Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-112/2023 07.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X7 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DC00270483-03 saylı kredit müqaviləsinə əsasən 27 850. 48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 2,675.66 (iki min altı yüz yetmiş beş manat altmış altı qəpik) manat faiz borcu, 684.93 (altı yüz səksən dörd manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 31,211.07 (otuz bir min iki yüz on bir manat yeddi qəpik) manat, DC00270483-05 saylı kredit müqaviləsinə əsasən 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 1,789.84 (bir min yeddi yüz səksən doqquz manat səksən dörd qəpik) manat faiz borcu, 320.89 (üç yüz iyirmi manat səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 20,967.59 (iyirmi min doqquz yüz altmış yeddi manat əlli doqquz qəpik) manat, DCLT00270483-07 saylı kredit müqaviləsinə əsasən 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 3,272.95 (üç min iki yüz yetmiş iki manat doxsan beş qəpik) manat faiz borcu, 2,135.91 (iki min bir yüz otuz beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,012.68 (otuz min on iki manat altmış səkkiz qəpik) manat məbləğində borcun, Mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində “İddiaçı ASC (bundan sonra “Bank”) ilə X10 (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3989 saylı Razılaşma imzalandığını, həmin razılıq ərizəsini imzalayaraq borclunun www.pashabank.az saytında yerləşdirilmiş X9 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etdiyini, sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2021-ci il tarixli DC00270483-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalandığını və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60,814 (altmış min səkkiz yüz on dörd) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verildiyini, - xx.xx.2021-ci il tarixli DC00270483-05 saylı Maliyyələşdirmə üçün ərizə imzalandığını və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 32,328 (otuz üç min üç yüz iyirmi səkkiz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verildiyini, - xx.xx.2022-ci il tarixli DCLT00270483-07 saylı Maliyyələşdirmə üçün ərizə imzalandığını və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, 24,604 (iyirmi dörd min altı yüz dörd) manat məbləğində tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti açıldığını, lakin Borcalanın qeyd edilən DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 179 gün, DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 172 gün və DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 174 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyini, Bank tərəfindən Borcalana xəbərdarlıq məktubunun göndərildiyini və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinin xahiş olunduğunu, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyinin bildirildiyini, Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliklərinin - DC00270483-03 saylı kredit müqaviləsinə əsasən 27 850. 48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 2,675.66 (iki min altı yüz yetmiş beş manat altmış altı qəpik) manat faiz borcu, 684.93 (altı yüz səksən dörd manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 31,211.07 (otuz bir min iki yüz on bir manat yeddi qəpik) manat; -DC00270483-05 saylı kredit müqaviləsinə əsasən 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 1,789.84 (bir min yeddi yüz səksən doqquz manat səksən dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 320.89 (üç yüz iyirmi manat səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 20,967.59 (iyirmi min doqquz yüz altmış yeddi manat əlli doqquz qəpik) manat; -DCLT00270483-07 saylı kredit müqaviləsinə əsasən 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 3,272.95 (üç min iki yüz yetmiş iki manat doxsan beş qəpik) manat faiz borcu, 2,135.91 (iki min bir yüz otuz beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,012.68 (otuz min on iki manat altmış səkkiz qəpik) manat təşkil etdiyini, bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edildiyini, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılığın əldə edilmədiyini, İddiaçı ASC-nin mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödədiyini, ümumi Şərtlər Toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablandığını, cərimə faizinin 2 qaydada 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra müəyyən olunduğunu, Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizlərinin də öz növbəsində hesablanmağa davam etdiyini, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bankın Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə biləcəyini, eyni zamanda X12 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etməyin Bankın hüququ olduğunu qeyd etməklə əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, 385.1, 421.2-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 470-ci, 472-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı, 119.1-ci maddələrinə və Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-112/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 01 avqust 2023-cü il tarixdə İddiaçı ASC tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair elektron qaydada iddia ərizəsinə əlavə ünvanlanaraq, həmin əlavədə Cavabdehlər X3: -DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 27,850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu, 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat borcun; -DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2.172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu, 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat borcun; -DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2.983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 30279.67 (otuz min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinə cavabdeh X3: -DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 27,850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu, 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat borcun, -DC00270483- 05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2.172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu, 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat borcun, -DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2.983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 30279.67 (otuz min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbi həddində baxılması qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 07 dekabr 2023-cü il tarixdə İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, İddiaçı ASC-nin cavabdeh X7 qarşı “kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması” tələbinə dair iş üzrə məhkəmə iclasının 07 dekabr 2023-cü il tarixə, saat 09:05-ə təyin edildiyi, lakin, üzürlü səbəblərdən qeyd edilən tarixdə məhkəmə iclasında iştiraklarının təmin edə bilməyəcəkləri, qeyd edilənləri nəzərə alaraq, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh X10 iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Həmçinin, Məhkəmə tərəfindən tərəflərin iştirakını təmin etmək məqsədilə dəfələrlə məhkəmə iclasları təyin edilməsinə baxmayaraq, tərəflər iştirak etmədiyindən təqdim edilən sənədlərə münasibətdə izahlarının və işin halları ilə əlaqədar izahatlarının alınması mümkün olmamışdır. İş materiallarında olan: Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli, 1.0.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/3989 nömrəli razılaşmanın; 1-ci bəndindən görünür ki, X10 bu razılaşmanı imzalamaqla, Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://wwwpashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli, 1.0.2 №-li versiyasının (bundan sonra “Müqavilə” adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabında daşıdığını qəbul etmişdir. 3-cü bəndindən görünür ki, Bank və Müştəri link üzrə yerləşdirilən Müqaviləni, imzalanmış Müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir. 7-ci bəndindən görünür ki, bu razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən Müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir. Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin: 2.4-cü və 2.4.12-ci bəndindən görünür ki, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir. 3.2-ci bəndindən görünür ki, Müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. 3.4-cü bəndindən görünür ki, faizlər kreditin verildiyi günün ertəsi günündən Kredit qaytarılan günədək hesablanır. 3.7-ci bəndindən görünür ki, Kredit məbləği Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarılır. 5.2-5.2.1-ci bəndindən görünür ki, kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank, Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. xx.xx.2020-ci il tarixli OnGTC/SE/3989 saylı ümumi şərtlər toplusunun tərkib hissələri olan: xx.xx.2021-ci il tarixli DC00270483-03 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X7 mal alışı məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 60,814.00 (altmış min səkkiz yüz on dörd) manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, DC00270483-05 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X7 mal alışı məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 32.328.00 (otuz iki min üç yüz iyirmi səkkiz) manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, DCLT00270483-07 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X7 nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla 24,604.00 (iyirmi dörd min altı yüz dörd) manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. “Bridge Plaza” Biznes Mərkəzinin qrup rəhbəri Kərimova Əzizə tərəfindən verilmiş PB/BPŞ-OUT-00828-2023 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir. -DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı-222 gündür; -DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2,172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı-215 gündür. -DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2,983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,279.67 (otuz min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı-174 gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə cavabdeh X10 arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/3989 saylı razılaşma imzalanmış, borclu həmin razılaşmanı imzalamaqla www.pashabank.az saytında yerləşdirilmiş X9 qeyd edilmiş şərtləri qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2021-ci il tarixli DC00270483-03 saylı; xx.xx.2021-ci il tarixli, DC00270483-05 saylı və xx.xx.2022-ci il tarixli, DCLT00270483-07 saylı müqavilələr bağlanmış, bununla da, tərəflər Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən etmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən X7 illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla mal alışı məqsədilə xx.xx.2023-cü il tarixədək 60,814.00 (altmış min səkkiz yüz on dörd) manat məbləğində birdəfəlik kredit verilmiş, xx.xx.2021-ci il tarixli, DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən X7 mal alışı məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 32.328.00 (otuz iki min üç yüz iyirmi səkkiz) manat məbləğində birdəfəlik kredit verilmiş, xx.xx.2022-ci il tarixli, DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən X7 "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə nağdsız qaydada xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla 24,604.00 (iyirmi dörd min altı yüz dörd) manat məbləğində plastik kart üzrə kredit xətti açılmış, borcalan müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi, Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəməyi, Banka Kredit məbləğini “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında xx.xx.2020-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul edilməsinə dair OnGTC/SE/3989 saylı razılaşmanın tərkib hissələri olan xx.xx.2021-ci il tarixli DC00270483-03 saylı; xx.xx.2021-ci il tarixli, DC00270483-05 saylı və xx.xx.2022-ci il tarixli, DCLT00270483-07 saylı müqavilələrdən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Bununla yanaşı Məhkəmə, iddia ərizəsinin məzmununda xx.xx.2021-ci il tarixli DC00270483-05 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana verilmiş kredit məbləğinin rəqəmlərlə 32,328 manat, hərflərlə isə mötərizə daxilində otuz üç min üç yüz iyirmi səkkiz manat qeyd olunmasını texniki səhvlik kimi qiymətləndirərək həmin məbləğin digər sənədlərdə 32,328 manat göstərildiyindən otuz iki min üç yüz iyirmi səkkiz manat məbləği kimi nəzərə alınmasıqənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, Borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək, kreditin əsas məbləğini və ona hesablanmış faizləri maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödəmədiyindən əsas məbləğə kredit müddəti bitənədək və kredit müddəti bitdikdən sonra cərimə hesablanmış, eyni zamanda “PB/BPŞ-OUT-00828-2023 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında xx.xx.2023-cü il tarixə DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 222, DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 215, DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 174 gecikdirilmiş gün qeydə alınmışdır. Göstərilən səbəblərdən yaranmış mübahisə qarşılıqlı razılıq əsasında həll edilmədiyindən, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Belə ki, məhkəmə, borclu tərəfindən lazımınca icra edilməmiş kredit öhdəliyi üzrə yaranmış cəriməyə münasibətdə bildirir ki, Ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndi ilə gecikdirilmiş əsas məbləğə münasibətdə cərimə faizinin hesablanması nəzərədə tutulduğundan, eyni zamanda cavabdehin cərimə borcunun olması PB/BPŞ-OUT-00828-2023 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında təsdiq edildiyindən, iddiaçı əsas borc və ona hesablanmış faiz borcundan əlavə yaranmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmələrin ən məsuliyyətli vəzifəsi işin araşdırılan halları və faktları əsasında tərəflərin təqdim etdiyi dəlil və sübutlara qiymət verməsidir. Bu mövqedən yanaşaraq məhkəmənin qəbul etdiyi aktın qanuni və əsaslı olmasını, məhkəmənin işə tam, hərtərəfli və obyektiv yanaşıb-yanaşmadığını da həmin haldan asılı etmişdir. Bu hala əsaslanaraq, xx.xx.2023-cü il tarixə cavabdeh X5 İddiaçı ASC-yə əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsi məqsədilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 21 sentyabr 2023-cü il tarixli, 875 nömrəli ekspert rəyindən X10 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DC00270483-03 saylı, xx.xx.2021-ci il tarixli, DC00270483-05 saylı və xx.xx.2022-ci il tarixli, DC00270483-07 saylı kredit müqavilələrinin, hesabdan çıxarış və maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) DC00270483-03 saylı kredit müqaviləsi üzrə 27850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu, 1033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32.125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat, DC00270483-05 saylı kredit müqaviləsi üzrə, 18856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2,172.73 (iki min yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu, 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat, DCLT00270483-07 saylı kredit müqaviləsi üzrə, 24.603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2.983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 2.692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,279.67 (otuz min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat borcun düzgün hesablandığı qeyd olunmuşdur. Həmçinin, məhkəmə, 21 sentyabr 2023-cü il tarixli, 875 nömrəli ekspert rəyi üzrə ekspertin DCLT00270483-07 saylı müqavilənin nömrəsinin DC00270483-07 saylı olaraq qeydə alınmasını texniki səhvlik kimi qiymətləndirərək, nəticə hissədə iş materiallarına əlavə edilən müqavilələrə münasibətdə düzgün qeyd edildiyindən, həmin nömrənin DCLT00270483- 07 saylı olaraq nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bununla da, tələb edilənlərlə iddiaçının təqdim etdiyi sübutlarda və ekspert rəyində qeyd edilən məbləğlər eynilik təşkil etdiyindən məhkəmə, sübutların: maliyyə arayışı, o cümlədən hesablanması xüsusi bilik tələb etdiyindən ekspertizaya təqdim edilərək nəzərə alınan hesabdan çıxarışların və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 875 nömrəli ekspert rəyinin özlüyündə həqiqiliyinə təminat verildiyini qeyd edir. Belə ki sübutların həqiqiliyi dedikdə, bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərlilik başa düşülür. Bundan əlavə məhkəmə, sübutların məcmusunda, onların qarşılıqlı funksional əlaqəsini müəyyən edərək birinin digərini təsdiqini və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasını aşkar etmişdir. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq dəbbə pulunun müqavilə üzrə əsas borc və ona hesablanmış faiz məbləğinin cəminin 6%indən artıq olmamalı olduğunu nəzərə alaraq, DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimənin azaldılıb 1656 (bir min altı yüz əlli altı) manat hissədə təmin edilməsi qənaətindədir. Beləliklə, məhkəmə DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimənin 1656 (bir min altı yüz əlli altı) manat hissədə təmin edilməsini nəzərə almaqla digər sübutlarla yanaşı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 21 sentyabr 2023-cü il tarixli, 875 nömrəli ekspert rəyi real vəziyyəti əks etdirdiyi üçün mötəbər sübut növü kimi qəbul edib həmin rəylə qismən razılaşaraq iddianın qismən təmin olunması qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3–cü maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti ümumilikdə 83925.74 (səksən üç min doqquz yüz iyirmi beş manat yetmiş dörd qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 120 + 221,78= 341,78 (üç yüz qırx bir manat yetmiş səkkiz qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 02 iyun 2023-cü il tarixli, P-707 nömrəli X2 İştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iştirakı ilə, xx.xx.2023-cü il tarixdə, X1 keçirilmiş İMS-də cavabdeh X10 iştirak etməmiş, o cümlədən, iddiaçının nümayəndəsi X11 tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, X8 ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli 341,78 (üç yüz qırx bir manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən müddəanı rəhbər tutaraq məhkəmə belə qərara gəlir ki, X10 mediasiya prosesində iştirak etmədiyindən iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc bütünlükdə cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd edilən müddəaların məzmunundan belə aydın olur ki, iddiaçının ödəməkdən azad edildiyi 341,78 (üç yüz qırx bir manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş - 98,77% hissəsinə uyğun olaraq 337,58 (üç yüz otuz yeddi manat əlli səkkiz qəpik) manatı cavabdeh X3 tutularaq dövlət gəlirlərinə alınmalı, qalan hissədə iddiaçı mediasiya xərci ödəyərək azad edildiyindən məhkəmə tərəfindən həmin hissəyə münasibətdə toxunulmamaqdadır. Nəticədə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 98,77% əsaslı olduğundan qismən təmin edilməli, -DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat, DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2,172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat, DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2,983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 1656 (bir min altı yüz əlli altı) manat cərimə borcu olmaqla, cəmi 29243,53 (iyirmi doqquz min iki yüz qırx üç manat əlli üç qəpik) manat və 400 (dörd yüz) manat mediasiya xərci cavabdeh X3 alınıb İddiaçı ASC-yə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 341,78 (üç yüz qırx bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş 98,77% hissəsinə münasibətdə 337,58 (üç yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat məbləği cavabdeh X3 alınıb dövlət gəlirlərinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2-ci və 233.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh X3 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA0462843, FİN: 11MY0HH,) DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 27 850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat; DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2,172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat; DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2,983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 1656 (bir min altı yüz əlli altı) manat cərimə borcu olmaqla, cəmi 29243,53 (iyirmi doqquz min iki yüz qırx üç manat əlli üç qəpik) manat borc məbləği alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci bütövlükdə cavabdeh X3 alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 341,78 (üç yüz qırx bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş 98,77% hissəsinə münasibətdə 337,58 (üç yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat məbləği cavabdeh X3 alınıb dövlət gəlirlərinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-112/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-112/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver