Məhkəmə qərarları › İş №e-2-2(123)-12/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-12/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-12/2023 17.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC 09 yanvar 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə LPO İddiaçı ASC-nin xeyrinə 67.969,50 manat (altmış yeddi min doqquz yüz altmış doqquz manat, əlli qəpik) faiz borcu, 83.010,56 manat (səksən üç min on manat, əlli altı qəpik) cərimə borcu olmaqla, cəmi borc üzrə 150.980,06 manat (yüz əlli min doqquz yüz səksən manat, altı qəpik) borcun, X8 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat rüsumun və məhkəməyə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı Təminatlı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə Plastik boru istehsal sahəsinin yaradılması məqsədi ilə SKMF vəsaiti hesabına illik 7 % olmaqla 7 il müddətinə ******* manat (bir milyon min manat) AZN məbləğində təminatlı kredit verildiyini, cavabdehlərin yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyini, belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh "xxxx" MMC-yə “borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmadığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış 16 iyun 2009-cu il tarixli 498/F12 saylı kredit müqaviləsinin, **********786 nömrəli xx.xx.2022-ci il tarixli maliyyə arayışının olduğunu, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə cavabdeh "xxxx" MMC-nin LPO İddiaçı ASC qarşısında 67.969,50 manat (altmış yeddi min doqquz yüz altmış doqquz manat, əlli qəpik) faiz borcu, 83.010,56 manat (səksən üç min on manat, əlli altı qəpik) cərimə borcu,cəmi borc üzrə 150.980,06 manat (yüz əlli min doqquz yüz səksən manat, altı qəpik) borc yarandığını, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC-nin müflis elan edildiyini, iflas proseduruna başlanıldığını və qərarın dərhal icraya yönəldildiyini, həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edildiyini, tərəflərindən cavabdehə 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyini, cavabdehlər təklifə cavab vermədiyi üçün tərəflərindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunduğunu, təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərildiyini, "xxxx" MMC-yə X8 tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlmədiklərini, tərəflərindən ilkin mediasiya sessiyasına iştirak edildiyini, X8 keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərcin ödənildiyini və bu barədə mediator tərəfindən müvafiq arayış verildiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci 386.1-ci, 442-ci, 445.1-ci, 445.2-ci 445.2.1, 445.2.2, 448.1ci, 739.1-ci, 427.3-cü, 445.7-ci maddələrinə, X11 36.5-ci maddəsinə, 3.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad edərək cəmi 150 980.06 manat olan iddia tələbi üzrə ödəniləcək 441 manat dövlət rüsumu X8 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat olan mediasiya xərcinə uyğun olaraq həmin hissədə rüsumdan azad hesab olunduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-12/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə3 06 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında əsas borc üzrə məbləğin cavabdeh təşkilat tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna ödənildiyini, bunu bildiklərini, həmin ödənişin də Fond tərəfindən onlara gəldiyini, onlar da həmin əsas məbləği özlərinə (Fonda) qaytardıqlarını, bugünkü gündə cavabdeh təşkilatın onlara ancaq faiz borcu olduğunu, borclar pul onlara keçməyincə silmədiklərini, o vaxt rəhbərliklər tərəfindən danışıqların belə olduğunu, X14 Nazirliyindən Bakı ilə əlaqələr yaradıldığını, danışdıqlarını, həmin pulu onlara (banka) köçürdüklərini, bankın da təzədən Fonda geri qaytardığını, bəhs edilən halın 2019-2020-ci illərdə baş verdiyini, pulu özlərində saxladıqlarını, öz bir faizlərindən imtina etdiklərini, ona görə də pulun əsas məbləğini onların yığdığını, əsas məbləğini yığıb özlərində saxladıqlarını, 14 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə iddia müddətinin keçdiyini qəbul etmədiklərini, sonuncu ödənişin xx.xx.2019-cu il tarixdə olduğunu, 02 noyabr 2022-ci il tarixdə mediasiyaya müraciət etdiklərini, mediasiyaya müraciət etdikləri üçün müddətin axımının dayandığını, yəni müddətin ötmədiyini, mediasiyadan sonra 29 noyabr 2022-ci il tarixdə də məhkəməyə müraciət etdiklərini, xx.xx.2019-cu il tarixdə X15 tərəfindən ləğv prosesində olan Bank of Azerbaijana sonuncu ödənişin olduğunu, həmin müddətdən üç il keçmədiyini, 11 sentyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında iddianı müdafiə etdiklərini, 09 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında sədrlik edənin suallarına cavab olaraq cavabdeh tərəfin SİF-ə ödəmə apardıqdan sonra iddiaçıya heç bir ödəməninin aparılmadığını, bağlanmış müqavilənin şərtlərinin iddiaçı Bankın hazırladığını, 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinin Bankın ləğv prosesindən sonra, yeni binaya köçdükdən sonra tapılmadığını, ona görə təqdim edə bilmədiklərini, xx.xx.2023-cü il tarixli, **********182 saylı arayışa əsasən xx.xx.2015-cı il tarixdən sonra cavabdeh tərəfindən iddiaçı təşkilata kredit məbləğindən vəsaitin ödənilmədiyini, həmin arayışda xx.xx.2019-cu il tarixdə sonuncu ödəmənin SİF tərəfindən ödənildiyini xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X6” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə barəsində cavabdehə məlumat verilmədiyini, belə ki, cavabdehin buna aidiyyətinin olmadığını bildirərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 03 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında iddiaçının aralarında müvəkkil bank kimi krediti alıb onlara verdiklərini, sonradan arada cavabdeh tərəf kreditləri ödəyəndən sonra Sahibkarlıq Fonduna köçürəsi olduqları pulları bankın köçürmədiyini, Sahibkarlıq fondunun da cavabdehdən “pul niyə gəlmir?” deyə tələb etdiklərini, onların da “banka ödəmişik” deyə bildirdiklərini, milyon yarımda gedib dayandığını, bankdan ora pul getmədiyini, yuxarıdan onlara göstəriş verdiklərini, keçmiş İqtisadiyyat Naziri, üstəgəl indiki Baş nazir Səbuhi müəllimin “pulları ora ödəməyin. İndən belə gətirin X12 Fondunun öz hesabına ödəyin” dediyini, onların da deyilən tarixdən Mərkəzi Bank vasitəsilə Sahibkarlığın öz hesabına ödədiklərini, bank da onlardan bu əməliyyatı aparana qədər də onların bank xidmət haqlarını, faizlərini ödədiklərini, Mərkəzi Bank vasitəsilə Sahibkarlığın öz hesabına ödəməyə başlayandan sonra artıq onlara faiz ödəmədiklərini, Mərkəzi Bankla ödədikləri çeklərin də əllərində sübutu olduqlarını, bunun da rəhbərliyin birbaşa göstərişi olduğunu, əsas borcdan da onların borcunun olmadığını, Sahibkarlıq fondunun borcunu bağladıqlarını, əsas borcun bağlanması haqqında da fondun sənəd təqdim etdiyini, 11 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında iddiaçı tərəfindən təqdim edilən etirazdakı dəlillərin hər hansı bir hüquqi əsasının olmadığını, belə ki, hazırki məhkəmə icraatında olan işin müqavilə öhdəliklərindən doğan mübahisələrlə bağlı olduğunu, qeyd olunan müqavilənin isə İddiaçı ASC və "xxxx" MMC arasında bağlanıldığını, Naxçıvan Muxtar Respublikasının X1 müqavilədə tərəf kimi iştirak etmədiyini, iddiaçının hüququnun pozulduğunu iddia etdiyi müqavilənin tərəflər arasında bağlanmış kredit müqaviləsi olduğunu, bu müqavilə üzrə hüququnun pozulduğunu iddia edən iddiaçının qanunvericiliklə müəyyən edilən müddətdə hüquqlarının pozuntusu ilə bağlı tələb hüququndan istifadə etmədiyini, müqaviləni araşdırarkən orada kreditor və borclunun aydın göstərildiyini və borclunun hər hansı üçüncü tərəfə ödəniş məsələsinin öz əksini tapmadığını, buna görə də, tərəfin pozulduğunu iddia etdiyi hüququn müqaviləyə uyğun olaraq kreditin qaytarılmasının icra müddətinin bitmə anından başladığını, hər hansı bir müqavilə tərəfi olmayan şəxsə edilmiş ödənişin onun tələb hüququndan məhrum etmədiyini və ya pozulduğunu iddia etdiyi hüquqlarını bərpa etmədiyini, digər tərəfdən Naxçıvan SİF-ə ödənilmiş məbləğin borcun etirafı kimi qəbul edilməsi və iddia müddətinin axımının dayandırılması ilə bağlı təqdim olunan arqumentin də əsassız olduğunu, belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ olduğunu, öhdəliklər zamanı əgər müqavilədə başqa hal göstərilməyibsə, borclunun kreditor qarşısında cavabdeh olduğunun və əgər kreditor tərəfindən tələb hüququ başqa şəxslərə ötürülməyibsə, müqavilə üzrə onun qarşısında məsuliyyət daşıdığının göründüyünü, ona görə də üçüncü şəxsə hər hansı ödənişin edilməsinin kreditor qarşısında borcun etirafı kimi qiymətləndirilməməli olduğunu və üçüncü tərəflə iddiaçının hər hansı bu iş üzrə müqavilə bağlamasının da onlara heç bir aidiyyəti olmadığını, bildirərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə baxşı iclasında Sədrlik edənin suaalrına cavabında bağlanmış müqavilənin şərtlərinin iddiaçı Bankın hazırladığını, cavabdeh tərəf olaraq son ödəmənin xx.xx.2015-ci il tarixdə onlar tərəfindən edildiyini, xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X6” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilədən xəbərləri olmadığını olsa belə ona razılıq verməyəcəklərini, Banka müraciət edərək bəzi sənədləri istədiklərində sənədləri tapa bilmədiklərini, ləğvdən sonra köçdükdə itbata düşdüyünü, bütün bunları nəzərə alaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi çıxışında iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 17 oktyabr 2023-cü il tarixdə saat 15:00-da keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndələri məhkəmə baxışı iclasına gəlməmiş ərizə ilə məhkəməyə məlumat vermişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndələrinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya məhkəməsinin e-2-2(123)-12/2023 saylı, 14 avqust 2023-cü il tarixli qərardadı ilə işə baxılma müddətinin xx.xx.2023-cü il tarixdən 2 ay müddətinə uzadılması qərara alınmış, 22 avqust 2023-cü il tarixli qərardadı ilə isə iş mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclasına təyin edilmişdir. İş materiallarında olan: ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC (VÖEN: **********) tərəfindən iddia ərizəsinin verilməsinə görə 41.00 (qırx bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. **********793 nömrəli, 03 noyabr 2022-ci il tarixli mediasiya üçün müraciətdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət edilmişdir. 05 dekabr 2022-ci il tarixli, AAU seriyalı 109839 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X13 tərəfindən mediasiya prosesinə dair 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. 03 noyabr 2022-ci il tarixli, **********786 saylı maliyyə cədvəlindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 16 iyun 2009-cu il tarixli 8-21103-nömrəli kredit müqaviləsi (iddiaçının nümayəndəsi Nümayəndə3 06 mart 2023-cü il tarixli məhkəmə iclasında həmin nömrənin müqavilənin sistemdəki nömrəsi olduğu, müqavilə nömrəsinin 498/F12 kimi oxunmasının xahiş edildiyi nəzərə alınaraq) üzrə 28 oktyabr 2022-ci il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 0 (sıfır) manat, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 67 969 (altmış yeddi min doqquz yüz altmış doqquz) manat 50 (əlli) qəpik, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 83 010 (səksən üç min on) manat 56 (əlli altı) qəpik, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 0 (sıfır) manat və gecikdirilmiş gün sayı 2325 olmaqla müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği 150 980 (bir yüz əlli min doqquz yüz səksən) manat 06 (altı) qəpik təşkil edir. Eyni zamanda həmin cədvəldən AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsinin 5% (beş faiz) olaraq müəyyənləşdirildiyi görünür. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1404/2016 saylı iş üzrə çıxarılmış qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının X6” X22 tərəfindən Cahan Pen MMC-yə təqdim edilən 05 noyabr 2022-ci il tarixli, 80 nömrəli “Hüquqi şəxs Cahan Pen MMC-yə verilmiş kredit vəsaiti haqında məlumat” dan görünür ki, Naxçıvan Muxtar Respublikası X15 ilə müvəkkil kredit təşkilatı İddiaçı ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqaviləyə əsasən "xxxx" MMC-yə tikinti materiallarının satışı bazasının yaradılması və təmir məqsədilə 2009-cu ildə güzəştli şərtlərlə əsas məbləğdə 1.000.000,0 manat kredit verilmiş, bu günkü tarixə "xxxx" MMC tərəfindən kredit vəsaitinin ödənilməsi başa çatdırılmış, haliyyədə cəmiyyətin Fonda əsas məbləğdən heç bir kredit borcu yoxdur. 29 yanvar 2016-cı il tarixli, 72 nömrəli qəbzdən görünür ki, Cahan Pen MMC tərəfindən əsas borc məbləğindən 17 858,00 manat Nax. MR X9 X17 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 29 fevral 2016-cı il tarixli, 5 nömrəli qəbzdən görünür ki, Cahan Pen MMC tərəfindən əsas borc məbləğindən 17 858,00 manat Nax. MR X9 X17 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 05 may 2016-cı il tarixli, 84 nömrəli qəbzdən görünür ki, Cahan Pen MMC tərəfindən əsas borc məbləğindən 136 209,00 manat Nax. MR X9 X17 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 10 may 2016-cı il tarixli, 72 nömrəli qəbzdən görünür ki, Cahan Pen MMC tərəfindən əsas borc məbləğindən 150 000,00 manat Nax. MR X9 X17 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 06 iyun 2016-cı il tarixli, 86 nömrəli qəbzdən görünür ki, Cahan Pen MMC tərəfindən əsas borc məbləğindən 286 209,00 manat Nax. MR X9 X17 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı təminatlı kredit müqaviləsinin: 1.1-ci bəndindən görünür ki, buu müqavilə Bir tərəfdən Naxçıvan şəhəri Ə.Əliyev küçəsi yerləşən (bundan sonra ”borc alan”) hüquqi şəxs "xxxx" MMC rəhbəri X16, digər tərəfdən "xxxx" ASC 12 saylı Naxçıvan filialının müdiri (bundan sonra “borc verən”) X18 şəxsində, aşağıdakı şərtlərlə 16 iyun 2007-ci il tarixindən (iddiaçının nümayəndəsinin müqavilənin 16 iyun 2007-ci il tarixində bağlandığının göstərilməsinin texniki səhvlik olmasının və 2007-ci il tarixin 2009-cu il kimi oxunmasının xahiş edilməsi nəzərə alınaraq) Naxçıvan şəhərində bu Müqaviləni bağlayırlar. 2.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti manat (AZN) ilə ifadə edilən pul öhdəliyidir. 2.2-ci bəndindən görünür ki, borc verən plastik boru istehsalı sashəsinin yaradılması məqsədilə Borc alana istehsal üçün ******* (Bir milyon bir min ) manat məbləğində (tranşlarla) kredit verilməsini öhdəsinə götürür. 2.3-ci bəndindən görünür ki, Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. 4.2-ci bəndindən görünür ki, Borc alan bu Müqaviləni bağlamaq üçün səlahiyyətlidir. 4.8-ci bəndindən görünür ki, Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə bu Müqavilənin vəd edir. 4.9-cu bəndindən görünür ki, Borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün bu Müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini və öhdəliklərinin icrasını təmin edəcəyini vəd edir. 5.1-ci bəndindən görünür ki, Kredit vəsaitinin hərəkəti Borc verən tərəfindən Borc alan üçün açılan ssuda hesabı ilə təmin edilir. 5.2-ci bəndindən görünür ki, Kredit vəsaiti bu Müqavilə qüvvədə mindiyi tarixdən 10 (on) gündən gec olmayaraq Borc verən tərəfindən Borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal Borc alana məlumat verilir. 5.3-ci bəndindən görünür ki, Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü gün başlanır. 5.4-ci bəndindən görünür ki, Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 7 (yeddi) ilidir. 5.5-ci bəndindən görünür ki, kredit vəsaitindən istifadə müddəti 16 iyun 2016-ci il tarixində 16:00 (Borc verənin daxili qaydalarına əsasən əməliyyatların dayandırıldığı saat) saatda bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 21 -ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. 6.1-ci bəndindən görünür ki, Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7 ( yeddi) %-lə hesablanır 6.3-cü bəndindən görünür ki, Borc alan tərəfindən kredit üzrə Borc verənə çatmalı olan faizlər rüb başa çatanadək ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. 7.1-ci bəndindən görünür ki, Əsas borc güzəşt müddəti 56 (əlli altı) ay bitdikdən sonra növbəti hər ayın 04-dən gec olmayaraq bərabər hissələrlə borc verənə ödənilir. 7.2-ci bəndindən görünür ki, Kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunur. 7.3-ci bəndindən görünür ki, Borc alan tərəfindən kreditin qaytarılması 7 (Yeddi) il ərzində həyata keçirilməsi yolu ilə aparılır. 10.1-ci bəndindən görünür ki, Bu müqavilə üzrə Borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir 10.2-ci bəndindən görünür ki, Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,04 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. 12.1-ci bəndindən görünür ki, Borc alan bu Müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. 12.2-ci bəndindən görünür ki, Borc alan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 13.6-cı bəndindən görünür ki, Borc verən bu Müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə verə bilər. 14.1-ci bəndindən görünür ki, Borc verən bu Müqavilənin 4-cü bəndi ilə müəyyən edilmiş müddətdə krediti Borc alanın ssuda hesabına köçürməyi öhdəsinə götürür. 14.2-ci bəndindən görünür ki, Borc verən Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürülməsi barədə dərhal Borc alana məlumat verməyi öhdəsinə götürür. 15.7-ci bəndindən görünür ki, Kreditin istifadə müddətinin bitməsi Tərəfləri bu müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. 21.1-ci bəndindən görünür ki, Tərəflərin qarşılıqlı razılığı əsasında Müqavilə şəklində bu Müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir. Naxçıvan MR Kommersiya məhkəməsinin 27 mart 2023-cü il tarixli sorğusuna müvafiq olaraq, 30 mart 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının X6” X22 tərəfindən məhkəməyə daxil olmuş 23 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh MMC və İddiaçı ASC arasında bağlanılmış “tikinti materiallarının satışı bazası və təmiri üzrə xidmət sahəsinin yaradılması” (kredit müqaviləsi üzrə “plastik boru istehsalı sahəsinin yaradılması”) məqsədilə 2009-cu ildə cəmiyyətə ayrılmış 1.000.000,0 (bir milyon) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 4.773,0 (dörd min yeddi yüz yetmiş üç) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılması təmin edilmişdir. 31 mart 2023-cü il tarixdə X17 MR İdarəsi tərəfindən məhkəməyə X7 Dövriyyəsi Sistemi vasitəsilə daxil olmuş 31 mart 2023-cü il tarixli məktub və ona əlavə edilmiş, “Naxçıvan Muxtar Respublikasının X6” X22 tərəfindən Azərbaycan Respublikası X17 Muxtar Respublikası İdarəsinə ünvanlanmış, daxilolma tarixi 30 mart 2023-cü il, nömrəsi isə 01/146 olan məktubda da son ödəmənin aparıldığı tarixin xx.xx.2019-cu il olduğu göstərilmişdir. 15 may 2023-cü il tarixli, **********182 saylı LPO ”Bank of Azerbaijan” ASC tərəfindən verilmiş "xxxx" MMC-nin 498/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayışdan (xx.xx.2019-cu il tarixdə olan 608 136.30 manat məbləği X9 ödənilməsi nəzərə alınaraq (31 oktyabr 2019-cu il tarixli, xx.xx.2023-cü il tarixdə işə əlavə edilmiş müqavilə nəzərə alınaraq)) son ödəmənin və silinmənin 17 858.00 manat məbləğində xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi görünməkdədir. Həmçinin həmin arayışa əsasən xx.xx.2019-cu il tarixdə 608 136.30 manat məbləğində aparılmış sonuncu ödəmənin iddiaçının nümayəndəsi Nümayəndə3 06 mart 2023-cü il tarixli məhkəmə iclasında X15 tərəfindən həyata keçirildiyi bildirilmişdir. 02 avqust 2023-cü il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanaraq, həmin ərizədə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-12/2023 saylı kommersiya işi üzrə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmaqla iddiaçı qismində iştirak edən Ləğv prosesində olan ”Bank of Azerbaijan” ASC tərəfindən elektron qaydada məhkəməyə göndərilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə olan etirazda, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qaldırılan iddia tələbi üzrə işin məhkəmənin icraatında olduğunu, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2009-cu il tarixli 498/F12 saylı kredit müqaviləsinin bağlanıldığını, məhkəmə prosesi zamanı Cavabdeh MMC şirkətinin nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2009-cu il tarixli 498/F12 saylı kredit müqaviləsi üzrə məhkəməyə ərizə verilərək iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edildiyini, bununla bağlı olaraq Cavabdeh MMC şirkətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş etirazda iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyi, lakin iddiaçının xx.xx.2022-ci il tarixində mediasiya prosesinə başladığını və sonra iddia ilə məhkəməyə müraciət etdiyi, bununla da iddia müddətinin ötürüldüyünün qeyd edildiyini, Bununla bağlı olaraq xx.xx.2009-cu il tarixli 498/F12 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 608 136.30 manat məbləğində olduğunu bildirmək istədiklərini, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyini, mediasiya üçün təklifin tarixinin isə xx.xx.2022-ci il tarixində olduğunu, beləliklə də qanunun tələbinə əsasən mediasiya üçün təklifin göndərildiyi tarix olan xx.xx.2022-ci il tarixindən iş üzrə iddia müddətinin axımının dayandırıldığını və işin məhkəməyə iddia müddəti ötürülmədən verildiyini, Ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 415 saylı ekspert rəyində də tərəflərindən ekspertə tələb olunan bütün sənədlərin göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədləri nəzərə aldığını, onların təqdim etdikləri hesabdan çıxarış məlumatları və digər sənədlərin nəzərə alınmadığını, Naxçıvan SİF tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 4773.0 manat olması göstərildiyini, bu məsələ ilə bağlı olaraq, həmin kredit müqaviləsi üzrə ödənişlərin Cavabdeh MMC tərəfindən birbaşa qanunsuz olaraq İddiaçı ASC-yə ödənilmək əvəzinə Naxçıvan SİF-ə ödənildiyini, nəticədə də Naxçıvan SİF-in İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 498/F12 saylı kredit müqaviləsi üzrə tərəflərdən biri olmamasına baxmayaraq həmin ödənişləri qəbul etdiyini, sonradan Naxçıvan SİF-lə İddiaçı ASC arasında olmuş razılaşmaya əsasən 608 136.30 manat məbləğində vəsaitin xx.xx.2019-cu il tarixində İddiaçı ASC-nin hesabına köçürüldüyünü və "xxxx" MMC-nin əsas borcuna silinməsinə yönəldildiyini, yuxarıda qeyd olunanlardan da göründüyü kimi 498/F12 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2019-cu il də ödənildiyini və bu səbəbdən də kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixinin xx.xx.2022-ci il olduğunu, “Mediasiya haqqında” AR qanununun 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqinin tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğunu, AR Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verdiyini, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, həmin məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, həmin məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyini, həmin məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratdığını, bunun üçün məhkəmənin işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etdiyini, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etdiyini, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərdiyini qeyd edərək, yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh MMC şirkətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi məhkəmədən xahiş edilmişdir. 21 avqust 2023-cü il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən elektron qaydada məhkəməyə “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə” ərizə ünvanlanaraq həmin ərizədə, məhkəmənin icraatında iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2- 2(123)-12/2023 saylı kommersiya işinin olduğu, iddiaçı ilə cavabdehin 16 iyun 2009-cu il tarixli, 498/F12 nömrəli kredit müqaviləsini bağladıqları, kreditin qaytarılma müddətinin 7 (yeddi) il müddəti müəyyən edildiyi, yəni 16 iyun 2016-cı il tarixinə qədər müəyyən edildiyi, iddiaçının xx.xx.2019-cu il tarixdə Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə iddiası ilə bağlı müraciət etdiyi, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)-41/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanıldığı, həmin qərardaddan verilmiş Apellyasiya şikayətinin də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(108)-05/2019 nömrəli qərardadı ilə təmin edilmədiyi, Azərbaycan Respublikası Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş-öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlandığını, həmin Məcəllənin 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsildiyi, 380.2-ci maddəsinin tələbinə əsasən fasilədən sonra iddia müddətinin yenidən başlandığı, fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilmədiyi, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi hazırki iddia tələbi üzrə iddia müddətinin axımının 17 iyun 2016-cı ildə başladığı, belə ki, müqavilə üzrə ödəniş vaxtının 16 iyun 2016-cı il tarixdə bitdiyi, iddia müddətinin bitmə tarixinin isə 3 il sonraya, daha dəqiq deyilsə 19 iyun 2019-cu il tarixinə təsadüf etdiyi, cavabdehin 16 iyun 2009-cu il tarixli, 498/F12 nömrəli kredit müqaviləsi üzrə əlaqəsi olmayan tərəfə yəni Naxçıvan MR-nın X5 ödəmə etməsinin iddiaçıya edilən ödəmə kimi qəti surətdə nəzərə alınmamalı olduğunu, belə ki, Naxçıvan MR-nın X2 bu müqavilə üzrə tərəf olmadığını və tərəf olması üçün yəni yeni müqavilə bağlanması üçün iş üzrə cavabdehin razılığının əsasında müqavilə bağlanmalı olduğunu, lakin belə bir müqavilənin iş üzrə cavabdehə təklif edilmədiyi və cavabdeh də təklif edildiyi təqdirdə belə 3-cü tərəfin müqaviləyə daxil edilməsi ilə razılaşmayacağı, iddiaçının iş üzrə yalnız xx.xx.2022-ci ildə mediasiya prosesinə başladığı və sonra iddia ilə məhkəməyə müraciət etdiyi, iddiaçının iddia müddətini aşkar şəkildə buraxdığı, iddiaçının bundan öncə də məhkəməyə müraciət etdiyinin qeyd edildiyi, lakin gedən proseslərin sonunda iddiaçının ərizəsinin baxılmamış saxlanıldığı, Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyi, göstərilən hallarla oxşar olan işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra Qərarların nümunə üçün qeyd etdikləri, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4192/2022 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli, 2(102)- 780/2022 nömrəli qərarı, xx.xx.2021 -ci il tarixli, 2(102)-3529/2022 nömrəli qərarı və xx.xx.2019-cu il tarixli, 2(102)-2205/2019 nömrəli qərarı və digər qərarları) Həmin Qərarlarda əks edilmiş hüquqi mövqedən də, müqavilə tələbləri üzrə yəni kredit müqavilələri üzrə 3 illik iddia müddətinin tətbiq edildiyi və iddianın baxılmamış saxlanılmasının iddia müddətinin axımına heç cür təsir göstərmədiyi, müddətin axımını dayandırmadığı, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etdiyi, göstərilənlərin artıq formalaşmış məhkəmə təcrübəsi olduğu, həmçinin, baxılmamış saxlanılma müddəti də nəzərə alınmaqla iddiaçı tərəfin iddia müddətini buraxdığı iş materiallarından, yəni müqavilədən və qeyd etdiklərindən aşkar olaraq görünməkdə olduğu, nəticə etibarı ilə şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-12/2023 saylı kommersiya işi üzrə (əvvəlki iddia müddətinin tətbiqinə dair ərizə nəzərə alınmadan) iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizə”nin nəzərə alınaraq iş materiallarına əlavə edilməsi, yekun məhkəmə aktı çıxarılarkən məhkəmə tərəfindən qiymət verilməsi qərara alınmışdır. İddiaçı tərəf 21 avqust 2023-cü il tarixli müddətin tətbiq olunması barədə ərizəyə etiraz etməmişdir. Məhkəmə göstərilənləri göz önündə tutaraq aşağıda qeyd edilənlərlə əsaslanaraq: Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli Qərarında- bununla belə Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında 16 iyun 2009-cu il tarixdə müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında yazılı formada 498/F12 saylı Təminatlı kredit müqaviləsi bağlanmış, bu müqavilə üzrə borcverən borcalana Plastik boru istehsal sahəsinin yaradılması məqsədi ilə illik 7 % olmaqla 7 il müddətinə ******* manat (bir milyon min manat) məbləğində (tranşlarla) kredit verilməsini, həmin müqavilənin 4-cü bəndi ilə müəyyən edilmiş müddətdə Krediti Borc alanın ssuda hesabına köçürməyi və bu barədə dərhal Borc alana məlumat verməyi, borcalan isə Kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmıș faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı, bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bununla da, tərəflər kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən etmişdir. Nəticədə müqavilənin bağlanması- kreditin verilməsi və onun əsasında iddiaçıya cavabdeh tərəfindən edilən ödəmələr ilə öz əksini tapmışdır. Müəyyən edilmiş hallara münasibətdə məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən, iş materiallarında olan sənədlər qarşılıqlı əlaqələndirildikdə müəyyən edilir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə Cavabdeh MMC arasında bağlanmış olan 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı təminatlı kredit müqaviləsi əsasında verilən ******* (bir milyon min manat) manat məbləğində kredit vəsaitindən əsas borc cavabdeh tərəfindən həm iddiaçı Bankın özünə, həm də 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı təminatlı kredit müqaviləsi üzrə tərəf olmayan SİF-ə ödənilmişdir. Lakin SİF-ə ödəmə edilməyə başlandıqdan sonra iddiaçıya faiz məbləğlərinin və əsas məbləğlərin ödənilmədiyi cavabdehin nümayəndəsi tərəfindən izah və izahatlarında dəfələrlə qeyd edilmişdir. Cavabdehin kredit üzrə əsas borc məbləğindən iddiaçı təşkilata ödənilməsi 15 may 2023-cü il tarixli, **********182 saylı LPO ”Bank of Azerbaijan” ASC tərəfindən verilmiş "xxxx" MMC-nin 498/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayış ilə, o cümlədən, tərəflərin izahatları və digər sənədlər ilə öz əksini tapmış, cavabdehin kredit üzrə əsas borc məbləğindən SİF-ə ödənilməsi isə Naxçıvan Muxtar Respublikasının X6” X22 tərəfindən Cahan Pen MMC-yə təqdim edilən 05 noyabr 2022-ci il tarixli, 80 nömrəli “Hüquqi şəxs Cahan Pen MMC-yə verilmiş kredit vəsaiti haqında məlumat” ilə, 29 yanvar 2016-cı il tarixli, 72 nömrəli, 29 fevral 2016-cı il tarixli, 5 nömrəli, 05 may 2016-cı il tarixli, 84 nömrəli, 10 may 2016-cı il tarixli, 72 nömrəli, 06 iyun 2016-cı il tarixli, 86 nömrəli qəbzlərlə, həmin məbləğlərin də SİF tərəfindən Banka ödənildiyi 06 mart 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinin izahında əsas məbləğin ödənildiyini etiraf etməsi, o cümlədən sonuncu xx.xx.2019cu il tarixli ödənişin SİF tərəfindən həyata keçirildiyini etiraf etməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı təşkilatın nümayəndəsi əsas məbləğin ödənilməsini qəbul etdiyindən, məhkəmə tərəfindən bunun tərəflər tərəfindən mübahisələndirilməyən hal olduğu müəyyən edildiyindən, araşdırılmayacağı qənaətinə varılır. Məhkəmə iddiaçı və cavabdeh arasında razılaşma olmadan üçüncü tərəfə cavabdeh tərəfindən ödəmənin aparılmasını, iddiaçı tərəfindən qeyri-qanuni hesab edilməsinin dəfələrlə izahatlarında və etirazlarında qeyd etməsini və qanunun tələblərini nəzərə alaraq, həmin ödəmələrin prosessual müddətin axımının kəsilməsi kimi qəbul etməməkdədir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən 15 may 2023-cü il tarixli, **********182 saylı "xxxx" MMC-nin 498/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayışdan (xx.xx.2019-cu il tarixdə olan 608 136.30 manat məbləği X9 ödənilməsi nəzərə alınaraq son ödəmənin və silinmənin 17 858.00 manat məbləğində xx.xx.2015ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi iddiaçı tərəfindən sübut kimi təqdim olunmuşdur. Bundan əlavə məhkəmə xx.xx.2023-cü il tarixdə işə əlavə edilmiş Hesabdan Çıxarışların 24/28ci vərəqində olan hesabdan çıxarışlara münasibətdə bildirir ki, xx.xx.2015-ci il tarixdən cavabdehin iddiaçı təşkilata kredit məbləğindən hər hansı ödənişin etməməsini göz önündə tutaraq yuxarıda sadalanan hesabdan çıxarışların əhatə etdiyi dövrlərin ödəmələrinin Cavabdeh tərəfindən iddiaçı təşkilata ödənilməsi kimi göstərilməsi məhkəmə tərəfindən əsaslı hesab edilməməkdədir. İş üzrə araşdırmanın cavabdehin faiz və cərimə borcunun olub-olmaması istiqamətində aparılarkən, müəyyən edilmişdir ki, əsas məbləğ ödənildikdən sonra xx.xx.2022-ci il tarixə Cavabdeh MMC-nin Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 67.969,50 manat (altmış yeddi min doqquz yüz altmış doqquz manat, əlli qəpik) faiz borcu, 83.010,56 manat (səksən üç min on manat, əlli altı qəpik) cərimə borcu olmaqla, cəmi borc üzrə 150.980,06 manat (yüz əlli min doqquz yüz səksən manat, altı qəpik) borcun yarandığı iddia edilsə də, cavabdehin nümayəndəsi cavabdeh tərəf kreditləri ödəyəndən sonra Sahibkarlıq Fonduna köçürülməli olan pulları bank köçürmədiyindən, yuxarıdan onlara göstəriş verildikdən sonra pulları Mərkəzi Bank vasitəsilə Sahibkarlığın öz hesabına ödədiklərindən, Mərkəzi Bank vasitəsilə Sahibkarlığın öz hesabına ödəməyə başlayandan sonra artıq Banka faiz ödəmədiklərindən, nəticədə bank öz funksiyasını yerinə yetirmədiyindən cavabdeh tərəfdən də faiz və cərimələrin ödənilməsini tələb etmək hüququnun olmadığı qənaətinə gəlinsə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya öhdəliklərin lazımı qaydada icra edilməməsi nəticəsində xx.xx.2015-ci il tarixdən sonra öhdəliklərin icra edilməli olduğu vaxt dövrünə qədər borcu yaranmışdır. Belə ki, Cahan Pen MMC tərəfindən NAX MR X15na əsas borc məbləğlərin ödənilməsini təsdiq edən qəbzlər, o cümlədən, 15 may 2023-cü il tarixli, **********182 saylı ödənişlərin və silinmələrin olduğu arayış əsasında əsas borc məbləğlərinin bir hissəsinin göstərişdən sonra, yəni xx.xx.2015-ci ildən sonra, iddiaçıya deyil, birbaşa NAX MR X9 hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda 30 mart 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının X6” X22 tərəfindən məhkəməyə daxil olmuş 30 mart 2023-cü il tarixli, 23 nömrəli məktuba əsasən, Cavabdeh MMC və İddiaçı ASC arasında bağlanılmış “tikinti materiallarının satışı bazası və təmiri üzrə xidmət sahəsinin yaradılması” (kredit müqaviləsi üzrə “plastik boru istehsalı sahəsinin yaradılması”) məqsədilə 2009-cu ildə cəmiyyətə ayrılmış 1.000.000,0 (bir milyon) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 4.773,0 (dörd min yeddi yüz yetmiş üç) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılması təmin edilmişdir qeydi bu halın sübutudur. Bu hal onu deməyə əsas verir ki, qeyri qanuni yolla olsa da iddiaçıya əsas borc aidiyyəti olmayan üçüncü şəxs tərəfindən tamamilə ödənilmiş, həmin məbləğin bir hissəsi birbaşa banka ödənilən anadək cavabdehin faiz borcu qalmamış, qalan hissəsi isə qeyri qanuni yolla, yəni göstərişdən, (xx.xx.2015-ci ildə son ödəmə iddiaçıya ödənilmişdir) sonra müqavilə üzrə tərəf olmadığı təqdirdə SİF-ə ödənilərək SİF vasitəsilə banka ödənildiyindən, həmin məbləği iddiaçı təşkilat qəbul etməsinə baxmayaraq müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, iddiaçı təşkilat xx.xx.2015-ci il tarixdən öhdəliklərin icra edilməli olduğu vaxt dövrünə qədər yəni 16 iyun 2016-cı il tarixə qədər əldə etməli olduğu qazançlardan məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə cavabdehin iddiaçıya faiz və cərimə borcunun olub-olmadığının, əgər varsa həmin məbləğin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün 07 aprel 2023-cü il tarixli, e-2-2(123)- 12/2023 saylı qərardadı ilə məhkəmə mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmiş, təyin edilən ekspertizanın nəticəsində 17 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olan 07 iyul 2023cü il tarixli 415 nömrəli ekspert rəyində Cavabdeh MMC ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına əsasən birinci sual üzrə-Cavabdeh MMC-nin, Ləğv prosesində olan İddiaçı ASC-yə 23 yanvar 2019-cu il tarixə (sualda göstərilən tarixə) kredit üzrə faiz borcunun 9 721,87 (doqquz min yeddi yüz iyirmi bir manat səksən yeddi qəpik) manat təşkil etdiyi, ikinci sual üzrə Cavabdeh MMC ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 16 iyun 2009-cu il tarixli, 498 saylı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 28 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan faiz borcunun 9 721,87 (doqquz min yeddi yüz iyirmi bir manat səksən yeddi qəpik) manat təşkil etdiyi, iş materiallarında Cavabdeh MMC ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 16 iyun 2009-cu il tarixli, 498 saylı Kredit müqavilələrinə əsasən kredit müqavilələri üzrə cərimə pulu bəndinin nəzərdə tutulduğu, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən Cavabdeh MMC-yə cərimə hesablanılmadığı, buna görə də hazırki tədqiqatla Cavabdeh MMC-yə cərimə hesablanmadığı qeyd edilmişdir. 14 avqust 2023-cü il tarixli məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə3 ekspert rəyi ilə razılaşdığını bildirsə də, sonradan iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz ərizəsi ünvanlayaraq həmin ərizədə ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 415 saylı ekspert rəyinin tərəflərindən ekspertə tələb olunan bütün sənədlər göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədləri əsas götürülməklə verildiyini, onların təqdim etdikləri hesabdan çıxarış məlumatların və digər sənədlərin nəzərə alınmadığını bildirərək izahatı ilə etirazda qeyd etdikləri arasında uyğunsuzluqların aşkar edildiyi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə münasibətdə bildirir ki, ekspert rəyinin 3-cü vərəqində öz əksini tapan cədvəl hissəsində xx.xx.2015-ci il tarixdən sonra həyata keçirilmiş ödəmələrin cavabdeh təşkilat tərəfindən ödənilməsi kimi nəzərə alınaraq ekspert rəyi tərtib edildiyindən, belə ki təqdim edilən suallardan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən “əgər ekpert ekspertiza apararkən iş üçün əhəmiyyətli olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır” müddəası qanunvercilikdə nəzərdə tutulduğundan, həmin maddəni göz önündə tutaraq iş üçün əhəmiyyətli olan halları müəyyən edərək ekspert rəyi verilməli olduğundan, 417 nömrəli ekspert rəyi ilə hissəvi, yəni cavabdehin müvafiq faiz borcunun olmasına dair hissədə razılaşır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Nəticədə, iş üzrə təqdim edilmiş iş materialları tam və hərtərəfli araşdırılmadan, iddiaçının ekspertə təqdim etdiyi 15 may 2023-cü il tarixli, **********182 nömrəli arayışda SKMF-na xx.xx.2016cı il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilən məbləğləri iddiaçıya ödənilən məbləğlər kimi nəzərə alaraq rəy verildiyindən, məhkəmə həmin rəyin qismən əsaslı olduğu qənaətinə gəlir. Bununlada məhkəmə cavabdehin iddiaçıya borcunun olduğu hissəsində ekspert rəyi ilə razılaşsa da borcun düzgün hesablanması hissəsində razılaşmamaqdadır. Həmçinin Məhkəmə iş üzrə adı çəkilən “Naxçıvan Muxtar Respublikasının X6” X22-nin (Əvvəlki adı: Naxçıvan MR X15) xidməti adının dəyişməsinə münasibət bildirərkən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur müddəasına dayanaraq tərəflər tərəfindən bu məsələnin mübahisələndirilə bilinməyəcəyini qeyd edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri dəqiqliklə tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia müddəti tətbiq olunaraq iddiadan imtina edilməsi barədə qərar çıxarılması qanunamüvafiqdir. Belə ki, cavabdeh tərəfdən iddia müddətinin tətbiqinə dair ərizə ilə birlikdə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının və digər Məhkəmələrin qərarlarına nəzər saldıqda məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılan vahid məhkəmə təcrübəsi əsasında aşağıdakılar müəyyən edilir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir., fikirləri tam bu iş üzrə olan sübutlarda olan yalnışlıqların olması, sənədlərin itirilməsi səbəbindən natam və bir-biri ilə ziddiyətli olmasında təzahür etməkdədir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd edilənlərlə əlaqədar ilk olaraq öhdəlik hüquq münasibətlərinin yaranma tarixinə nəzər salsaq görərik ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2009-cu il tarixdə bağlanmış, həmin müqavilənin 5.4-cü bəndinə əsasən borc alana verilən kredit vəsaitindən istifadə müddətinin 7 (yeddi) il, 17.2-ci bəndinə əsasən isə müqavilə üzrə borc alanın öz üzərinə götürdüyü öhdəlikləri vaxtında tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam ediləcəyi müəyyən edilmişdir. Müqavilənin qeyd edilən müddəalarından da aydın olur ki, öhdəliklərin icra müddəti ilə müqavilənin xitam edilmə müddəti fərqli anlayışlardır. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. (lakin icra müddəti bitdikdən, iddia müddəti keçdikdən sonra iddia müddətinin tətbiqinə dair ərizə verildiyi hallar istisna olmaqla) Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyriadi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin maddənin məzmunundan göründüyü kimi, öhdəliklərin xitamına əsas kimi müqavilənin qüvvədə olma müddətinin bitməsi göstərilmişdir. Bu iş üzrə 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit 5.5-ci bəndinə əsaəsn kredit vəsaitindən istifadə müddətinin 16 iyun 2016-cı il tarixdə bitməsi, o cümlədən, həmin müqavilənin 7.3-cü bəndinə əsasən kreditin qaytarılma müddətinin 7 (yeddi) il ərzində həyata keçirilməsinin şərtləşdirildiyi müəyyən edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə kreditin 7 (yeddi il) müddətinə verildiyi və həmin müddətdə geri qaytarılması aşkar surətdə qeyd edilmişdir. Belə ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) Belə olduğu halda hazırkı müqavilə üzrə şərtləşdirilmiş qaydada müqavilənin müddətsiz olaraq yəni bütün öhdəliklərin icra edilməsi anına qədər qüvvədə olması halı nəzərdə tutulsa da, kreditor icra müddəti bitdikdən sonra bu hala əsaslanaraq qanunla müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra və bu barədə cavabdeh tərəfdən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edildikdən sonra borcludan öhdəliyin icra edilməsini tələb etməkdə haqlı deyildir. Odur ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddətinin 7 il ilə müəyyən olunduğunu, həmin müddətin də öhdəliklərin icra edilməsinin vaxtı ilə tənzimləndiyini görmək mümkündür. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MMin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MMin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı) Göstərilənləri nəzərə alaraq, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarala bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddiaçı etirazında xx.xx.2009-cu il tarixli 498/F12 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 608 136.30 manat məbləğində olduğunu, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyini, mediasiya üçün təklifin tarixinin isə xx.xx.2022-ci il tarixində olduğunu qeyd etsə də bununla bağlı məhkəmə bildirir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında sonuncu ödənişin xx.xx.2019-cu il tarixdə 608 136.30 manat məbləğində borcun iddiaçının nümayəndəsinin izahatlarıda və təqdim etdikləri xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X6” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə və digər sənədlərlə də cavabdeh tərəfindən birbaşa Banka ödənilməsi görünməməkdədir. Belə ki, qeyd edilən məbləğin cavabdeh tərəfindən SİF-in hesabına ödənilməsi ilə bağlı məhkəməyə 29 yanvar 2016-cı il tarixli, 72 nömrəli, 29 fevral 2016-cı il tarixli, 5 nömrəli, 05 may 2016-cı il tarixli, 84 nömrəli, 10 may 2016-cı il tarixli, 72 nömrəli, 06 iyun 2016-cı il tarixli, 86 nömrəli qəbzlər təqdim edilmişdir ki, həmin qəbzlər əsasında 29 yanvar 2016-cı il tarixdən etibarən cavabdeh tərəfindən məbləğlərin Sahibkarlığa Kömək Milli Fonduna ödənilməsi, habelə 15 may 2023-cü il tarixli **********182 nömrəli arayışa əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı təşkilata ödəmələrin dayandırılması və Naxçıvan Muxtar Respublikasının X6” X22 tərəfindən Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 23 saylı cavab məktubunda öz əksini tapmışdır. Odur ki, iddiaçının nümayəndəsi 06 mart 2023-cü il tarixli məhkəmə iclasında sədrlik edənin sualına əsasən xx.xx.2019-cu il tarixdə ödəmənin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirildiyini, 09 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında isə cavabdeh tərəfindən sonuncu ödəmənin xx.xx.2015-ci ildə həyata keçirildiyini bildərərək təqdim etdiyi etirazda Məhkəmənin sualına verilən cavab arasında uyğunsuzluq aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixdə əsas borc məbləğinin xx.xx.2019-cu il tarixli müqavilə əsasında SİF tərəfindən Bankın hesabına ödənilməsini nəzərə alaraq, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı müqavilə üzrə Cavabdeh MMC və İddiaçı ASC tərəf qismində iştirak edərək, müqavilə həmin tərəflər üçün məcburi xarakter almış Naxçıvan Muxtar Respublikasının X1 üçüncü şəxs qismində iştirak etməsi və ya kredit məbləğinin onun hesabına köçürülməsi ilə bağlı müddəalar öz əksini tapmamışdır. MM-in 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Bu səbəbdən, müqavilə üzrə tərəf olmayan şəxsə və ya təşkilata ödənişin edilməsi iddiaçı təşkilata ödənilmənin həyata keçirilməsi və ya borcun etiraf edilməsini göstərən hərəkətlər kimi nəzərə alınmamaqla, eyni zamanda Naxçıvan Muxtar Respublikasının X1 da iddiaçı təşkilatın hesabına ödəniş etməsinin cavabdeh tərəfindən ödənilməsi kimi nəzərə alınması tamamilə qanunsuzdur. Həmçinin iddiaçıya son ödəmə xx.xx.2015-ci il tarixdə olduğundan, iddiaçı həmin tarixdən Naxçıvan Muxtar Respublikasının X1 iddiaçıya ödəmə apardığı xx.xx.2019-cu il tarixədək iddiası üzrə hərəkətsiz qaldığı (iddiası üzrə işlərin baxılmamış saxlanılması halı istisna olmaqla) müəyyən olunmaqdadır. Bundan əlavə xx.xx.2009-cu il tarixli 498/F12 saylı təminatlı kredit müqaviləsinin 13.6-cı bəndinə əsasən bu Müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququ kimi göstərilsə də, həmin maddənin tələbinə müvafiq surətdə iddiaçı ləğv prosesində olan ”Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Naxçıvan Muxtar Respublikasının X6 arasında bağlanılan müqavilə əlaqələndirildikdə görünür ki, həmin müqavilə 4773 (dörd min yeddi yüz yetmiş üç) manat olmaqla xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfdən Naxçıvan Muxtar Respublikasının X3 sonuncu ödəniş edildikdən müəyyən müddət sonra, yəni 31 oktyabr 2019-cu il tarixdə bağlanmış, həmin tarixdən etibarən artıq ödənilməsi başa çatdırılmış məbləğlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və Fondun hesabına köçürülməsi nəzərdə tutulduğundan, o cümlədən, göstərilən tarixlərdən sonra müqavilənin bağlanması nəticəsində digər təşkilatlarin öz mənafelərinə uyğun hərəkət etmələri mülki dövriyyə azadlığının təminatı kimi çıxış edən borclunun sərbəst iradə ifadəsinin, müqavilə maraqlarının pozulmasına səbəb olduğundan və cavabdehin iradə ifadəsi nəzərə alınmadan, xəbərdar edilmədən və müqaviləni bağlayan tərəflərin sənədləşmə xatirinə həmin müqaviləni bağladıqlarını göz önündə tutaraq məhkəmə hesab edir ki, həmin müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasının X6 tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödənilən məbləğlər cavabdehin ödəməsi kimi nəzərə alına bilməz və bu halı təsdiq edən sübut deyildir. Həmçinin bu hal onu deməyə əsas verir ki, 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı təminatlı kredit müqaviləsinin 21.1-ci maddəsində “Tərəflərin qarşılıqlı razılığı əsasında Müqavilə şəklində bu Müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir.” Şərti qeyd olunmasına baxmayaraq, cavabdeh tərəfin razılığı eyni zamanda bu barədə məlumatı olmadan 31 oktyabr 2019-cu il tarixli müqavilə bağlanılaraq kredit müqaviləsinin şərtləri iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin müqavilənin: 1.1.-ci bəndindən görünür ki, bu müqavilənin predmeti Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə X1 vəsaiti hesabına güzəştli kredit almış 29 (iyirmi doqquz) sahibkarlıq subyekti tərəfindən X1 hesabına birbaşa ödədikləri 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və bu istiqamətində zəruri tədbirlərin görülməsi üzrə münasibətləri tənzimlənməsindən ibarətdir. 2.1-ci bəndindən görünür ki, X6 Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə sahibkarlıq subyektləri tərəfindən Fondun hesabına birbaşa ödənilmiş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin müqaviləyə əlavə olunmuş siyahıya uyğun Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsini təmin edir. 2.2-ci bəndindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu müqavilənin 2.1-ci bəndinə əsasən köçürülmüş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitdən X6 tərəfindən onun ləğvetməsində olan Bankın müvafiq hesabına siyahı üzrə ödənilmiş vəsaitin 3 (üç) bank günündən gec olmayaraq tam şəkildə X1 hesabına geri qaytarılmasını təmin edir. Beləliklə, xx.xx.2009-cu il tarixdə bağlanmış 498/F12 saylı təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2016-ci il tarixdə bitərək, həmin tarixdən sonra, o cümlədən, cavabdeh tərəfdən xx.xx.2015-ci il tarixdən sonra iddiaçıya ödəmənin aparılmadığı nəzərə alınaraq iddia müddətinin axımı xx.xx.2016-cı il tarixin ertəsi gün, yəni xx.xx.2016-cı il tarixdən başlandığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, həmçinin iş materiallarına əlavə edilməməsinə baxmayaraq cavabdeh tərəfin “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizəsinə müvafiq olaraq iddiaçının xx.xx.2019cu il tarixdə Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə iddiası ilə bağlı müraciət edib həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)-41/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanıldığından, həmin qərardaddan verilmiş Apellyasiya şikayəti də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(108)-05/2019 nömrəli qərardadı ilə təmin edilmədiyindən, həmçinin iddiaçı bu xüsusata etiraz etmədiyindən və qəbullandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada, yəni xx.xx.2016-cı il tarixdən davam etdiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2019-cu il tarixinə təsdaüf etdiyindən, iddiaçı təşkilat isə yalnız xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət edərək daha sonra xx.xx.2023-cü il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilən iddia müddəti buraxılmışdır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları, müəyyən edilən halları, izahatlarla təqdiq edilən sənədlər arasında olan ziddiyyətləri nəzərə alaraq və belə ziddiyətli məqamların iddiaçı tərəfindən aradan qaldırılmasına dair sübutlar və mülahizələr verilmədiyindən, belə qərara gəlir ki, iş üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq olunmalı, nəticədə iddia tələbindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. xx.xx.2022-ci il tarixli, Ə-1191 saylı X4 edilməməsi barədə arayışdan görünür ki, X4 edən tərəf İddiaçı ASC-ni təmsil edən nümayəndəsi X13 olmaqla tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmiş (06 mart 2023-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərlə bağlı dəqiqləşdirilmələrin aparılması zamanı Nümayəndə3 tərəfindən mediasiya arayışında 440 (dörd yüz qırx) manat kimi göstərilmiş məbləğin texniki səhvlik olduğunu, ödənilmiş mediasiya xərcinin məbləğinin əslində qeyd olunan mədaxil qəbzində göstərilən 400 (dörd yüz) manat olduğunu bildirməsi nəzərə alınaraq), X4 etməyən və ya iştirak etməkdən yazılı şəkildə imtina edən yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ni imzalamağa razı olmayan tərəf qismində Cavabdeh MMC çıxış etmiş, mediasiya xərcinin ödənilməsinə dair 05 dekabr 2022-ci il tarixli, AAU seriyalı 109839 saylı mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8 və 8.1.4-cü maddələrinə əsasən iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiyməti 150 980,06 (bir yüz əlli min doqquz yüz səksən manat 06 qəpik) manat təşkil edir. İddianın qiymətinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 440,98 (dörd yüz qırx manat 98 qəpik) manat məbləğində hesablanmışdır. İddiaçı təşkilat tərəfindən 05 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfin iştirak etmədiyi X8 keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat məbləğində ödənilən mediasiya xərci 440,98 (dörd yüz qırx manat 98 qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumunun 400 (dörd yüz) manat hissəsini əhatə etdiyindən qalan hissəyə dair 41 manatın (qırx bir) manatın ödənilməsini təsdiq edən ********** nömrəli mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. İddiaçı ərizəsində X8 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcini və məhkəməyə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, iddiaçının tələbinə münasibətdə iddia müddəti tətbiq edilərək, iddia rədd ediləcəyindən İMS ilə əlaqədar ödənilən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 41 manat ödənilmiş dövlət rüsumunun 40,98 (qırx manat 98 qəpik) manat hissəsində məbləği iddiaçının özünə aid edilməli, iddiaçı dövlət büdcəsinə ödənilməli olan 400 (dörd yüz) manat məbləğində dövlət rüsumundan azad olunduğundan məhkəmə həmin hissəyyə MPM-nin 124.2-ci maddəsinə əsasən yenidən alınmaması qənaətində olaraq, artıq ödənilən 0.02 (iki) qəpiyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılması qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233.1-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-dən 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 67 969,50 manat (altmış yeddi min doqquz yüz altmış doqquz manat, əlli qəpik) faiz borcu, 83 010,56 manat (səksən üç min on manat, əlli altı qəpik) cərimə borcu olmaqla, cəmi borc üzrə 150 980,06 manat (yüz əlli min doqquz yüz səksən manat, altı qəpik) borcun, X8 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat rüsumun və məhkəməyə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə iddiası iddia müddəti tətbiq edilərək təmin edilməsin. İddiaçı tərəfindən X8 keçirilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və iddianın verilməsinə görə dövlət büdcəsinə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun 40,98 (qırx manat 98 qəpik) manat hissəsi iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilsin. 0.02 (iki qəpik) manat artıq ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar