Məhkəmə qərarları › İş №e-2-2(123)-108/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-108/2023

13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-108/2023 13.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, X3 və X2 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 03 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 iyun 2017-ci il Qərarı) Göründüyü kimi, bu kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından həmin tələblərin həlli məhdud məsuliyyətli cəmiyyətin ali orqanı olan cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilən qərar əsasında və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin tələb məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı çağırılaraq həll edilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Cavabdeh3 MMC-nin Nizamnaməsinin: 2.4-cü bəndinə əsasən cəmiyyət iştirakçılarının qoyduqları mayaların tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti ümumi yığıncaq tərəfindən müəyyən edilir. 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin: 2-2(123)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC-yə qarşı cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası mənfəətin (gəlirin) müəyyən edilib ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. (2-2(123)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardad və ərizələr və 1və 2 saylı pratakollar iş materiallarına əlavə edilir.) e-2-2(123)-9/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC-yə qarşı (iddia tələbi göstərilməmişdir) məhkəməyə ünvanladığı elektron ərizəsi iddiaçıya geri qaytarılmışdır. (e-2-2(123)-9/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad iş materiallarına əlavə edilir.) 2-2(123)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC-yə qarşı müəssisələrin fəaliyyət göstərdikləri zamandan indiyədək ona çatası mənfəətin (gəlirin) müəyyən edilib ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. (2-2(123)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad iş materiallarına əlavə edilir.) e-2-2(123)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC-yə qarşı xalis mənfəətin müəyyən edilib ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. (e-2-2(123)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad iş materiallarına əlavə edilir.) e-2-2(123)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC-yə qarşı təsisçi protokollarını, vergi və maliyyə hesabatlarını, müəssisənin gəlirlərini və xərclərini təsdiq edən müvafiq sənədlərin nüsxələrinin alınması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. (e-2-2(123)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad iş materiallarına əlavə edilir.) e-2-2(123)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı vəkili-nümayəndəsi X5 cavabdehlər Cavabdeh3 MMC-yə, X2 və X3 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. (e- 2-2(123)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad iş materiallarına əlavə edilir.) e-2-2(123)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, X1 və X4 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. (e-2-2(123)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad iş materiallarına əlavə edilir.) Beləliklə, məlum olur ki, iddiaçı hər dəfə iddianın predmetini, əsasını və cavabdehləri dəyişməklə məhkəməyə müraciət etmiş, lakin məhkəmə tərəfindən qəbul edilən qərardadlarda göstərilən nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.(nöqsanlar aradan qaldırıldıqdan sonra) Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, X3 və X2 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar