Məhkəmə qərarları › İş №e-2-2(123)-113/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-113/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-113/2024 03.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh “Naxçıvan Məhsulları” PHŞ-nin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Naxçıvan Məhsulları” X5, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə, Naxçıvan MR Maliyyə Nazirliyinə və Naxçıvan MR Sahibkarlığın İnkişafı X1rşı “Kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və nümayəndəsi Nümayəndə1 14 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - “Naxçıvan Məhsulları” Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Naxçıvan MR Maliyyə Nazirliyindən və Naxçıvan MR İqtisadiyyat Nazirliyindən 05 dekabr 2023-cü il tarixə olan 07 noyabr 2016-ci il tarixli, 0711/01/SKF saylı kredit müqaviləsi üzrə 9300 000 (doqquz milyon üç yüz min) manat əsas, 43400 (qırx üç min dörd yüz) manat faiz borcu olmaqla, ümumilikdə ******* (doqquz milyon üç yüz qırx üç min dörd yüz) manat kredit borcunun və bu borcun ödənildiyi tarixədək hesablanacaq cərimə məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 (dörd yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 5061.70 (beş min altmış bir manat 70 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 18 yanvar 2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edilərək həmin ərizədə cavabdehlər - “Naxçıvan Məhsulları” Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Naxçıvan MR Maliyyə Nazirliyindən və Naxçıvan MR İqtisadiyyat Nazirliyindən, Naxçıvan MR X2 publik hüquqi şəxsindən 05 dekabr 2023-cü il tarixə olan 07 noyabr 2016-cı il tarixli, 0711/01/SKF saylı kredit müqaviləsi üzrə 9300 000 (doqquz milyon üç yüz min) manat əsas, 43400 (qırx üç min dörd yüz) manat faiz borcu olmaqla, ümumilikdə ******* (doqquz milyon üç yüz qırx üç min dörd yüz) manat kredit borcunun və bu borcun ödənildiyi tarixədək hesablanacaq cərimə məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 (dörd yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 5061.70 (beş min altmış bir manat 70 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi barədə Qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 18 yanvar 2024-cü il tarixli məhkəmə iclasında tələbə iddiaçının nümayəndəsi tərəfindən 18 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizədə göstərilən tələb həcmində baxılması qərara alınmışdır. Məhkəmənin 18 mart 2024-cü il tarixli, e-2-2(123)-113/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibat ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmış və məhkəmə mühasibat ekspertizasının aparılması üçün 2 cilddən ibarət e-2-2(123)-113/2024 (işin əvvəlki nömrəsi e-2-2(123)-396/2023) saylı iş materialları Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur. 10 iyun 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə elektron qaydada “İddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə” ərizə daxil olduğundan, 11 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən həmin ərizə əsasında müvafiq qərar qəbul edilməsi üçün ekspertizada olan e-2-2(123)-113/2024 saylı kommersiya mübahisəsinə dair iş materiallarının Naxçıvan MR Kommersiya Məhkəməsinə qaytarılması barədə Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə məktub ünvanlanmış, qeyd olunan məktub nəzərə alınaraq 20 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli, 3-16-33-3/2- 144/2024 №-li məktubu ilə 18 mart 2024-cü il tarixli qərardadla təyin olunmuş “məhkəməmühasibatlıq ekspertizası” üzrə e-2-2(123)-113/2024 saylı kommersiya mübahisəsinə dair iş icra olunmadan məhkəməyə geri qaytarılmış, nəticədə məhkəmənin 20 iyun 2024-cü il tarixli, e-2- 2(123)-113/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə5 məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər Naxçıvan MR Maliyyə Nazirliyi və Naxçıvan MR X2 PHŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə onların iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. 10 iyun 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə elektron qaydada göndərilmiş “İddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə” ərizədə tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunduğu üçün "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasının məqsədəuyğun hesab edildiyi bildirilmiş və işin geri qaytarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə qeyd edilən ərizəni nəzərə alıb təmin edərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Naxçıvan Məhsulları” X5, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə, Naxçıvan MR Maliyyə Nazirliyinə və Naxçıvan MR Sahibkarlığın İnkişafı X1rşı “Kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bununla bağlı “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 5061.70 (beş min altmış bir manat yetmiş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 10 iyun 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə elektron qaydada daxil olmuş “İddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə” ərizə əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Naxçıvan Məhsulları” X5, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə, Naxçıvan MR Maliyyə Nazirliyinə və Naxçıvan MR Sahibkarlığın İnkişafı X1rşı “Kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, həmçinin məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №-li qəbz ilə ödənilmiş 5061.70 (beş min altmış bir manat yetmiş qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına uyğun olaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Naxçıvan Məhsulları” X5, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə, Naxçıvan MR Maliyyə Nazirliyinə və Naxçıvan MR Sahibkarlığın İnkişafı X1rşı “Kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №-li qəbz ilə ödənilmiş 5061.70 (beş min altmış bir manat yetmiş qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına uyğun olaraq iddiaçıya qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar