Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-11/2022 24.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “Naxçıvanbank" ASC 22 fevral 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22 may 2020-ci il tarixli, BK2205/02 saylı kredit müqaviləsi üzrə 14 fevral tarixə olan 1293.85 (bir min iki yüz doxsan üç manat səksən beş qəpik) manat gecikdirilmiş faiz, 5253.36 (beş min iki yüz əlli üç manat otuz altı qəpik) manat gecikdirilmiş əsas borc, 62.14 (altmış iki manat, on dörd qəpik) manat faiz , 6748.47 (altı min yeddi yüz qırx səkkiz manat qırx yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 13357.82 (on üç min üç yüz əlli yeddi manat səksən iki qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 40 (qırx) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilən 130.07 (yüz otuz manat sıfır yeddi qəpik) manat dövlət rüsumunun tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 20870 (iyirmi min səkkiz yüz yetmiş ) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş 18.01.2019-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ X1 məxsus **********76-10301 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəhəri, 1-ci küçə, döngə 8, ev 2C ünvanında mülkiyyətində olan 0.0103 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 46.74 kv.m, yaşayış sahəsi 32.41 kv.m, yardımçı sahəsi 14.33 kv.m olan 1 (bir) otaqlı fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil veriləsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə prosessual qanunvericiliyin tələbləri çərçivəsində iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Yuxarıda qeyd edilən qanun normasının imperativ mənasına əsasən kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən sənədlərin surətini deyil, məlum poçt göndərişlərini digər tərəfin almasını təsdiq edən sənədlərin (və ya “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tərtib edilmiş elektron sənədlərin) ərizəyə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə işdə iştirak edən şəxslərin rəsmi qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. (K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 noyabr 2016-cı il tarixli Qərarı). İddia ərizəsinin və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1 və 4.1ci maddələr). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən elektron ödəniş sistemi vasitəsilə 14.02.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 130.07 (bir yüz otuz manat sıfır yeddi qəpik) manat və 24.02.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 1.12 (bir manat on iki qəpik) manat məbləğində dövlət rüsumları iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən kommersiya mübahisələri üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılmasına tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Elektron ödəniş sistemi vasitəsilə 14.02.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 130.07 (bir yüz otuz manat sıfır yeddi qəpik) manat və 24.02.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 1.12 (bir manat on iki qəpik) manat məbləğində dövlət rüsumları iddiaçı "xxxx" ASC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-11/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-11/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver