Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-122/2023 22.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun nümayəndəsi Nümayəndə1 07 iyul 2023cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 03 sentyabr 2020-ci il tarixli, 0309/01/SİF saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 2 832.77 (iki min səkkiz yüz otuz iki manat 77 qəpik) manat əsas borc, 7.22 (yeddi manat 22 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2839.99 (iki min səkkiz yüz otuz doqquz manat 99 qəpik) manat kredit borcu kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və X7nın keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 20 100 (iyirmi min bir yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********87-10301 reyestr nömrəli Naxçıvan MR Şahbuz rayon Daylaqlı kəndində 0.3286 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli, 0309/01/SİF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 5% dərəcəsi ilə 10 000 (on min) manat məbləğində kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********87-10301 reyestr nömrəli Naxçıvan MR Şahbuz rayon Daylaqlı kənində 0.3286 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Şahbuz rayon notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh3 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 346 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Cavabdeh3 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan- Cavabdeh3 və ipoteka qoyan – Cavabdeh1 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə X7 keçirilsə də, Borcalanın X5 iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödənildiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, İpoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə borcalan - Cavabdeh3 və ipoteka qoyan- Cavabdeh1 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh3 03 sentyabr 2020-ci il tarixli, 0309/01/SİF saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 2 832.77 (iki min səkkiz yüz otuz iki manat 77 qəpik) manat əsas borc, 7.22 (yeddi manat 22 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2839.99 (iki min səkkiz yüz otuz doqquz manat 99 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddələrinə istinad etməklə əsaslandırmış, o cümlədən, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyat olan şəxslər olduğunu, kredit müqaviləsinin 6.4.7-ci bəndinə əsasən Borcalanın qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərinin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-122/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 27 noyabr 2023-cü il tarixli qərardadı ilə e-2-2(123)- 122/2023 saylı kommersiya mübahisəsinə dair iş mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilmişdir. Bununla yanaşı, 27 oktyabr 2023-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlanaraq həmin ərizədə, Cavabdeh3 kredit müqaviləsi üzrə borcunu ödədiyi, lakin “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınması və X7nın keçirilməsi ilə bağlı rüsumların ödənilməmiş olaraq qaldığı bildirilərək 24 may 2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin- “Cavabdeh3 “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və X7nın keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz” formasında qəbul edilməsi xahiş edilmişdir. Beləliklə, 27 noyabr 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında məhkəmə tərəfindən “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə nəzərə alınmaqla iddiaçının 07 iyul 2023-cü il tarixli iddia ərizəsinə “Cavabdeh3 “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və X7nın keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi” həcmində baxılması qərara alınmış, o cümlədən, iddia ərizəsi ilə 07 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət edildiiyndən, ərizədə iddia ərizəsinin 24 may 2023-cü il tarixli kimi qeyd edilməsi texniki səhvlik kimi qiymətləndirilmişdir. 22 dekabr 2023-cü il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndələri Nümayəndə1, Nümayəndə2 və Cavabdeh3 iştirak etməmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 22 dekabr 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizəni elan edərək ərizədə iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə yanaşı, işlərin çoxluğunun nəzərə alınaraq xx.xx.2023-cü il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etdiklərinin, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasına etiraz etmədikləri bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: N-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, 27 mart 2023-cü il tarixdə iddiaçı Naxçıvanbank ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə keçirilmiş İMS-də Cavabdeh3 iştirak etməmiş, o cümlədən, iddiaçı Naxçıvanbank ASC tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. 03 sentyabr 2020-ci il tarixli, 0309/01/SİF saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə irəlidə kreditor adlandırılacaq, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" ASCnin Naxçıvan filialının müdiri X4 şəxsində, bir tərəfdən Naxçıvan MR X1 İdarə Heyətinin sədri X3 şəxsində və digər tərəfdən irəlidə Borcalan adlandırılacaq Cavabdeh3 şəxsində bağlanmışdır. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə ipoteka müqaviləsi bağlanılır. 04 sentyabr 2020-ci il tarixli, 0409/01/SİF saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka saxlayan Naxçıvanbank ASC-nin Naxçıvan filialı, bir tərəfdən ipoteka qoyan Cavabdeh1 və digər tərəfdən Cavabdeh3 şəxsində bağlanmış, həmin müqavilə üzrə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 0309/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR Şahbuz rayonu, Daylaqlı kəndində ümumi sahəsi 113.8 kv.m-dən ibarət 0.3286 ha torpaq sahəsində yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87- 10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2020-xx.xx.2023; 36 ay müddətinə "xxxx" ASCnin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı və 1.5 AZN bank xərci ödənilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında 03 sentyabr 2020-ci il tarixdə 0309/01/SİF saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında kreditor və borcalan müəyyən hüquq və vəzifələr əldə etmiş, eyni zamanda borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə 04 sentyabr 2020-ci il tarixli, 0409/01/SİF saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ona məxsus olan Naxçıvan MR Şahbuz rayonu, Daylaqlı kəndində ümumi sahəsi 113.8 kv.m-dən 0.3286 ha torpaq sahəsində yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87-10301 reyestr nömrəli fərdi yaşayış evini 0309/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən aylıq ödənişlərin aparılması vaxtının müəyyən edilməsinə baxmayaraq, Borcalan tərəfindən kreditin əsas borcu və faizi üzrə aylıq ödənişlər vaxtında həyata keçirilməmişdir. Beləliklə, kredit müqaviləsinin tələbləri borcalan tərəfindən pozulduğundan Bank pozulmuş hüquqların bərpası məqsədilə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 07 fevral 2023-cü il tarixdə borcalan Cavabdeh3 mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, 14 mart 2023-cü il tarixli ərizə ilə İMS-nin keçirilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, 27 mart 2023cü il tarixdə X2 iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə və Cavabdeh3 iştirakı olmadan X7 keçirilmiş, iddiaçı Naxçıvanbank ASC tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmiş, nəticədə mediator tərəfindən N-359/2023 nömrəli X5 iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Beləliklə, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qanunla müəyyən edilmiş ardıcıllıqlara riayət etdikdən sonra iddianın qiyməti 2839.99 (iki min səkkiz yüz otuz doqquz manat 99 qəpik) manat olan iddia tələbi ilə 07 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, mediasiya xərci dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Resublikası Qanununa uyğun olaraq iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Resublikası Qanununun 9.1-1-ci maddəsinə əsaəsn “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, 03 sentyabr 2020-ci il tarixli, 0309/01/SİF saylı kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra edilmədiyindən kreditor, tutmanın 04 sentyabr 2020-ci il tarixli, 0409/01/SİF saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Cavabdeh1 məxsus olan Naxçıvan MR Şahbuz rayonu, Daylaqlı kəndində ümumi sahəsi 113.8 kv.m-dən ibarət 0.3286 ha torpaq sahəsində yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməsi məqsədilə borcalan Cavabdeh3 və ipoteka qoyan Cavabdeh1 06 mart 2023-cü il tarixli, 04/723 nömrəli “ipoteka predmetinə tutma yönəldilməsi barədə” bildiriş göndərmiş, eyni zamanda həmin bildirişin qeydə alınması məqsədilə 06 mart 2023-cü il tarixdə 04/737 saylı ərizə ilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etmiş, nəticədə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı "xxxx" ASC tərəfindən 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı və digər xərclər daxil olmaqla cəmi 46.45 (qırx altı manat 45 qəpik) manat ödənilmişdir. 03 sentyabr 2020-ci il tarixli, 0309/01/SİF saylı kredit müqaviləsinin 3.3.7-ci bəndindən görünür ki, kreditin bütün məbləğinin, əsas borcun, cərimələrin, borcların yığılması ilə əlaqədar çəkilən digər xərclər (məhkəmə, qiymətləndirmə, hərrac və sair) borcalan tərəfindən ödənilir. 27 oktyabr 2023-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədən də aydın olur ki, Cavabdeh3 kredit müqaviləsi üzrə borcunu ödəmiş, lakin “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınması və X7nın keçirilməsi ilə bağlı rüsumlar ödənilməmiş olaraq qalmışdır. Bununla da məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş 46.45 (qırx altı manat 45 qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh3 alınıb iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233.1-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci Cavabdeh3 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş 46.45 (qırx altı manat 45 qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh3 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-122/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-122/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver