Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-100/2024 03.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatı 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 11302.37 AZN, faiz borcuna görə 1399.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 12701.37 (on iki min yeddi yüz bir manat, otuz yeddi qəpik) AZN məbləğində borcun və 200 manat məbləğində ödənilmiş mediasiya xidmət haqqı İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********3187 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri üçün illik 23.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 (on beş min manat) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 790 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edildiyini, həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********3***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********3***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, həmçinin xx.xx.2021-ci il tarixli **********3187 saylı kredit müqaviləsi, xx.xx.2022-ci il tarixli **********1003 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunduğu və öhdəliyin icra olunmamış hissəsinin, əsas borc 12663.27 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edildiyini, sazişin 3-1.1 bəndinə əsasən, kredit alan və zaminin bu sazişi imzalamaqla götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul etdiklərini, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin, cavabdeh, Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh3 əsas borcu 11302.37 AZN, faiz borcuna görə 1399.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 12701.37 (on iki min yeddi yüz bir manat, otuz yeddi qəpik) AZN təşkil etdiyini, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya və xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, lakin X2 verdiyi xx.xx.2023-cü il tarixli F-1562 nömrəli arayışdan da göründüyü kimi cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etmədiklərini, eləcə də kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alanın 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verənin məhkəmə orqanlarına müraciət edəcəyini, lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməyəcini, müqavilənin bu müddəasının heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməyəcəyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 17 may 2024-cü il tarixdə iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatı tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsinin xahiş edildiyi qeyd edilmişdir. 23 may 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə elktron sistemdə olan iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında əlavə edilmiş: 13 iyul 2021-ci il tarixli, **********3187 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, kredit verən kredit alana (Cavabdeh3) 24 ay müddətinə 15000 manat məbləğində illik 23% dərəcəsi ilə kreditinin verilməsini, kredit alan krediti, kredit üzrə hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. 13 iyul 2021-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin yəni Cavabdeh2 13 iyul 2021-ci il tarixli, **********3187 saylı kredit müqaviləsi üzrə kredit alan yəni Cavabdeh3 müqavilə öhdəliyinə əməl etmədiyi halda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 13 iyul 2021-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatı ilə ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, zamin yəni Cavabdeh1 13 iyul 2021-ci il tarixli, **********3187 saylı kredit müqaviləsi üzrə kredit alan yəni Cavabdeh3 müqavilə öhdəliyinə əməl etmədiyi halda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 13 iyul 2021-ci il tarixli, Kredit Kartının Mədaxil aktından görünür ki, kredit məbləği nağdsız qaydada yəni balansdan verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş **********932867 saylı kredit kartında ona təqdim edilmişdir. 13 iyul 2021-ci il tarixli, **********3187 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair **********1003 saylı Sazişdən görünür ki, kredit alanın kredit verənə qalıq əsas borcu 12663.27 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN təşkil edir, tərəflər qalıq borcu olaraq 12663.27 AZN qəbul edirlər və göstərilən məbləğ 20 ay müddətində tamamilə ödəniləcəkdir. 13 iyul 2021-ci il tarixli, **********3187 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2022-cı il tarixli Saziş üzrə ödəniş cədvəlindən görünür ki, kreditin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas məbləğdən əlavə 20 ay müddətində ödənilməli olan faiz 2498 (iki min dörd yüz doxsan səkkiz manat) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 15161.27 (on beş min yüz altmış bir manat, iyirmi yeddi qəpik) manat təşkil etmişdir. 07 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 07 avqust 2023-cü il tarixə əsas borc üzrə 11302.37 manat, faiz borcu üzrə 1399 manat olmaqla ümumilikdə 12701.37 manat kredit borcu vardır. Məhkəmə Ekspertizasının 15 aprel 2024-cü il tarixli, 178 saylı rəyinin nəticə hissəsindən görünür ki, cavabdeh Oruc Məmməd oğlunun, Cavabdeh2 və X4, "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına 07 avqust 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 10512,39 (on min beş yüz on iki manat otuz doqquz qəpik) manat, faiz borcu 544,02 (beş yüz qırx dörd manat iki qəpik) manat və 1049,03 (bir min qırx doqquz manat üç qəpik) manat cərimə borcu olmaqla, “"xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatınə ümumilikdə borcu 12105,44 (on iki min yüz beş manat qırx dörd qəpik) manat təşkil edir. 07 avqust 2023-cü il tarixdən sonra ödənilmiş 2500,00 (iki min) manat pul məbləğinin hansı qaydada silinməsi məhkəmənin səlahiyyətli daxilindədir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, tərəflər iş materiallarında göstərilən müqavilələr ilə öz üzərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı olaraq cavabdeh tərəflərin öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır 448.1-ci mаddəsinin əsasən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş, ekspert qarşısındakı sualları həmin tələbə uyğun olaraq tərtib etmiş, əlavə olaraq tələbdə göstərilməyən və sual qoyulmayan cərimə borcu barədədə müvafiq rəy verilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib həmin rəylə əsas borc və faiz borcuna dair hissədə razılaşır, cərimə hissəsində razılaşmır. Belə ki, iddiaçı tərəfində cərimə borcunun ödənilməsinə dair tələb irəli sürülmədiyindən məhkəmə isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə uyğun olaraq iddiaya iddiaçının irəli sürdüyü tələb həddində baxdığından cərimə hissəsində ekspert rəyi ilə razılaşmır. Belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2024-cü il tarixli, 178 saylı məhkəmə eksperizasının rəyi (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi) kredit üzrə yaranmış əsas borc və faiz borcun hesablanmasına dair hissədə mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Bu səbəbdən də məhkəmə 15 aprel 2024-cü il tarixli, 178 saylı məhkəmə eksperizasının rəyi (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi) rəyini sübut növü kimi qəbul edib, həmin rəylə “Kredit üzrə olan əsas borcun 10512,39 (on min beş yüz on iki manat otuz doqquz qəpik) manat, faiz borcunun 544,02 (beş yüz qırx dörd manat iki qəpik) manat” olduğu hissəsində razılaşaraq belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü iddiası qismən təmin edilməlidir. Həmçinin məhkəmə bildirir ki, İddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə ödənilmiş 1000 (bir min) manat və xx.xx.2024-cü il tarixdə ödənilmiş 500 (beş yüz) manat məbləğində olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində edilmiş ödəniş, qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ, icra zamanı cavabdeh tərəfindən ödənilmiş məbləğ olaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə uyğun olaraq hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 128.10 (bir yüz iyirmi səkkiz manat, 10 qəpik) manat təşkil edir. Belə ki, iddiaçı mediasiya xərclərini ödədiyindən və ödənilmiş 200 manat mediasiya xərci ödənilməli olan 128.10 (bir yüz iyirmi səkkiz manat, 10 qəpik) manat dövlət rüsumunu əhatə etdiyindən iddiaçı tərəf dövlət rüsumundan azad olmuşdur. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli olduğundan MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 128.10 (bir yüz iyirmi səkkiz manat, 10 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 87.05%-ə mütənasib olaraq 111.51 (bir yüz on bir manat, əlli bir qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır. Bununla yanaşı məhkəmə bildirir ki, qalan, mediasiya xərcinin əhatə etdiyi 16.59 (on altı manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddianın rədd edimiş hissəsinə aiddir və iddianın rədd edilmiş hissəsinə uyğun olaraq 16.59 (on altı manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Lakin iddiaçı qanunverciliyə uyğun olaraq dövlət rüsumundan azad olunduğundan məhkəmə bu məsələyə toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, cavabdehlər hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Ekspertiza xərclərinə dair” bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 60 manatdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq 60 (altmış) manat aparılmış tədqiqatın dəyərinin 52.23 (əlli iki manat iyirmi üç qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 7.77 (yeddi manat yetmiş yeddi qəpik) manat məbləği isə iddiaçı "xxxx" X3 Qeyri- Bank Kredit Təşkilatının alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KODU: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi: hesab AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Beləliklə məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 10512,39 (on min beş yüz on iki manat otuz doqquz qəpik) manat, faiz borcu üzrə 544,02 (beş yüz qırx dörd manat iki qəpik) manat olmaqla ümumilikdə 11056.41 (on bir min əlli altı manat qırx bir qəpik) manat müştərək qaydada alınıb iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına ödənilməsi, iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə ödənilmiş 1000 (bir min) manat və xx.xx.2024-cü il tarixdə ödənilmiş 500 (beş yüz) manat məbləğində olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində edilmiş ödəniş, qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ, icra zamanı cavabdeh tərəfindən ödənilmiş məbləğ olaraq nəzərə alınması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 128.10 (bir yüz iyirmi səkkiz manat, 10 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 87.05%-ə mütənasib olaraq 111.51 (bir yüz on bir manat, əlli bir qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınması, iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına ödənilməsi, məhkəmə ekspertizasının keçirilməsinə görə ödənilməli olan 60 (altmış) manat aparılmış tədqiqatın dəyərinin 52.23 (əlli iki manat iyirmi üç qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 7.77 (yedi manat yetmiş yeddi qəpik) manat məbləği isə iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatının alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KODU: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi: hesab AZ21NABZ********************, VÖEN **********) ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 10512,39 (on min beş yüz on iki manat otuz doqquz qəpik) manat, faiz borcu üzrə 544,02 (beş yüz qırx dörd manat iki qəpik) manat olmaqla ümumilikdə 11056.41 (on bir min əlli altı manat qırx bir qəpik) manat müştərək qaydada alınıb iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına ödənilsin. İddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə ödənilmiş 1000 (bir min) manat və xx.xx.2024-cü il tarixdə ödənilmiş 500 (beş yüz) manat məbləğində olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində edilmiş ödəniş, qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ, icra zamanı cavabdeh tərəfindən ödənilmiş məbləğ olaraq nəzərə alınsın. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 128.10 (bir yüz iyirmi səkkiz manat, 10 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 87.04%-ə mütənasib olaraq 111.51 (bir yüz on bir manat, əlli bir qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. İddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə görə ödənilməli olan 60 (altmış) manat aparılmış tədqiqatın dəyərinin 52.23 (əlli iki manat iyirmi üç qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 7.77 (yedi manat yetmiş yeddi qəpik) manat məbləği isə iddiaçı "xxxx" X3 Qeyri-Bank Kredit Təşkilatının alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KODU: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi: hesab AZ21NABZ********************, VÖEN **********) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-100/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-100/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver