Məhkəmə qərarları › İş №e-2-2(123)-10/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-10/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-10/2022 24.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair, elektron qaydada verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC 22 fevral 2022-ci il tarixdə elektron qaydada kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 noyabr 2019-cu il tarixli, KT2011/15 saylı kredit müqaviləsi üzrə 17 yanvar 2022-ci il tarixə olan 1546.49 (bir min beş yüz qırx altı manat 49 qəpik) manat gecikdirilmiş faiz, 4663.31 (dörd min altı yüz altmış üç manat 31 qəpik) manat gecikdirilmiş əsas borc olmaqla, ümumilikdə 6209.80 (altı min iki yüz doqquz manat 80 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 82 (səksən iki) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın tərəflərin qarşılıqlı razılığı əsasında 9000 (doqquz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş 10.02.2010-cu il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********97-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayonu, Vərməziyar kəndində mülkiyyətində olan 0.1645 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.74 kv.m yaşayış, kv.m qeyri yaşayış, 37.27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldildikdə və ya satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsini, satış pulundan daxil olan vəsait kredit borcunu ödəmədiyi halda borcalana məxsus digər əmlaklara tələbin yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosessual qanunvericiliyin tələbləri çərçivəsində iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür. İddia ərizəsinə əlavə edilmiş 17.01.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olundu ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 82 (səksən iki) manat məbləğində dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ cavabdehdən tutulması tələb olunan ümumi məbləğə mütənasib deyil. Başqa sözlə iddia ərizəsi məhkəməyə dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilmədən təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1 və 4.1ci maddələr). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən elektron ödəniş sistemi vasitəsilə 17.01.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən kommersiya mübahisələri üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq tam məbləğdə ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 263, 266, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Elektron ödəniş sistemi vasitəsilə 17.01.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar