-dən, qalan 51,10 (əlli bir manat, on qəpik) manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Eyni zamanda, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 74,45 manat məbləği Cavabdeh MMC-dən, qalan 25,55 manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC-dən 112.557,66 manat pul məbləği alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 328,46 manat məbləği Cavabdeh MMC-dən tutularaq dövlət gəlirlərinə alınmalı, mediasiya xərcinin 200 (iki yüz) manat məbləğində hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməli, İddiaçı tərəfindən artıq ödənilmiş 62,91 (altmış iki manat, doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılmalı, 13 may 2024-cü il tarixli, 3-16-16/2-10/736 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 74,45 manat məbləği Cavabdeh MMC-dən, qalan 25,55 manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməli, 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 148,90 manat məbləği Cavabdeh MMC-dən, qalan 51,10 manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməli, 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 74,45 manat məbləği Cavabdeh MMC-dən, qalan 25,55 manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı (FİN: xxxxxxx, VÖEN:**********) Cavabdeh MMC-nə (VÖEN: **********) qarşı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh MMC-dən 112.557,66 (bir yüz on iki min beş yüz əlli yeddi manat, altmış altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 328,46 (üç yüz iyirmi səkkiz manat, qırx altı qəpik) manat məbləği Cavabdeh MMC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Mediasiya xərcinin yarısı olan 200 (iki yüz) manat məbləğində hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən 62,91 (altmış iki manat, doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. 13 may 2024-cü il tarixli, 3-16-16/2-10/736 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 74,45 (yetmiş dörd manat, qırx beş qəpik) manat məbləği Cavabdeh MMC-dən, qalan 25,55 (iyirmi beş manat, əlli beş qəpik) manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 148,90 (bir yüz qırx səkkiz manat, doxsan qəpik) manat məbləği Cavabdeh MMC-dən, qalan 51,10 (əlli bir manat, on qəpik) manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq 74,45 (yetmiş dörd manat, qır beş qəpik) manat məbləği Cavabdeh MMC-dən, qalan 25,55 (iyirmi beş manat, əlli beş qəpik) manat məbləği isə İddiaçı alınaraq SAP (XİİS) hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-1/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-1/2025
13.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver