Məhkəmə qərarları › İş №e-2-2(123)-126/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-126/2022

01.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-126/2022 01.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçının vəkili və nümayəndəsi Vəkil 28 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10580 (on min beş yüz səksən) manat və mediyasiyaya ödədiyi 200 (iki yüz) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir Ərizə və ona əlavə edilmiş sənədlər ətraflı tədqiq edilərək müəyyən olundu ki, iddiaçı cavabdeh barəsində rəsmi və faktiki yaşayış yerlərini, telefon nömrələrini formal olaraq ərizədə qeyd etmişdir. Belə ki, iddia ərizəsində cavabdehin ünvan 1 ünvanda, Kəngərli rayonu Yurdçu kəndində, AZEMİS informasiya sistemindən əldə edilmiş cavabdehə aid vergi məlumatlarından isə ünvan 3 ünvanda qeydiyyatda olduğu görünür. Bununla yanaşı iddiaçı özü də ərizəsində cavabdehin hazırki qeydiyyat yeri barədə heç bir məlumatın olmadığını bildirir. Qeyd olunmalıdır ki, məhkəmə sənədlərinin proses iştirakçısına çatdırılması məqsədilə iddia ərizəsində cavabdehin yaşayış yeri və olduğu yer dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, hazırki ərizənin mümkünlüyünə dair məsələyə baxılarkən həmçinin ərizə və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilib-göndərilməməsi, onun tərəfindən alınıb-alınmaması araşdırılmalıdır ki, yalnız həmin sənədlərin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə rəsmi qaydada cavabdeh tərəfindən alınmasının təsdiq olunması halında məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olunur ki, iddiaçı tərəf iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması üçün Kəngərli Rayonu Vergilər şöbəsinə göndərmiş və bu əsasla həmin sənədlərin cavabdeh tərəfindən rəsmi olaraq alınması nəticəsinə gəlmişdir. Bu zaman MPM-in 150.2-ci maddəsinin məcburi tələbləri nəzərə alınmamışdır ki, bununla da cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilən “kredit vərəqəsi” adlandırılmış sənəd tam oxunaqsız vəziyyətdə ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddia ərizəsi məhkəməyə təqdim edilərkən onun qanunla nəzərdə tutulmuş forma və məzmununa dair tələbə riayət edilməmiş, iddia ərizəsi və ona əlavə edilmiş (pretenziya və s.) sənədlər cavabdehə lazımi qaydada çatdırılmamış, bununla da Mülki Prossesual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Yuxarıda qeyd edilən halların hər biri ayrılıqda hazırki ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır və Mülki Prossesual Məcəllədə bununla bağlı hallar sadalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar