Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-109/2023 21.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 01 mart 2019-cu il tarixli, 0103/01/SİF saylı kredit müqaviləsi üzrə 15 may 2023-ci il tarixə 2671.98 (iki min altı yüz yetmiş bir manat doxsan səkkiz qəpik) manat əsas borc, 14.87 (on dörd manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2686.85 (iki min altı yüz səksən altı manat səksən beş qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22400 (iyirmi iki min dörd yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********81- 10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 03 noyabr 2023-cü il tarixdə məhkəməyə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq Cavabdeh3 kredit müqaviləsi üzrə borcunu ödədiyini, lakin “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı rüsumların ödənilməmiş qaldığını, 15 may 2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin aşağıdakı redaksiyada qəbul edilməsini: Cavabdeh3 “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işə “Cavabdeh3 “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” tələbi həddində baxılması qərara alınaraq işə məhkəmə tərəfindən ərizədə göstərilən həddə baxılmağa davam etdirilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2, Cavabdeh3 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, X1 qarşı kredit üzrə borc tələbinə dair ərizəsinə e-2(123)-109/2023 saylı iş üzrə baxıldığını, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin xeyrinə öhdəlik tam icra edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəf ərizəsində cavabdehlərin öhdəliyi tam icra etdiklərini qeyd edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən icraata xitam verilməsini xahiş etdiklərindən, məhkəmə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizənin nəzərə alınaraq həmin ərizənin təmin edilib qanunverciliyə uyğun olaraq iş üzrə icraata xirtam verilməsi qənaətindədir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı 03 noyabr 2023cü il tarixdə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək “Cavabdeh3 “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi”ni xahiş etdiyindən, həmin ərizəyə əsasən məhkəmə tərəfindən iş üzrə cavabdeh kimi Cavabdeh3 saxlanılmışdır. Bu səbəbdən də işə tələb həddində xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tərəflə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan, şikayət verilmədikdə onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-109/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-109/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver