Məhkəmə qərarları › İş №e-2-2(123)-124/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-124/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-124/2025 18.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov,İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC 13 fevral 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 sentyabr 2023-cü il arixli kredit müqaviləsi üzrə 7648.71 manat əsas borc, 635.01 manat faiz borcu və 63.07 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8.346,79 manat borcun və 103,47 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh2 26 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 21 faizlə 30 ay müddətinə 10000 manat kredit götürdüyünü, Borcun təminatı olaraq Cavabdeh1 ilə 26 sentyabr 2023-cü il tarixli zaminlik müqaviləsi bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 20 noyabr 2024-dək Cavabdeh2 banka 26 sentyabr 2023- cü il tarixli kredit müqaviləsi üzrə 7648.71 manat əsas borc, 635.01 manat faiz borcu və 126.13 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8409.85 manat borcunun olduğunu, Cavabdeh2 26 sentyabr 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 126.13 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ımiqdarında olmaqla, yəni 63.065 manat məbləğində tələb olunduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığınıbildirərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, ,442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 12-ci və 23-1-ci fəslinə istinad etmişdir. Məhkəmə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbibarədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə“bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıelektron imza ilə təsdiq edilmişetirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərbildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmişetirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2021- ci il tarixli Kredit limitinin ayrılmasına dair23-MCR-1-506-21 №-li Müqavilədən görünür ki,bu müqavilə “kreditor” qismində bir tərəfdən İddiaçı ASC-nin 11 Saylı filialı, bir tərəfdən “Borcalan” qismində Cavabdeh2 arasında bağlanmışdır. xx.xx.2023-cüil tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə X3 № 5Razılaşma (Kredit verilməsinə dair) №23-MCR-1-506-21/4saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin X2, bir tərəfdən “müştəri” qismində Cavabdeh2arasında bağlanmışdır. Həmin müqaviləyə əsasən: xx.xx.2023-cü il tarixliBank Xidmətlərinin Göstərilməsi üzrə X3 N5 Razılaşmaya əsasən İddiaçı ASC-nin “Elmlər Akademiyası” filialından 30 (Otuz) Ay ay müddətinə 10000 (On Min) AZN manat məbləğində, aylıq 1.75 (bir tam yüzdə yetmiş beş) % , illik 21.43% olmaqla Cavabdeh2 kredit götürmüşdür.

3. Müstəri bu Razılasmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, X1 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxudu, sənədin bütünmüddəaları və tələbləri ilə razıdır və bu Razılaşmanın imzalanması nəticəsində həmin StandartŞərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər bu Razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur.Bu Razılaşma 23-MCR-1-506-21 nömrəli xx/xx/2021 tarixli kredit limitinin ayrılması üzrə Razılaşmaəsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur. xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart ŞərtlərəƏlavə N 1, ƏlavəN6 Razılaşma bağlanmışdır. Həmin Razılaşmanın: 1-ci bəndinə əsasən Cavabdeh2 bu Razılaşmanı imzalamaqla təsdiq edir ki, "xxxx" ASCnin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və X1 (https://www.yelo.az/) yerləşdirilmiş Bank Xidmətiərinin Göstərilməsi üzrə Şərtlər Toplusunu oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu Razılasmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusnun gələcəkdə mənimlə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir; 3-cü bəndinə əsasən Müştəri təsdiq edir və bəyan edir ki, Bankda açılmış hesablardan və ya Bankın təklif etdiyi məhsulları və xidmətlərdən istifadə etdiyi halda, bu, onun tərəfindən Sərtlər Toplusunun (ona ediimiş əlavə və dəyişikliklərlə birlikdə) tələb və müddəalarının qəbul edilməsi (razılaşması) faktı kimi qəbul edilməlidir; 4-cü bəndinə əsasən Müştəri təsdiq edir və razılaşır ki, Bank tərəfindən bu Şərtlər Toplusuna tətbiq edilən bütün yenilənmələr (əlavə və dəyişikliklər) məktub,SMS va ya elektron poct vasitəsila ona Bank tərəfindən (va ya Mobile Banking platformasından) bu yarımbənddə qeyd edilən formada məlumat təqdim edildlyi tarixdən (aşağıdakılardan hərhansı birinin daha tez baş verdiyi tarixdən): (i) Mənim tərəfimdən Bankda açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdən istifadə edildiyl; və ya (ii) 11-ci (on birinci) təqvim günündən etibarən qüvvəyə minir və tətbiq edilir. 9-cu bəndin əsasən Müstəri bununla raziliq verir ki, "ASAN Finans" sistemi vasitəsilə [sahibkar fiziki şəxs oiduqda şəxsiyyət vəsiqəsi və vergi uçotu] [hüquqişəxs olduqda vergi uçotul üzrə müəyyən oiunan məlumatlar kredit sifarişi və ya cari hesabın açılması və s. məqsədilə Banka təqdimolunsun. Bu, 9-cu yarımbənddə qeyd edilmiş razılıq 10 (on) il müddətinə qüvvədədir və Müştərinin yazılı müraciətinə əsasən vaxtındanəvvəl ləğv edilə bilər. Bu, 9-cu yarımbənddə qeyd edilmiş razıliq əsasında əldə edilmiş məlumatların saxlanma müddəti müvafiq xidmətdən istifadə müddəti ilə eynidir və həmin xidmətə xitam verildikdən sonra məlumatilar qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilir. xx.xx.2021-ci il tarixli Z/00240/21 №-li Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə 203 saylı lisenziyaların mərkəzi reyestrinə dax edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Yelo Bank ASC(bundan sonra kreditor adlanacaq), digər tərəfdən “zamin” qismində X4 (ş.v.: serlya AA*******, xx.xx.2020- ci il tarixinda ASAN 2 tarəfindən)arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Müqavilənin predmeti xx.xx.2021 il tarixli, 23-MCR-1-506-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Yelo Bank ASC tərəfindən ayırıldığı vəsaitdir. 1.3.Bu Müqavilənin 1.1-ci yarımbəndində nəzərdə tutulan xx.xx.2021- ci il tarixli,23-MCR-1-506-21 Kredit müqaviləsi üzrə ayrılmis kredit limiti qeyd olunan Kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində Borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər. 2.1.1-ci bəndinə əsasən 100000 (bir yüz min manat) AZN (və 2.1.1. ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən Borcalanın Kreditordan aldığı kredit məbləğindən ibarətdir. 2.1.2-ci bəndinə əsasən 120(bir yüz iyirmi) ay təşkil xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə əsas məbləğ üzrə borcu 7648,71manat; faiz üzrə borcu 635,01 manat; cərimə üzrə borcu 126,13 manat; əldən çıxmış fayda (Əsas borca hesablanmış) 0 manat və cəmi borc məbləği 8409,85manatdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2023-cü il tarixli 23-342718-1 №-li məxaric qəbzinəəsasən 5235manat məbləğində pul 27 sentyabr 2023-cü il tarixdəCavabdeh2tərəfindənməxaric olunmuşdur. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən Cavabdeh2 Məmədrza oğluna və Cavabdeh1 xx.xx.2024-cü il tarixdəelektron qaydada xəbərdarlıq məktubu ünvanlanaraq Yelo Bank ASC ilə Cavabdeh2 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 23-MCR-1-506-21/4 saylı kredit müqaviləsinə əsasən Borc alana 10000 AZN manatı məbləğində illik 21% olmaqla 30 ay müddətinə kredit pul vəsaiti verildiyi, Müqaviləyə əsasən borcalanın Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməli olduğu, Borcalanın müqavilənin şərtlərini pozaraq Yelo Bank ASC-yə olan əsas və faiz borcunun ödənilməsinin təmin etmədiyi, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozduğu, Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam verə biləcəyi, və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə biləcəyi, xx.xx.2023cü il tarixli, 23-MCR-1-506-21/4 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Zaminlik müqaviləsi imzalandığı, Zamin Borclunun Kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməməsi üçün məsuliyyəti öz üzərinə götürdüyü, Müqaviləyə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borclunun Kreditor qarşısında birgə məsuliyyət daşıdığı,onlardan borclarını xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində X6 tam ödəmələrinin tələb olunduğu, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfimizdən borc məbləğinin borclu və zamindən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borcluların digər daşınar və daşınmaz əmlaklarınıza yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağıbildirilmişdir. Beləliklə, məhkəmə borcluların öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-124/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə AR MM-in 462.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsində borclunun məsuliyyəti nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 7648,71 (yeddi min altı yüz qırx səkkiz manat, yetmiş bir qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30+6648,71*1/100=103,47(yüz üç manat qırx yeddi qəpik) manatdır. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 103,47 AZNməbləğində dövlət rüsumununcavabdеhlər Cavabdeh2 və Cavabdeh1birgə qaydadatutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbibarədə ərizəsi təmin edilərək, xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə X3 № 5 Razılaşma (Kredit verilməsinə dair) №23-MCR-1-506-21/4 saylı kredit müqaviləsinə əsasən 7648,71 (yeddi min altı yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat əsas bоrcu, 635.01 (altı yüz otuz beş manat bir qəpik) manat faiz bоrcu və 63.07 (altmış üç manat yeddi qəpik) manat cərimə borcu cəmi 8346,79 manat borcun və 103,47 (bir yüz üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh2 və Cavabdeh1müştərək qaydada tutularaq İddiaçı ASC-nin хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

İddia tam təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7648,71 (yeddi min altı yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat əsas bоrcu, 635.01 (altı yüz otuz beş manat bir qəpik) manat faiz bоrcu və 63.07 (altmış üç manat yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 8346,79 (səkkiz min üç yüz qırx altı manat yetmiş doqquz qəpik) manat borc və 103,47 (bir yüz üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar