Məhkəmə qərarları › İş №e-2-2(123)-117/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-117/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-117/2024 12.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 18 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 sentyabr 2020-ci il tarixli,1009/01/SİF saylı kredit müqaviləsi üzrə 07 dekabr 2023-cü il tarixə 3717.85 (üç min yeddi yüz on yeddi manat 85 qəpik) manat əsas borc, 96.84 (doxsan altı manat 84 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3814.69 (üç min səkkiz yüz on dörd manat 69 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının və məhkəmə məsrəflərinin tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 25200 (iyirmi beş min iki yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********77- 10301 reyestr nömrəli Şahbuz rayon, Nursu kəndində, 0.3847 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-401/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasının iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. 26 yanvar 2024-cü il tarixdə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 30 yanvar 2024-cü il tarixdə məhkəməyə şikayət ünvanlayaraq Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-117/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2- 2(123)-117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Naxçıvan MR Kommersiya Məhkəməsinin e- 2-2(123)-117/2024 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı şikayətlə yanaşı 30 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə öhdəlik icra edildiyindən Azərbaycan Respublikasının MPM-nin 261.04cü maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəf ərizədə öhdəliyin icra olunduğunu və icraata xitam verilməsini xahiş etdiyindən məhkəmə bu halı nəzərə alaraq qanunverciliyə uyğun olaraq iş üzrə icraata xirtam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “Xahiş etdi” hissəsində göstərilən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının və məhkəmə məsrəflərinin tutularaq Bankın xeyrinə ödənilməsi”nə dair hissəyə məhkəmə toxunmur. Belə ki, iddiaçı tərəfindən bu hallara dair hər hansı tələb öz əksini tapmamış sadəcə olaraq öhdəlik icra edildiyindən işə xitam verilməsi xahiş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar