Məhkəmə qərarları › İş №e-2-2(123)-103/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-103/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-103/2023 05.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 24 iyun 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Çariyeviçdən 10 mart 2022-ci il tarixli, KT1003/11 saylı kredit müqaviləsi üzrə 22 may 2023-ci il tarixə 4360.05 (dörd min üç yüz altmış manat beş qəpik) manat əsas borc, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 15000 (on beş min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********24- 1031777 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon, Yengicə kəndində 0.2271 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evinin qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-103/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasının iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 oğlunun və Cavabdeh1 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinə məhkəmə tərəfindən e-2(123)-103/2023 saylı iş üzrə baxıldığını bildirərək cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin xeyrinə öhdəlik tam icra edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəf ərizəsində cavabdehlərin öhdəliyi tam icra etdiklərini qeyd edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən icraata xitam verilməsini xahiş etdiyindən, məhkəmə iddiaçı tərəfindən məhkəmə ünvanlanmış ərizənin nəzərə alınaraq həmin ərizənin təmin edilib qanunverciliyə uyğun olaraq iş üzrə icraata xirtam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “Xahiş etdi” hissəsində göstərilən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsinə dair hissəyə məhkəmə toxunmur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə bu hallara dair tələb öz əksini tapmamış sadəcə olaraq öhdəlik tam icra edildiyindən işə xitam verilməsi tələb edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar