Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-126/2023 12.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 11 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 23 iyul 2020-ci il tarixli, 2307/01/SİF saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7 245.42 (yeddi min iki yüz qırx beş manat 42 qəpik) manat əsas borc, 23.62 (iyirmi üç manat 62 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7 269.04( yeddi min iki yüz altmış doqquz manat 04 qəpik)manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (yüz) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 500 (iyirmi iki min beş yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus **********26-10301 reyestr nömrəli Naxçıvan MR, Ordubad rayon, Üstüpü kəndində 0.197 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh5, Cavabdeh2,Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-126/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasının iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. 16 noyabr 2023-cü il tarixdə iş üzrə icraata hissəvi xitam verilməsi və qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2023-cü il tarixdə məhkəməyə şikayət ünvanlayaraq Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)- 126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2023-cü il tarixdə məhkəməyə ünvanladığı şikayət ərizəsində Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyi tam icra etdiyindən əmlakın qiymətləndirmə ekspertizasının keçirilməsinə ehtiyac olmadığını, qərardadın ləğv edilməli və öhdəlik tam icra olunduğundan icraata xitam verilməli olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf şikayətdə öhdəliyin tam icra olunduğunu və icraata xitam verilməli olduğunu qeyd etdiyindən məhkəmə bu halı nəzərə alaraq qanunverciliyə uyğun olaraq iş üzrə icraata xirtam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “Xahiş etdi” hissəsində göstərilən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (yüz) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsinə dair hissəyə məhkəmə toxunmur. Belə ki, iddiaçı tərəfindən bu hallara dair hər hansı tələb öz əksini tapmamış sadəcə olaraq öhdəlik tam icra edildiyindən işə xitam verilməli olduğu bildirilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-126/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-126/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver