Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-12/2025 29.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına və digər tələb barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 26 avqust 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli, RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 manat məbləğində pul krediti üzrə əsas borca görə 12890.59 manat, faiz borcuna görə 1367.08 manat, cərimə borcuna görə 326.22 manat, cəmi 14583.89 manat məbləğində pulun və ödənilmiş 134 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 AZN məbləğində pul krediti üzrə cəmi 14583,89 manat və ödənilmiş dövlət rüsumu 134 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 AZN məbləğində pul krediti üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən illik 18,9 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 17000 manat məbləğində cavabdehə kredit verildiyini, xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında RBYF-6829 saylı zaminlik müqavilələri bağlandığını, həmin müqavilələr üzrə zaminlərin xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 AZN məbləğində pul krediti üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıdıqlarını, Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlərin öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayındıqlarını, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 AZN məbləğində pul krediti üzrə borcunun məbləği kreditə görə 12890,59 manat, faiz borcuna görə 1367,08 manat, cərimə borcuna görə 326,22 manat, cəmi 14583,89 manat təşkil etdiyini, xx.xx.2023 tarixli RBYF- 6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında xx.xx.2023 tarixli RBYF-6829 saylı İpoteka müqaviləsi ilə yüklü edildiyini bildirmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli, RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 manat məbləğində pul krediti üzrə əsas borca görə 12890.59 manat, faiz borcuna görə 1367.08 manat, cərimə borcuna görə 326.22 manat, cəmi 14583.89 manat məbləğində pulun və ödənilmiş 134 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 AZN məbləğində pul krediti üzrə cəmi 14583,89 manat və ödənilmiş dövlət rüsumu 134 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən verilmiş 17000 AZN məbləğində pul krediti üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı qismən qəbul etdiklərini, faktiki olaraq banka 4000 manatdan artıq pul ödədiklərini, səhəttində olan problemlərdən sonra maddi vəziyyətinin ağırlaşdığı üçün banka ödənişlər edə bilmədiyini, bankın əsassız olaraq 326 manat cərimə borcu tələb etdiyini, cərimə borcunu silərək digər hissədə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən illik 18,9 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 17000 manat məbləğində Cavabdeh1 kredit verilmişdir. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitlərin artırılması (mal alışı) məqsədilə 17000 AZN (on yeddi min manat) məbləğində kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kredirtin ödəniş cədvəlinə” uyğun olaraq Barc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Borcalanın bu Müqavilə, o cümlədən Razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: 1)İpoteka müqaviləsinə əsasən HYUNDAİ SONATA minik markalı (ili 2006, rəngi-Qara, tipisedan, Şassi nömrəsi-KMHEU41FP6A184744, qeydiyyat nömrəsi-**-HV-***) nəqliyyat vasitəsinin ipotekası. Azarbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilən Daşınar əmlakın rəsmi Reyestrindən "10” Yanvar 2023-cü il tarixli, BB N 347982 saylı Qeydiyyat Şəhadənaməsi. 2)Cavabdeh3 zaminliyi 3)Cavabdeh2 zaminliyi İş materiallarında olan xx.xx.2023-cü il tarxili, RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndindən görünür ki, Bu müqavilənin predmeti İddiaçı ASC və Cavabdeh1 arasında bağlanılan xx.xx.2023-cü il tarixli, RBYF-6829 saylı Başkredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən, Borc verən qarşısında kredit öhdəliyi olan Borcalan tərəfindən bu öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə banka ödəməlidir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RBYF-6829 saylı Baş kredit müaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşma üzrə 12890.59 manat əsas borcu, 1367.08 manat faiz borcu, 326.22 manat cərimə borcu olmaqla cəmi borcu 14583.89 manatdır. İş materiallarından görünür ki, xx.xx.2023 tarixli RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 ilə İddiaçı ASC arasında İpoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2023-cü il tarixli, RBYF-6829 saylı Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. 2.1-ci bəndindən görünür ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş AR DİN DYPİ-nin verdiyi xx.xx.2023-cü il tarixli, 147867 saylı çıxarışa əsasən Cavabdeh3 məxsus HYUNDAİ SONATA minik markalı, ** HV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 20 avqust 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, RBYF-6829 saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 50000 manat limitdən xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən 24 ay müddətinə aylıq faiz dərəcəsi 18.9% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Borcalan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüş, eyni zamanda öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsi İpoteka müqaviləsi əsasında İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına xx.xx.2024-cü il tarixə 12890.59 manat məbləğində əsas borc, 1367.08 manat məbləğində faiz borcu, 326.22 manat cərimə borcu olmaqla, ümumilikdə 14583.89 manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranmasına dair 13 avqust 2024-cü il tarixli, maliyyə arayışı iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 06 noyabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 06 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2024-cü il tarixli, 1436 nömrəli ekspert rəyindən görünür ki, 13 yanvar 2023-cü il tarixli, RBYF-6829 saylı baş kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, 1 saylı razılaşma şərtləri üzrə Cavabdeh1 İddiaçı ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 12890.59 (on iki min səkkiz yüz doxsan manat əlli doqquz qəpik) manat, faiz borcu 1367.08 (bir min üç yüz altmış yeddi manat səkkiz qəpik) manat, cərimə borcu 326.22 (üç yüz iyirmi altı manat iyirmi iki qəpik) manat olmaqla, ümumilikdə kredit üzrə borcu 14583.89 (on dörd min beş yüz səksən üç manat səksən doqquz qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 12890.59 manat, faiz borcu 1367.08 manat, cərimə borcu 326.22 manat, olmaqla ümumilikdə borcunun 14583.89 manat olduğu qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 12890.59 manat, faiz borcuna münasibətdə 1367.08 manat, cərimə borcuna münasibətdə 326.22 manat olmaqla ümumilikdə 14583.89 manat məbləğində təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 13 yanvar 2023-cü il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öhdəlik icra edilmədiyi halda öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olamdığından ipoteka müqaviləsinin təmini məqsədilə məhkəmə öz təşəbbüsü ilə məhkəmə-qiymətləndirmə ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 05 iyun 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının nəticəsi olaraq 15 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin 20 iyun 2025-ci il tarixli, FŞ 0610 saylı qiymətləndirmə hesabatından görünür ki, HYUNDAİ SONATA minik markalı, ** HV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 9000 manat, likvid dəyəri 8000 manat məbləğində müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməmiş, İpoteka predmeti olan daşınar əmlakın ilkin satış qiyməti "xxxx" MMC-nin 20 iyun 2025-ci il tarixli, FŞ 0610 saylı qiymətləndirmə hesabatına əsasən 8000 manat dəyərində qiymətləndirilmişdir. Nəticədə məhkəmə hesab edir ki, müqavilə bağlanarkən tərəflərin ipoteka predmetinin qiymətləndirilməsi zamanı razılıq olmadığından "xxxx" MMC-nin 20 iyun 2025-ci il tarixli, FŞ 0610 saylı qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Cavabdeh3 məxsus HYUNDAİ SONATA minik markalı, ** HV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satışı, likvid qiyməti ilə 8000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 14583.89 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 134 manat olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 134 manat məbləğində müəyyən edilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı ASC ödənilməlidir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2024-cü il tarixli, 1436 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Həmçinin "xxxx" MMC-nin 20 iyun 2025-ci il tarixli, FŞ 0610 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 472 manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, İddiaçı ASC-in nümayəndəsi 15 avqust 2025-ci il tarixdə ərizə ilə müraciət edərək "xxxx" MMC-nə xidmət haqqı olaraq 472 manat ödədiklərini həmin məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Nəticədə, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 12890.59 manat, faiz borcu üzrə 1367.08 manat, cərimə borcu üzrə 326.22 manat olmaqla ümumilikdə 14583.89 manat alınıb İddiaçı ASC-yə ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 134 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2024-cü il tarixli, 1436nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, "xxxx" MMC-nin 20 iyun 2025ci il tarixli, FŞ 0610 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 472 manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı ASC-yə ödənilməli, cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsinə yönəldilməli, həmin nəqliyyat vasitəsinin satış qiyməti 8000 manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan əmlakın satılması nəticəsində əldə olunan məbləğ öhdəliyin icrasını təmin etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ASC-yə ödənilməsi təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 12890.59 (on iki min səkkiz yüz doxsan manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 1367.08 (bir min üç yüz altmış yeddi manat səkkiz qəpik) manat, cərimə borcu üzrə 326.22 (üç yüz iyirmi altı manat iyirmi iki qəpik) manat olmaqla, ümumilikdə kredit üzrə borcu 14583.89 (on dörd min beş yüz səksən üç manat səksən doqquz qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 134 (bir yüz otuz dörd) manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2024-cü il tarixli, 1436 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. "xxxx" MMC-nin 20 iyun 2025-ci il tarixli, FŞ 0610 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 472 (dörd yüz yetmiş iki) manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı ASC-yə ödənilsin. Cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh3 məxsus 2006-cı il buraxılışlı, Ban nömrəsi KMHEU41FP6A184744 olan, qara rəngli, ** HV *** qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsinə yönəldilsin. Həmin nəqliyyat vasitəsinin satış qiyməti 8000 (səkkiz min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASCyə olan borcunun ödənilməsinə yönəldilsin, ipoteka predmeti olan əmlakın satılması nəticəsində əldə olunan məbləğ öhdəliyin icrasını təmin etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(123)-12/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-12/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver