Məhkəmə qərarları › İş №e-2-2(123)-129/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-129/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-129/2022 07.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC 05 dekabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə 11633.83 manat əsas, 1248.01 manat faiz, 605.47 manat cərimə borcu olmaqla, cəmi 13487.31 manat borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2021-ci il 16 iyul tarixli, 4-MCR-1- 1331-21/1 saylı kredit müqaviləsi üzrə 6205.96 manat əsas, 55.51 manat faiz, borcu olmaqla, ümumilikdə cəmi 6261.47 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya xərci), 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinin və 2021-ci il 16 iyul tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1 və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvandan “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Halbuki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 tərəfindən hər hansı qaydada alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli idi. Bununla da faktiki olaraq cavabdehin mübahisələndirilən məsələ barəsində məlumatı olmamışdır. Yuxarıda qeyd edilən normanın imperativ mənasına əsasən, kommersiya mübahisələri üzrə iddiaçı ərizənin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən sənədlərin surətini deyil, məlum e-poçt (poçt) göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Bundan başqa həmin qaydada cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd də ərizəyə əlavə edilməmişdir. Həmin tələblərə əməl edilməməsi isə ayrılıqda iddia ərizəsinin geri qaytarılması kimi hüquqi nəticlər yaradır. Həmçinin iddiaçı cavabdehlərin faktiki yaşayış və ya olduqları yer barədə məlumatları ərizədə göstərməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması məqsədilə həmin məlumatlar iddia ərizəsində dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanalara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar