Məhkəmə qərarları › İş №e-2-2(123)-104/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-104/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-104/2024 22.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 03 avqust 2018-ci il tarixli, 0308/01BK saylı kredit müqaviləsi üzrə 01 dekabr 2023-cü il tarixə 6149.27 (altı min bir yüz qırx doqquz manat 27 qəpik) manat əsas borc, 105.54 (bir yüz beş manat 54 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6254.81 (altı min iki yüz əlli dörd manat 81 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 26000 (iyirmi altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********04-10301 reyestr nömrəli ünvan 1 ünvanında 0.024 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini bildirmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-2(123)-104/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizə təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 18 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatda olan e-2(123)-104/2024 saylı kommersiya işi üzrə iddia ərizəsinin İddiaçı ASC-yə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bununla bağlı “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, iddiaçının ərizəsini nəzərə alınaraq yuxarıda göstərilənlərə əsasən məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. və 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edir ki, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə 25 yanvar 2024-cü il tarixli qərardad ilə məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 15 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 179 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 04 aprel 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 30 (otuz) manat məbləği Cavabdeh1, qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C) ödənilməlidir. Həmçinin məhkəmə 25 aprel 2024-cü il tarixli qərardad ilə təkrar məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 08 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli, 586 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 2 iyul 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 30 (otuz) manat məbləği Cavabdeh1, qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 30 (otuz) manat məbləği Cavabdeh1, qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C) ödənilsin. Təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 30 (otuz) manat məbləği Cavabdeh1, qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21) ödənilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində, Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar